Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə5/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   2   3   4   5   6   7   8   9   ...   71

Osman Türkayın poetik irsi 
 
 
18
İngiltərədən lazımi  ədəbiyyatları tapmaqda öz köməyini  əsirgəmə-
yən Mustafa Gəncsoya, Türkiyə Respublikasının Azərbaycanda mə-
dəniyyət müşaviri olmuş prof. dr. Fəthi Gədikliyə, Osman Türkay 
poeziyasının görünməyən tərəflərini açıqlayacaq mahiyyətdə iki ki-
tab nəşr edən Şevket Öznur və Tuncay Ozdoğanoğluna, rəyçilərim 
f.e.d. Azadə Musayeva və prof., f.e.d. Əsgər Rəsulov, prof., f.e.d. 
İsmayıl Vəliyev, prof. dr. Saim Sakaoğlu, prof. dr. Həbib Dərzinə-
vəsi, prof. dr. Erman Artun, prof. f.e.d. Tofiq Hüseynov, prof. f.e.d. 
Elman Quliyev, prof. f.e.d. Bədirxan  Əhmədov, dos. dr. Nazim 
Muradov, f.e.d. Mahmud Allahmanlı, f.e.n. Arif Məmmədov, f.e.n. 
Səadət  Şıxıyeva, f.e.n. Elçin Mehrəliyev, f.e.n. Əlibala Hacızadə, 
f.e.n. Fedora Arnaut, f.e.n. Ruhəngiz Cümşüdlü, f.e.n. Sədi Sa-
diyevə və ailəmə xüsusi təşəkkürlərimi bildirmək istəyirəm.  
Osman Türkay və Çingiz Aytmatov XX-XXI əsr türk dünyasının 
və eləcə  də bütün bəşəriyyətin çox böyük ədəbi simalarıdır. Buna 
görə də milli müstəqillik şəraitində hər iki müəllifin yaradıcılıq irsi-
nin öyrənilməsi və təbliği Azərbaycan türkologiyasının mühüm mə-
sələlərindəndir. Bunu da nəzərə almalıyıq ki, hər iki yazar Orxan Pa-
mukdan fərqli olaraq Nobel mükafatını qazanmasalar da, 20 Yanvar, 
Xocalı faciələrində Azərbaycanın yanında olmuş, erməni terroruna 
öz mənfi münasibətlərini bildirmişlər. Erməni qətliamını “Xocalı şə-
hidlərinə  ağı” (“Hocalı  şehitlerine ağıt”) adlı  şeri ilə  lənətləyən, 
“Ozanın ruhu kalesidir” (Türkay, 1990: 275) deyən Osman Türkayın 
mənəvi-ruhi yaşantıları haqqında Azərbaycanda çap olunacaq bu ilk 
kitabın nəşri və redaktəsində böyük əməkləri olan prof., f.e.d. Göv-
hər Baxşəliyeva və f.e.n. Səadət  Şıxıyevaya ayrıca minnətdarlığımı 
bildirirəm.  


Elmira Fikrətqızı 
 
19
I FƏSIL: KIBRIS TÜRK ƏDƏBİYYATININ 
TƏŞƏKKÜL TARİXİNDƏN 
 
1.1. Kıbrıs türk ədəbiyyatının inkişaf mərhələləri 
 
Əlverişli coğrafi şəraiti və zəngin tarixi keçmişi olan Kıbrıs ada-
sı 1571-ci ildə Lala Mustafa Paşanın komandanlığı altında Sultan II 
Səlimin ordusu tərəfindən fəth edilərək, Osmanlı imperiyasının tər-
kibinə qatıldı. Ada bu dövrə qədər finikiyalılar, assuriyalılar, iran-
lılar, misirlilər, romalılar və venesiyalıların hakimiyyəti altında ol-
muşdu. Sonunculara tabeçilik dövründə yerli xalq zülmə düçar 
olmuş və hətta katolik idarəçilər pravoslav rumların dini ayinlərinə 
qadağa qoyaraq kilsələrini bağlamışdılar. Belə bir şəraitdə Osmanlı 
padşahına xilas üçün müraciətlər olmuş və Şeyxülislamın fitvasın-
dan sonra türk donanması  fəth məqsədilə adaya doğru hərəkət 
etmişdi. Kıbrıs 1878-ci ilə  qədər Osmanlı imperiyasının idarəçili-
yində qalmışdı. Bu idarəetmə dövründə adanın ərazisi dörd sancağa 
(Lefkoşa, Mağusa, Baf, Girnə) ayrılmış, yeni üsuli-idarə  tətbiq 
edilmiş, bəylərbəyi, qazi, dəftərdar və muxtarlar təyin olunmuşdu. 
1878-ci il Berlin sülh müqaviləsindən sonra Kıbrıs adası müvəq-
qəti olaraq İngiltərə hökumətinin idarəsinə verilmişdir.  
1914-cü ildə İngiltərə Osmanlı imperiyasının Almaniyanın müttə-
fiqi kimi Birinci Dünya müharibəsinə qoşulmasına öz mənfi mövqe-
yini  əks etdirərək, Kıbrısı özbaşına olaraq tərkibinə birləşdirmiş  və 
1960-cı ilədək burada ingilis hökmranlığı bərqərar olmuşdu.  
Kıbrısli tarixçi Fikrət Alasyanın (1988: 142) yazdığı kimi, 1923-cü 
ildə Lozanna sülh müqaviləsinin 16-cı  və 20-ci maddələrinə  əsasən 
Kıbrısın İngiltərəyə ilhaqı rəsmi şəkildə qəbul edilmiş və 1925-ci ildən 
etibarən “İngilis tacı”na bağlı bir müstəmləkə statusu tətbiq olun-
muşdur.  
Bu mərhələdə ada insanları, xüsusilə də türklər təzyiq altında müs-
təmləkə şəraitində yaşamalı olmuşlar. 1931-ci ildə vergidən yayınmaq 


Osman Türkayın poetik irsi 
 
 
20
bəhanəsi ilə Yunanıstana birləşmək üçün rumların üsyan qaldırıb İngil-
tərə dövlətinin adadakı səlahiyyətli nümayəndəsinə və onun yerləşdiyi 
binaya qarşı  təcavüzlərindən sonra siyasi partiyalar dağıdılmış, mət-
buata senzura tətbiq edilmiş, milli bayraqların istifadə edilməsi üçün 
hökumətdən icazə alınması şərti qoyulmuş, türk və yunan tarixlərinin 
məktəblərdə tədrisi dayandırılmışdır. (Alasya, 1992: 28) 
Əslində adadakı rumlar Osmanlı imperiyası zamanında da belə 
bir üsyana cəhd etmişdilər. Baş yepiskop Kiprianosun Osmanlı İm-
periyasını parçalayıb “Böyük Yunanıstan” qurmaq məqsədi ilə 
1814-cü ildə yaradılmış Filiki Eteria (Dostluq Cəmiyyəti) adlı gizli 
siyasi cəmiyyətlə  əməkdaşlıq edərək, 1821-ci ildə türklər  əleyhinə 
üsyan qaldırması özünün və  tərəfdaşlarının asılması ilə  nəticələn-
mişdi. Lakin rumlar XX əsrin II yarısından başlayaraq, “Meqali-
idea” fikrini reallaşdırmaq üçün yenidən fəaliyyətə keçirlər. 1951-ci 
ildə baş yepiskop Makarios tərəfindən yaradılan PEON (Milli 
Gənclik Hərəkatı) 1953-cü ildən EOKA (Kıbrıslı Döyüşçülərin 
Milli Təşkilatı) adı altında gizli bir təşkilat olaraq fəaliyyət göstər-
məyə başlayır və 1955-ci il aprelin birində Lefkoşada bir sıra höku-
mət idarələrinə bombaların atılması ilə terror hərəkatına başlanılır. 
1958-ci il avqustun birində isə ada türklərinin EOKA-ya qarşı Türk 
Müqavimət Təşkilatı (TMT) qurulur
3
. Kıbrıs tarixinin bu dövrü “Et-
niki Eteria” proqramının 8-ci maddəsinə uyğun olaraq, adanın Yu-
nanıstana birləşdirilməsini həyata keçirməyə çalışan rumların türk-
lərə qarşı qanlı terror faciələrinin törədilməsi ilə səciyyələnir.  
1960-cı ildə  qısa müddətli Kıbrıs Cümhuriyyəti qurulur. Lakin 
tezliklə bu Cümhuriyyət ortadan qaldırılır və sonrakı onilliklərdə 
Kıbrıs türk xalqının tarixi taleyində baş verən faciələr, aparılan 
azadlıq mübarizələri dərin iz qoyur. 1963-cü il 21 dekabr tarixindən 
adada türklərin soyqırımını hədəfləyən AKRİTAS planının icraçıla-
rının aktiv fəaliyyəti nəticəsində çoxlu şəhid verilir, 103 türk kəndi 
boşaldılır. İngilis müstəmləkəsindən xilas olmağı və sərbəst şəkildə 
                                                           
3
 Əslində bu təşkilatın 1957-ci ilin noyabrından fəaliyyət göstərdiyi məlumdur.  


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə