Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə6/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   2   3   4   5   6   7   8   9   ...   71

Elmira Fikrətqızı 
 
21
adadakı türkləri yox etməyi qarşılarına məqsəd qoyan rumların gül-
ləsinə tuş gələnlərdən biri də şəhid şair Süleyman Uluçamgil olur. 
1974-cü il Barış Hərəkatına qədər Erenköy, Boğaziçi, Keçidqala və 
s. ərazilərdə yüksələn atəş səsləri türk şəhidlərinin sayını artırdı. 
 1974-cü il isə  həmin hadisələrin zirvə nöqtəsi kimi yaddaşlara 
hopdu. Həmin ildə Kıbrıs türk xalqı EOKA adlı terrorçu təşkilatın 
birbaşa rəhbərliyi ilə hazırlanmış yeni bir soyqırıma məruz qaldı, 
çoxlu şəhid verildi. Yalnız Türkiyə dövlətinin müdaxiləsi nəticəsin-
də yunan və rumların Kıbrıs türk xalqını tarixdən silmək planı baş 
tutmadı. 1975-ci il 13 fevralda Kıbrıs Türk Federativ Respubli-
kasının yaranması elan edildi. 1983-cü il 15 noyabrda isə  Kıbrıs 
türk xalqı uzun illərin azadlıq mübarizəsinin nəticəsi kimi özünün 
dövlətini – Kuzey Kıbrıs Türk Cümhuriyyətini qurmağa nail oldu. 
Müstəqil dövlət qurulduqdan sonra isə həm çağdaş Kıbrıs türk ədə-
biyyatı başqa bir istiqamət aldı, həm də əmin-amanlıq şəraitində bu 
ədəbiyyatın araşdırılmasında yeni bir mərhələ başlanıldı. 
Kıbrıs türk tarixinə etdiyimiz ötəri ekskursiyadan sonra bunu söylə-
mək mümkündür ki, bütün bu tarixi dövrlər Kıbrıs türk ədəbiyyatında 
əksini tapmışdır. Kıbrıs türk ədəbiyyatının mərhələləri ilə tarixi dövrlərin 
eynilik təşkil etməsi və ya üst-üstə düşməsi bunu sübut edir. Bu para-
lelliklərdən çıxış edilərək, Kıbrıs türk ədəbiyyatının tarixi adanın fəth 
olunduğu zamandan etibarən hesablanır. Mehmet Yaşın Kıbrıs türk ədə-
biyyatının formalaşmasını  aşağıdakı  şəkildə  səciyyələndirir: “1571’de 
Osmanlılar tarafından fethedilen Kıbrıs’ta, günümüze ulaşabilen ilk 
Türkçe şiir ürünleri 18. yüzyıl başlarına aittir. Bununla birlikte, bir olgu 
olarak Kıbrıslıtürk şiiri 19. yüzyılda kurunlaştı. Bir yanıyla Türk şiirinin, 
öbür yanıyla Kıbrıslı şiirinin parçası sayılan Kıbrıslıtürk şiiri, miras aldı-
ğı gelenekler üstüne gelişti”. (Yaşın, 1994: 19) 
Kıbrıs türk ədəbiyyatı iki istiqamətdə inkişaf etmişdir: 
1) Kıbrıs türklərinin folkloru 
2) Kıbrıs türklərinin yazılı ədəbiyyatı  
Ədəbiyyatın bu qollarının təşəkkül və təkamül mərhələlərini təh-
lilə  cəlb etməmişdən öncə qeyd etmək istərdik ki, Anadolu ərazi-


Osman Türkayın poetik irsi 
 
 
22
sindən köçürülən türklər
4
 məskunlaşdıqları yeni ərazidə assimlyasi-
ya olunmamış, əksinə, soy-köklərinə, adət-ənənələrinə bağlı qalaraq 
daima öz varlıqlarını saxlamış, “Ana Vətən”dən hazır şəkildə gəti-
rilən milli mədəniyyət və  ədəbiyyatın  ənənələrini həm  şifahi, həm 
də yazılı  ədəbiyyat nümunələrində davam etdirmişlər. Veyis Gün-
gör adlı hollandiyalı tədqiqatçı bunu türk xalqlarına məxsus bir spe-
sifika kimi qiymətləndirir: “Türkler gittikleri yerlere kendi kültür 
değerlerini, yaşam biçimlerini ve eğlence  şekillerini de beraberle-
rinde götürürler. Yeni yerleşim yerlerini kendilerine belki, vatan ya-
parlar, ama kendi değerleri, normları, folkloru və inanclarını da ku-
rumlaştırarak nesilden nesil aktarırlar.” (Güngör, 1999: 13) 
Əslində Kıbrıs türk ədəbiyyatı Türkiyə ədəbiyyatının, o cümlə-
dən ümumtürk mənəvi dəyərlərinin təbii bir halqası, ayrılmaz hissə-
sidir. Başqa sözlə, Kıbrıs türkləri ortaq türk mədəniyyətinin yeni 
coğrafi bölgədə daşıyıcıları kimi çıxış edirdilər ki, bu bağlılıq həm 
hazır təfəkkür məhsulu olaraq gətirilən, həm də köhnə ənənələr əsa-
sında yaradılan yeni Kıbrıs türk folklorunda əks olunurdu. Digər tə-
rəfdən isə daima Türkiyə ilə bağlılıq, Kıbrıs türk ziyalılarının böyük 
qisminin Türkiyədə təhsil alması, 1862-ci ildə türk şairi Ziya Paşa-
nın buraya göndərilməsi, 9 aprel 1873-cü ildə böyük türk şairi Na-
miq Kamalın adaya sürgünü və onun Kıbrıs türk yazarlarına təsiri 
kimi amillər yazılı  ədəbiyyatın formalaşmasında böyük rol oyna-
mışdır.  
Dr. İrfan Nəsrəddinoğlu bu barədə aşağıdakıları qeyd edir: “Kıb-
rıs Türk Edebiyatı aynı ile Türkiye edebiyatıdır. Zira, bu edebiyatı 
yaratanların çoğunluğu, Türkiyede tahsil görmüştür ve Türkiye ede-
biyatını çok yakından takip etmişlerdir. Dolayısıyle, mesela, Özker 
                                                           
4
 Prof. dr. M.Akif Erdoğrunun araşdırmalarına görə, 1571-ci il fəthindən öncə də 
Kıbrısda yaşayan xalqlar arasında türklər də olmuşdur: “... Kıbrıs Türklüğünü, 
1571 Osmanlı fethine bağlamak doğru değildir. Ortaçağlarda çoğunlukla Hıristiyan 
Türklerin adada yer almalarının nedeni Bizans İmparatorluğunun ordusunda ücretli 
asker istihdam etme politikası ve uygulamasından dolayıdır... Mısır Memlukları, 
Anadolu Selçukları ve Karamanoğulları dönemlerinde birçok Türk adaya yerleşti.” 
(Erdoğru, 2008: 8-9) 


Elmira Fikrətqızı 
 
23
Yaşın’ı hem Kıbrıs, hem də Türkiye edebiyatı kapsamında değer-
lendirebiliriz.” (Birinci Uluslararası KBTES
5
a
, 1998: 86)  
Həqiqətən də, Kıbrıs türk ədəbiyyatının təşəkkülü və inkişaf pro-
sesini Türkiyə ədəbiyyatından kənarda təsəvvür etmək mümkün de-
yildir. Bu ədəbiyyat həm klassik, həm də müasir mərhələsində dai-
ma ikincini izləmişdir.  
Yuxarıda qeyd edildiyi kimi, xalqın bədii ruhunun ifadəçisinə 
çevrilən ədəbiyyat şifahi və yazılı qollarda inkişaf edir. Bu inkişaf-
da mühüm bir məqama diqqət yetirmək lazımdır.  
Əgər şifahi ədəbiyyat daha çox əyalətlərdə (ifadə şərtidir) intişar 
tapırsa, yazılı  ədəbiyyatın (xüsusilə divan ədəbiyyatının) meydana 
çıxması üçün mühüm mədəniyyət mərkəzləri sayılan  şəhərlərin 
mövcudluğu vacibdir. Kıbrıs türk yazılı  ədəbiyyatının da eyni şə-
raitdə  təzahürü müşahidə olunur. Tarixə  nəzər salsaq, görərik ki, 
Kıbrıs adasının XVI əsrdə daxil edildiyi Osmanlı imperiyası özü-
nün möhtəşəm dövrlərini yaşayırdı və İstanbul, Ədirnə, Bursa, Kon-
ya, Bağdad, Hələb kimi şəhərlər ərəb və türk xalqlarının mədəni də-
yərləri üzərində yüksələn böyük islam mədəniyyətinin formalaşma-
sında aparıcı rol oynayan mərkəzlərdən sayılırdı
6
.  
1571-ci ildə türklər tərəfindən fəth edilən Kıbrıs adasında yeni 
üsuli-idarə ilə  bərabər yeni bir mədəniyyət də  bərqərar olur. Kıb-
rısda türk-islam mədəniyyətindən xəbər verən bir çox maddi-mənə-
vi abidələr yaradılmağa başlanır. Klassik mədəniyyət baxımından 
Kıbrısda bu anlamda ön plana çıxan iki şəhər Lefkoşa və Mağusa-
dır. Ümumiyyətlə, istər həmin dövrdə, istərsə də sonrakı zamanlar-
da Lefkoşa Kıbrıs türk ədəbi mühitinin formalaşdığı  məkan kimi 
diqqəti cəlb edir. 
                                                           
5
 KBTES – Kıbrıs ve Balkanlar Türk Edebiyatları Sempozyumu 
6
 Mehmet Yaşın Kıbrıs  ədəbiyyatının inkişafında özünəməxsus bir meyli müəy-
yənləşdirərkən qeyd edir ki, Lefkoşa İstanbula, İstanbul isə Londona nisbətdə əya-
lət (“ədəbiyyat taşrası”) xarakteri daşıyır və ada şairlərinin çoxu özlərini təsdiqlə-
mək üçün İngiltərəyə getmiş və istədiklərinə nail olmuşlar. (Yaşın, 1994: 61) 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə