Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə8/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   4   5   6   7   8   9   10   11   ...   71

Elmira Fikrətqızı 
 
27
Fikrimizcə, M.Qansunun bölgüsü ədəbiyyatda baş verən forma 
və məzmun dəyişmələrini əks etdirdiyi üçün daha düzgündür.  
Kıbrıs türk yazılı  ədəbiyyatının ilk nümayəndələrinin kimliyi 
məsələsi müəyyən mənada mübahisəlidir və bu baxımdan prof. dr. 
Mustafa  İsenin fikirləri maraq doğurur: “… kültürel gelişmeler si-
yasi gelişmeleri belli bir mesafeden izlemek durumundadır. Kıb-
rıs`ta da fethi takiben hemen ertesi gün bir yerli türk edebiyatından 
söz etmek mümkün değildir.” (Üçüncü Uluslararası KAKB
10
, 2. 
cilt, 2000: 156)  
Əksər tədqiqatçıların qəbul etdikləri kimi, Osmanlı divan ədə-
biyyatı və Anadolu xalq şeiri Kıbrıs türk yazılı ədəbiyyatının özülü-
nü təşkil edir. Görkəmli  ədəbiyyatşünas N.S.Banarlıya görə, XVI 
əsrdə Osmanlı  ədəbiyyatı üç istiqamətdə inkişaf etmişdir: yüksək 
zümrə  ədəbiyyatı, təsəvvüf  ədəbiyyatı, xalq ədəbiyyatı. (Banarlı, 
1.cilt, 1987: 216) 
Kıbrıs türk ədəbiyyatının birinci mərhələsi də divan ədəbiyya-
tının yaranması, müxtəlif təriqətlərə mənsub söz sənətkarlarının ya-
radıcılıqları ilə xarakterizə edilir.  
Məlumdur ki, yazılı ədəbiyyat nəzm və nəsr üzrə inkişaf etsə də
bir çox xalqların  ədəbiyyatının ilk nümunələri  şeirlədir. Nəsr  ədə-
biyyat tarixində sonrakı dövrlərin məhsuludur. Nəzm-nəsr inkişa-
fındakı bu xüsusiyyət Kıbrıs türk ədəbiyyatında da özünü göstər-
mişdir; öncə nəzm, ondan bir neçə əsr sonra isə nəsr yaranmışdır. 
Son dövr araşdırmalarında Kıbrısda günümüzə  gəlib çatan ilk 
türkcə  şeirlər XVIII yüzilliyin əvvəllərinə aid edilir. Kıbrıs türk 
ədəbiyyatında varlığı bilinən ilk şair kimi qazı  vəzifəsində çalışan 
Mehmet Zəkai Əfəndinin (?-1648) adı çəkilir. (Üçüncü Uluslararası 
KAK, 2000: 157) Lakin onun şeirləri dövrümüzə  gəlib çatma-
mışdır
11
. Şair-araşdırıcı Harid Fədai Kıbrıs türk şerinin köklərini al-
tı  şairin adı ilə bağlayır. Bunların sırasında  əsli keçmiş Zağradan 
                                                           
10
 KAKB –Kıbrıs Araştırmaları Kongresi Bildirileri 
11
 Harid Fedai “Kıbrıs Türk Edebiyatı” adlı məqaləsində Zəkaidən öncə Misalinin 
(1607) adını qeyd edir. (Suya Düşen Sancak, 2007: 107) 


Osman Türkayın poetik irsi 
 
 
28
(Bolqarıstan) olub, Kıbrısa işi ilə əlaqədar gəldikdən sonra
12
 burada 
bir divan tərtib edən Handinin, Hala Sultan təkyəsi  şeyxlərindən 
Mehmet Şeminin və Müftü Hilmi Əfəndinin davamçısı Raci Əfən-
dinin adlarını çəkir. (Birinci Uluslararası KBTES
a
, 1998: 139)  
Türk divan ədəbiyyatının Kıbrısda  ən ünlü nümayəndəsi Müfti 
Hilmi  Əfəndidir (1782-1847). O, Sultan II Mahmudun kıbrıslılara 
bağışladığı kitabxana münasibəti ilə  mədhiyyə yazmış  və sultan 
əsəri bəyənərək onu İstanbula çağırmış və sultanuş-şüəra adını ver-
mişdir.  
“Qalib kimi mistik, Nəbi kimi həkimanə  və  Nədim kimi şux 
olan” Hasan Hilmi Əfəndinin yaradıcılığı, həqiqətən də, bu özəllik-
lərin sintezindən ibarətdir. Məsələn, aşağıdakı nümunələr onun ya-
radıcılığını səciyyələndirir. Bu misralarda təsəvvüf ədəbiyyatına xas 
olan bir sıra qəlibləşmiş ifadələr, məcazlar mövcuddur: 
 
Muhtelifdir Hazreti-Mansur hakkında kelam 
Hakk cevab olmuş bir amma, sureti fetva iki.  
(Fedai, 2000: 173) 
Tekyesinde olalım biz de müridi sadık 
Belki bir gün bize de ola atayı Tevfik. 
 (Fedai, 2000: 61) 
 
Vüslatü firkat nedir bilmem, mücerred aşıkam, 
Mebhası-aşk içre hergiz fikri-ham olmaz bana
(Fedai, 2000: 66) 
 
Türk, ərəb və farsca mənzumələri olan Hilmi Əfəndi qəzəllərin-
də real gözələ olan sevgisini də izhar etmişdir: 
                                                           
12
 Mehmet Yaşın ingilis hakimiyyəti dövründə Osmanlı arxivlərindəki, şəxsi kitab-
xanalardakı, xüsusilə də Mövləvi təkyələrindəki sənədlərin aparılması nəticəsində 
klassik ədəbiyyata dair ilk qaynaqların əlimizə çatmadığını və XVII-XVIII əsrlərdə 
adları çəkilən divan şairlərinin əksəriyyətinin də başqa yerdən adaya iş üçün gəl-
diklərini vurğulayır. (Yaşın, 1994: 20) 


Elmira Fikrətqızı 
 
29
 
O ebruyı-mukavves büt, reviş eyler, gezer bakmaz 
O arar kameti her gün beni böyle hecil eyler. 
 (Fedai, 2000: 70) 
 
Şerə, sənətə yüksək qiymət verən,  şerin yalnız forma üzərində 
qurulmadığı qənaətində olan, köhnəlmiş mövzularda əsər yazmağın 
əleyhinə çıxan şair “Eylə” rədifli bir müsəddəsində həm elmin, həm 
də  sənətin qiymətdən düşdüyündən  şikayət edir: “Ne ilme reğbet 
eyler kimseler, ne hüsni-imae” (Fedai, 2000: 126) 
Klassik Kıbrıs türk ədəbiyyatında ikinci istiqamət təkyə ədəbiy-
yatının yaranması ilə bağlıdır. Bu ədəbiyyat təkyələrin meydana 
çıxması ilə  əlaqədardır. Türk xalqlarının  ədəbiyyat tarixində müx-
təlif təriqətlərə  mənsub olan Əhməd Yəsəvi, Mövlanə  Cəlaləddin 
Rumi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi kimi dahi söz ustaları 
vardır. Kıbrıs türk ədəbiyyatında bu səviyyədə tanınmış sənətkarlar 
olmasa da, müxtəlif təriqətlərə  məxsus  şairlərin adlarını  çəkmək 
mümkündür. 
Kıbrısda təkyə  ədəbiyyatı öz inkişafına XVI əsrdən sonra, Os-
manlı  təkyə  və divan ədəbiyyatlarının süquta doğru getdiyi bir 
dövrdə başlamışdır. Mövlana Cəlaləddin Ruminin adı ilə bağlı olan 
mövləvilik, Harid Fədai və Mustafa Haşım Altana görə, 1607-ci il-
də  Kıbrısda ilk təkyələrin qurulmasından sonra yayılmışdır. XVII 
əsr Osmanlı  təkyə  ədəbiyyatının  ən məşhur nümayəndələrindən 
olan Adəm Dədənin Kıbrıs təkyə  ədəbiyyatının formalaşmasında 
böyük rolu olmuşdur. Həmçinin 1650-ci illərdən sonra adaya gəl-
diyi ehtimal olunan və Adəm Dədənin müridlərindən sayılan Danişi 
Ali Dədə (?-1683) Lefkoşa mövləvixanasının qurucularındandır və 
yeni  şairlər nəslinin yetişməsində xidmətləri vardır. Həmin  şairlər 
nəsli mövləvi idilər və onların ilk nümayəndəsi Siyahi Mustafa Də-
dədir (?-1710). Qaynaqlarda verilən məlumata görə, Siyahi Mustafa 
Dədə divan bağlamış və təkyə ədəbiyyatının təmsilçisi olmuşdur.  


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə