Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə9/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   5   6   7   8   9   10   11   12   ...   71

Osman Türkayın poetik irsi 
 
 
30
Siyahi Mustafa Dədədən sonra təkyə  ədəbiyyatında həmin isti-
qamətin davamçıları simasında Hızır Handi Dədə (?-1724), Arif 
Dədə (?-1725) və başqaları çıxış etmişlər. Hızır Handi Dədənin: 
 
Koyma ayağı bir dem elünden ki iş budur 
Nuşi-şarab-ı nab ide gör Cem-meniş budur. 
 (Üçüncü Uluslararası KAKB, 2. cilt, 2000: 158) 
 
-mətləli qəzəli divan şeri ənənələrindən qaynaqlanır.  
 Arif  Dədə  də  “Şarab-ı zahir sanma, mesti-medhuşam”, - de-
yərək əslində bu şərabın ilahi eşq içkisi olduğuna işarə edir. 
Klassik Kıbrıs türk ədəbiyyatında ələvi-bəktaşi ədəbiyyatının ta-
nınmış nümayəndəsi Aşıq Kenzidir (h. 1210-1255) və  həmin  ədə-
biyyatın xüsusiyyətləri onun yaradıcılığında da özünü göstərir: 
 
Ebu Bekir, Osman, Ali damadı - peygamber, 
O sahib zülfikaar virdi nizam dünyaya bir geldi. 
 
Sakıya, sun camı kim rindaneler derler bize, 
Zevk u şevk ü gerdişi -peymaneler derler bize.  
(Kıbrıs Türk Edebiyatı, 1989: 35) 
 
Kenzinin digər bir şerində isə sufizmdə insanın kamilləşməsinin 
dörd başlıca mərhələsindən bəhs edilir və müxtəlif dini şəxsiyyətlə-
rin, o cümlədən də bəktaşi təriqətinin yaradıcısı Hacı Bektaş Vəli-
nin adı çəkilir: 
 
Hem şariat, hem tarikat, hem hakikat, marifet, 
Sende hatm olmuş, efendim, varidatı-müşkilat. 
 
 
Ya Hacı Bektaş Veli, Abdal Musa, Seyid Ali,  
Kayğusuz Sultan, Meded Kenzi - nihanım er yetiş.  
(Fedai, 1989: 14) 


Elmira Fikrətqızı 
 
31
 
Ümumiyyətlə, Aşıq Kenzi bir “meydan şairi” olsa da, divanında-
kı dastanlar və bir-iki şərqi istisna olmaqla bütün şeirləri əruz vəz-
nində yazılmışdır. Bu divan qəsidə, qəzəl və müxtəlif janrlarda ha-
disələrin inikasına çevrilən tarixlərdən ibarətdir.  
Adı  çəkilən  şairlərdən başqa Kıbrıs türk klassik ədəbiyyatının 
təmsilçiləri sırasında Mehmed Musib Əfəndi (?-1754), Hacı Hasan 
Tahsin Bəy (1800-1861), İbrahim Nəcib Bəy (1822-1902) və do-
ğum-ölüm tarixləri bilinməyən Müftü Raci Əfəndi kimi şəxsiyyətlər 
də vardır. Aşağıdakı nümunə sonuncu şairin qəzəlindəndir: 
 
Kişveri - hüsnün şeha canana düşdü gönlümüz
Bende oldum ol güzel sultana, düşdü gönlümüz.  
(Kıbrıs Türk Edebiyatı, 1989: 40) 
Qəzəlin misraları  məşhur hürufi şair  İmadəddin Nəsiminin 
“Könlümüz” rədifli iki rübaisini xatırlatmaqdadır və ədəbi əlaqələr 
baxımından da əhəmiyyət kəsb edir. 
Klassik Kıbrıs türk ədəbiyyatının sonuncu məşhur nümayəndəsi 
isə Kaytazzade Mehmet Nazimdir. (1857-1924) Onun qəzəlləri for-
ma və  məzmun kamilliyi ilə diqqəti çəksə  də, divan ədəbiyyatının 
süqut dövrünə təsadüf etdiyindən onda ənənəvilik daha qabarıqdır: 
 
Ben rakiban ile bir yerde o yarı çekemem, 
Neşe tahsili için derdi - humarı çekemem. 
(Kıbrıs Türk Edebiyatı, 1989: 43) 
 
Mehmet Nazimin ədəbiyyat tarixindəki xidmətləri daha çox 
onun nasirlik fəaliyyəti ilə bağlıdır. Belə ki, Mehmet Nazim Əfəndi 
Kıbrıs türk nəsrinin, daha dəqiq desək, roman janrının yaradıcıla-
rındandır və “Yadigari-məhəbbət” adlanan əsəri 1893-cü ildə yazıl-
mışdır.  
XIX əsrdən Türkiyə və müvafiq olaraq Kıbrıs türk ədəbiyyatın-
da yeni bir mərhələ başlanır. 1839-cu ildə Tənzimat Fərmanının ve-


Osman Türkayın poetik irsi 
 
 
32
rilməsi bunun üçün əsas rolunu oynayır. Prof., f.e.d. Aydın Abı-
yevin qeyd etdiyi kimi, islahat fərmanları Türkiyənin iqtisadi və 
mədəni həyatında böyük canlanmaya səbəb olur. Qərbi Avropa ilə 
hərtərəfli əlaqələr üçün yol açılır və Türkiyə də yeni ədəbi prosesə 
qoşulur. Ölkədə yeni tipli ədəbiyyat yaranmağa başlayır (Abıyev, 
2001: 3). 
Bu dövrdə  cəmiyyətin bütün sahələrində olduğu kimi, ədəbiy-
yatda da qərbləşmə meylləri nəticəsində divan şeri tənəzzül etməyə 
başlayır. Bu, bir tərəfdən, ədəbiyyatda gedən yeniləşmə prosesi ilə 
bağlı idisə, digər tərəfdən, divan şairlərinin sosial hadisələrə qarşı, 
ümumiyyətlə, laqeyd olmaları,  əsrlərcə  qəlibləşmiş,  şəkil və ifadə 
içində donub qalmış şeirlərlə çıxış etmələri (Kaplan, 1963: 158) və 
beləliklə də, dövrün tələblərinə cavab verməyib, bir növ cəmiyyət-
dəki proseslərdən, “qaynar” hadisələrdən kənarda qalmalarından 
irəli gəlirdi.  
Tənzimatçı yazarların fəaliyyəti ilə türk ədəbiyyatında başlanan 
yeniləşmə prosesi sonradan da ayrı-ayrı müəlliflər və ya qruplar tə-
rəfindən davam etdirilir. “Sərvəti-fünun”, “Fəcri-ati”, “Milli ədə-
biyyat”, “Beş hecaçılar”, “Yeddi məşəl” kimi ədəbi hərəkatlar və 
Tofiq Fikrət,  Əhməd Haşım, Yəhya Kamal, Nazim Hikmət kimi 
ədəbi  şəxsiyyətlər bu baxımdan  ədəbiyyat tarixində xüsusi yer tu-
turlar. “Qəribçilər”in yaradıcılığı isə yeniləşmə prosesində dil, məz-
mun və forma baxımından diqqəti cəlb edir. 1941-ci ildə Orxan 
Vəli, Məlih Cövdət Anday və Oktay Rüfət üçlüyü birlikdə nəşr et-
dirdikləri “Qərib” şeir toplusunun ön sözündə poeziyaya münasibət-
lərini aydın şəkildə bildirdilər. “Gənc şairlər açıq şəkildə bəyan et-
dilər ki, poeziya insanlara, xüsusilə də sadə insanlara xidmət etmə-
yə borcludur və  ədəbiyyat, ümumiyyətlə, incəsənət haqqında yeni 
fikirlər irəli sürdülər.” (Osmanova, 1979: 11)  
Türk şerinin milli ruhda sadələşməyə doğru istiqaməti onlara qə-
dər daha çox Məmməd  Əmin Yurdaqulun yaradıcılığında qabarıq 
nəzərə çarpırdı. Hətta məşhur şərqşünas Gibb onun haqqında: “Türk 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə