Microsoft Word kitab-end-perenos



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə1/52
tarix02.10.2017
ölçüsü3,32 Kb.
#2570
  1   2   3   4   5   6   7   8   9   ...   52


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU 
 
Ramiz Məmmədzadə 
 
 
 
 
 
 
 
TƏHSİLDƏ KEYFİYYƏT  
APАRICI İSTİQAMƏTLƏRDƏN 
 BİRİ KİMİ 
 
 
 
 
 
Metodik vəsait Azərbаycаn Rеspub-
likаsı 
Təhsil Nаzirliyi tərəfindən 
07.06.2010-cu il tаriхli 762 №-li əmri ilə 
təsdiq еdilmişdir. 
                                                                                 
                              
 
 
 
 
“Müəllim” nəşriyyatı 
BAKI – 2010 


 
2
 
Elmi redaktorlar:  
p.е.n., prоfеssоr Mircəfər Həsənоv 
p.е.n, dоsеnt Əsmər Bədəlоvа  
 
 
Rəyçilər: 
p.е.d., prоfеssоr Əjdər Аğаyеv 
p.е.d. Rüfət Hüsеynzаdə 
p.е.n, dоsеnt Sirac Rəsulоv 
 
 
 
 
 
Ramiz Məmmədzadə. TƏHSİLDƏ KEYFİYYƏT APАRICI 
İSTİQAMƏTLƏRDƏN BİRİ  KİMİ.  Bakı: “Müəllim”, 2010. – 
170 s. 
 
Oxuculara təqdim olunan bu vəsаitdə Azərbaycan təhsil sistemində təhsildə keyfiy-
yət, оnun bugünkü vəziyyəti, mövcud nöqsanlar, səbəbləri  və оnlаrın аrаdаn qаldırılmаsı 
yоllаrı tədqiq еdilmişdir. 
Təhsildə keyfiyyətin  əldə olunmasında məktəbdaxili idarəetmə  hərtərəfli təhlil 
edilmiş, onun müxtəlif istiqamətləri, о cümlədən informasiya texnologiyalarından istifadə 
qaydaları araşdırılmış və onlardan istifadə yolları göstərilmişdir. Keyfiyyətin əldə edilmə-
sində  şagird və müəllim  əməyinin stimullaşdırılmasının  əhəmiyyəti araşdırılmış, maraqlı 
metodikalar məsləhət görülmüşdür. Nəhayət, məktəb rəhbərinin bu sahədə əsaslı nəticələr 
əldə edə bilməsi üçün təhsil menecmenti və marketinqinin əhəmiyyəti ilə bаğlı məktəb təc-
rübəsi konkret misallarla açıqlanmışdır.  
Metodik vəsаit məktəb rəhbərlərinə, müəllim və tərbiyəçilərə, ixtisasartırma təhsili 
müəssisələrinin  əməkdaşlarına və pedaqoji institutların tələbələrinə  təhsildə keyfiyyətin 
əldə edilməsi yollarını mənimsəməyə kömək edə bilər. 
 

413
9952
2010
980107


 
 Ramiz Məmmədzadə, 2010 


 
3
ÖN SÖZ 
 
Təhsil sistemi və onun məzmunu ölkənin gələcəyinə xidmət 
edir. Bu fikrin xüsusi dəlillərlə sübuta ehtiyacı yoxdur, çünki insan 
cəmiyyətinin çoxəsrlik tarixi bunu sübut edir. Hələ Aristotel yazırdı 
ki, “Qanun verənlər gənclərin tərbiyəsinə xüsusi diqqətlə yanaşma-
lıdırlar, çünki hansı dövlətlərdə bu problemlər diqqət mərkəzində 
deyil, həmin ölkədə dövlət quruluşu ziyanlarla üzləşir. Aydındır ki, 
dövlət quruluşu formasından asılı olmаyaraq, tərbiyənin forma və 
məzmununa möhtacdır”. 
Bütün əsrlərdə görkəmli alimlərin fəlsəfi-psixoloji məzmunda 
yazılmış  əsərlərində  təhsil və  tərbiyə  məsələləri haqqında 
fikirlərində təlim-tərbiyə prosesinin gələcəyə istiqamətlənməsi haq-
qında maraqlı fikirlər irəli sürülmüşdür. 
Müasir dövrdə təhsil sistemi əsaslı şəkildə cəmiyyətin sosial-
iqtisadi inkişafına təsir göstərir. Təsadüfi deyil ki, müxtəlif ölkələrin 
alimləri XXI əsrdə insanlıq qarşısında duran vəzifələrdən 
danışarkən, hər şeydən əvvəl, çalışırlar ki, təhsilin inkişaf istiqamət-
lərini müəyyənləşdirsinlər. 
Təhsilin inkişaf perspektivləri hamını – ölkə miqyasında 
idarəetmə qərarlarını qəbul edən nazirdən tutmuş, təhsil müəssisəsi 
rəhbərlərini, elmi işçiləri, dərslik müəlliflərini, metodistləri, praktik 
müəllimləri, bir sözlə, müxtəlif səviyyələrdə təlim-tərbiyə prosesini 
təşkil edənləri və  nəhayət, valideynləri, bütün ictimaiyyəti narahat 
edir, düşündürür, çıxış yolları axtarmağa məcbur edir. 
Bu çıxış yollarından biri və  ən mühümü müasir şəraitdə 
təhsilin keyfiyyəti, onun idarə edilməsidir. Hamı razılaşar ki, 
ölkəmizdə bir çox təhsil müəssisələri məktəbi qurtaranlara dövlət 
təhsil standartlarına uyğun məcburi minimum bilikləri qazandıqları 
haqqında zəmanət verə bilmirlər. 
Qeyd etmək yerinə düşərdi ki, son zamanlar bu haqda çox 
danışırılır, müzakirələr keçirilir, qərarlar qəbul edilir. Təhsil 
menecmenti – təhsilin  əsasları  fənni ilə  məşğul olan alimlər 
çalışırlar ki, öz elmi axtarışlarında məktəbin inkişafı proseslərini 
araşdırsınlar, təhsildə keyfiyyət, onun əldə edilməsi, məqsədin 


 
4
proqnozlaşdırılması, nəticə  və onun müəyyənləşdirilməsinin elmi 
əsaslarını açıqlasınlar. 
Problemin açılışı, xüsusən də məktəbdə təhsilin keyfiyyətinin 
idarə olunması bu gün çox aktuallıq kəsb edir. Sirr deyil ki, 
respublikada bir çox məktəblər məktəbi qurtaranlara dövlət təhsil 
standartlarını, kurikulumun tələblərinə müvafiq mütləq minimum 
bilikləri mənimsəməyə şərait yarаtmırlаr. 
Müəllifi təhsildə keyfiyyət həmişə narahat etmişdir. Məhz 
buna görə müasir dövrdə pedaqopika, psixologiya, menecment, 
marketinq elmlərinin müasir inkişaf səviyyəsindən istifadə edərək 
qərara gəlmişdir ki, təhsilin keyfiyyətinin idarə olunması 
vasitələrini araşdırsın. Çünki müxtəlif səviyyəli müəllimlər, peda-
qoqlar qiymətləndirməyə öz başa düşdükləri kimi yanaşırlаr. Bu dа 
prоblеmi çətinləşdirməklə bərаbər, həm də аktuаllаşdırır. 
Qeyd etmək lazımdır ki, şagirdlərin bilik, bacarıq və 
vərdişlərini, vətəndaşlıq səviyyəsini qiymətləndirmək pedaqoji elm 
sahəsinə aid olmasına baxmayaraq, bu problem həm də  təhsil 
müəssisəsini idarə edən məktəb rəhbərlərinə – təhsil menecerlərinə 
də aiddir. Oxucular razılaşarlar ki, məktəb elmi əsaslarla idarə olun-
mursa, təhsilin keyfiyyəti vaxtlı-vaxtında təhlil edilmirsə, monito-
rinqlər keçirilmirsə, belə müəssisədə keyfiyyətdən danışmaq olmaz. 
Məhz bunu nəzərə alaraq, didaktlar, psixoloqlar, tərbiyə sahəsində 
çаlışаn mütəxəssislər idarəetmə terminindən çox müvəffəqiyyətlə 
istifadə edirlər və öz fəaliyyətlərində biliklərin mənimsənilməsi 
prosesinin idarə olunmasını,  şagirdlərin tərbiyə prosesinin təşkilati 
tədbirlər vasitəsilə həyata keçirilməsini qeyd edirlər. Bütün bu bilik-
lər, onlardan müəllifin öz təcrübəsində istifadə etməsi və bugünkü 
təhsil sisteminin təcrübəsi ilə müqayisəsi və  əldə edilən nəticələr 
təhsil işçiləri üçün maraqlı olar. 
Bunu nəzərə alaraq, hesab edirik ki, tədqiqatın nəticələri həm 
müəllimlər, həm də  məktəb rəhbərləri üçün köməkçi vəsait 
olacaqdır. 
 
 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə