Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə1/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
  1   2   3   4   5   6   7   8   9   ...   243


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

BAKI DÖVLƏT UNİVERSİTETİ  

 

 

 



 Birinci Türkoloji Qurultayın  

90 illik yubileyinə həsr olunmuş  

 

 

 



 

MÜASİR TÜRKOLOGİYA:  

DÜNƏN, BU GÜN VƏ SABAH  

(problemlər və perspektivlər) 

 

 

RESPUBLİKA ELMİ KONFRANSININ  



M A T E R İ A L L A R I   

 

28 dekabr 2016-cı il 



 

 

 



 

 

 



 

 

 



“Elm və təhsil” 

Bakı – 2016 




 

 



KONFRANSIN  TƏŞKİLAT  KOMİTƏSİ 

 

 



Akad. A.M.Məhərrəmov 

sədr, rektor 

AMEA-nın müxbir üzvü,  

prof. A.H.Kazımzadə 

sədr müavini, Elm və innovasiyalar üzrə prorektor 

Prof. İ.N.Əliyeva 

üzv, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor 

Prof. S.T.Hacıyev 

üzv, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə 

prorektor 

AMEA-nın müxbir üzvü, 

Prof. N.Q.Cəfərov 

üzv, Atatürk Mərkəzinin müdiri 

AMEA-nın müxbir üzvü,  

Prof. N.A.Paşayeva 

üzv, kafedra müdiri 

Fil.f.d. E.H.Məmmədov 

üzv, Filologiya fakültəsinin dekanı  

Dos. M.T.Vəliyev 

üzv, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti 

Prof. T.H.Hüseynov 

üzv, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru 

Prof. S.Ə.Abdullayeva 

üzv, kafedra müdiri 

Prof. C.Q.Nağıyev 

üzv, kafedra müdiri 

Prof. A.C.Hacıyev 

üzv, kafedra müdiri 

Prof. H.A.Əsgərov 

üzv, kafedra müdiri 

Prof. L.H.Quliyeva 

üzv, kafedra müdiri 

Prof. M.M.Cəfərov 

üzv, kafedra müdiri 

Fil.ü.e.d. R.B.Əskərov 

üzv, kafedra müdiri 

Fil.ü.e.d. S.H.Orucova 

üzv, kafedra müdiri 

Dos. Ə.M.Paşayeva 

üzv, kafedra müdiri 

Dos. S.V.Abbasova 

üzv, kafedra müdiri 

Dos. A.Q.Abbasov 

üzv, kafedra müdiri 

Dos. B.İ.Hacıyev 

üzv, kafedra müdiri 

Dos. E.N.Fərəcullayeva 

üzv, kafedra müdiri 

Prof. E.İ.Əzizov 

üzv,Türkologiya kafedrasının professoru 

Prof. Ə.Ə.Rəcəbli 

üzv, Ümumi dilçilik kafedrasının professoru 

Dos. F.A.Şiriyev 

üzv, HİK-in sədri 

Dos. D.M.Qənbərov 

üzv, Tələbə HİK-in sədri 

Fil.ü.f.d. Ü.H.Hüseynova  

məsul katib, böyük elmi işçi 

 

 

 



© Bakı Dövlət Universiteti, 2016 


 

I TÜRKOLOJİ QURULTAY – TÜRK XALQLARININ 



İNTEQRASİYASINDA YENİ MƏRHƏLƏ  

 

 



 

ELÇİN MƏMMƏDOV  

Filologiya üzrə fəlsəfə doktoru 

Bakı Dövlət Universiteti Filologiya fakültəsinin dekanı   

  

TÜRK DÜNYASININ ŞANLI VƏ QANLI TARİXİ – I BAKI TÜRKOLOJİ 



 QURULTAYI (1926)  

  

Açar sözlər: Türkoloji qurultay, Bakı, türk dünyası, dilçilik məsələləri, represiyya.  



 

Turkicology Congress is one of the noteworthy events that have laid the foundation for a new stage in the 

cultural integration of the Turkic peoples. At the Congress were adopted representing the great perspective of 

addressing the problems which have become the object of thorough discussions, developed the scientific and 

methodological principles of the transition to a new alphabet with the Latin alphabet. 

Key words: 

Turkicology Congress, Baku, Turkic peoples, language issues, repression

 

 



1926-cı ilin 26 fevral - 6 mart tarixlərində respublikamızın paytaxtı Bakı şəhərində təşkil edilmiş I 

Türkoloji Qurultay XX əsrdə türk dünyasının, eyni zamanda, Azərbaycan xalqının elmi-mədəni və ictimai-

siyasi həyatında baş vermiş ən əlamətdar hadisələrdən biridir.  

Türk coğrafiyasının mədəni inteqrasiyasına yönəlmiş və olduqca mühüm bir mərhələnin əsasını qoy-

muş bu tarixi hadisə, birinci növbədə, öz mahiyyəti və çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsə-

lələrin gündəmə gətirilməsi və sistemli şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.  

Məhz bu qurultayın tribunasında SSRİ ərazisində yaşayan türk xalqlarının dili, ədəbiyyatı, tarixi, 

əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra əhəmiyyətli qərarlar 

qəbul edilmiş, latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanmışdır.  

Qurultaya müxtəlif ölkələrdən 131 nəfər nümayəndə qatılmış, 17 iclas keçirilmiş, türklərin, bütöv-

lükdə Türk coğrafiyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyatı və mədəniyyətinə dair 

38 məruzə dinlənilmişdir. İclasa Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu 

sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə aşağıdakı şəxslər seçilmişdilər: Səməd Ağamalıoğlu, Ruhulla 

Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Bartold, akademik Oldenburq, Avropa 

alimlərinin nümayəndəsi professor Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir 

Çobanzadə, professor Samoyloviç, Qazaxıstandan Bəytursun, Yakutiyadan Barahov, Şərqşünaslıq Assosiasi-

yasından Borozdin və Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən 

Fuad Köprülüzadə, Dağıstandan Qorqmasov, Özbəkistandan Nahamov, Qırğızıstandan Tunstanov, Türkmə-

nistandan Berdiyev, Krımdan Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar. Bundan əlavə Azərbaycan 

nümayəndə heyəti və digər respublikalar adından Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik 

Marr, Lunaçarski və Tomsen qurultayın Rəyasət Heyətinə fəxri üzv seçilmişlər. 

Qurultayın açılışında T.Mensel bu mötəbər tədbirin tanınmış türkoloq V.Radlovun şərəfinə həsr olun-

masını təklif etmişdi. Bu təklif S.Ağamalıoğlu tərəfindən qəbul edilmiş, ancaq bunu diqqətə alan iştirakçılar 

V.Radlovla yanaşı İ.Qaspıralının da adının əlavə olunmasını istəmişdilər. Beləliklə, qurultay iki böyük 

insanın - türk xalqlarının tarixində əvəzsiz xidmətləri olan, görkəmli krım-tatar ziyalısı İsmayıl bəy Qaspı-

ralının və Orxon-Yenisey abidələrinin ilk tədqiqatçısı V.Radlovun şərəfinə həsr edilmişdi.   

Qurultaydakı bir çox məruzələr aktuallığı və problematikliyi ilə daha çox diqqət çəkirdi: 

B.Çobanzadənin “Türk ləhcələrinin yaxın qohumluğu” və “Elmi terminologiyanın sistemi”, F.Köprülüza-

dənin “Türk xalqlarında ədəbi dilin inkişafı”, H.Zeynallının “Türk dillərində elmi terminologiya sistemi 

haqqında”, V.V.Bartoldun “Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrənilməsinin yaxın vəzifələri”, 

S.Y.Malovun “Qədim türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və perspektivləri”, A.N.Samoyloviçin 

“Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri”, S.F.Oldenburqun “Türk xalqları 

arasında ölkəşünaslıq işlərinin metodları”, A.A.Müllerin “Türk xalqlarının təsviri sənəti haqqında”, T.Men-

selin “Balkan türkləri ədəbiyyatının öyrənilməsinin yekunları və perspektivləri”, Fərhad Ağazadənin “Türk 

dillərində düzgün yazı”, N.F.Yakovlevin “Türk millətlərinin sosial və mədəni şəraitləri ilə bağlı əlifba 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə