Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə14/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   10   11   12   13   14   15   16   17   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
37
3.3. İdxal mallarına daxil olan tütün, çay, kibrit, papiros və dəftərxana 
kağızı bağlamalarına gömrükxanada icbari qaydada möhür (damğa) 
vurulur. 
3.4. Boşaldılıb gömrük anbarlarına, pakhauzlara, körpülərə  və 
gömrükxana ərazisinə yığılan mallar yeddi gün ərzində anbar rüsumundan 
azad olunur, bu müddət ötdükdən sonra anbar rüsumuna cəlb edilir. 
3.5. Azərbaycan SSR-in gömrükxanalarında idxal malları  aşağıdakı 
yığımlara cəlb olunur: 
a) gömrük anbarlarında saxlanılan hər pud yükə görə: 
-  1 gün saxlamağa görə - 1000 manat 
-  2 gün saxlamağa görə - 2000 manat 
-  3 gün saxlamağa görə - 3000 manat 
Anbar rüsumu malların saxlanma müddətinə müvafiq olaraq artır. 
b) gömrük baxışı  sənədlərinin tərtib edilməsinə görə malın dəyərinin 
10 faizi həcmində rüsum tutulur. 
c) möhürlənməyə görə yığımın həcmi dəyişdirilmir 
d) yüklərə möhür vurulmasına görə yığım bir ədəd bağlamaya görə - 5 
manat 
e) hər baxışdan keçirilməyə görə məzuniyyət haqqı - 25 manat 
ç) bağlamalara damğa vurulmasına görə - 100 manat 
Qeyd: gömrükxanalarda mallara görə pud hesabı rüsumunun 
ödənilməsini nəzərdə tutan 1919-cu il 16 iyun tarixli qanun ləğv edilir. 
 
Xalq Komissarları Sovetinin sədri         
 
  Qədirli 
Xalq Maliyyə komissarı                         
 
 H.Tağıyev 
Katib                                                      
Qasımov [29, 53-54].
 
 
“Qaydalar”a  əsasən, AXC-nin hələ  də qüvvədə saxlanılan (!) və 
gömrükxanalarda mallara görə pud hesabı rüsumunun ödənilməsini nəzərdə 
tutan 1919-cu il 16 iyun tarixli qanunu ləğv edilirdi. Göründüyü kimi, idxal 
malları iki qrupa bölünürdü: sovet respublikalarından idxal və İrandan idxal. 
Bundan  əlavə, Azərbaycan SSR ərazisinə sovet respublikalarından ixrac 
edilən mallar gömrük rüsumuna və baxışına cəlb olunmurdu. Əgər xarici 
ölkədən daxil olan poçt bağlamasına görə qonşu sovet respublikasının 
gömrükxanasında rüsum tutulmuşdusa, onda həmin mallar Azərbaycan 
SSR-də gömrük baxışına və rüsumun tutulmasına cəlb edilmirdi. Yalnız 
ərzaqla yüklənilmiş türkmən qayıqları gömrük rüsumundan azad edilmirdi. 
İrandan bütün malların idxalı malların miqdarından asılı olaraq pulla və ya 
natura ilə 10 faizlik gömrük rüsumu  ödənilməklə sərbəst həyata keçirilirdi. 
Yeni qaydalara əsasən, Azərbaycan SSR-dən sovet respublikalarına 
Xalq  Ərzaq Komissarlığının siyahısında göstərilən  ərzaq məhsulları, 
müvafiq komissarlıqlarının ixracına icazə verdiyi valyuta tutumlu mallar


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
38
şərab və spirtli içkilər, texniki materiallar istisna olmaqla, bütün malların 
daşınması sərbəst həyata keçirilir və rüsum ödənilməsindən azad olunurdu. 
Ərzaq Komissarlığının siyahısında olan ərzaq məhsullarının daşınmasına 
həmin komissarlıq icazə verdiyi halda gömrük rüsumuna cəlb edilirdi. 
“Çentrsoyuz”, “Azərittifaq”, “Hərbi kooperativ” və “Vneştorq” təşkilatları 
tərəfindən daşınan  ərzaq məhsullarına görə heç bir güzəşt tətbiq edilmirdi. 
Bununla yanaşı, Azərbaycan XTŞ-nin razılığı ilə texniki təchizat mate-
rialları rüsum tutulmadan buraxılırdı. Şərab və spirtli içkilər gömrük rüsumu 
alınmadan, ancaq aksiz tutularaq buraxılırdı. Valyuta tutumlu mallar 
Gömrük idarəsinin razılığı ilə  və  təsdiq edilmiş  cədvəllər üzrə daşınırdı. 
Sərnişinlərin özləri ilə müəyyən edilmiş normaya uyğun apardıqları  ərzaq 
məhsullarına görə gömrük rüsumu tutulmurdu. 
İrana bütün malların ixracı, müvafiq xalq komissarlıqlarının icazəsi 
tələb olunan mal-qara, taxıl və neft məhsulları, texniki materiallar istisna 
olmaqla, pulla və ya natura ilə 10 faiz həcmində rüsum ödənilməklə 
aparırdı. Bu malların ixracı üçün ixracatçı  tərəfindən gömrükxanaya ərizə 
təqdim edirdi. İrana gedən hər bir sərnişinə  sərbəst surətdə  və gömrük 
rüsumu ödəmədən özü ilə 10 funt ağırlığında çörək, 2 funt qənd və ya 
konfet, ¼ funt çay, 1 funt yağ və pendir, 100 ədəd papiros aparmasına icazə 
verilirdi. Hər bir ailə mebeldən, böyük güzgüdən, musiqi alətləri və tikiş 
maşınlarından başqa, 1 ədəd xalça daxil olmaqla ev əşyalarını maneəsiz və 
rüsumsuz apara bilərdi. Mebel və digər avadanlıqlarının daşınmasına 
Gömrük idarəsi, musiqi alətlərinin buraxılmasına Xalq Maarif Komissarlığı 
razılığı  tələb olunurdu. Müvafiq sənət sahiblərinə  məxsus nəfəsli və simli 
kiçik musiqi alətləri xüsusi icazə olmadan və rüsumsuz buraxılırdı. Hər bir 
sərnişinin özü ilə sərbəst və rüsum ödəmədən 18 zolotnik qızıldan və 1 funta 
qədər gümüşdən olan zinət əşyaları aparmasına icazə verilir, eyni zamanda 
hərəsindən bir ədəd olmaqla, saat, üzük, siqaret qutusu, qadın bəzəkləri bu 
normaya daxil edilmir və gömrükdən maneəsiz buraxılırdı. 
Azərbaycan SSR-in İranla ticarət  əlaqələri Xarici Ticarət Komis-
sarlığının bu ölkədəki nümayəndəliyi vasitəsi ilə tənzimlənirdi. 1920-1922-
ci illərdə nümayəndəliyin rəhbəri (müvəkkil) vəzifəsinə  Əhməd 
Məmmədov, daha sonra Əsədulla Axundov təyin olunmuşdu. Dövlət, 
kooperativ, hərbi təşkilat və müəssisələrin  İrana idxal etdikləri və 
Azərbaycan SSR hüdudlarından bu ölkəyə ixrac etdikləri mallar gömrük 
rüsumundan azad edilmirdi. Gömrükxanada yalnız xüsusi hərbi yüklər  
gömrük baxışından keçirilmir və rüsuma cəlb olunmurdu. Bu qayda Cənubi 
Qafqaz respublikalarının ticarət idarələrinə, RSFSR xarici ticarət idarəsinə, 
“Kaspmortrans” və “Sentrsoyuz”a, ümumiyyətlə Rusiyanın bütün vilayət 
kooperativ idarələrinin ixrac mallarına tətbiq edilmirdi. Bütün idxal və ixrac 
mallarından rüsumlar natura ilə tutulurdu. Lakin bəzi mallardan, xüsusilə 
təzə meyvə, qoz-fındıq, püstə, bal, Mazandaran qəndi, qənnadı  məhsulları, 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə