Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə2/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   2   3   4   5   6   7   8   9   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
6
 
IV FƏSİL.   Sovet dövlətinin gömrük siyasətində “yumşalma” 
meylləri və Azərbaycanın iqtisadi-ticarət əlaqələri 
(1985-1991-cı illər) ........................................................................191 
4.1. SSRİ-nin süqutuna qədər olan dövrdə 
Azərbaycanın xarici iqtisadi-ticarət əlaqələri .................................191 
4.2. Sovet gömrük sistemində islahatlar və Respublika 
Gömrük İdarəsinin yaradılması ......................................................204 
NƏTİCƏ. ........................................................................................................219 
İstifadə edilmiş mənbələr və ədəbiyyat.............................. ................................223 
Azərbaycan SSR-də gömrük işi tarixinin xronologiyası  .................................232 
Gömrük işi və xarici iqtisadi əlaqələrə aid sənədlər.........................................240


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
7
 
 
 
 
 
GİRİŞ 
 
 
1920-ci il aprelin 28-də baş vermiş bolşevik çevrilişi nəticəsində cəmi 
23 ay yaşayan və  Şərqdə ilk demokratik respublika olan Azərbaycan 
Cümhuriyyəti süqut etdi. Milli dövlət idarəçiliyinin bir çox sahələrdə olduğu 
kimi gömrük işi sahəsində  də  nəzərdə tutulan tədbirlərin axıradək başa 
çatdırılmasına imkan verilmədi və bu vaxta qədər görülən işlər tarixin bir 
küncünə atıldı. Məlum olduğu kimi, elmi ədəbiyyatda Azərbaycan Xalq 
Cümhuriyyətinin 1920-ci il aprelin 27-də süqutundan sonra yaradılmış 
Azərbaycan Sovet Sosialist Respublikası XX yüzillikdə dövlətçilik tarixi-
mizə İkinci Respublika dövrü kimi daxil olmuşdur (bax: C.Quliyev. İkinci 
Respublikanın yaranma tarixindən (rus dilində): Bakı, 1997).  
Sovet dövrü tarixşünaslığının təhlili təsdiq edir ki, Azərbaycan SSR-in 
iqtisadiyyatı  həmin müddət  ərzində milli iqtisadiyyat kimi deyil, Sovetlər 
İttifaqının vahid təsərrüfat kompleksinin tərkib hissəsi kimi idarə edilirdi. 
Əlbəttə, mərkəzin iqtisadi siyasəti Azərbaycan da daxil olmaqla hər hansı 
bir milli respublikanın müstəqil iqtisadiyyata malik olmasına qarşı, o 
cümlədən xarici iqtisadi-ticarət  əlaqələri qurmaq imkanlarından məhrum 
edilməsinə yönəldilirdi. Əslində Azərbaycanın digər müttəfiq respublikalar 
arasında iqtisadi əlaqələri elə qurulmuşdu ki, milli sərvətlərimiz digər res-
publikaların, başlıca olaraq Azərbaycanın tarixi torpaqlarında süni surətdə 
yaradılmış Ermənistan SSR-in ehtiyaclarının ödənilməsinə xidmət etsin.  
Azərbaycan da daxil olmaqla ayrı-ayrı milli respublikaların Sovetlər 
İttifaqının xarici iqtisadi-ticarət əlaqələrində iştirak etməsinə qismən də olsa 
icazə verilməsi, gəlirlərin bölüşdürülməsinin forma və metodları yuxarıdan 
təyin edilmiş “reseptlər” əsasında həyata keçirilirdi.  
Sovet gömrük xidmətinin Azərbaycan SSR-in sosial-iqtisadi inkişaf 
tarixində rolunun təhlil edilməsinə  əhəmiyyət verilməmiş, bu mövzu ümu-
miyyətlə diqqətdən kənarda qalmışdır. Həm sovet dövründə, həm də SSRİ-
nin süqutundan sonra, aparılan  ən yeni tədqiqatlarda belə sovet dövrü 
gömrük tariximiz, demək olar ki, araşdırılmamışdır. Bir sıra elmi-tədqiqat 
əsərlərində problemə müxtəlif aspektlərdən, eyni zamanda səthi toxunul-
muşdur.  
Şübhəsiz ki, sovet dövründə Azərbaycanın müstəqil gömrük siyasəti 
aparmasından söhbət gedə bilməzdi. Çünki respublikanın xarici ticarət və 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
8
gömrük nəzarəti ittifaq orqanlarının fəaliyyət sahəsinə aid olduğuna görə, bu 
işin icrası və idarə edilməsi birbaşa Moskvadan həyata keçirilirdi. Bununla 
bərabər, 1920-1921-ci illərdə, yəni qısa bir müddət  ərzində sovet 
Azərbaycanı  rəhbərlərinin xarici ticarət və gömrük işi sahəsində müstəqil 
siyasət yürütməyə çalışması inkar edilməz fakt olaraq qalır və bu məsələni 
bir çox fakt və sənədlərə əsaslanaraq təhlil etməyə çalışmışıq.  
1922-ci il avqustun 1-dən Zaqafqaziya Fövqəladə Komissarlığı 
Azərbaycan, Ermənistan və Gürcüstan arasındakı gömrük və  sərhəd-keçid 
məntəqələrinin 24 saat ərzində  ləğv edilməsinə  qərar verdi. Cənubi 
Qafqazda sovet gömrük idarəçiliyi mərkəzləşdirildi və Tiflisdə Zaqafqaziya 
Gömrük  İdarəsi yaradıldı. Azərbaycan SSR-in xarici ölkələrlə ticarət 
əlaqələri və gömrük işinin inkişafında ənənəvi Bakı yarmarkalarının mühüm 
əhəmiyyəti oldu. Beynəlxalq yarmarkanın məhz Bakıda təşkil edilməsi onun 
təkcə onun qərb və  şərq ölkələrini birləşdirən ticarət yollarının üzərində 
yerləşməsi, xüsusilə  mənfəətli dəniz yoluna malik olması deyil, həm də 
sovet Rusiyasının mənafeyi ilə bağlı idi. Bakı yarmarkası  həmin dövrdə 
SSRİ-nin  İran, Türkiyə,  Əfqanıstan, Monqolustan və  Qərbi Çinlə xarici 
iqtisadi əlaqələrinin yaradılmasında ilkin mərhələ rolunu oynayırdı. 
SSRİ-nin xarici ticarət üzərində dövlət inhisarının qorunub saxlanıl-
masına yönəldilmiş siyasəti Azərbaycan  ərazisindəki gömrük orqanlarının 
fəaliyyətini də ümumittifaq maraqlarına tabe etdirdi. Sovet gömrük xidməti 
əsasən məhdudiyyətlər və qadağanedici prinsiplər əsasında qurulur və dünya 
təcrübəsindən faydalanmaq imkanından kənarlaşdırılırdı. Bir qədər təkmil-
ləşdirilmiş sovet Gömrük Məcəlləsində (1928-ci il) göstərilirdi ki, gömrük 
müəssisələri xarici ticarətin inhisarı sahəsində dövlət qərarlarının yerinə 
yetirilməsi üzərində faktiki nəzarət edir, gömrük rüsumları toplayır, bütün 
digər gömrük əməliyyatlarını həyata keçirir.  
Azərbaycan KP(b) MK və Azərbaycan SSR XKS-nin “İrandan daxil 
olan ixrac düyüsünün Bakıda yerləşdirilməsi haqqında” 1936-cı il 4 noyabr 
tarixli qərarı xarici ticarət fəaliyyətini genişləndirməyə imkan yaratdı. Bu 
məqsədlə, Bakı ticarət limanı  və gömrükxana ərazisində yenidənqurma 
işlərinin aparılması yeni anbarların tikilməsi  həyata keçirildi. Mülkiyyət 
növünə görə dövlətə və fiziki şəxslərə məxsus çəltik emal edən dəyirmanlar 
işə salındı. Gömrük ərazisində emal rejimi altında gömrük əməliyyatlarının 
rəsmiləşdirilməsinə başlanıldı. Gömrük gəlirləri tamamilə sovet dövlətinin 
xəzinəsinə axıb gedirdi. Digər hüquq-mühafizə orqanlarında olduğu kimi 
gömrük xidmətində də rəhbər vəzifələrə qeyri-azərbaycanlılar təyin edilirdi. 
Bununla yanaşı, kitabda vurğulanır ki, xarici ticarət əməliyyatlarının həyata 
keçirilməsində ittifaq əhəmiyyətli Bakı və Culfa gömrükxanaları mühüm rol 
oynamışdır. Xüsusilə, ikinci dünya müharibəsi illərində adları qeyd edilən 
gömrükxanalarda ölkə üçün həyati  əhəmiyyət daşıyan yüklər, o cümlədən 
müttəfiq dövlətlərdən daxil olan hərbi və humanitar yardımların əsas hissəsi 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə