Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
12
respublika rəhbərliyi xarici iqtisadi-ticarət siyasətində müstəqillik meylləri
güclü idi. 1921-ci ilin aprelin 26-da gömrük idarəsinə rəhbərlik edən
Azərbaycan SSR XXTK-nin bilavasitə Zaqafqaziya XXTK-nin tərkibinə
daxil edilməsi respublika rəhbərliyinin xarici ticarət əlaqələri və gömrük
münasibətlərinə təsir dairəsini tamamilə məhdudlaşdırdı.
Cümhuriyyətin hakimiyyət strukturlarını dağıtmaq məqsədi ilə ölkənin
hər yerində yaradılan İnqilab Komitələrinə fövqəladə səlahiyyətlər verildi.
Sovet Azərbaycanının iqtisadiyyatının idarə edilməsi sahəsində növbəti
addımlardan biri 1920-ci il mayın 2-də Azərbaycan
SSR Xalq Sənaye və
Ticarət Komissarlığının kollegiyasında respublika Xalq təsərrüfatı Şurasının
(XTŞ, 1922-ci ildən Ali Xalq Təsərrüfat Şurası) yaradılması oldu.
Bundan beş gün sonra, Azərbaycan İnqilab Komitəsi RSFSR-in
nümunəsi əsasında, yerli şəraiti nəzərə almaqla XTŞ-nin strukturunu və
tərkibini təsdiq etdi. AXTŞ-nin Əsasnaməsində göstərilirdi: “Xalq Təsərrü-
fatı Şurasının həyata keçirdiyi iqtisadi siyasət Azərbaycan MİK, Xalq
Komissarları Soveti və Xalq Təsərrüfatı Şurasının qurultayı tərəfindən
müəyyən olunur. Onlar iqtisadi siyasətin başlıca istiqamətlərini müəyyən-
ləşdirirlər” [161, 1920, 16 may, №13].
Xarici ticarət məsələlərinin həlli ilk vaxtlar Xalq Təsərrüfatı Şurasına
tapşırıldı. XTŞ-nin nəzdində xarici ticarət şöbəsi yaradıldı. Avropanın bir
çox qabaqcıl dövlətləri, o cümlədən İngiltərə, Fransa, Almaniya, İtaliya,
Avstriya, Çexoslovakiya, Hollandiya və bir neçə başqa
dövlətlərlə ticarət
əlaqələri yarada bildi. Gömrük idarəsi XTŞ-nin tabeçiliyinə verildi. XTŞ-
nin gömrük işinin müxtəlif sahələrinə aid bir sıra qərarlar respublikanın
xarici ticarət və gömrük-tarif siyasətinin formalaşmasına təsir etdi. Məsələn,
26 may 1920-ci ildə XTŞ-nin Azərbaycan İnqilab Komitəsinə və İranla
sərhəddə yerləşən gömrükxanalarına göndərdiyi 633 saylı təcili məktubda
İran tacirlərinə məxsus malların saxta sənədlərlə gömrük anbarlarından
Dadaş Bünyadzadə Həmid Sultanov Qəzənfər Musabəyov Əliheydər Qarayev
(1888-1938) (1889-1938) (1888-1938)
(1896-1938)
Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
13
çıxarılmasının qarşısının alınması və gömrükdə malların buraxılışına nəza-
rətin gücləndirilməsi tələb olunurdu. İnqilab Komitəsi 30 may tarixli
teleqramla bu məsələyə dərhal münasibətini bildirdi: 1) Maliyyə Komis-
sarlığın xüsusi göstəriş olmadan İrana mal ixracına icazə verilməsini
dayandırmalı; 2) Ərzaq Komissarlığı tərəfindən verilən icazələr baxılmaq
üçün İnqilab
Komitəsinə göndərilməli; 3) XTŞ-nin icazəsi ilə ixrac edilən
balıq məhsulları gömrükdən maneəsiz buraxılmalıdır [8,12, 17].
Azərbaycan SSR-in təşkilindən sonra, ilk əvvəl Bakı gömrükxanası
Xalq Maliyyə Komissarlığı Gömrük hissəsinin (28 aprel 1920-13 avqust
1920-ci il), daha sonra Azərbaycan SSR XMK Gömrük idarəsinin (14
avqust 1920-ci il - 20 dekabr 1920-ci il) və həmin komissarlığın “Gömrük
nəzarəti şöbəsi”nin tərkibinə daxil edildi (21 dekabr 1920-23 sentyabr 1922-
ci il). 1921-ci il 1 yanvar vəziyyətinə görə Bakı gömrükxanası aşağıdakı
struktura malik idi: 1) Dəftərxana; 2) Müsadirə şöbəsi; 3) Mühasibatlıq; 4)
Gəmi kontoru.
Cənubi Qafqaz respublikalarının xarici ticarət və gömrük siyasəti
birbaşa mərkəzə tabeçiliyinə verilən Bakı gömrükxanası ZSFSR XXTK
Gömrük idarəsinə (24 sentyabr 1922 - 21 dekabr 1922-ci il), bir az sonra
SSRİ XXTK Baş gömrük idarəsi Cənubi Qafqaz şöbəsinin (22 dekabr 1924-
17 noyabr 1925-ci il), SSRİ Xalq Xarici və Daxili Ticarət Komissarlığının
(18 noyabr 1925-21 noyabr 1930-cu il), yenidən SSRİ XXTK
Baş gömrük
idarəsi Cənubi Qafqaz şöbəsinin (22 noyabr 1930-1936-cı il) tabeliyində
fəaliyyət göstərirdi.
1920-ci il aprelin 28-nə olan vəziyyətə görə Azərbaycan SSR
ərazisində 337 nəfər əməkdaşı əhatə edən 16 gömrük müəssisəsi mövcud
idi, o cümlədən 1-ci dərəcəli Bakı, 2-ci dərəcəli Ağstafa, Astara, Balakən,
Lənkəran və Yalama, 3-cü dərəcəli Biləsuvar və Muğanlı gömrükxanaları,
Cəfərli, Qovaqçöl, Poylu, Salahlı, Şıxlı, Qızıl-Ağac, Yuxarı Kür və
Mazımçay gömrük postları. Maliyyə Komissarlığının Gömrük hissəsi
Cümhuriyyət dövründə olduğu kimi gömrük
və sərhəd mühafizəsi şöbə-
lərindən ibarət idi. Gömrük şöbəsinin tərkibinə təftiş-təlimat, təsərrüfat,
təhqiqat, müsadirə və statistika-informasiya bölmələri daxil idi [118, 16].
Azərbaycan XTŞ 22 may 1920-ci il tarixli qərarı ilə xüsusi icazə
olmadan bütün gömrükxana, dəmiryolu stansiyalarına, nəqliyyat kontorla-
rına məxsus anbarlardan, o cümlədən ictimai və şəxsi müəssisələrdən müx-
təlif
növdə xam dəri, sulfat turşusu, anilin boyaq və s. malların buraxılması
qadağan edilir, bu qərarın müddəalarını pozan şəxslərə inqilab dövrünün sərt
qanunları ilə cəza veriləcəyi haqqında xəbərdarlıq edilirdi [8, 3].
Azərbaycan SSR Xalq Ərzaq Komissarlığının “Ərzaq məhsullarının
və ilkin tələbat mallarının sərbəst daşınması normaları haqqında” 1920-ci il
27 may tarixli qərarını Azərbaycanın sovet dövrü gömrük qaydalarını
tənzimləyən ilk sənəd hesab etmək olar. Ərzaq komissarı Q.Musabəyovun
Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
14
imzaladığı bu sənəddə sərhəddən təyin edilən miqdarda daşınmasına icazə
verilən ərzaq məhsullarının siyahısı verilir və siyahıdan kənar ərzağın
keçirilməsi tamamilə qadağan edilirdi. Bu daşınma normaları dərc edil-
dikdən sonra yerlərdə qəbul edilmiş eyni xarakterli bütün sərəncamlar ləğv
edilirdi [8, 10].
Yuxarıda qeyd edilən sənədin əsli Milli Dövlət Arxivinin 85 nömrəli
fondunda saxlanılır:
Ərzaq məhsulları və ilkin tələbat mallarının sərbəst daşınması
normaları haqqında
Azərbaycan SSR Xalq Ərzaq Komissarlığının Qərarı
27 may 1920-ci il
1) Azərbaycan daxilində və hüdudlarından kənara maneəsiz daşıma-
lara aşağıda göstərilən miqdarda icazə verilir:
-
normalaşdırılmış ərzaq məhsullarından un 5 funtdan çox olmayaraq,
çörək – funt, ət və ət məhsulları 5 funt, balıq (təzə və qurudulmuş halda) - 1
pud, balıq kürüsü – 5 funt, bitki yağı – 2 funt, Holland və ya İsveçrə pendiri
– 1 funt, duz – 5, şəkər - 2, quru meyvə və kişmiş cəmi - 10 funt, düyü – 10
funt, çay - 0,5 funt, kofe, kakao və surroqatlar – 2 funt, yumurta – 20 ədəd,
kartof – 2 pud. Kartof və balığın çəkisi nəzərə alınmadan digər ərzaqların
ümumi çəkisi 1 puddan çox olmamalıdır.
-
mallar, o cümlədən 1 cüt hazır şəkildə uzunboğaz çəkmə və çəkmə və
ya hazırlanması üçün dəri, 1 cüt qaloş, 4,5 arşın parça, 2 arşın yun parça,
12 arşın pambıq parça, 12 arşın astar materialı, 3 ədəd 1/2 ölçüdə finit
tikiş sapı makarası, şpaqat, 1 funt iplik, 3 qəlib tualet və 1 funt adi sabun, 1
funt tütün və ya 1000 ədəd papiros və 1 qutu kibrit.
-
digər normalaşdırılmış ərzaq və ilkin tələbat mallarının daşınması
tamamilə qadağan edilir.
2) normalaşdırmaya aid olmayan məhsulların, o cümlədən kəsmik,
xama, süd və yerli mənşəli təzə və konservləşdirilmiş meyvə, qurudulmuş və
ya duza qoyulmuş göbələk, ev quşları (diri və kəsilmiş şəkildə), bal və ondan
hazırlanmış məhsulların istənilən miqdarda daşınmasına məhdudiyyət
qoyulmur;
3) bu daşınma normalarının dərindən sonra yerlərdə qəbul edilmiş
eyni xarakterli bütün sərəncamlar ləğv edilir.
İmza: Xalq Ərzaq komissarı Q. Musabəyov [8,10].
Azərbaycan Hərbi İnqilab Komitəsinin 1920-ci il 3 iyun tarixli
“Respublikanın gömrükxana, dəmiryolu və gəmi anbarlarından yüklərin
təhvil alınması qaydaları haqqında” dekretində göstərilirdi ki, Azərbaycan