Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə5/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   2   3   4   5   6   7   8   9   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
15
Respublikasının gömrükxanalarında, dəmiryolu və  gəmi anbarlarında sax-
lanılan yüklər yalnız XTŞ-nin əmri əsasında daşına bilər. Bu məsələyə aid 
digər hakimiyyət qurumunun göstərişi icrası dayandırılır, bundan öncə dərc 
edilən bütün sərəncam və qaydalar ləğv olunur [27,16, 28]. 
Digər tərəfdən, kəsmik, yerli istehsala məxsus pendir, təzə  və 
konservləşdirilmiş meyvə, qurudulmuş, duza qoyulmuş göbələk, kələm, ev 
quşları(diri və  kəsilmiş halda), bal və bal məhsulları  və at ətinin qeyri-
məhdud miqdarda daşınmasına icazə verilirdi [8, 226-227]. 
Azərbaycan Neft Komitəsi istisna olmaqla, XTŞ-nin tərkibinə 15 
təşkilat daxil edilmişdi. Azərbaycan  İnqilab Komitəsinin 1920-ci il 1 iyun 
tarixli dekretinə əsasən AXTŞ xarici ticarət üzərində dövlət inhisarını həyata 
keçirən ilk icra orqanı oldu.  
Azərbaycan Hərbi  İnqilab Komitəsinin “Tikinti materiallarının ixra-
cının qadağan edilməsi haqqında” 1920-ci il 11 iyun tarixli Dekretində 
göstərilirdi ki, sənaye və  nəqliyyata lazım olan  tikinti materiallarına olan 
kəskin ehtiyacı  nəzərə alaraq, tikinti materialları Azərbaycan  ərazisindən 
yalnız Azərbaycan İnqilab Komitəsinin xüsusi icazəsi ilə çıxarıla bilərdi. Bu 
dekretin pozulmasına görə  məsuliyyət daşıyanlara  “inqilab dövrünün 
qanunları qarşısında bütün ciddiliyi ilə cavab verəcəkləri”  haqqında 
xəbərdarlıq edilirdi [8, 28].
 
1920-ci il iyunun 29-da “Kommunist” qəzetində XTŞ-nin Əsasnaməsi 
dərc olundu. Bu sənədə görə respublikanın ali dövlət təşkilatı olan XTŞ-nin 
əsas funksiyaları aşağıdakılar idi: a) ərzaq sahəsindən başqa, bütün istehsal 
və bölgü işinin təşkili və nizamlanması; b) öz orqanları vasitəsilə dövlət 
müəssisələri, birliklər və müəssisələrin bilavasitə idarə edilməsi; c) dövlət 
xammal və yanacaq ehtiyatlarının yaradılması; d) müəssisələrin və  təda-
rükün maliyyələşdirilməsi və hesabatı. AXTŞ-nin ilk sədri Moskvanın 
emissarı A.P.Serebrovski oldu. XTŞ-nin 1920-ci ildə yeniləşmiş və ümumi 
sayı 24-ə çatdırılan strukturuna Rəyasət heyəti, işlər idarəsi, neft və 
balıqçılıq komitələri, “Xalq təsərrüfatı” jurnalının redaksiyası ilə yanaşı 19 
şöbə, o cümlədən gömrük şöbəsi də daxil edildi. Sonrakı illər  ərzində bu 
orqanın strukturu dəfələrlə dəyişdirildi. 1921-ci ildə isə XTŞ-nin tərkibindən 
Azərbaycan Neft Komitəsi, Su nəqliyyatı  və ticarət  şöbələri kimi müstəqil 
təşkilatlara ayrıldı. Yeni iqtisadi siyasətə keçidlə  əlaqədar olaraq Şuranın 
tərkibində islahatlar aparıldı, müxtəlif istehsal sahələrini əhatə edən 12 idarə 
yaradıldı. Lakin yeni strukturda gömrük şöbəsi saxlanılmadı.  
Azərbaycan Hərbi İnqilab Komitəsinin 1920-ci il 6 iyul tarixli dekreti 
ilə Bakı gömrükxanasının müstəsna əhəmiyyəti nəzərə alınaraq, müvəqqəti 
də olsa, inzibati cəhətdən Hərbi-dəniz işləri Komissarlığına tabe edirdi.  
1920-ci ilin iyulun 29-da Xalq Xarici Ticarət Komissarlığı (XXTK) 
yaradıldı. Komissarlığa Teymur Əliyev rəhbərlik edirdi. 1921-ci ilin apreli 
14-də Respublika Ali İqtisad Şurası və Dövlət Plan Komissiyası, oktyabrın 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
16
16-da Azərbaycan Dövlət Bankı  təşkil olundu. Aprelin 26-da Tiflisdə 
Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları nümayəndələrinin işti-
rakı ilə keçirilən iclasda, RSFSR-in diktəsi ilə, xarici ticarət əməliyyatlarının 
bir mərkəzdən idarə olunması  məqsədi ilə Zaqafqaziya Xarici Ticarət 
İdarəsi yaradıldı. Sentyabr ayından isə, Cənubi Qafqaz respublikalarında 
RSFSR-in Gömrük tarifinin tətbiqinə başlanıldı.  
1920-1921-ci illərdə Rusiyadan İrana Bakıdan keçməklə 3,5 mln. 
manatlıq mallar göndərilsə  də, Rusiya ilə  İran arasında birbaşa heç bir 
ticarət  əməliyyatları aparılmamışdı.  İran malları isə qonşu ölkəyə az 
miqdarda olsa da, Azərbaycan üzərindən göndərilirdi. Həmin dövrdə 
Azərbaycan SSR-in Gürcüstan və İranla ticarət müqavilələrinin olmaması və 
hakimiyyət çevrilişi ilə bağlı siyasi hadisələr gömrükxanaların işinə  mənfi 
təsir etmişdi. Xəzər dənizinin cənub sahillərində aparılan hərbi  əməliy-
yatların nəticəsində  İranla ticarət mübadiləsinin dayandırılması Astara və 
Lənkəran gömrükxanalarının fəaliyyətini xeyli zəiflətmişdi. Gürcüstanla 
Ermənistan arasında davam edən hərbi konflikt və sərhəddəki silahlı qarşı-
durmalar Ağstafa, Balakən və Muğanlı gömrüklərində durğunluq yaratmışdı 
[146, 102]. 
Azərbaycan Xalq Təsərrüfatı  Şurasının 1920-ci il iyunun 3-də 
keçirilən yığıncağında fiziki şəxslərin və hərbi qulluqçuların dəmiryolunda 
və  gəmi heyəti tərəfindən normadan artıq  ərzaq məhsulları  və ilkin tələbat 
mallarının daşınmasına qarşı  nəzarətin gücləndirilməsi məsələsinə baxıldı. 
Dəniz yolu ilə  hərəkət edən sərnişinlərin yüklərinə baxışın həyata keçiril-
məsi Su nəqliyyatı idarəsinə, quru yollarda və  dəmir yolun sərhəd məntə-
qələrində isə Maliyyə komissarlığının tabeçiliyində olan gömrük  mühafi-
zəsinə tapşırıldı. Sərnişin, gəmi heyəti və  hərbi qulluqçuların özləri ilə 
aparmalarına icazə verilən  ərzaq və digər tələbat mallarının normalarını 
Ərzaq Komissarlığı müəyyən etməli idi [215, 27]. 
Gömrük rüsumları  şöbəsindən bütün gömrükxanalara göndərilən 
məktubda bildirilirdi ki, Azərbaycan Xalq Təsərrüfat Şurasının 1920-ci il 19 
iyul tarixli əmrinə  əsasən pambıq mahlıcı, yun (yerli və ispan növlü), 
barama, ipək və frizonun ixracı qadağan edilmişdi [4,11, 36]. 
Azərbaycan SSR-nin maliyyə sistemində bir sıra struktur dəyişiklikləri 
aparıldı. Maliyyə Komissarlığı üzrə verilmiş  və komissarın müavini 
H.Tağıyevin imzaladığı 1920-ci il 28 iyun tarixli 149 saylı  əmrlə komis-
sarlığın tərkibində: 1) komissarlığın mərkəzi Dəftərxanası; 2)Vergilər 
idarəsi - tərkibində a) Birbaşa vergilər və rüsumlar; b) Dolayı vergilər 
şöbələri; 3) Büdcə-hesablama idarəsi – tərkibində: a) Büdcə  şöbəsi və b) 
Kredit  şöbəsi olmaqla yeni idarələr yaradıldı.  Əmrin 3-cü bəndində bil-
dirilirdi ki, Gömrük hissəsi və  Sərhəd mühafizəsinin, gömrük və  sərhəd 
mühafizə  şöbələri daxil olmaqla yenidən təşkil edilənə  qədər  əvvəlki 
əsaslarla fəaliyyət göstərməyə davam edəcəklər. Digər tərəfdən, Maliyyə 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə