Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
22
müsadirədən azad edilməsi və sahiblərinə qaytarılması Azərbaycan SSR
Maliyyə Komissarlığının səlahiyyətinə daxildir. Gömrük rüsumları şöbə-
sinin rəisi A.P.Qolovanın imzaladığı və surəti Lənkəran İnqilab Komitəsi
sədrinə ünvanlanan 1920-ci il 23 may tarixli 2865 saylı digər bir sənəddə
göstərilirdi ki, inqilab komitələrinin yerli şöbələrinin məhkəmə və inzibati
hakimiyyətin (gömrükxananın) qərarı ilə müsadirə edilən qaçaqmalları (mal,
əşya və əsginaslar) vətəndaşlara qaytarmağa səlahiyyəti yoxdur. Qüvvədə
olan Gömrük Məcəlləsinə əsasən, qaçaqmal olması şübhəli hesab edilən
mallar gömrükxanaya təhvil verilir (VI cild, maddə 1113), gömrükxanalar
məsələyə müstəqil surətdə baxır (GM, VI cild, maddə 1115, 1149, 1150) və
ya məhkəməyə göndərir. Gömrükxanada cinayət işinə baxılandan sonra
qərarın
surəti mal sahibinə, məsuliyyətə cəlb edilən şəxslərə göndərilir ki,
onların 3 gün müddətində Maliyyə Komissarlığına şikayət etmək hüququ
vardır (maddə 1141). Sonuncunun qərarından həmin müddət ərzində ali
hakimiyyət orqanına şikayət edilə bilər (maddə 1143).Gömrükxananın qəra-
rı qanuni qüvvəyə mindikdə məcburi cərimələrin tətbiqi, müsadirə edilən
mallara və əşyalara sərəncam vermək hüququnu gömrük hakimiyyəti
həyata
keçirir (maddə 1144). Maliyyə Komissarlığı yalnız əsaslı səbəb olduqda
gömrükxananın qərarının icrasını dayandıra bilər (maddə 1166) [8, 1, 6].
Azərbaycan SSR
XKŞ-nin təsdiq etdiyi “Azərbaycan SSR-in gömrük
müəssisələrinin sərhəd mühafizəsi ilə qarşılıqlı münasibətləri haqqında
Təlimat”da ölkə ərazisini tərk edən şəxslərin 1920-ci il avqustun 1-dən
özləri ilə aparmalarına icazə verilən pul, qızıl və gümüşün, o cümlədən
geyim əşyalarının miqdarı müəyyən edilmişdi. Respublikanı tərk edən hər
bir şəxs özü ilə yalnız 50 min Azərbaycan manatı (bonu) və ya sovet rublu
apara bilərdi. Bir ailənin 200 min manatdan artıq aparmasına yol verilmirdi.
Hər hansı bir xarici valyutanın istər kağız, istərsə də metal sikkə formasında
aparılması qadağan idi. İstisna olaraq, yaşayış yerlərinə qayıdan İranlı
fəhlələrin 5 gümüş tümən və 10 min Azərbaycan
bonu və ya sovet rublu
apara bilərdilər. Hər bir şəxs üzərində cəmi 1 ədəd üzük və ümumi çəkisi 5
zolotnikdən çox olmayan qızıl saat (bilərziklə birlikdə) aparmasına icazə
verilirdi. Gümüş bəzək əşyaların çəkisi 1 funtu ötməməli idi. Qiymətli
metaldan hazırlanmış digər əşyaların sərhəddən keçirilməsi qadağan edilirdi.
Sərnişinlərin özləri ilə aparılmasına icazə verilən paltarların siyahısı və sayı
(kişi və qadın paltarları ayrıca olaraq) dərc edilmişdi. Təlimatda qəti şəkildə
vurğulanırdı ki, sərnişinlərdən gömrük baxışı zamanı aşkar edilən normadan
artıq əşya və pullar müsadirə edilməkdən əlavə, dəyərinin üçqat misli qədər
cərimə təyin edilməlidir [27, 260-261].
Lakin 1920-ci ilin may-avqust aylarında Azərbaycanın Maliyyə
Komissarlığının Gömrük şöbəsinə yerlərdəki inqilab komitələri və fövqəl-
adə komissiyaların şöbələrinin, xüsusilə cənub
və qərb sərhədlərində
yerləşən gömrük məntəqələrinin işinə yersiz müdaxilə etməsi, XXTK-nin
Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
23
icazəsi olmadan bu orqanların himayəsi ilə müxtəlif yüklərin sərhəddən
keçirilməsi haqqında məlumatlar daxil olurdu. Gömrük idarəsinə aid
olmayan orqanlar tərəfindən müsadirə edilən mallar çox vaxt gömrükxanaya
təhvil verilmir və ya sadəcə olaraq, mənimsənilirdi. Bakı Gömrük komis-
sarının Maliyyə komissarlığı gömrük şöbəsinə 1920-ci il 23
avqust tarixli
3894 saylı məktub bunu bir daha təsdiq edir:
“Gömrükxanaya bəlli olan
məlumatlara görə, Bakı limanından daxil olan hərbi gəmilərdə respublika
ərazisindən hərbi təyinatlı yüklər adı ilə hakimiyyətdən icazə almadan və
təbii ki, müəyyən edilmiş heç bir gömrük vergisi ödənmədən xeyli miqdarda
müxtəlif mallar və ərzaq məhsulları daşınaraq aparılır. Eləcə də, İrandan
qayıdan həmin gəmilərdə gətirilən müxtəlif mallar, gömrükdən yayınaraq
qaçaqmalçılıq yolu ilə şəhərə daxil olur. XI Ordu əməkdaşları və qırmızı
qvardiyaçılar tərəfindən Petrovska, Krasnovodska və ya Həştərxana
getməsindən asılı olmayaraq, kütləvi surətdə hər bir gəmidə gömrük
baxışına təqdim edilmədən aztapılan mallarla doldurulmuş xeyli bağ-
lamalar göndərilir”. Gömrükxana rəhbərliyi, məktubda, limana daxil olan
və yola düşən hərbi gəmilərə də müvafiq gömrük baxışının həyata
keçirilməsini, ölkədən daşınmasına icazə verilməyən malların gəmilərə
yüklənməsinin qarşısını almaq məqsədi ilə gömrükxanaya mümkün qədər
əlavə səlahiyyətlər verilməsi və bəzi malların poçt bağlamaları ilə
göndərilməsinə məhdudiyyət qoyulmasını təklif edirdi [10, 159-159
arx.
].
Digər tərəfdən, yerli hakimiyyət orqanları gömrük məntəqələrinin
normal fəaliyyəti üçün şəraitin yoxluğu, sosial-məişət şəraitinin get-gedə
çətinləşməsi ucbatından gömrük əməkdaşları iş yerlərini tərk edirdilər.
Gömrük şöbəsinin rəhbərliyi 25 avqust 1920-ci
ildə və təkrar olaraq
sentyabrın 15-də Azərbaycan İnqilab Komitəsinə məlumat verirdi ki,
“Kommunist” qəzetində dərc edilmiş (21 avqust, № 95) dekretin mətnində
“malların daşınmasına məsuliyyət daşıyan bütün müəssisələr” ifadəsinin
səhv təsəvvür yaratması hesabına gömrük işindən kənar bəzi müəssisə və
təşkilatlar xarici ticarət əməliyyatlarının nizamlanması işinə yersiz müdaxilə
edir, mövcud təlimat və qaydaları kobudcasına pozurlar.
Gömrük şöbəsinin rəisi Azərbaycan İnqilab Komitəsinin sədr müavini
M.D.Hüseynovun yük və sərnişin buraxılmasına gömrük nəzarətinin güclən-
dirilməsi tələbinə cavab olaraq yaranan vəziyyəti ətraflı şərh etmişdi. Onun
Maliyyə komissarına ünvanlandığı 1920-ci il 25 avqust tarixli 4507
nömrəli
məktubunda deyilirdi:
“Ağstafa gömrükxanası yerləşdiyi binadan çıxarılmış
və şəxsi evin balkonunda yerləşir. Qulluqçular evlərdən qovulub və
balkonlarda, yararsız vaqonlarda məskunlaşıblar. Yalama gömrükxanası iki
otaqda yerləşir və buranın boşaldılması haqqında göstəriş verilib. Mənzil
komissiyasında müraciət etmələri məsləhət görülür. Stansiya rəisi ya
gömrük baxışı bitmədən qatarların yola düşməsinə göstəriş verir, ya da
qatarlar elə kənarda saxlanılır ki, gömrük baxışının aparılması mümkün