Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə9/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   5   6   7   8   9   10   11   12   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
24
olmur. Lənkəran gömrükxanasının yerləşdiyi binanın boşaldılmasına 
göstəriş verilib. Qızıl-Ağac gömrük postundan yoldaş Bukrayev mənə yazır 
ki, bu ərazidə gömrük nəzarəti lazım deyil və buna görə postu ləğv edib. 
Yerli inqilab komitələri gömrüyün göstərişlərini qəbul etmirlər. Bakı 
gömrükxanası XI ordu əməkdaşları və qırmızı qvardiyaçıların hərbi yük adı 
ilə  və bağlamalar vasitəsilə malları kütləvi daşımaları haqqında məlumat 
verib. Əgər işlərin gedişi bu vəziyyətdə davam edərsə, respublika get-gedə 
mal və ərzaq təminatı cəhətdən zəifləyəcək, çünki kənardan axın müşahidə 
olunmur.  Qəti tədbirlərin görülməsi vacibdir: 1) Xalq Xarici Ticarət 
Komissarlığının icazəsi olmayan malların ixracı qadağan edilsin; 2) 
gömrük müəssisələrində  əməkdaşların  əmək və  məişət  şəraiti yaxşılaş-
dırılsın; 3) digər dövlət təşkilatları gömrük müəssisələrinin fəaliyyətinə 
qarışmasın” [10,  61-62]. 
Qaçaqmal adı ilə saxlanılan yüklər gömrükxanaya təhvil verilmir və 
faktlar barəsində məlumatlar demək olar ki,  XXTK və XTŞ-yə çatdırılmır. 
Məktublarda xəbərdarlıq edilirdi ki, “xarici ticarət fəaliyyətinə  nəzarətin 
bölüşdürülməsi, bu sahədə yaranmış nizamsızlıq dövlətin iqtisadi siyasətinin 
nəticələrinə mənfi təsir göstərə və sovet hakimiyyətinin nüfuzuna xələl gətirə 
bilər”.  Gömrük komissarı  Ə.Məmmədzadənin imzası ilə Maliyyə komis-
sarına göndərilən 1920-ci il 7 oktyabr tarixli hesabatda Bakı limanında 
gömrük nəzarətinin vəziyyəti təhlil edilir. Hesabatda göstərilirdi ki, Bakı 
gömrükxanası cəmi 105 nəfər gömrük yoxlayıcısı ilə liman ərazisindəki 35 
ədəd gəmi körpüsünə yanaşan gəmilərə, Qara şəhərdə  və Köhnə gömrük-
xanadakı iri gömrük anbarlarına və dəmir yolu stansiyasından xaricə gedən 
sərnişinlərin yüklərinə gömrük baxışı keçirir. Bundan əlavə, həmin qüvvə 
ilə qaçaqmalçılıq hərəkətlərinin qarşısının 
almaq üçün Bakı limanı  ərazisi 24 saat 
ərzində mühafizə edilirdi. Gömrükxana 
rəhbərliyi təklif edirdi ki, heyətə əlavə olaraq 
45 nəfər yoxlayıcının daxil edilməsə  və 
“Bakı” barkasının xidmətə  çıxması üçün 5 
nəfərlik heyət (kapitan, 2 nəfər matros, 
mexanik və köməkçisi) təşkil edilməsə göm-
rük nəzarətində  tələb olunan səmərəni almaq 
mümkün olmayacaq [10, 163-163
arx
, 210-
210
arx
, 272-272
arx
]. 
Azərbaycan Hərbi  İnqilab Komitəsinin 
“Kommunist” qəzetinin 194-cü nömrəsində 
dərc edilmiş 1920-ci il 17 dekabr tarixli qərarı 
ilə Gömrük rüsumları  şöbəsi və bütün göm-
rükxanalar Maliyyə Komissarlığının tabe-
çiliyindən alınaraq XXTK-na birləşdirildi. 
Mirzə Davud Hüseynov 
(1894-1938) 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
25
Həmin qərarla Gömrük rüsumları  şöbəsi Gömrük nəzarəti  şöbəsi 
adlandırıldı [191,91]. 
Sərhəd mühafizəsi sərhəd zolağının 7 verstlik hüdudunda öz təşəbbüsü 
ilə malların gizli daşınmasının qarşısının alınması  və qaçaqmalların 
saxlanılması tədbirlərini müstəqil həyata keçirirdi.  Bu tədbirlərin 7 verstlik 
zolaq hüdudundan kənarda aparılmasına ehtiyac olduqda yardım üçün yerli 
hakimiyyət orqanına müraciət edə bilərdi. Gömrük müəssisələri və  sərhəd 
mühafizəsi  əməkdaşlarını  və onlarla birlikdə gedən  şəxslərin qaçaqmal 
keçirilməsi  şübhəsinə görə yoxlanılması  hər iki tərəfə qarşılıqlı olaraq 
qadağan edilirdi. Bu göstərilənlər sərhəd xəttini keçdikləri zaman sərhəd 
mühafizəsi  əməkdaşlarının qanunla təyin edilən gömrük baxışından 
keçməsinə şamil edilmirdi. Həm gömrük təşkilatı, həm də sərhəd mühafizəsi 
zəruri hal yarandıqda, birgə razılıq  əsasında qaçaqmalçılıq hallarının 
qarşısının alınması istiqamətində görülən tədbirlər və qaçaqmalçılıq işləri 
haqqında bir-birinə  məlumat verməli idi. Gömrük, qaçaqmalların saxlanıl-
ması haqqında sərhəd mühafizə hissəsinə məlumat göndərməli idi.  
Yuxarıda qeyd edilən gömrük nəzarəti rejimi Azərbaycan  İnqilab 
Komitəsinin 1920-ci il 23 dekabr tarixli təsdiq etdiyi “Azərbaycan SSR-nin 
gömrük müəssisələrinin sərhəd mühafizəsi ilə qarşılıqlı münasibətləri 
haqqında Təlimat” ilə hüquqi cəhətdən əsaslandırıldı: 
 
Azərbaycan SSR-nin gömrük müəssisələrinin sərhəd mühafizəsi ilə 
qarşılıqlı münasibətləri haqqında Təlimat 
 
Maddə 1. Qaçaqmalçılıq hallarının qarşısının alınması üçün gömrük 
xidməti  əməkdaşları ilə  sərhəd mühafizəçilərinin fəaliyyəti  əlaqələndi-
rilməli, xidməti vəzifələr yerinə yetirilərkən bu əməkdaşlar  ən kiçiyindən 
böyüyünə qədər qarşılıqlı surətdə bir-birinə kömək etməlidir. 
Maddə 2. Malların gizli aparılmasının qarşısını almaq üçün tədbir-
lərin görülməsi və qaçaq malların  ələ keçirilməsi tamamilə  sərhəd müha-
fizəsinin səlahiyyətlərinə daxildir, lakin bu tədbirlər xidməti vəzifələrinin 
məqsədləri çərçivəsində və hər bir xüsusi halda sərhəd mühafizəsinin rəhbər 
şəxsləri ilə razılaşdırıldıqdan sonra gömrük müəssisəsi tərəfindən də həyata 
keçirilə bilər. 
Maddə 3. Sərhəd mühafizəsi sərhəd zolağının 7 verstlik hüdudunda öz 
təşəbbüsü ilə malların gizli daşınmasının qarşısını alınması  və qaçaq-
malların saxlanılması tədbirlərini müstəqil həyata keçirir. Bu tədbirlərin 7 
verstlik zolaq hüdudundan kənarda aparmağa ehtiyac yaranarsa, sərhəd 
mühafizəsi yardım üçün yerli  hakimiyyətə müraciət edir. 
Maddə 4. Gömrük müəssisələri və sərhəd mühafizəsi əməkdaşlarını və 
onları müşayiət edən  şəxslərin, qaçaq mal keçirilməsi  şübhəsinə görə 
yoxlanılması hər iki tərəfə qarşılıqlı olaraq qadağan edilir. Bu göstərilənlər 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə