Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
  1   2   3   4   5   6   7   8   9   ...   58


Cəbrayıl Ağayev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KƏND TƏSƏRRÜFATI 
BİTKİLƏRİNİN  
XƏSTƏLİKLƏRİ 
 
 
 
Azərbaycan Respublikası  Kənd Təsərrüfatı 
Nazirliyi BM və TBETİ-nin Elmi Şurasının  
“25” may 2016-cı il tarixli qərarı ilə çapa 
tövsiyə edilmişdir (protokol № 5). 
 
 
 
 
 
 
 
 
 
 
“Müəllim” nəşriyyatı 
Bakı – 2016 



Elmi redaktorlar:   b.e.d.,akademik S.R.Məmmədova 
 
 
 
a.e.f.d., dosent  S.F.Cabbarov 
 
 
 
 
Rəyçilər:  
 
b.e.f.d., dosent K.Q.Hüseynov 
 
 
 
a.e.f.d., b.e.i. F.A.Ağayev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ağayev C.T. KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİN 
XƏSTƏLİKLƏRİ.  Bakı:  “Müəllim nəşriyyatı”, 2016 – 200 s. 
 
 
 
 
 
 
 
 
 
Azərbaycanda buğda, arpa, qarğıdalı, kartof, pomidor, badımcan, bi-
bər bitkiləri üzərində qeydə alınmış,  əkinlərdə  məhsul itkisi yaradan  
xəstəliklər və onlara qarşı mübarizə  tədbirlərindən bəhs edir. Mono-
qrafiyada müəllifin tədqiqatının nəticələri  əsasında işlənib hazırlanmış 
mübarizə tədbirləri və bu tədbirlərin optimal tətbiqi reqlamentləri haqda 
məlumatlar verilmişdir. 
 
 
ISBN 978-9952-435-98-9 
© C.T.Ağayev, 2016 
 
 
 



GİRİŞ 
 
Azərbaycanda kənd  əhalisinin məşğulluğu və  gəlirlərinin artı-
rılmasında  ərzaq bitkilərinin istehsalı ölkə qarşısında qoyulmuş 
prioritetlərdəndir. Ölkəmizdə müxtəlif torpaq iqlim şəraitinin möv-
cud olması aqrar sahədə  tələb olunan əksər kənd təsərrüfatı bitki-
lərinin əkilib becərilməsinə şərait yaradır. Uzun illər ərzində Azər-
baycanın Milli Elmlər Akademiyasının akademikləri Həsən Əliyev, 
Cəlal  Əliyev,  İman Mustafayev, Siddiqə  Məmmədova və b. gör-
kəmli alimlərin rəhbərliyi ilə kənd təsərrüfatı və başqa mədəni bit-
kilərin öyrənilməsi sahəsində əkinə yararlı torpaqların hansı bitkilə-
rin becərilməsi üçün daha əlverişli olduğunu, bu bitkilərin zərərli 
orqanizmləri və onlarla mübarizə üzrə  dəyərli elmi tədqiqat işləri 
yerinə yetirmişdir. Bu baxımdan 1960-1980-ci illərdə respublikanın 
bölgələrinin torpaqlarının istiqamətləri müəyyənləşmiş və geniş ter-
raslarda uyğun əkinlər aparılmışdır. Ümummilli lider Heydər Əliye-
vin 1-ci hakimiyyəti illərində aqrar sahənin taxılçılıq, texniki bitki-
lər, üzümçülük, meyvəçilik, tərəvəzçilik, subtropik və sitrus bitki-
ləri üzrə ixtisaslaşmış geniş  təsərrüfatların yaradılmasının daha da 
genişləndirilməsi Azərbaycanda aqrar sahənin maksimal inkişafına 
səbəb olmuş və bu sahənin elmi əsasları inkişaf etmişdir.  
Geniş  əkin sahələrində uzun müddət monokulturanın olması 
evolyusiya qanunlarına uyğun olaraq (qida varsa, qidalanan çoxala-
caq) burada müxtəlif xəstəlik törədicilərinin, zərərvericilərin və alaq 
otlarının kütləvi şəkildə yayılmasına səbəb olmuşdur. Azərbaycanda 
1930-cu ildən başlayaraq bu günə qədər əkin sahələrində yayılan zə-
rərli orqanizmlər (ZO) elmi əsaslarla öyrənilir. Azərbaycanda elmi-
tədqiqat və axtarışları, təşkilati və yaradıcı  fəaliyyətləri ilə aqrar 
elmin inkişafına təkan vermiş görkəmli alimlərdən V.İ.Ulyanişev, 
B.B.Xəlilov,S.R.Məmmədova, T.Axundov, Ü.A.Rəhimov, H.İbra-
himov, S.H.Abdullayev, İ.H.Cəfərov, F.Babayev, M.İsmayılov və 
başqaları bitki mühafizəsi elmini inkişaf etdirmişlər. 
Mədəni əkinçilikdə becərilən kənd təsərrüfatı bitkilərinin növ-
ləri genişdir. Bu sırada taxıl bitkiləri və bu bitkilərin vahid sahəsinin 



məhsuldarlığı ildən-ilə yüksəlir. Taxıl bitkiləri, xüsusən də buğda 
kənd təsərrüfatı məhsulları bazarının əsas tənzimləyicisi hesab olu-
nur. Ondan un, qənnadı və makaron məmulatları, nişasta, pivə, spirt 
və başqa yeyinti məhsulları hazırlanır. Taxıl məhsullarından hey-
vandarlıq və quşçuluğun əsas yem bazası kimi geniş istifadə olunur.  
Bununla bərabər, taxıl istehsalının strateji əhəmiyyəti daha böyük-
dür. Belə ki, ölkənin təhlükəsizliyi həm də onun öz-özünü taxılla 
təmin etmək səviyyəsindən asılıdır. 
Həyata keçirilən aqrar islahatlar nəticəsində Azərbaycanda 
taxıl məhsulları istehsalı artıb. Taxıl istehsalının təşkilatı əsası olan, 
taxılçılıq təsərrüfatları ölkənin bütün rayonlarında fəaliyyət göstərir, 
onların təbii-iqtisadi şəraiti də taxılçılığın genişləndirilib inkişaf et-
dirilməsinə imkan verir. Hər il ölkədə orta hesabla bir milyon hek-
tardan çox sahədə taxıl bitkiləri əkilir. Onun 97,7%-i buğda, arpa və 
qarğıdalının payına düşür. Lakin təəssüf doğuran budur ki, ölkədə 
taxıl istehsalı üzrə heç də  həmişə istənilən nəticələr  əldə olunmur. 
Belə ki, təsərrüfatlarda hər il xəstəliklərin, zərərvericilərin və alaq 
otların taxıl bitkilərinə vurduğu ziyan onların məhsuldarlığının 30-
35%-nin itirilməsi ilə  nəticələnir. Torpaq mülkiyyətçilərinin və  
istehsalçıların daha səmərəli, müasir mübarizə vasitələri və üsulları 
haqqında məlumatlara ehtiyacı var. Onların xəstəlik törədicilərinə, 
zərərvericilərə və alaq otlarına qarşı daha mütərəqqi mübarizə tex-
nologiyası barədə biliklərlə  məlumatlandırmaq həll edilməsi vacib 
olan aktual problemdir. Belə ki, istehsalçılar taxıl bitkiləri və bu 
sahələrdə yayılan zərərli orqanizmlərin (ZO) zərərinin minimal-
laşdırılması üçün sahədə onların növ tərkibi, yayılması, məhsul-
darlığa təsiri, iqtisadi ziyanlı həddi haqda ətraflı məlumatlara malik 
olmalıdır.  Əldə olunmuş  məlumatlar  əsasında ZO-ların inkişafı  və 
gözlənilən ziyanları üzrə elmi əsaslandırılmış proqnoz hazırlanma-
lıdır. Proqnozlaşdırmadan alınmış nəticələrə əsasən zərərverici, xəs-
təlik və alaq otlarına qarşı inteqrir mübarizə tədbirləri sistemi işlə-
nib hazırlanmalıdır. 
Əhalinin ərzaq və tərəvəz məhsulları ilə davamlı təminatı təh-
lükəsizliyimizin tərkib hissəsidir. Bu sahədə milli əkinçilik ənənələ-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə