Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   10   11   12   13   14   15   16   17   ...   58

43 
ayrılıqda verilməsi xəstəliyin inkişafını artırır. Mineral gübrələrin 
kompleks tətbiqi isə bitkilərin sarı pasa davamlılığını artırır, onların 
qışı yaxşı keçirməsini və yaxşı kollanmasını stimullaşdırır. Taxıl 
alaqlarına qarşı vaxtında mübarizə aparılması da bitkilərin inkişafını 
təmin edir və sarı pasa qarşı müqavimətini artırır. 
Kimyəvi mübarizə  tədbirləri xəstəliyə güclü tutulan xəstəlik 
əlaməti görünən kimi aparılmalıdır. Gecikdirilməyə yol verilsə, təd-
birin heç bir nəticəsi olmur. Kimyəvi mübarizə vasitəsi kimi, 25%-li 
Tilt (250 qr/litr Propikonozol) 0,5 l/ha, 25%-li Bayleton (250 qr/kq 
Triamidefon)1,0 kq/ha və yaxud 25%-li Folikur (250 qr/kq Tebu-
konazol) 0,5 kq/ha məsarif normasında istifadə etməklə çiləmə 
aparılmalıdır. Çiləmə preparatlarının bir hektarlıq sahə üçün nəzər-
də tutulmuş norması 250-300 litr su ilə qarışdırılıb yerüstü çilə-
yicilər vasitəsilə  həyata keçirilməlidir. Sarı pasa yoluxmuş toxum-
ların dərmanlanması da zəruridir. Taxıl bitkilərinin pas xəstəlikləri 
ilə sirayətlənməsi 20-25%-dən artıq olmazsa, kimyəvi mübarizənin 
tətbiqi iqtisadi cəhətdən effektli hesab edilmir.  
 
Qonur pas  
 
Xəstəliyin törədicisi Puccinia recondita Rab. Et Dest. F. Tritici 
Eriks göbələyidir. Təsnifata görə  Basidiomycota  şöbəsinin, Uredi-
niomycetes sinifinin, Urediinales sırasının, Pucciniaceae fəsiləsinin, 
Puccinia  cinsinin nümayindəsidir. Qonur pas taxıl bitkilərinin
xüsusilə buğdanın  əsas xəstəliyi olub, taxıllar fəsiləsinə aid olan 
bəzi ot bitkilərini də sirayətləndirir. Xəstəliyin səciyyəvi  əlaməti 
yarpaqlar üzərində dağınıq  şəkildə kifayət qədər iri, qonur rəngdə 
pustullar-uredosporların  əmələ  gəlməsidir. Uredosporlar heç vaxt 
bir-biri ilə bitişik şəkildə olmur, ətrafları nekrotik və xlorotik ləkə-
lərlə əhatələnir.  
Göbələyin qışlama mərhələsi: teleytosporlar xəstəliyin axırla-
rında yarpaqların alt hissəsində qara qonur rəngdə yağlı ləkələr şək-
lində əmələ gəlir. Qonur pasın uredosporları geniş temperatur həd-
dində, adi şeh damlasının mövcudluğu  şəraitində 2-31°C-də çox 


44 
yaxşı inkişaf edir. 
Xəstəliyin taxıl yerində bitmiş və erkən səpilmiş taxıl cücərtilə-
ri üzərində inkişafa başlayan uredomitselləri və uredosporları Azər-
baycan  şəraitində bütün qış uzunu öz həyat qabiliyyətini saxlayır, 
yalnız buğdanın süd və mum yetişməsi dövründə (iyun, iyul) kütləvi 
şəkildə yayılır. Göbələyin uredosporları kifayət qədər nisbi rütubət-
də bütün yay boyu artıb çoxala bilir. Lakin temperaturun yüksək və 
nisbi rütubətin aşağı olduğu şəraitdə uredosporlar öz həyat qabiliy-
yətini itirir və əksəriyyəti payız səpinlərinə qədər tələf olur. Göbələ-
yin inkubasiya (gizli) dövrü temperaturdan asılı olaraq 5-18 gün da-
vam edir. Qonur pas xəstəliyi respublikanın ayrı-ayrı regionlarında 
hər il bu və ya digər səviyyədə yayılır. 200-dən çox ras və biotipləri 
vardır (Şəkil 4). 
Qonur pasın məhsuldarlığa vurduğu ziyan sarı pasla müqayisə-
də çox aşağıdır (6-10%). Bu onun vegetasiyanın sonunda (süd-
mum) mərhələsində əmələ gəlməsi ilə izah olunur. 
Mübarizə  tədbirləri. Qonur pas xəstəliyinə qarşı  ən  əhəmiy-
yətli tədbirlərdən biri davamlı sortlardan istifadə olunmasıdır. Azər-
baycanda rayonlaşdırılmış buğda sortları - “Qaraqılçıq-2”, “Bərə-
kətli-95”, “Şiraslan”, “Əlincə”, “Vüqar”, “Əkinçi-84”, “Əzəmətli-
95”, “Qobustan”, “Ruzi” qonur pasa davamlıdır. Taxılın vaxtında 
yığılması, yığımdan sonra sahələrdə taxıl cücərtilərinin  əmələ  gəl-
məməsi üçün (cücərtilər xəstəliyin ehtiyat mənbəyidir) kövşən 
qalıqlarının yumşaldılması, sahənin üzlənməsi (8-10 sm) və  dərin 
yay  şumu aparılması  zəruridir. Taxıl səpininin optimal müddətdə 
keçirilməsi, azot, fosfor və kalium gübrələrinin (N, P, K) kompleks 
şəkildə  tətbiqi bitkilərin inkişafını gücləndirir və  xəstəliyə qarşı 
müqavimətini artırır. Azotun birtərəfli qaydada ayrılıqda verilməsi 
bitkilərin qonur pasa davamlılığını azaldır.  
Kimyəvi mübarizə vasitələrilə görülən tədbirlər sarı pasda ol-
duğu kimidir.  
 
 


45 
Buğdanın unlu şeh xəstəliyi 
 
Təsnifata görə  xəstəliyin törədicisi  Erysiphe graminis DC 
kisəli göbələklərin  Ascomycota  şöbəsinin, Leotiomycetes sinifinin
Erysiphales  sırasının, Erysiphaceae fəsiləsinin, Erysiphe cinsinin 
nümayindəsidir. Erysiphales sırasına aiddir. Dənli taxıl və yabanı ot 
bitkilərinin əksəriyyəti unlu şeh xəstəliyinə tutulur. Xəstəliyə ən çox 
bitkilərin aşağı yarus yarpaqları, kütləvi yayılma zamanı isə gövdə, 
yuxarı yarus yarpaqları və qılçıqlar da sirayətlənir. Yarpaqların alt 
hissəsində  əvvəlcə göbələyin ağımsov mitseli təbəqəsi, onun 
üzərində isə bir qədər bozumtul rəngə çalan unvarı ləkələr-konidilər 
əmələ  gəlir. Sonra bu ləkələr sıxlaşıb tündləşərək keçəyə  bənzər 
örtük  əmələ  gətirir  və onun üzərində göbələyin meyvə  bədəni-
kleystokarpiləri yetişməyə başlayır. Kleystokarpinin forması 
dəyirmi, üzəri xırda çıxıntılarla  əhatələnmiş, rəngi  əvvəlcə qonur, 
sonra qaralmış, ölçüsü isə 130-180 mkm olur. Kleystokarpinlərin 
daxilində bir neçə kisə, hər bir kisənin içərisində isə  rəngsiz
elleptik formada 4-8 ədəd spor yerləşir. Bu kisə sporların 20-23×11-
13 mkm-dir. Payıza döndükdə kleystokarpilər partlayır, kisə və kisə 
sporları  ətrafa yayılaraq, bitki qalıqlarını sirayətləndirir. Burada 
göbələyin konidi mərhələsi yenidən başlayır və payızlıq buğdanın 
körpə cücərtiləri yenidən konidilərə yoluxur. 
Unlu şeh xəstəliyinin törədiciləri yarpaq səthinə yapışmaq üçün 
xüsusi apressorilər və bitki hüceyrələrindən qida maddələrini mə-
nimsəmək üçün qaustorilər buraxır. Erysiphe graminis çox mürək-
kəb bir cinsdir, onun bir və bir neçə növ bitkini xəstələndirə bilən 
ixtisaslaşmış formaları var. Məs: E. graminis f. tritici buğdanı,  E. 
graminis  f. secalis çovdarı və s. xəstələndirir (Şəkil 5). 
Ümumiyyətlə, taxılın vegetesiyası dövründə onu, unlu şehlə 
sirayətləndirən konidilər payızdan başlayaraq vegetasiyanın sonuna 
qədər bir neçə nəsil verir. Onlar bitkidən-bitkiyə, əsasən, külək vasi-
təsi ilə yayılır. Bitkilərin unlu şehlə sirayətlənməsi 60-100% nisbi 
rütubət və 0-20°C temperarurda daha intensiv gedir. Havanın tem-
peraturu 30°C-dən yüksək olanda göbələyin inkişafı ləngiyir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə