Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   2   3   4   5   6   7   8   9   ...   58


rinə  əsaslanan yeni texnologiyaların yaradılması  və  tətbiqi günün 
aktual problemlərindəndir. Belə ki, nəzarətsiz gətirilən və reqla-
mentsiz tətbiq olunmuş bitkiçilik və bitki mühafizə vasitələri, həm-
çinin istehsala qeyri-peşəkar yanaşma əkin sahələrində zərər vuran 
xəstəlik və zərərvericilərin növ tərkibini dəyişmişdir. Əkinlə məşğul 
olan  əhalinin böyük əksəriyyətinin bitki mühafizə elminin yeni 
nailiyyətlərindən, mühafizə, metod və  tədbirlərindən az istifadə 
etməsi və kimyəvi mübarizəyə üstünlük verməsinin nəticəsidir ki, 
zəhərli kimyəvi maddələrdən istifadənin həcmi yüksəlmişdir. 1986-
1988-ci illərlə müqayisədə 2009-2015-ci illərdə açıq sahədə kartof 
və pomidor istehsalında pestisidlərin tətbiqinin sayı 2-4-dən 6-8-ə, 
zərərvericilərə qarşı isə 2-3-dən 7- 9-a yüksəlmişdir.  Əlavə 
yemləmə gübrələri və torpaq funqisidlərindən istifadə halları da əla-
və olunduqda hal-hazırda kartof və pomidor bitkilərinin mövsümdə 
xəstəlik və zərərvericilərdən mühafizə olunması üçün kimyəvi mad-
dələrlə çiləmələrin sayı 20-ə çatır. Belə halda ətraf mühitin və 
torpağın kütləvi  şəkildə çirklənməsi, istehsal olunan məhsullarda 
pestisidlərin qalıq miqdarının icazə verilən normadan qat-qat yük-
sək olmasına səbəb olur. Belə halda bazarlarda və satış  mərkəz-
lərində fitosanitar baxımdan təhlükə yaradan məhsullar çoxalır. 
Hazırki  şəraitdə  kənd təsərrüfatı istehsalçılarına ekoloji cəhət-
dən təmiz, fitosanitar tələblərə cavab verən mübarizə  tədbirlərinin 
işlənib hazırlanması və tətbiqi ümummilli və strateji əhəmiyyət da-
şıyır. Pestisidlərin insan orqanizmində yaratdığı  fəsadlar, beynəl-
xalq səviyyədə öyrənilən və aktuallığı ilə seçilən problemdir. Azər-
baycanda sağlam nəsil yetişdirilməsində fitosanitar normalara cavab 
verən kənd təsərrüfatı  məhsullarının istehsal edilməsi xüsusi əhə-
miyyət daşıyır. Bu sahədə Azərbaycan Respublikası Prezidentinin 
24 may 2010-cu il tarixli “Ekoloji kənd təsərrüfatı haqqında” AR 
qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqda 267 saylı fərmanı 
və bu fərmanın  əsasında AR NK-nin 30 Avqust 2010-cu il tarixli 
159 saylı qərarı ilə təsdiq edilmiş “Ekoloji təmiz kənd təsərrüfatının 
elmi təminatının həyata keçirilməsi qaydaları”na əsasən, bitkiçilikdə 
bioloji, mexaniki və aqrotexniki üsulların tətbiqi yolu ilə xəstəliklər, 



zərərvericilər və alaq otlarına qarşı inteqrir mühafizə sistemlərinin 
yaradılması  bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Bu sahədə olan 
digər qanunlar və qərarlar (Regionların sosial-iqtisadi inkişafı proq-
ramları, 2020 Gələcəyə baxış, Fitosanitar nəzarət üzrə AR-nın 
qanunu, ekoloji kənd təsərrüfatı) sahənin aktuallığını göstərir. Gün-
dəlik istifadə olunan kartof, pomidor, badımcan və bibər  ən çox 
zəhərli çirklənməyə  məruz qalan, geniş  qəbul olunduğundan 
orqanizm üçün daha təhlükəli sayılan məhsullardandır. Son illərdə 
bu bitkilər üzərində yeni aqressiv xəstəlik törədiciləri (Phyto-
phthora, AlternariaBotrytisSclerotinia, Didymella və başqa cins-
lərdən olan göbələklər,  Pseudomonas,  Erwinia cinslərinə aid bəzi 
bakteriyalar, Viroidlər, Mikoplazmalar) respublikaya daxil olmuş, 
mövcud olan ştammlarda ixtisaslaşmış rasalar, mutantlar yaratmaqla 
əkin sahələrinə ciddi ziyan vuraraq məhsul itkisi yaradır. 
 
 
 
 



BİTKİ XƏSTƏLİKLƏRİ 
 
 
Bitkilərdə fizioloji proseslərin pozulması, deformasiya, yanma, 
soluxma, quruma, müxtəlif  ləkələrin, örtüklərin  əmələ  gəlməsi və 
başqa əlamətlərlə müşayiət olunan hər hansı bir qeyri-normal inki-
şaf xəstəliklərə aid edilir. Xəstəliklər qeyri-infeksion və  infeksion 
mənşəli olmaqla 2 qrupa bölünür. 
Bitkilərin normal inkişaf şəraitinin pozulmasından, ətraf mühi-
tin və iqlim amillərinin təsirindən ortaya çıxan xəstəliklər qeyri-in-
feksion xəstəliklər adlanır. Torpaqda bitkinin qida elementlərinin 
çatışmazlığından və yaxud həddindən artıq olması səbəbindən müx-
təlif xəstəliklər əmələ gəlir. Bitki normal qidalanmadıqda zəifləyir, 
davamlılığı azalır. Belə bitkilər mikroorqanizmlər və  zərərve-
ricilərlə daha tez sirayətlənir.  
 
 
Bitkilərdə qeyri-infeksion xəstəliklər 
 
Qeyri-infeksion xəstəliklərin qarşısının alınması üçün onu törə-
dən səbəb aşkar edilməlidir. Xəstəliyin səbəbini aşkar etmək üçün 
bitkilərdə olan anormal əlamətlər aşkarlanmalı  və sağlam bitki ilə 
olan hər bir fərq müqayisə edilməlidir. Qeyri-infeksion xəstəlikləri 
mənşəyinə görə aşağıdakı kimi qruplaşdırmaq olar: 
1. Qida çatışmazlığı və ya artıqlığından yaranan xəstəliklər; 
2. Ətraf mühitin təsirindən baş verən xəstəliklər; 
3. Mexaniki zədələnmələr; 
4. Pestisidlərin, mineral, üzvi gübrələrin səhv tətbiqi nəticəsin-
də yaranan yanıqlar, xloroz və s.; 
5. Sənaye tullantılarının, radiaktiv çirklənmənin və başqa sə-
bəblərin təsirindən meydana gələn xəstəliklər. 
Mədəni və yabanı bitkilərdə müxtəlif qeyri-infeksion xəstəlik-
lərin meydana gəlməsinin səbəblərindən biri torpaq-iqlim şəraitidir. 



Belə ki, tərəfimizdən aparılmış  tədqiqatlarla müəyyən olunmuşdur 
ki, torpağın aqrokimyəvi tərkibində, suvarma suyunda olan müxtəlif 
ionların miqdarının az və ya çox olması meyvə, tərəvəz və başqa 
kənd təsərrüfatı bitkilərində müxtəlif  əlamətlərlə müşayiət olunur. 
Bunlarla yanaşı torpaq-iqlim amillərinin mənfi təsirləri nəticəsində 
bitkilərdə fizioloji proseslərinin pozulması, termiki yanıqlar, quru-
malar, soluxmalar və başqa  əlamətlərlə müşahidə olunan qeyri-in-
feksion xəstəliklər meydana gəlir. Abşeronda təbii su mənbələri 
həddən artıq az olduğundan şirin su çatışmazlığı həmişə hiss olunur. 
Bölgənin əksər yerlərində qrunt suyundan suvarmada istifadə edilir. 
Müxtəlif bölgələrdə qrunt sularında olan elementlərin ion tərkibi 
müxtəlifdir. Hətta 0,5-1 km arası olan quyularda ion tərkibində kəs-
kin fərqlər müşahidə edilir. Aparılmış tədqiqatlarla müəyyən olun-
muşdur ki, Abşeron yarımadasının, Maştağa qəsəbəsi  ərazisində 
qrunt suyunun tərkibində Ca 
2+
, Mg 
2+ 
, Ba
2+
, S
2-
 ionları üstünlük 
təşkil edirsə, ondan 1,5-2 km aralıda yerləşən Albalılıq ərazisindəki 
sularda Fe
2+
, K
+
, Na
+
, Cl
-
 ionları üstünlük təşkil edir. Suvarma su-
yunun belə müxtəlif tərkibli olması nəticəsində eyni meyvə və de-
korativ bitkilər üzərində bir-birindən tamamilə  fərqlənən müxtəlif 
əlamətli xəstəliklər müşahidə edilir. Bölgədə badam, ərik, albalı, 
şaftalı, gavalı  ağaclarında kitrənin axması, bitkilərdə boy və inki-
şafın dayanması, təpə tumurcuqlarının quruması müşahidə olunur. 
Belə bitkilərin analizləri göstərir ki, suvarmada istifadə olunan 
suyun tərkibində Fe
2+
, Ca
2+
, Mg
2+
 ionları normadan artıqdır. Bu isə 
mis ionlarının qıtlığına səbəb olur. Beləliklə, göbələklərə öldürücü 
təsir göstərən mis ionlarının az olması, immunitetin artmasına kö-
mək edən askarbinoksidaza, polifenoloksidaza fermentlərinin miq-
darının aşağı düşməsinə səbəb olur. Buna görə də, bitkilər müxtəlif 
göbələk və bakteriyalarla asanca sirayətlənir. Abşeronda çəyirdəkli 
meyvələrdə Sitosporoz xəstəliyinin geniş yayılmasının səbəblərin-
dən biri də bu hesab edilir. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə