Microsoft Word kitab son variant 1 1681. docx


Bitkilərdə infeksion xəstəliklər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   2   3   4   5   6   7   8   9   ...   58


Bitkilərdə infeksion xəstəliklər 
 
Bitkilərdə infeksion xəstəlikləri müxtəlif mikroorqanizmlər -  
ibtidailər, xromistalar, göbələklər, bakteriyalar, aktinomisetlər, mi-
koplazmalar və viruslar yaradır. Xəstəlik törədiciləri bitki orqan-
larında inkişaf edir, çoxalır, başqa sahələrə  və bitkilərə yayılır. 
Xəstəlik törədicilərinin növündən,  qidalanma, həyat  və inkişaf tər-
zindən asılı olaraq vurduqları  zədənin xarakteri müxtəlif olur. 
Ləkəlik, deformasiya, soluxma, quruma, örtüklərin  əmələ  gəlməsi, 
xloroz, karlik, şişlər, yaralar və s. əlamətlərlə ortaya  çıxmaqla, 
infeksion xəstəliklər mədəni bitkilərin inkişafını əngəlləyir, fizioloji 
proseslərə  mənfi təsir edir və onların məhsuldarlığının aşağı 
düşməsinə səbəb olur. 
Xəstəlik törədicilərinin patogenezi zamanı ifraz etdikləri fer-
mentativ maddələr və toksinlər  bitkilərdə zəhərlənmələrə, maddələr 
mübadiləsinin pozulmasına, hüceyrə quruluşunun dağılmasına gəti-
rib çıxarır. Belə hallarda bitkilərdə soluxmalar, birtərəfli və tamami-
lə quruma, eybəcərləşmə, deformasiya, qırışların  əmələ  gəlməsi,  
nekrozlaşma və s. əlamətlər müşahidə olunur. 
Xəstəliklər və onların törədicilərinə qarşı mübarizə apararaq, 
bitkilər xilas edilməli və onlardan normal məhsul əldə etmək üçün 
törədicilər  ətraflı  və  dəqiq öyrənilməlidir. Törədici mikroorqanizm 
təyin olunmalı, həyat tərzi, biologiyası, ekologiyası, qida mənbəyi 
tam araşdırılmalıdır. Yalnız bundan sonra ona qarşı optimal mübari-
zə tədbirləri hazırlamaq olar. 
 
Virus xəstəlikləri 
 
Viruslar hüceyrə quruluşuna malik olmayan zülal təbəqəsin-
dən, DNT və ya RNT zəncirindən ibarət, həddən artıq kiçik ölçülərə 
malikdir (millimetrin milyonda bir hisssəsinə  qədər). Viruslar hü-
ceyrə membranına malik deyil. Hüceyrə şirəsi tərkibində çox sürətlə  
çoxalaraq  orqanların funksional proseslərində və biokimyəvi reak-
siyalarda pozğunluq yaradır. Fizioloji proseslərə təsir etməklə bitki 


10 
orqanizmində patoloji hallar (deformasiya, nekroz, xloroz, spirallaş-
ma, müxtəlif alabəzəklik və ləkəliklər) yaradır. Əksər hallarda bitki-
nin məhsuldarlığını və keyfiyyətini aşağı salır. 
Viruslar yalnız canlı toxuma və hüceyrələrdə aktiv ola bilirlər. 
Adi  şəraitdə yaşama qabiliyyətini tez itirir. Bir bitkidən digərinə 
bitki şirəsi, su damlaları, zərərverici və xəstəliklər, müxtəlif canlılar 
vasitəsi ilə kontakt təsirlərlə yayılır. Aralıq keçiriciləri bitki şirəsi 
ilə qidalanan, sorucu ağız aparatına malik olan gənələr, tripslər, mə-
nənələr və b. zərərli orqanizmlərdir. Xəstə bitkinin şirəsi ilə  hə-
şaratın xortumuna və  bədəninə daxil olan virus  orada bir müddət 
yaşayır. Bir bitkidən digər bitkiyə keçir və  sağlam bitki üzərindən 
şirə sormaqa başlayan həşarat bədənində olan virusu ona keçirir. 
Beləliklə, aralıq keçiricilərinin yardımı ilə viruslar geniş sahələrə 
yayıla bilir. 
Viruslar bitkilərə mexaniki zədələrdən, calaq alətlərindən və 
toxunma vasitəsilə keçə bilir. Onların uzun müddət yerüstü hissəsi 
ölmüş, lakin kök sisteminin canlı hüceyrələrinin tərkibində qala 
bilir. Bitkilərin yarımçürümüş hissələrində, çoxillik alaqların kök 
sistemində, kök yumrularında, soğanaqlarda 3-4 ilə qədər həyatilik 
qabiliyyətini saxlayır. Saxlayıcılarda və quru meyvələrdə 35-50 ilə 
qədər yaşaya bilir.  
Virus xəstəliklərinin əlamətlərinin müxtəlif olmasına baxmaya-
raq,  başlıca olaraq, nekroz (rəngsizləşmə), xloroz (yaşıl rəngin it-
məsi), saralma, mozaika və alabəzəklik kimi meydana çıxır. Virusla 
sirayətlənmiş bitkini müalicə etmək mümkün olmadığı üçün infek-
siya mənbəyi kimi çıxdaş olunmalıdır. Virus xəstəlikləri bitki or-
qanlarını diffuz yolla yoluxdurur. Xəstə bitkilər öldükdən sonra 
onun çürüntülərində virus öz həyatilik qabiliyyətini uzun müddət 
saxlaya bilir. 
Meyvə, giləmeyvə, üzüm və texniki bitkilər üzərində çoxlu 
sayda növ müxtəlifliyi ilə seçilən virus xəstəlikləri aşkar edilmişdir. 
 
 
 


11 
Bakterial xəstəliklər (bakteriozlar) 
 
Bakteriyalar xlorofilsiz birhüceyrəli mikroorqanizmlərdir. Ya-
şamaq və inkişaf etmək üçün hazır qida maddələri istifadə edirlər. 
Hər bakteriya ayrıca götürülmüş orqanizmdir və bir hüceyrədən iba-
rətdir. Bakteriyaların çöpvari, vergülvari (vibronlar), bir quyruqlu, 
iki və çox quyruqlu formaları olur. Onlar hərəkətli və hərəkətsiz ol-
maqla formaca 2 başlıca  qrupa bölünür. Çoxalma və inkişaf baxı-
mından  sadə bölünmə və sporəmələgətirmə (cinsi) yolu ilə çoxalan 
bakteriya qrupları vardır. 
Bakteriyalar bitki tərkibinə  ağızcıqlar, nektarlıqlar, mexaniki 
zədələnmiş yerlərdən daxil olur. Bəzi bakteriyalar təbii yollarla bitki 
orqanlarına daxil ola bilmədiyindən mexaniki zədələrdən, çatlardan, 
yarıqlardan toxumaya daxil olur. Bitkilər zədələnmiş  və ya sınmış 
hissələrini 72-75 saat ərzində xüsusi ifraz  olunan mantar qatı ilə 
bağladıqları üçün bakteriyalar bu vaxt ərzində daxilə keçə bilir. Po-
midorun bakterial xərçəng xəstəliyinin törədicisi  Corynebacterium 
michiganense hətta  kiçik tükcüklərin zədəli hissəsindən keçərək tez 
bir zamanda bütün bitkiyə  yayılır. 
Bakteriyaların həşaratlar tərəfindən bitkiyə keçirilməsi halları 
geniş yayılıb. Erwinia amylovora arıların, milçəklərin köməkliyi ilə 
nektarlıqlara keçir və çiçəyi xəstələndirir. Gəmirici və deşib sorucu 
ağız aparatına malik zərərli həşaratların bitkilərlə qidalandığı zaman 
bakteriyaların bitkiyə keçməsinə daha tez-tez rast gəlinir. 
Bakteriyalar bitkiləri sirayətləndirmə xüsusiyyətlərinə görə 
monofaq (bir bitki ilə qidalananlar) və polifaq (çox bitki ilə qidala-
nanlar) qruplarına ayrılır. Monofaq bakteriyalardan Pseudomonas 
mori  çəkilin,  Pseudomonas medicaginis f. phaseolicola lobyanın, 
Corynebacterium michiganense pomidorun,  Bacillus mesentericus 
var. vulgarius qarğıdalının,  Clavibacter michiganensis sub. sp. 
sepedonicum kartofun ixtisaslaşmış patogenləridir. 
Polifaqlara  Agrobacterium tumefaciens, Pseudomonas sola-
nacearum, Erwinia caratovora və başqalarını misal göstərmək olar. 
Bakteriyalar  ətraf mühitin ekoloji faktorlarından çox asılıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə