Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   2   3   4   5   6   7   8   9   ...   58

12 
Optimal temperatur həddi 15-30°C olduğundan, +2°C-dən aşağı və 
+40°C-dən yuxarı temperaturlarda bakteriyalar öz inkişafını da-
yandırır. 
Bakteriya xəstəliklərinin başlıca infeksiya mənbəyi torpaq, 
bitki qalıqları,  əkin materialları, hava, qrunt suları  və aqrotexniki 
tədbirlər zamanı  profilaktiki tədbirlər aparılmayan sahələrdir. Hava, 
yağış  və müxtəlif atmosfer çöküntüləri ilə, həmçinin sirayətlənmiş 
bitki qalıqları ilə patogen bakteriyalar torpağa düşür. Bu hər zaman 
infeksiya mənbəyi rolunu oynayır. Meyvə  ağaclarının bakterial 
yanıq xəstəliklərinin törədicisi  Erwinia amylovora (B.) Winst. 
küləklə,  yağışla və torpaqla əlaqəsi olan həşəratlar vasitəsilə bitki-
nin çiçək nektarlığına keçir. Agrobacterium tumefaciens,  Pseudo-
monas Solanacearum bakteriyaları torpaqdan kök sisteminə keçir. 
Toxum və  əkin materialı vasitəsi ilə bakteriyalar daha sürətlə  və 
geniş ərazilərə yayılır.  
Toxumların bakteriyalarla çirklənməsinin 2 növü vardır: Üzdən 
çirklənmə və daxili orqanların sirayətlənməsi.  Birinci halda dezin-
feksiya və sterilləşdirmə  ilə xəstəliyin keçməsinin qarşısı asanlıqla 
alınır.  İkinci halda daxili infeksiyanın aradan qaldırılması  çətinlik 
yaradır. Bakteriyalar bu halda toxum rüşeyminin sorucu sistemində 
qidalandığından kontakt təsirli dezinfeksiya vasitələri bunu aradan 
qaldıra bilmir və  xəstəlik yayılır. Belə bakteriyalardan pomidorun 
xərçəng xəstəliyinin  Clavibacter michiganensis sub sp. Michiga-
nensis  Smith, paxlalı bitkilərin bakteriozunun törədiciləri  Xantho-
monas phaseoli,  Ps.medicaginis pv.phaseolicola, pambığın hom-
moz xəstəliyinin törədicisini Xanthomonas malvacearum və s. misal 
çəkmək olar. 
 
Göbələk xəstəlikləri 
 
Göbələklər (Fungi) aləmi müxtəlif həyat tərzi ilə seçilir. Onlar  
bitki orqanlarında parazitlik edərək onun məhsuldarlığını, keyfiyyət 
göstəricilərini aşağı salır. Hazır üzvü maddələrlə qidalanır. Başlıca 
göbələk növələri mikroskopik ölçülərə malikdir. Onlar mitsellərdən 


13 
ibarət vegetativ orqana malikdirlər və onun vasitəsilə qidalanır, ço-
xalır, inkişaf edirlər. Xəstəlik törədən göbələklər bitki orqanlarında 
yayılmasına görə ekzogen və endogen növlərə bölünür. Birinci hal-
da əsas çoxalma və inkişaf orqanları yarpağın üst qatlarına yayılır. 
Belə göbələklərə unlu şeh xəstəliklərinin törədicilərini misal göstər-
mək olar. Onlar bitki üzərində örtüklər, kiflər əmələ  gətirir. 
Endogen göbələklərin mitselləri, hifləri hüceyrə arasında, hü-
ceyrə daxilində, su borularında, kök sisteminin sorucu və ötürücü 
sistemlərində, meyvə və toxumun daxili toxumalarına yayılır. Yar-
paq, budaq, meyvə  və gövdədə  ləkəliklər, çürümələr, qaralmalarla 
müşahidə olunan əlamətlər verir. 
Bəzi göbələklər həm daxili, həm də xarici təbəqədə yayılma 
qabiliyyətinə malikdir. Ağ çürümə  (Sclerotinia), Boz çürümə 
(Botrytis) xəstəliklərinin törədiciləri bitki orqanlarının həm toxuma 
daxilində, həm də bitki orqanları üzərində yayıla bilir. 
Göbələklər yaşama müddətinə görə müxtəlif olur. Qısa ömürlü-
lər öz inkişafını bir neçə günə başa çatdırır. Bunlar efemerlər adla-
nır. 
Birilliklər öz inkişafını bir il müddətinə başa çatdırır. Bu qrupa 
taxıl bitkilərində sürmə xəstəliyi yaradan Tilletia,  Urocystis və baş-
qa göbələklər aiddir. 
İki illik göbələklərin mədəni bitkilər üzərində parazitlik edən 
çoxlu növləri var. Onlar öz inkişafını bitkinin vegetasiya  dövründə 
başlayır, bitki yarpaqları və qalıqlarında saprofit həyat tərzi keçirir-
lər və 2-ci ilin yazında  bitki qalıqları üzərində  sporlar əmələ gətirə-
rək yenidən yayılırlar. 
Çoxillik göbələklər öz növlərinə  və müxtəlifliyinə görə daha 
geniş yayılmışdır. Bunlara mikorizalar, trutoviklər (bitki gövdələ-
rində parazitlik edirlər), soğanaqlarda, kökümsov gövdələrdə, kök 
yumrularında, gövdələrdə, çoxillik ağac və kol bitkilərinin, həm-
çinin  alaq otlarının su boruları daxilində parazitlik edən göbələklər 
daxildir. 
Xarici mühitin təsirindən göbələklərin meyvə bədənlərinin for-
masını dəyişmə funksiyasına malikdir. Müxtəlif səbəbdən olan də-


14 
yişikliklər rizomorflar, xlamidosporlar, sklerosiyalar, mitsellərin 
sıxlaşması, oidilər və başqa hallarda üzə çıxır. 
Rizomorflar öz quruluşuna və xüsusiyyətinə görə xarici təsir-
lərdən az asılı  vəziyyətdə olan şəkildəyişmədir. Bu formanı ala 
bilən göbələklər müxtəlif şəraitlərdə (torpaqda, gövdə daxilində, çü-
rüntülərdə və s.) yaşama və qidalanma qabiliyyətini saxlayır. 
Xlamidosporlar mitsel və hiflərin bir-birinə yaxınlaşması, sıx-
laşması nəticədə əmələ gələn, qalın membrana malik, xırda ölçülüvə 
bir-birinə birləşmiş halda olan, uzun müddət həyatilik qabiliyyətini 
qoruyub saxlaya bilən göbələk şəkildəyişməsidir. 
Sklerosiyalar sıxlaşmış və bərkimiş göbələk hiflərindən ibarət, 
müxtəlif formada, xitinləşmiş rəngli membranı olan müxtəlif həcmli 
mikoloji orqanizmlərdir. Onlar əlverişsiz şərait nəticəsində bu hala 
keçir və uzun müddət həyatilik qabiliyyətini qoruyub saxlayır. 
Göbələklər fermentlər ifraz etməklə müxtəlif üzvü maddələri 
parçalayır, onu mənimsənilən formaya salır və ya bitki orqanlarına 
daxil olmasını  təmin edir. Qidalandığı bitkilərin növ tərkibindən 
asılı olaraq ifraz etdikləri fermentlərin tərkibi də müxtəlif olur. Belə 
ki, əgər törədici bir bitki üzərində ixtisaslaşıbsa,  onun hüceyrəsində 
ferment ifrazı yalnız bir substrat üçündür. Polifaq (çox bitki ilə qi-
dalanan) göbələklərdə isə qida bitki elementi üçün uyğun fermentlər 
mövcuddur. Demək olar ki, bütün qrup fermentlərdən göbələklərdə 
aşkar olunur. Hidrolitik göbələklər proteolitik tərkibli zülali maddə-
ləri parçalayır. Pholiota mutabilisAspergillus  və başqa göbələklər 
proteoletik fermentlərin köməkliyi ilə zülalı ammiak bə başqa 
azotlu birləşmələrə qədər parçalayır və mənimsənilən formaya salır. 
Göbələklər karbohidraza fermentləri ilə üzvü karbohidratları parça-
layır. Bitkilər sellüloza, pektin, nişasta, liqnin maddələri ilə zəngin 
olduğu üçün göbələklər bu maddələri sadə  şəkərə  qədər parçalayır 
və mənimsəyir.  Bu prosesdə müxtəlif fermentlərdən istifadə olunur. 
Göbələklərin qidalanması, inkişafı  və yayılmasında onların ifraz 
etdikləri fermetlərin böyük əhəmiyyəti var. 
Göbələklərin qida elementləri mənşəyinə görə müxtəlifdir. Qi-
dalanma mənbəyi və mənşəyinə görə başlıca yeri  üzvü, qeyri-üzvü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə