Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   2   3   4   5   6   7   8   9   ...   58

15 
və mineral maddələr təşkil edir. Karbohidratlardan şəkər, qlükoza, 
nişasta və başqaları  göbələklərin başlıca qidası hesab olunur. Lakin 
bu maddələri parçalamaq üçün  lazımı fermentlər hər göbələkdə ol-
mur. Bəzi himenomisetlərdə invertaza olmadığından onlar şəkəri, 
maya göbələyində isə amilaza olmadığından  nişastanı parçalaya 
bilmir.  Bununla da qida maddələri ilə zəngin mühitdə belə qidalana 
bilmirlər. 
Göbələklərin normal inkişafı üçün qida maddələrindən əlavə xa-
rici mühit şəraitinin (nəmlik, temperatur, hava, mühitin reaksiyası – 
pH, işıqlanma və başqaları)  əlverişli olması  əsas  şərtlərdəndir. 
Əksər göbələklərin inkişafı zamanı temperaturun minimal həddi 1-
5°C arasında dəyişir. Əksər növlərin  inkişafının optimal həddi 15-
30°C arasındadır. Aparılmış tədqiqatlar göstərmişdir ki, pomidorun 
patogeni  Alternaria sp. 25-30°C-də aqarlı arpa şirəsində daha yaxşı 
inkişaf edərkən maksimum mitsel kütləsi  əmələ  gətirir və 
sporəmələgəlmə dövründə tez yetişir. Bəzi göbələklərdə optimal 
temperatur həddi aşağı  və ya yuxarı ola bilir. Məsələn, buğdanın 
bərk sürməsi xəstəliyini yaradan Tilletia caries Tul. torpaqda tem-
peratur 8-10°C olduqda, teliosporların maksimal inkişafı müşahidə 
edilir. 
Su göbələklərin inkişafında mühüm rola malikdir. Onların inki-
şafında nisbi rütubət həddi 20-100% arasında dəyişir. Bu göstərici 
göbələklərin yer kürəsində bütün mühitlərdə yayılması və inkişaf et-
məsinə şərait yaradır. Bitkilər üzərində patogenlik edən göbələklə-
rin  əksər növləri havadan və qida mühitinin nəmlik həddinin 40-
95%  olduğu səviyyədə daha yaxşı inkişaf edirlər.  Saprolegnia 
göbələkləri, hətta 100% suyun içində normal inkişaf edir. Unlu şeh 
xəstəliklərinin törədiciləri  Erysiphe  və  Uncinula  sırasına aid olan 
göbələklər havanın nisbi nəmliyinin aşağı olduğu vaxtlarda (50-
60%) intensiv inkişaf edirlər. 
Qida mühitinin reaksiyası (ph)  göbələklərin inkişafı üçün bö-
yük əhəmiyyətə malikdir. Əksər növlər zəif, turş mühitdə (ph 4,5-6) 
daha yaxşı inkişaf edir. Bəzi növlər daha turş mühitdə inkişaf 
edərək zərər vurur. Penicillium sp. mühitin reaksiyası ph=3 olduqda 


16 
sitrus bitkilərində daha tez sirayətləndirir. Göbələklər qələvi reak-
siyada (ph 8-14) inkişaf etmir. 
Hava və oksigen tələbatına görə göbələklər 2 qrupa bölünür: 
- Anaerob-havasız (oksigensiz) mühitdə inkişaf edən: 
- Aerob-oksigenli mühitdə inkişaf edən. 
Daxili orqanlarda yayılan və anaerob mühitdə inkişaf edə bilən 
göbələklərə misal olaraq FusariumVerticillium cinsinə aid olan gö-
bələklərin bəzi növlərini göstərmək olar. Onlar bitki traxeyalarında 
2-10  həftə havasız mühitdə inkişaf edərək yayıla bilir. 
Aerob mühitdə inkişaf edən göbələklər başlıca olaraq kök ətrafı 
və yerüstü orqanlar üzərində parazitlik edir. Onlar müxtəlif örtüklər, 
ləkəliklər və başqa əlamətləri ilə seçilir. 
Göbələklərin çoxalması 3 üsulla: vegetativ orqanlarla, qeyri-
cinsi və cinsi yolla baş verir. 
Vegetativ çoxalma geniş yayılmışdır və  əksər növlər bu yolla 
çoxala bilirlər. Bu, göbələklərin ayrı-ayrı orqanlarının bir hissəsinin 
qopması və yayılması yolu ilə baş verir. 
Qeyri-cinsi çoxalma göbələyin müxtəlif sporəmələgəlmə, spor-
ların çoxalması  və yayılması yolu ilə baş verir. Sporlar örtülü və 
açıq olmaqla müxtəlif formalıdırlar. Onlar hərəkətli, hərəkətsiz, şar-
vari, ellepsvari, oraqvari, toppuz şəkilli, uzunsov, bir və ya çoxhü-
ceyrəli ola bilir. Spor və konidilər, hiflər, spor yaradan hissələr, mit-
sellər, meyvə  bədənləri üzərində formalaşaraq artır və  ətrafa 
yayılırlar. 
Cinsi yolla çoxalma birhüceyrəli və çoxhüceyrəli göbələklərin 
əksəriyyətində müşahidə edilir. Cinsi çoxalma erkək və dişi cinsi 
hüceyrələrin qarşılıqlı münasibətindən yaranmış ziqotanın  əmələ 
gəlməsinə  əsaslanır. Artıb çoxalma və yayıla bilməsi üçün ziqota 
göbələyin inkişafında başlanğıc olur. 
Beləliklə, göbələklər mürəkkəb fizioloji və biokimyəvi proses-
lər sisteminə malik olan orqanizmlərdir. Müxtəlif  şəraitlərdə yaşa-
maq, mühitə uyğunlaşmaq və yaşadığı mühitə  təsir edib, onu də-
yişmək, tələb etdiyi formaya salmaq və mənimsənilməyə uyğunlaş-
dırmaq xüsusiyyətləri vardır. 


17 
BİTKİ XƏSTƏLİKLƏRİNƏ QARŞI  
MÜBARİZƏ ÜSULLARI 
 
Bitkilərin müxtəlifliyi və onları sirayətləndirən xəstəliklərin tö-
rədicilərinin növlərinin geniş olması, onlara qarşı aparılan mübarizə 
metodlarının da müxtəlif olmasını tələb edir. Kənd təsərrüfatı, meşə, 
park, bağ və şəxsi təsərrüfatlarda becərilən bitkilərin xəstəliklərdən 
mühafizəsi düzgün təşkil olunmadıqda yüksək məhsul itkisi və bit-
kilərin həyatını tez başa vurması müşahidə olunur. Bitki xəstəlik-
lərinə qarşı  mövcud olan başlıca mübarizə üsulları aşağıdakılardır. 
 
 
Aqrotexniki mübarizə 
 
Yüksək  əkinçilik texnikasına  əsaslanan aqrotexniki mübarizə 
üsulları xəstəliklərin ehtiyatının azalmasına və inkişafının qarşısının 
alınmasına xidmət edən tədbirlər kompleksindən ibarətdir. Mədəni 
əkinçilikdə aqrotexniki tədbirlərdən dərin  şum, kultivasiya, don-
durma şumu, qış suvarması, toxum və əkin materiallarının çeşidlən-
məsi, növbəli əkin sistemi, cərgə və bitki arasının becərilməsi, səpin 
və ya əkin vaxtı, səpin norması,  əkin materiallarının torpaqda 
dərinliyi, gübrələmə, optimal məhsul yığımı dövrü, davamlı 
(immun) sortların seçilməsi və  tətbiqi xəstəliklərin yayılması  və 
inkişafının qarşısını alır. 
Torpağın becərilməsi aparılan sahələrdə ZO-ların qış ehtiyatı 
və torpaqda olan xəstəlik törədicilərinin 25-30 sm dərinliyə düşməsi 
onun 80-90%-nin məhv olmasına səbəb olur. Qışda verilən dondur-
ma suyu torpaqda və bitkilərin kök qalıqlarında xəstəlik törədicilə-
rinin inkişafının qarşısını alır və ya yayılma intensivliyini azaldır. 
Toxumların təmizlənməsi və seçilməsi, səpin materialının se-
çilməsi toxumla yayılan xəstəliklərin qarşısının alınmasında  əhə-
miyyətli tədbirlərdəndir. Xəstə toxum inkişafdan qaldığı  və kiçik 
olduğu üçün sağlam toxumlardan tez ayrılır.  Əkin materiallarının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə