Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   2   3   4   5   6   7   8   9   ...   58

18 
(ting,  şitil və s.) seçilməsi, xəstə materialların çıxdaş edilməsi, 
müxtəlif xəstəliklərin yayılmasının qarşılayıcı tədbirlərindən sayılır. 
Növbəli əkin sistemi tətbiq edilən sahələrdə bir bitki üzərində 
ixtisaslaşmış  və ya əvvəlki illərdə  mədəni bitki üzərində yayılmış 
xəstəliyin inkişafı dayanır. Əkin sahəsində bitkilərin növbələşdiril-
məsi fitosanotar şəraitin yaxşılaşmasına, xəstəlik və zərərverici ehti-
yatının minumuma enməsinə səbəb olur. 
Cərgəarası  və bitkiarasının becərilməsi üzümçülük, meyvə-
çilik, tərəvəzçilik, kartofçuluq və başqa sahələrdə xəstəliklərin ara-
lıq sahibi olan alaq otlarının, bitki qalıqlarında olan infeksiya mən-
bələrinin məhv olmasına səbəb olur. Cərgəarası kultivasiya və bitki-
lərin dibinin doldurulması ilə  əlavə köklər  əmələ  gəlir. Qida sahə-
sinin artması ilə kök və traxeyalarda yayılmış xəstəliklərə qarşı bit-
kinin davamlılığı yüksəlir. 
Əkin vaxtının bitkinin inkişafında böyük əhəmiyyəti olduğu 
kimi, xəstəliklərə qarşı bitkilərin müqavimətinin yüksəlməsində də 
əhəmiyyətli rola malikdir. Taxıl, kartof, bostan, pambıq və başqa 
birillik bitkilərin səpin və  əkin vaxtı elə dövrdə aparılmalıdır ki, 
xəstəliklərin optimal inkişaf dövründə artıq mədəni bitkinin  məh-
sulu yığılsın və ya xəstəliyin davamlı vegetasiya dövründə olsun. 
Əkin sxemi toxum səpilərkən və yaxud əkin materialları 
(tinglər,  şitillər)  əkilərkən onların  əkin sxemi və torpağın hansı 
dərinlikdə olmasının xəstəliklərlə sirayətlənməsində  və ya onlara 
qarşı davamlı olmasında mühüm əhəmiyyəti var. Əgər taxıl sıx 
cəpilərsə və dərinə düşərsə, cücərtilərin torpaqdan çıxması ləngiyir, 
əkin sıx olur, aerasiya pisləşir və  nəticədə müxtəlif xəstəlik və 
zərərvericilərlə  zədələnmə faizi yüksək olur. Tinglərin, həmçinin 
şitillərin də torpaqa basdırılma dərinliyində optimal hədd gözlə-
nilməlidir. 
Mineral və üzvü gübrələrlə yemləmə bitkilərin normal inki-
şaflarında, qida elementləri ilə təmin olunmasında, bununla da xəs-
təliklərə qarşı davamlılığın yüksəlməsində böyük rol oynayır. Tor-
paqda hər hansı qida elementinin çatışmazlığı bitkilərdə  xəstəlik-
lərlə müşayiət olunur. Odur ki, torpağın aqrokimyəvi analizi nəticə-


19 
sində  əkilən bitkinin normal inkişafını  təmin edən qida mühiti 
yaradılmalıdır. Bunun üçün üzvü və mineral gübrələrdən istifadə 
edilir. 
Məhsulun optimal dövrdə  və  qısa müddətdə  yığılmasının 
üzümçülük, tərəvəzçilik, taxılçılıq, meyvəçilik və başqa sahələrdə 
məhsulun müxtəlif xəstəliklərdən mühafizəsində xüsusi əhəmiyyəti 
var. Məhsul yığımı gecikdikdə, müxtəlif xəstəliklərin (almada dəm-
gil və çürümə, taxılda sürmə  xəstəlikləri, pomidorda Alternarioz
Bakterioz, Fitoftora, kələmdə Bakterial çürümə, üzümdə Boz çürü-
mə  və s.) yayılması  və inkişafı artır, məhsulun keyfiyyəti aşağı 
düşür. 
Davamlı sortların yaradılması  xəstəliklərin yayılmasının 
qarşısının alınmasında mühüm tədbirlərdəndir. Bitkinin ona 
ixtisaslaşmış xəstəlik tördiciləri ilə bilavasitə kontakta olduğu vaxt 
yoluxmaması sortun xəstəliyinə qarşı davamlılığının göstəricisidir. 
Bu bitkinin xəstəliyə qarşı immuniteti adlanır. 
Bitki immuniteti mürəkkəb fizioloji proseslərə əsaslanan, ma-
hiyyətcə dərin və geniş, öyrənilməsinə ehtiyacı olan sahədir. Bitki-
lərdə immuniteti artırmaqla, xəstəliklərə qarşı davamlılığının yük-
səldilməsi müasir seleksiya və genetikanın aktual problemidir. Ha-
zırda mədəni bitkilərin  əksər sahələrdə yüksək immunitetli bitki 
sortları istifadə etməklə  xəstəliklərin yayılması  və inkişafına qarşı 
əsaslı mübarizə aparılır. 
1907-ci ildə А.А.Yaçevskiy, 1931-ci ildə İ.B.Miçurin, 1935-ci 
ildə Ş.U.Vavilov öz əsərlərində immuniteti yüksək olan bitki sortla-
rının alınması və tətbiqinin xəstəlik və zərərvericilərlə sirayətlənmə-
nin qarşısının alınmasında böyük əhəmiyyəti olduğunu göstərmiş-
dilər. 
Xəstəlik törədiciləri bitkiyə daxil olduğu zaman xüsusi maddə-
lər – fitoaleksinlər ifraz etməklə müdafiə olunur.1940-cı ildə Miller 
və Bürger kartof yumrularının  Phytophthora infestans göbələyinin 
təsirindən meydana gəlmiş reaksiyanı araşdırmış və ilk fitoaleksini 
qeydə almışlar. 
Bitki immuniteti genetik (təbii) və sonradan qazanılan (süni) 


20 
olmaqla 2 qrupa bölünür. 
Bitkilərin bu və ya digər xəstəliyə qarşı təbii immuniteti xüsu-
siyyəti nəsildən-nəsilə genlə keçir. Xarici mühit şəraitinin təsirindən 
bu xüsusiyyət azala və ya arta bilir, lakin tamamilə yox ola bilməz. 
Təbii immunitet bir, bəzən isə bir neçə xəstəliyə qarşı ola bilər. Bu, 
kompleks immunitet adlandırılır.  Sonradan qazanılan immunitet 
öz inkişafı dövründə bitkinin xəstəlik törədicisinin və ya xarici 
mühit şəraitinin təsirinə göstərdiyi davamlılıqdır. Bitkinin xəstəlik-
lərə davamlılığının artırılmasında makro və mikrogübrələrlə  əlavə 
yeniləmə,  əkin vaxtının dəyişdirilməsi, səpin vaxtının və ya dərin-
liyinin optimallaşdırılması, toxumun səpin qabağı çeşidlənməsi, 
toxumların sağlam bitkilərdən yığılması  və başqa tədbirlər tətbiq 
olunur. 
Son dövrlərdə  tətbiqi geniş yayılmış bioloji aktiv maddələ-
rindən istifadə etməklə bitkilərin xəstliklərə qarşı immunitetinin 
artırılması metodları geniş yayılmışdır. 
Bitkilərin xəstəliklərə qarşı immunitetinin artırılmasında xüsusi 
kimyəvi maddələr olan immunizatorlardan geniş istifadə edilir. 
Bunlardan 
pararodanilin
  tərkibli maddələr, fenol birləşmələrindən 
hidroxinon, paranitrofenol, ortonitrofenol və başqaları 1970-1980-ci 
illərə qədər tətbiq edilmişdir. Hazırda yeni, bitki mənşəli və ekoloji 
təmiz maddələrdən istifadə edilir. Bunlardan geniş istifadə edilən 
Oberyoq, İmmunositofit, Prorostok, Novosil, Silk, Sirkon və başqa-
larını göstərmək olar. 
İmmunizatorların bitkilərə  təsiri nəticəsində bitkilərdə mad-
dələr mübadiləsi güclənir. Beləliklə, xəstəliklə yoluxmaya qarşı da-
vamlılıq xüsusiyyəti artır. Bitkilərin hüceyrə  tərkibində  və ondan 
kənarda gedən fizioloji-biokimyəvi reaksiyaların səviyyəsindən asılı 
olaraq davamlılığı müxtəlif olur. Belə ki, zülalların, yağların, karbo-
hidratların miqdarı və tərkibindən asılı olaraq onunla qidalanan pa-
razitlərin növləri də müxtəlifliyi ilə seçilir. Davamlı bitki sortlarında 
orqanlarda olan nişastanın miqdarı yüksək olur. 
Alaq otları ilə mübarizə aqrofonda xüsusi tədbir kimi bitkinin 
su və mineral maddələrlə  şəriksiz təmin olması üçün başlıca 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə