Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   2   3   4   5   6   7   8   9   10   ...   58

21 
tədbirlərdəndir. Alaq otları torpağın nəmliyini və qida elementlərini 
istifadə etməklə mədəni əkinlərin zəifləməsinə səbəb olur. Zəifləmiş 
mədəni bitkilər isə  xəstəlik və  zərərvericilərlə daha çox yoluxur. 
Alaq otlarının növlərinin müxtəlif olması, onların biosenozda 
yaratdıqları şərait müxtəlif xəstəliklərin inkişafına kömək edir. 
Alaqlara qarşı mübarizə tədbirləri mexaniki, kimyəvi və bioloji 
yollarla aparılır. Hazırda ən geniş yayılmış üsullar mexaniki və kim-
yəvi vasitələrdir. Hər il alaq otları ilə mübarizəyə milyonlarla vəsait 
xərclənir. Mübarizənin səmərəli təşkil olunması məhsulun artımına 
və keyfiyyətin yaxşılaşmasına səbəb olur və istehsalçıların gəlirləri-
ni artırır. 
 
Bioloji mübarizə 
 
Bitkilərin xəstəlik və zərərvericilərinə qarşı canlı orqanizmlər-
dən və onlardan alınan məhsullardan istifadə etməklə mübarizə 
aparılması bioloji mübarizənin əsasını təşkil edir.  
 Bioloji  mübarizə metodlarının başlıca istiqaməti zərərli orqa-
nizmlərin təbii düşmənlərindən istifadə olunmasına yönəlmişdir. 
Bitki xəstəliklərinə qarşı bioloji mübarizədə antibiotiklər, antaqo-
nistlər və hiperparazitlərdən istifadə edilir. 
Xeyirli mikroorqanizmlərin, torpaq humusunun mikroflorası-
nın və bütövlükdə biosferanın qorunmasında bioloji mübarizə  təd-
birləri yeganə vasitə hesab edilir. Zəhərli kimyəvi maddələrin (pes-
tisidlərin) tətbiqi  ərzaq məhsullarının, yem bitkilərinin tərkibində 
yığılır, insan və heyvanlarda müxtəlif fəsadlara səbəb olur. Hər 
mövsümdə yeni adlarda pestisidlər kənd təsərrüfatı bitkilərinə tətbiq 
edilir.Ərzaq bitkilərində pestisidlərin qalıq miqdarının aşağı salın-
ması və ya tamamilə aradan qaldırılması müasir fitosanitar xidmətin 
prioritetlərindəndir. Xəstəliklərə qarşı istifadə edilən bioloji vasitə-
lər aşağıdakılardır: 
1. Antibiotiklər
2. Antoqonistlər; 
3. Hiperparazitlər; 


22 
4. Bitki mənşəli sair vasitələr. 
Antibiotiklər elə maddələr hesab olunur ki, onlar bəzi mikro-
orqanizmlərin həyat fəaliyyəti dövründə əmələ gəlir. Bu maddələrin 
təsirindən canlıları sirayətləndirən bir sıra xəstəlikləri olan viruslar, 
bakteriyalar, göbələklər inkişafdan qalır, bəzən tamamilə  məhv 
olurlar. Təbabətdə antibiotiklərin istifadəsi ötən əsrin 40-cı illərində, 
bitki mühafizəsində isə 60-cı illərində başlanmışdır. Antibiotiklərin 
əksəriyyəti bitkilərin hüceyrə tərkibinə asanlıqla daxil ola bilir. Bu 
xüsusiyyət onlardan toxuma daxilində yayılan xəstəlik törədicilərinə 
qarşı mübarizədə istifadə olunmasını mümkün edir. Antibiotiklər 
cavan ağaclarda, bitkilərin inkişafının ilk dövrlərində toxumalara 
daha aktiv daxil olur. Havanın isti və quru olduğu vaxtlarında bu 
proses daha da intensivləşir. 
 Antibiotiklərin bitkinin toxumalarında parçalanması prosesi 8-
16 gün müddətində baş verir. Lakin bəzi preparatlar (qrizeofulvin) 
28-30 günə qədər bitki tərkibində toksiki xüsusiyyətlərini saxlayır-
lar. Bəzən antibiotiklərin toksiklik qabiliyyəti çox yüksək olduğun-
dan onların bitkilərə  məhvedici təsirinin azaldılması üçün xüsusi 
tədqiqatların aparılması tələb olunur. Subtillin 1:100000 nisbətində 
qarışdırılmasına baxmayaraq, yenə  də lobya və taxıl toxumlarının 
cücərtilərini məhv edir. Klavisin isə 1:1000000 nisbətində qarışığı 
taxılların köklərinin inkişafının qarşısını alır.  
Streptomitsin, tetromitsin, qrizin və b. bitki toxumalarında 500-
3000 vahid/qram yığılsa belə  fəsad vermir. Lakin normanı keç-
dikdə, bu preparatlar da öz toksiki təsirini göstərir. Hazırda bitki-
lərin xəstəliklərdən mühafizəsində müxtəlif antibiotiklərdən istifadə 
edilir. Bunlardan Aqrisept (37%-li sulfat streptomitsin), Fitomitsin 
(20% nitrat streptomitsin), Aqrimitsin-100 (sulfat streptomitsinlə 
terramitsinin qarışığı), Fitostrept qarışığı, Kasuqamitsin, Polioksin-
D, Validamitsin, Baktofit – Bacillus subtillis, Fitobakteromitsin, 
Alteritsidlər və s. daha səmərəli vasitələrdir. 
Azərbaycanda antibitiklərin bitki mühafizəsində tətbiqi üzrə bir 
sıra elmi tədqiqat işləri aparılmışdır. 
Antaqonistlər təbii şəraitdə xəstəlik törədicilərinin inkişafının 


23 
qarşısını alan və ya onunla qidalanan canlı orqanizmlərdir. Torpaq-
da mikroorqanizmlər arasında antoqonistllik daha geniş yayılmışdır. 
Traxeomikoz xəstəliklərə qarşı mübarizədə göbələk-antoqonistlər-
dən alınmış preparatların istifadə olunması öz səmərəliliyi ilə seçi-
lir. Kənd Təsərrüfatı bitkilərinin xəstəliklərinə qarşı göbələk-anto-
qonistlərin istifadəsi üzrə bir sıra elmi tədqiqat işləri aparılmış və öz 
səmərəliliyi ilə seçilir. Son dövrlərdə antinomiset və göbələk anta-
qonistlərin yetişdirilir və onların əsasında bir sıra bioloji preparatlar 
istehsal edilir. Bunlardan: Trixodermin, Vertisillin, Boverin, Bak-
tofit, Trixotesin, Penicillin, Streptomitsin və başqaları hazırda tətbiq 
olunur. 
Torpaqda  ən geniş yayılmış antoqonistlik xüsusiyyəti ilə 
seçilən Trixoderma göbələkləridir. Onlar viridin, qliotoksin, rixo-
dermin, sosukallin, alametsin və başqa aktiv antibiotiklər ifraz et-
məklə göbələk və bakteriya mənşəli xəstəliklərinin inkişafının qarşı-
sını alır. Bu xüsusiyyəti ilə seçilən antoqonistlərdən alınmış prepa-
ratlar Kökçürüməsi, Fuzarioz soluxması, Boz çürümə, Ağ çürümə
Unlu şeh, Vertisillioz və başqa xəstəliklərə qarşı tətbiq edilir.  
Antaqonist bakteriyalar müxtəlif göbələk xəstəliklərinə (Fusa-
riumPythiumRhizoctonia və s.) qarşı tətbiq edilir. Pseudomonas 
cinsinə aid olan bəzi bakteriya növlərinin (P.mucophage) kök çürü-
mələri, hommoz, fuzarioz soluxma xəstəliklərinə qarşı  tətbiqi sə-
mərəli olmuşdur. Bacillus subtilis bakteriyasının əsasında hazırlan-
mış preparatların tətbiqi qarğıdalının Fuzariozu, taxıl bitkilərinin 
Rizontoniozu, qərənfil və kökün Fuzarioz soluxması, kök çürümə 
xəstəliklərinə qarşı yüksək səmərə verir.     
Agrobacterium radiobacter antoqonisti üzüm və meyvə ağacla-
rının kök xərçəngi xəstəliyinə qarşı tətbiq edilir. 
Antoqonist viruslar təbiətdə geniş yayılmışdır. Son illər ABŞ, 
Avropa Birliyi ölkələrində virus-antoqonistlərin alınması, bitki xəs-
təliklərinə qarşı istifadəsi və tətbiqi üzrə elmi araşdırmalar aparılır. 
Hiperparazitlər başlıca olaraq bir-biri ilə qidalanan göbələklər 
(mikofillər) və ya digər mikroorqanizmlərə deyilir. Bütün takso-
nomik qruplarda göbələklərin hiperparazitlərini tapmaq olar. Həyat 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə