Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   4   5   6   7   8   9   10   11   ...   58

24 
tərzinə  və qidalanmasına görə mikofillər 2 qrupa bölünür: 
biotroflar və nekrotroflar. 
Biotrof göbələklər dedikdə, bir göbələk növünün bilavasitə di-
gərinin üzərində yayılması, qidalanaraq sahibini zəiflətməsi və  nə-
hayət məhv etməsidir. Biotrof antaqonizm zamanı sahibin tamamilə 
məhv olması uzun müddət sürür. Bəzən tamamilə  məhv olmur. 
Odur ki, biotrof mikroorqanizmlərdən bioloji vasitələrin hazırlan-
ması çətin başa gəlir. 
Nekrotroflar isə xüsusi toksinlər və zəhərli maddələr ifraz et-
məklə sahibinin strukturunu dağıdır və onunla qidalanır. Antaqoniz-
min bu növü sahibin (və ya bitkidə xəstəlik törədicisi) inkişafını ta-
mamilə dayandırır, sporəmələgətirmə  və yayılma xüsusiyyətini iti-
rən patogen tez bir zamanda məhv olur. 
Təbiətdə mövcud olan bu qarşılıqlı münasibətdən yararlanmaq, 
bitkilərin xəstəlik törədicilərinin hiperparazitlərini aşkar etmək və 
artıraraq mübarizə vasitəsi kimi tətbiq etmək müasir bioloji mübari-
zə üsullarının prioritetlərindəndir. 
OidiumErysiphe cinslərinə aid olan və bitkilər üzərində Unlu 
şeh xəstəliyi törədən göbələklərin  geniş yayılmış növlərindəndir. 
Bu göbələklərin orqanlarında parazitlik edən  Ampelomyces cinsinə 
aid mikroorqanizm növləri aktiv antaqonistlik xüsusiyyəti ilə seçilir. 
XX  əsrin 60-70-ci illərindən başlayaraq  Ampelomyces göbələklə-
rindən Unlu şeh xəstəliyinin törədicilərinə (Erysiphe cichoracearum 
D.C.) qarşı mübarizədə istifadə edilir. 
Hazırda bioloji mübarizə  məqsədilə  Coniothyrium,  Darluca 
filumTrichothecium və s. hiperparazitlərindən istifadə olunur. 
Xəstəliklərə qarşı istifadə edilən müxtəlif bitki mənşəli maddə-
lərdən,  fitonsidlər  xüsusi  əhəmiyyəti ilə seçilir. Fitonsidlər bitki-
lərin özlərini kənar təsirlərdən qoruması üçün ifraz etdikləri xüsusi 
maddələrdir. Bu maddələr xəstəlik törədicilərinin bitkiyə daxil ol-
masına imkan vermir, başqa sözlə bitkilərdə əsaslı immunitet yara-
dır. Fitonsidlərin bitkilərdən alınaraq xəstəliklərə qarşı istifadə edil-
məsi bioloji mübarizə üsullarından biri hesab edilir. Bu məqsədlə fi-
tonsidlik qabiliyyəti olan bitkilərin cövhəri alınır və müxtəlif üsul-


25 
larla xəstəliklərə qarşı istifadə edilir. Soğan, sarımsaq, kalendula, 
yovşan, dəfnə yarpağı, rozmarin, qəndəlaş, boymadərən, çobanyas-
tığı, zəncirotu, iynəyarpaq  şam ağacları  və s. bitkilərdən alınmış 
cövhərlər müxtəlif bitki xəstəliklərinə qarşı istifadə edilir. Bəzi hal-
larda xəstəliklərlə mübarizə çətinləşərsə, fitonsidli bitkilərlə mədəni 
bitkilərin müştərək  əkini həyata keçirilir. Bu məqsədlə meyvə, 
üzüm bağları, müxtəlif tərəvəz və bəzək bitkilərinin cərgəaralarında 
soğan, sarımsaq, razyanə, kalendula, dəfnə yarpağı  və s. efir-yağlı 
fitonsid ifraz edən bitkilər əkilib becərilir. 
 
Kimyəvi mübarizə 
 
Bitkilərin göbələk xəstəliklərinə qarşı mübarizədə kimyəvi 
maddələrdən – funqisidlərdən istifadə edilir. Müasir mədəni əkinçi-
likdə funqisidlərin tətbiqi iqtisadi səmərəlilik baxımından xəstəlik-
lərlə mübarizədə daha çox üstünlüyə malikdir. Bitkiləri sirayətlən-
dirmə xüsusiyyətindən asılı olaraq kimyəvi funqisidlər tətbiqi baxı-
mından bir neçə qrupa bölünür: 
1.Toxumların dərmanlanması  məqsədi ilə istifadə olunan 
funqisidlər. 
Bu qrupa daxil olan funqisidlər toxumlarda və torpaqda olan 
infeksiya mənbələrini məhv etmək və yaxud toxumları sirayətlən-
dirməsinin qarşısının alınması üçün istifadə edilir. Məlumdur ki, to-
xumlar torpaqda müxtəlif xəstəlik törədicilərinin hücumuna məruz 
qalır. Bu patogenlərdən bitkiləri mühafizə etmək üçün toxumların 
səpinqabağı  dərmanlanması geniş  tətbiq edilir. Taxıl, tərəvəz-
bostan, kartof, pambıq, tütün və s. mədəni əkini aparılan bitkilərin 
toxumları ilə yayılan xəstəliklərdən təmizlənməsi üçün səpindən 
qabaq Dividend 0,36 ES (Novartis), Vitavaks 75%, Bronotak SC 
350, Monseron WS 70, Qauço M WS 585, Raksil FS 060 (Bayer – 
Kropsaynes-Almaniya) preparatları ilə uyğun normada dərmanlanır. 
Toxumluq materiallar tədarük edilərkən onların vaxtında dər-
manlanaraq anbarlara yığılması toxumun sağlam və itkisiz saxlan-
masının başlıca şərtlərindəndir. Dərmanlanmada kompleks preparat-


26 
ların tətbiqi toxumların eyni zamanda xəstəlik və zərərvericilərdən 
qorunmasına zəmin yaradır. Vaxtında dərmanlanmış toxumlar tor-
pağa səpilərkən xəstəlik və zərərvericilərin ilkin mərhələdə toxuma 
zərər vurmasının, beləliklə də ilkin cücərtilərin xəstəliklərdən xilas 
olmasını təmin edir. Bu tədbir vegetasiyanın sonrakı mərhələlərində 
xəstəliklərə qarşı mübarizə tədbirlərinin sayının azalmasına və iqti-
sadi səmərəliliyə  gətirib çıxarır. Toxumların dərmanlanması vaxtı-
nın düzgün seçilməsi  əhəmiyyətli  şərtdir. Məhsul sahədən yığılıb 
çeşidləndikdən və  təmizləndikdən sonra dərhal dərmanlanmalıdır. 
Belə olduqda toxumun üzərində  və ya daxilində olan xəstəlik 
törədiciləri geniş inkişaf etməmiş məhv edilir və toxum steril qalır. 
Dərmanlama gecikdirildikdə  xəstəlik törədiciləri anbarın optimal 
temperatur  şəraitində sürətlə inkişaf edərək məhsulu səpinə  qədər 
məhv edir, rüşeymin cücərmə qabiliyyəti minimuma enir və ya 
çürüyür.  
2. Səpin və əkin materiallarının dezinfeksiyası və təmizlən-
məsi üçün istifadə edilən funqisidlər.  
Toxumların səpinqabağı  dərmanlanması toxumun öz qabığın-
da, epidermisin altında, rüşeym və endosperm daxilində yayılan 
xəstəlik törədicilərinin ehtiyatının məhv edilməsinə yönəldilmişdir. 
Səpinqabağı dərmanlanmış toxumların üz qabığında preparatlar qal-
dığı üçün torpaqda olan xəstəlik törədiciləri, həmçinin zərərvericilər 
toxuma ziyan vura bilmir. Xəstəlik törədicilərinin  ən başlıca 
yayılma yolu toxumlar vasitəsilə olduğu üçün fitosanitar vəziyyəti 
nəzərdə saxlamaqda toxumların səpinqabağı dərmanlanması böyük 
əhəmiyyətə malikdir.Toxum dərmanları  tərkibinə görə sadə  və 
kombinə edilmiş ola bilər. Sadə toxum dərmanları bir kimyəvi tər-
kibli maddələrdən, kombinə edilmiş dərmanlar isə iki və daha artıq 
maddələrin qarışığından ibarətdir. 
Elmi nəaliyyətlərin son nəticələri  əsasında toxum dərman-
larının assortimenti zənginləşib. XX əsrin  əvvəllərində  və II yarı-
sında toxumların səpinqabağı dərmanlanması üçün kəskin və insan 
orqanizmi üçün həddən artıq zərərli olan civə  və  bəzi xlor tərkibli 
preparatlardan (Qronazon, Süleymani, Merkuran və s.) istifadə edi-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə