Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
  1   2   3   4   5   6   7   8   9   ...   77


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
 
 
 
 
YUNİS HÜSEYNOV
 
 
 
 
QARABAĞ  TARİXİ  
MƏNBƏLƏRDƏ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı  -  2012 
 


 
A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çapa 
məsləhət görülmüşdür 
 
Elmi redaktor:  
Əməkdar elm xadimi, t.e.d.,  
 
professor Y.M.MAHMUDOV  
 
Rəyçilər: 
t.e.d. 
Q.Ə.HACIYEV   
 
t.e.d. 
K.K.ŞÜKÜROV 
t.ü.fəlsəfə doktoru Z.H.BAYRAMOV 
 
HÜSEYNOV Yunis Rza oğlu,  t.ü. fəlsəfə doktoru: QARABAĞ 
TARİXİ MƏNBƏLƏRDƏ Bakı: “Şuşa” nəşriyyatı,  
2012. – 248 s.  
 
 
H-04 (2012) 
 
Əsərdə  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  Qarabağın  qədim 
dövrlərinə, bölgənin toponimiyasına, diyarın qədim əhalisinin etnik tərkibinə, 
Qarabağ  xanlığının  yaranmasının  tarixi  şəraiti,  xanlığın  ictimai  quruluşu, 
sərhədləri,  təbii-coğrafi mövqeyi, iqtisadiyyatı,  ticarət  əlaqələri,  Osmanlı 
Türkiyəsi və Gürcüstanla siyasi münasibətləri və habelə XVIII əsrin sonu - 
XIX  əsrin  əvvəllərində  Qarabağ  xanlığının  Qacarlarla  Rusiya  imperiyası 
arasında beynəlxalq çəkişmə meydanına çevrilməsi problemləri araşdırılır.  
Əsər tədqiqatçılar, müəllim və tələbələr, eləcə də geniş oxucu kütləsi 
üçün nəzərdə tutulur.  
 
 
 
 
 
 
 
 
Müəllif tərəfindən hədiyyə  
 
© Y.R.HÜSEYNOV, 2012 

051 (L - 041) 
Sifarişlə 
051 - 04 (2012) 


 

 
MÜƏLLİM ÖMRÜ – 
ŞƏRƏFLİ  HƏYAT YOLU 
 
M
üəllif haqqında 
 
“Həyatını müəllimliyə  həsr  edən insanlar, həqiqətən 
fədakar, xalqına, millətinə  sədaqətli və eyni zamanda 
qəhrəmanlıq  göstərən insanlardır” 
 
Heydər Əliyev 
 
 
Xalqımızın belə bir fəlsəfi deyimi var: “Niyyətin hara, 
mənzilin də ora”. İnsan öz qəlbində, xəyallarında nəyə üstünlük 
verirsə,  həmin  arzulara  çatmağın  da  yollarını  müəyyən  edir  və 
onlara  çatmaq  uğrunda  fədakarlıqla  mübarizə  aparır.  Vətəninə, 
xalqına, dövlətinə ləyaqətli vətəndaş olmaq hər bir insanın özün-
dən,  aldığı  ailə  tərbiyəsindən  asılıdır.  İlk  növbədə  isə  başqa-
larına nümunə olmaqda torpağın  müqəddəsliyi, onun əvəzolun-
maz gözəlliyi, bu torpağın yetirdiyi barında, bərəkətindədir. Saf 
təbiətin bəhrəyə gətirdiyi təamından qidalanan insanlar qüvvətli, 
namuslu, qeyrətli, istedadlı və həyatda müdrik olurlar. Müqəd-
dəs torpağın yetirdiyi nemətlərdən pərvazlananlar, el-oba içəri-
sində özlərinə əbədi heykəl  ucaldırlar. 
Bu baxımdan elm, ədəbiyyat, incəsənət mərkəzi və başı-
mızın  tacı  olan  ŞUŞA-PƏNAHABAD  da  müqəddəs  torpaqdır. 
Əzəmətli dağları, səfalı  yaylaqları, minbir dərdə  məlhəm olan 
saf  suları,  təmiz  və  şəffaf  bulaqları  və  Ulu  Tanrının  bu  diyara 
əbədi olaraq bəxş etdiyi digər nemətləri olan Şuşa görkəmli şəx-
siy
yətlərin - Qasım bəy Zakirin, Xurşudbanu Natəvanın, Mir 
Möhsün  Nəvvabın,  Nəcəf  bəy    Vəzirovun,  Əbdürrəhim bəy 


 

Haqverdiyevin,  Yusif  Vəzir  Çəmənzəminlinin,  Firidun  bəy 
Köçərlinin, Əhməd Ağaoğlunun, Həşim bəy Vəzirovun, Kə-
rim  bəy  Mehmandarovun,  Hacı  Hüsünün,  Məşədi  İsinin, 
Cabbar Qaryağdı oğlunun, Keçəçi oğlu Məhəmmədin, Segah 
İslamın, Məşədi Məhəmməd Fərzəliyevin, Seyid Şuşinskinin, 
Xan  Şuşinskinin,  Üzeyir  bəy  Hacıbəyovun,  Süleyman  Ələs-
gərovun  və  yüzlərlə  dünya  şöhrətli  şəxsiyyətlərin  vətənidir. 
Bu elm və mədəniyyət xadimləri Şuşanın  şöhrətini  dünya 
səviyyəsinə qaldırmışlar. 
Bu tarixi şəxsiyyətlərin ənənələrini indi də davam etdirən 
ziyalılarımızın  sayını  sadalamaqla  qurtarmaz.  Biz  belə  ziyalı-
larımızla  haqlı  olaraq  fəxr  edirik,  buna  mənəvi  haqqımız  var. 
Belə ziyalılarımızın hər birinin  öz dəsti-xətti var. 
Şuşanın  ziyalı  müəllimlərindən  söhbət  açarkən  rayonu-
muz
da  təhsil  sahəsində  özünün  elmi,  metodiki,  pedaqoji  bilik 
səviyyəsi  ilə  fərqlənən  əzmkar,  öz  üzərində  müntəzəm  çalışan, 
tədqiqatçı  alim,  böyük  hörmətə  malik  olan,  rayonumuzun 
təhsilinin ağsaqqalı Yunis Rza oğlu Hüseynov yada düşür. 
Yunis  Rza  oğlu  Hüseynov  15 sentyabr 1935-ci  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdur.  O,  1945-ci  ildə  Şuşa  şəhər 
yed
diillik  məktəbinin  birinci  sinfinə  daxil  olub,  1952-ci  ildə  
oranı  yüksək  qiymətlərlə  qurtarıb,  həmin    ildən  Şuşada  nəşr 
olunan  
Kolxoz  bayrağı”  qəzetinin  redaksiyasında  mürəttib 
vəzifəsində  əmək  fəaliyyətinə  başlamışdır.  Yunis  müəllim 
işləməklə  bərabər,  öz  təhsilini  Şuşa  şəhər  Fəhlə-Gənclər 
məktəbində  davam  etdirmişdir.  Yunis  Hüseynov  həmin 
məktəbin  onuncu  sinfini  1955-ci  ildə  yaxşı  və  əla  qiymətlərlə 
bitirdikdən  sonra,  1960-cı  ildə  Azərbaycan  Dövlət 
Universitetinin (indiki BDU) əyani tarix fakültəsinə daxil olub, 
oranı  1965-ci  ildə  yüksək  qiymətlərlə  qurtarmış,  həmin  ildən, 
2011-ci 
ilin  avqust  ayına  kimi  fasiləsiz  olaraq  Şuşa  şəhərində 
pedaqoji işdə çalışmışdır. O, Şuşa şəhər 4 saylı orta məktəbdə 
tarix müəllimi və təlim-tərbiyə işləri üzrə direktor müavini, 
Şuşa  Rayon  Metodkabinetinin  müdiri,  Şuşa  Rayon  Təhsil 
Şöbəsinin  baş  müfəttişi,  Şuşa  şəhər  3  saylı  orta  internat-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə