Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   2   3   4   5   6   7   8   9   ...   77

 

Uzun müddət təhsil sahəsində səmərəli fəaliyyət göstərən 
Yunis  müəllimin  saysız-hesabsız  müəllim,  həkim,  hüquqşünas, 
mühəndis və digər peşə sahibləri kimi yetirmələri var. Onlar öz 
müəlliminə  böyük  hörmətlə  yanaşır,  onunla  haqlı  olaraq  fəxr 
edirlər. Mən bütün el məclislərində bunun canlı şahidi olmuşam. 
Onların içərisində alim olanlar da var. Yunis müəllimin özü də 
onlarla fəxr edir. 
Mən deyərdim ki, Yunis müəllimin həyatı elm mayası ilə 
yoğrulmuşdur.  Artıq  onun  saçları  tamamilə  ağarıb.  Atalar  çox 
yaxşı  demişlər,  uca  dağların  zirvəsi  ağappaq  qarla  örtülü  olar. 
Yunis  müəllim  isə  saçının  ağarmasını  baharın  müjdəçisi  hesab 
edir. Mən cəsarətlə deyərdim ki, onun yaşı sərvəti, dövlətidir. 15 
sentyabr 2012-
ci  ildə  müəllim-alimin 77 yaşı  tamam 
olacaqdır. Amma ona ilk baxışda bu yaşı vermək olmaz. O, 
elmi yaradıcılığını indi də uğurla davam etdirir. 
Tarix  elmləri  üzrə  fəlsəfə  doktoru  Yunis  Hüseynov, 
qondarma  Dağlıq  Qarabağ  həqiqətlərini  beynəlxalq  aləmə 
çatdırmaq  üçün  xarici  elmi-kütləvi  jurnallarda  bu  sahədə 
sanballı materiallarla çıxış edir. Rusiya Federasiyasının paytaxtı 
Moskva  şəhərində  nəşr  olunan  “Вoпрoсы  гуманитарных 
наук” jurnalında 3, qonşu Gürcüstanın paytaxtında nəşr olunan  
“Кавказ и Мир” jurnalında  4 elmi məqaləsi nəşr olunmuşdur. 
Bu  məqalələr  3 il  ərzində  işıq  üzü  görmüşdür.  Həmin  elmi 
məqalələrdə  quldur,  torpağı,  vətəni,  paytaxtı,  mədəniyyəti,  bir 
sözlə mənşəyi məlum olmayan ermənilərin yalanlarını dünyaya 
çatdırmaqda  Yunis  müəllimin  əməyini  xüsusi  qeyd  etməliyəm. 
Onun hər bir məqaləsi erməni faşistləri üçün tutarlı zərbədir. 
Mən  bu  məqalədə  Yunis  müəllimin  pedaqoji-elmi  və 
siyasi fəaliyyətindən qısa olsa da bəhs etməyə çalışdım. 
Yunis  müəllim  məktəbi  cəmiyyətimizin  mənəvi  özəyi 
hesab edir. O, mədəni rəftarı, ciddi, eyni zamanda da qayğıkeş 
davranışı  ilə  müəllim  yoldaşlarına  böyük  mədəni,  emosional 
təsir göstərmiş, öz hərəkət və davranışlarında həmişə səmimi və 
təmkinli  olmağı  üstün  tutmuşdur.  20  ilə  qədər  təlim-tərbiyə 
işləri üzrə direktor müavini işlədiyi Şuşa şəhər 1 saylı tam orta 


 

məktəbin  kollektivi  Yunis  müəllimin  onlara  göstərdiyi  qayğını 
böyük  məmnuniyyətlə  qeyd  edirlər.  O,  təqaüddə  olmasına 
baxmayaraq, bizimlə daim əlaqə saxlayır. 
Mən,  geniş,  dərin,  zəngin  pedaqoji  düşüncə  sahibi  olan 
Şuşa  Rayon  Təhsil  Şöbəsinin  fəxri, xeyirxah insan Yunis 
müəllimə  uzun  ömür,  səmərəli  yaradıcılıq  və  sağlam  həyat 
arzulayıram. 
Чох йахшы дейибляр: - Шющрятдир, шяряфдир зирвя даь цчцн! 
 
 
Təvəkkül Əliyev, 
Şuşa Rayon Təhsil Şöbəsinin müdiri
əməkdar müəllim 


 
10 
  
 
G İ R İ Ş
 
 
 
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 
tariximizin ağ ləkələrinin aradan qaldırılması və sovet dövrünün 
tarix  elmi  qarşısında  qoyduğu  tələblərdən  irəli  gələn  səhvlərin, 
tendensiyalı mülahizələrin, bu sahədə əvvəllər yol verilmiş qü-
sur
ların ləğvi sahəsində böyük və məqsədyönlü işlər görülmüş-
dür. 
Tarixi  həqiqətlərə  söykənməklə,  milli  dövlətçilik 
tariximi
zin  ayrı-ayrı  inkişaf  mərhələlərində  mütərəqqi, 
təqdirəlayiq  nə  varsa,  onların  hamısından  ətraflı  dərəcədə 
faydalanmaqla tarixi
mizin  öyrənilməsi  sahəsində  mövcud  olan 
boşluqları  doldurmaq  olar.  Bu  mənada  Azərbaycan  tarixində 
mühüm  mənbə  olan  «Qarabağnamələr»in'>«Qarabağnamələr»in  tarixi  baxımdan 
tədqiqi son dərəcə vacib və əvəzsizdir. Son illərdə Azərbaycanın 
tarixçi  alimləri  tərəfindən  Qarabağ  xanlığına  aid  müxtəlif 
mənbələrin  hazırlanıb  nəşr  edilməsinə,  ayrı-ayrı  müəlliflər 
tərəfindən  xanlığın  sosial-iqtisadi  və  mədəni  həyatına  dair 
əsərlərin  yazılmasına  baxmayaraq,  bütövlükdə  XVIII  əsrin 
ortalarından XIX əsrin əvvəllərinə kimi mövcud olmuş Qarabağ 
xanlığının  tarixi  «Qarabağnamələr»  əsasında  müstəqil  şəkildə 
araşdırılmamışdır. 
«Qarabağnamələr»  Qarabağ  xanlığının  tarixini 
öyrənmək üçün mühüm tarixi mənbədir. Bu xanlığın tarixinin və 
ümu
milikdə  Azərbaycan  tarixinin  öyrənilməsində  «Qarabağna-
mələr»in mövcud əsər  üçün tədqiqat obyekti kimi seçilməsi də 
təsadüfi  deyildir.  Əvvəla  Qarabağ  xanlığı  Şimali  Azərbaycan 
xanlıqları  içərisində  siyasi,  iqtisadi  və  mədəni  inkişafının 
xüsusiyyətlərinə görə seçilirdi. Digər tərəfdən isə Azərbaycanın 


 
11 
XVIII  əsrin  ikinci  yarısı  –  XIX  əsrin  əvvəllərini  əhatə  edən 
mürəkkəb tarixi dövrünün tam və obyektiv mənzərəsini Qarabağ 
xanlığının  sosial-iqtisadi  və  siyasi  həyatını  öyrənmədən  yarat-
maq mümkün deyildir. 
Əsası 1747-ci ildə qoyulmuş və 1822-ci ilədək mövcud 
olmuş Qarabağ xanlığının dövlətçilik tariximizdə rolu və yerinin 
müəyyənləşdirilməsi çox vacib elmi və siyasi əhəmiyyətə malik 
məsələlərdən biridir. Qarabağ xanlığının dövlətçilik təcrübəsinin 
və  inzibati  idarəetmə  sisteminin  öyrənilməsinin  XX  əsrin 
sonlarında  yenidən  öz  dövlətçiliyini  bərpa  etmiş  xalqımızın 
hazırkı inkişaf mərhələsində milli dövlət quruculuğu işi üçün də 
böyük əhəmiyyət kəsb edir.  
Torpaqlarımızın 20 faizini, o cümlədən Qarabağın böyük 
hissəsini  işğal  etmiş  ermənilərin  bu  ərazilərin  tarixən  onlara 
məxsus  olması  haqqında  qeyri-obyektiv qondarma iddialarının 
əsassızlığını  sübut  etmək,  onların  beynəlxalq  ictimai  fikri  və  
siyasi  iradələri  çaşdırmağa  yönəlmiş  cəhdlərini  puça  çıxarmaq 
üçün Azərbaycan torpağının ayrılmaz tərkib hissəsi kimi Qara-
bağ bölgəsinin, Azərbaycan dövləti kimi Qarabağ xanlığının ta-
ri
xinin  tutarlı  qaynaqlar,  o  cümlədən    «Qarabağnamələr»  əsa-
sında  obyektiv  və  gerçəkliyə  uyğun  şəkildə  öyrənilməsi,  şüb-
həsiz ki, çox aktualdır. 
Tarixşünaslığımızda  «Qarabağnamələr»  və  digər 
salnamələr  əsasında  Qarabağ  xanlığının  tarixi  ayrıca  problem 
şəklində  indiyə  qədər  öyrənilməsə  də  ayrı-ayrı  tədqiqatlarda 
müxtəlif mövzular ilə bağlı olaraq bu problemə toxunulmuşdur. 
Qarabağ  xanlığının  siyasi  quruluşunu  öyrənməyi  qarşısına 
məqsəd  qoymuş  Ə.B.Şükürzadənin  dissertasiya  işi  (137) 
xanlığın  tarixinin  öyrənilməsində  ilk  addımlardan  biri  kimi 
qiymətləndirilə  bilər.  Qarabağ  xanlığının  iqtisadiyyatını 
araşdıran  iqtisadçı  alim  M.M.Mustafayev  öz  dissertasiyasında 
(114)  «Qarabağnamələr»dən  və  Qarabağ  tarixinə  aid  müxtəlif 
əsərlərdən geniş istifadə etmişdir. Müəllif bütövlükdə Qarabağın 
tarixini  öyrənməyi  qarşısına  məqsəd  kimi  qoymadığından 
xanlığın iqtisadi tarixini tədqiq etməklə kifayətlənmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə