Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   2   3   4   5   6   7   8   9   ...   77

 
18 
ladığı  və  Adolf  Berjenin  redaktorluğu  ilə  çap  edilmiş  sənədlər 
toplusunda (85)  bütün  Cənubi  Qafqaz,  habelə  Şimali  Azərbay-
can, o cümlədən Qarabağ xanlığının XIX əsr tarixi haqqında çox  
qiymətli  məlumatlar  vardır.  Toplunun ikinci, üçüncü, beşinci, 
al
tıncı  və  yeddinci  cildlərində  Qarabağ  xanlığı  ilə  Rusiya  ara-
sında qarşılıqlı münasibətlər, Sisianov və digər Rusiya müstəm-
ləkəçilərinin  mənfur  siyasəti,  1805-ci  ildə  bağlanmış  Kürəkçay 
müqaviləsi, müqavilənin hər iki tərəfdən yerinə yetirilmə vəziy-
yəti, xanlığın ləğv edilməsi və əyalətə çevrilməsi, Qarabağ əya-
lətinin 1822-ci ildən sonrakı rus idarəçiliyi dövründə vəziyyəti, 
əhalisi, təsərrüfatı və digər məsələlər haqqında çox zəngin ma-
teriallara rast gəlinir. Həmin materialların öyrənilməsi, Qarabağa 
aid  salnamələrdəki  məlumatları  dəqiqləşdirməyə  və  tamamla-
mağa, həmçinin müqayisəli təhlil aparmağa imkan verir.  Toplu 
eyni zamanda Qarabağ tarixinin salnamələrdə verilən xronologi-
yasını bir qədər də genişləndirməyə və hadisələrin sonrakı axarı-
nı öyrənməyə imkan verir. 
1823-
cü ildə Qafqazın baş hakimi Yermolovun göstərişi 
ilə  xanlıqdan Rusiyanın əyalətinə çevrilmiş Qarabağda keçirilən 
siyahıyaalmanın  materialları  (122)  xanlığın  əhalisinin  sayı,  so-
sial – 
silki və etnik tərkibini öyrənməyə, bütövlükdə demoqrafik 
prosesləri  izləməyə,  digər  xanlıqlarla  müqayisələr  aparmağa 
imkan verir. Siyahıyaalma materialları Qarabağ xanlığının şəhər 
və kəndləri, torpaq sahibliyi formaları, maliyyə – vergi sistemi 
və s. məsələlərin də öyrənilməsi baxımından çox əhəmiyyətlidir. 
Əsərdən Azərbaycan tarixi üzrə müxtəlif ümumiləşdirici 
əsərlərin, orta, orta ixtisas və ali məktəb dərsliklərinin yazılma-
sında  istifadə  oluna  bilər.  Əsərin  materialları,  ümumiləşdirmə-
ləri və nəticələri şagird və tələbələr içərisində vətənpərvərlik tər-
biyəsi işinin təşkili üçün faydalı ola bilər. Əsərin faktik  mate-
rialları  mənfur  erməni  qonşularımız  və  onların  havadarlarına 
qar
şı təbliğat müharibəsi üçün çox qiymətli, damarlarında azər-
baycanlı qanı axan hər bir oxucu üçün çox maraqlıdır. 
Əsər giriş, iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat 
siyahısından ibarətdir. 


 
19 
I BÖLMƏ 
 
 
QARABAĞIN KEÇMİŞ TARİXİ DÖVRÜNƏ BAXIŞ 
 
Qarabağ Azərbaycan Respublikasının əzəli və qədim 
torpağıdır«Qarabağ Azərbaycanda tarixi vilayətdir. Kiçik 
Qafqaz  dağlarından  başlayaraq  Kür  və  Araz  çayları 
arasındakı əraziləri əhatə edir». (1, səh. 45). Bildiyimiz kimi 
Azərbaycanın əlverişli iqlim şəraiti, təbiəti, onun ərazisində ən 
qədim insanın yaranmasına və tədriclə formalaşmasına əlverişli 
şərait  yaratmışdır.  Tarixi  qaynaqlar  sübut  edir  ki,  Azərbaycan 
Respublikasının Kür və Araz çayları arasında yerləşən ərazisi ən 
qədim insanların yaşayış məskəni olmuşdur. Qarabağ ərazisində 
yerləşən «Füzuli şəhəri yaxınlığında dünyada ən qədim insan 
məskənlərindən  olan  AZIX,  TAĞLAR  mağaralarının» 
mövcud olması  dediklərimizi əyani surətdə sübut edir.  (2, s.8) 
«Azıx  mağarası  Füzuli  şəhərindən  14  km  şimal 
qərbdə yerləşir. Quruçayın sol sahilində, dəniz səviyyəsindən 
900 metr hündürlükdə yerləşir. Üst yura (Yura kelt dilində   
meşə  deməkdir)  yaşıl  əhəngdaşından  əmələ  gəlmişdir. 
Mağaranın bir-birindən dar keçidlərlə birləşən 6 salon var. 
Mağaranın  2  tərəfdən  giriş  yeri  var.  Mağarada  10  təbəqə 
aşkar edilmişdir». (6, s. 183) 
Azıx mağarası dünyada ibtidai insanın məskən saldığı ən 
qədim  insan  düşərgələrindən  biridir.  Azıx  mağarasının  faunası 
olduqca zəngin və maraqlıdır.  
Azıx  mağarasında  arxeoloji  qazıntılar  1968-ci  ildə 
arxeoloq  Məhəmmədəli  Hüseynov  tərəfindən  aparılmışdır. 
«Qazıntılar  zamanı  Azıx  mağarasında  qədim  insanın  alt  çənə 
sümüyünün  bir  hissəsi  tapılmışdır  (7,  s.  183). Buna  azıxantrop 


 
20 
adı  verilmişdir.  Araşdırmalar  sübut  etmişdir  ki,  «Azıxantrop 
təqribən 250-300 min il əvvəl yaşamışdır». (8. səh. 183) 
Qarabağın  müəyyən  bitr  hissəsi  vaxtilə  Uti 
adland
ırılmışdı. Bu həmin ərazidə məskunlaşan Uti tayfalarının 
yaşadığını  sübut  edir.  «Utilər  də  qədim  alban  tayfalarından 
biri  olmuş  və  qarqarlara  nisbətən  daha  geniş  ərazidə 
məskunlaşmışdılar  (2,  s.6).  Qarqarlar  da  Qarabağın  etnik 
tərkibinə daxil idilər». Son antik və ilk orta əsrlərdə Qarabağın 
bir hissəsi Qarqarlar ölkəsi adlandırılmışdır. (2, s.5) 
Mənbələrdə  qeyd  olunur  ki,  Qarabağın  ərazisi 
Azərbaycanın  qədim  dövlətlərindən  biri  olan  Albaniyanın 
ərazisinə  Uti  və  Arsax  vilayətləri  də  daxil  idi.  «Ərəb 
işğalından  sonra  əsasən  düzənlikdə  yerləşən  Uti  Arran, 
Arsax isə Agvan adlandırılmağa başlandı». (9, s. 22) 
Tarixən  məlumdur  ki,  Albaniyanın  Kür  çayından 
cənubdakı ərazi dörd vilayətə - Arsax, Uti, Paytakaran və Sünik 
vilayətlərinə bölünürdü. (9, s. 22) 
Yeri gəlmişkən bir neçə kəlmə Arsax haqqında. «Arsax 
erməni  adı  deyildi…  Ona  görə  ki,  …  burada  heç  vaxt  bir 
erməni olmamışdır… Arsax Türk mənşəlidir və «Dünyanın 
qərb hissəsi deməkdir» (11, s. 16) 
Arsax  Qarabağın  Dağlıq  və  Mil  düzünün  bir  hissəsini 
əhatə  edirdi.  Arsax  12  əyalətə  bölünürdü.  Bunu  alban  tarixçisi 
M.Kalankatlı  və  VII  əsr  coğrafiyaşünasları  da  təsdiq  edirlər. 
Onlar da Arsaxın əhalisini bir mənalı olaraq albanlardan ibarət 
olduğunu  təsdiq  edirlər.  Arsax  I-VI  əsrlərdə  Albaniya 
Arşagirdlərinin,  VI-VIII  əsrlərdə  isə  Mehranilərin  hakimiyyəti 
altında  olmuşdur.  IX  əsrdə  ərəblər  Mehranilərin  hakimiyyətinə 
son  qoyaraq  Arsaxı-Qarabağı  Xilafətin  tərkibinə  daxil  etdilər. 
(6, s. 405)  
Albaniya dövləti təxminən, tarixi mənbələrdə göstərildiyi 
kimi  e.ə.  IV  əsrdən  eramızın  VIII  əsrlərində  tarix  səhnəsində 
olmuşdu.  Deməli,  Qarabağ  Azərabycan  Albaniya  dövlətinin 
ayrılmaz  tərkib  hissəsi  idi  və  burada  məskunlaşan  etnoslar  – 
utilər, sovdeylər, qarqarlar, saklar və digər tayfaları yaşayırdılar.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə