Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə14/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   10   11   12   13   14   15   16   17   ...   144

 

61 


 

Bülbül kimi fəğanə gəlüb eyləmə səda, 

Olmaz nəsib çün sənə busə o yardən. 

 

Olmaz sənə nəsib genə səhni‐növbəhar,   



Yüz əndəlib ölüb sənitək cövri‐xardən. 

 

Ey virdi‐cövrdən genə əfğan olan könül, 



Bu fani dövrdən, bu dili‐tarümardən. 

 

Zülfi‐siyahü qaməti‐rə`nadən əl gətür, 



Rəngi‐ruyimiz saraldı, qəmü ahü zardən. 

 

Bihudə ver, bu eyşi‐səyahətdən əl gətür, 



Sal bircə qətrə qəlbüvə rəngi‐məzardən. 

 

Nadim, həyat təmamə yetüb, ömr qurtarub, 



Eylə həras məzardəki murü mardən. 

 

* * * 



 

Məgər bu növ`i dönərmiş cəhandə üz‐üzdən, 

Səbəb nədür, məni sən salmısan bu cür gözdən? 

 

Boyun bəlasın alım, nitqə gəl, bəyan eylə, 



Bu dərdimə ola dərman, o sən deyən sözdən. 

 

Əlün fədası olum, qoy əlüvi sinəmə, gör, 



Nə növ`i gör alışub, suznakdür izdən. 

 

 




 

62 


 

Dizini başımın altında azca rahət et, 

Əgərçi doğrasalar, baş gətürmürəm dizdən.

 



   

 

                                 * * * 



 

Məni nari‐fəraqə həşr olunca yandıran sənsən, 

Bu cür pərvanəvəş şəm`də məni odlandıran sənsən. 

 

Dəhanın badeyi‐şərbət, ləbin yaquti‐pürqiymət, 



Məni naçarü bamöhnət qoyan biaşiyan, sənsən. 

 

Qoyub eşqün məni heyran, edibdür ləblərün tüğyan, 



Gəl eylə dərdimə dərman ki, Loğmani‐zəman sənsən. 

 

O müjganun sənün, canan, edibdür qəlbimi al qan, 



Məni Məcnuni‐sərgərdan qoyan atəşfəşan sənsən. 

 

Yanub mülki‐könül yeksər, dönüb bir qəbzə xakistər, 



Pərisən ya ki, sən dilbər və ya huri‐cinan sənsən. 

 

Çəkübsən zülfüvə şanə, libasun cümlə şahanə, 



Doyubdur Nadimün canə, məni dərdə salan sənsən. 

 

* * * 



 

Nari‐hicrində yanub bu cismü canım, nazənin, 

Az qalub pərvaz edə ruhi‐rəvanım, nazənin. 

 

Can üzən əbrulərün afaqdə məftuniyəm, 



Qatilimsən ölsəm, ey badi‐xəzanım, nazənin. 

 

Qəlbimi müjganlarun xun ilə yeksan eyləyüb, 



Rəhm elə əhvalıma, ey həmzəbanım, nazənin. 

                                                 

 Qəzəl natamamdır 




 

63 


 

Sən həmayil tək qulac zülfün yenə sal boynuma, 

Artırur vəslin mənim ahü fəğanım, nazənin. 

 

Ləblərün, şəhla gözün, sərvi‐səmənsa qamətün, 



Ruzü şəb oldı mənim virdi‐zəbanım, nazənin. 

 

Nadiməm, hicrində göz yaşım axar hər ruzü şəb, 



Bu fəna mülkündə sənsən mehribanım, nazənin. 

 

* * * 



 

Üşşaqdən kəsüb genə canan məhəbbətin, 

Cövr ilə saldı canıma çün nari‐firqətin. 

 

Yusif kimi təhəmmül elə dərdə, ey könül, 



Bu əsr içində guşeyi‐zindandı qismətin. 

 

Yə`qubtək göz yaşını etgilən rəvan, 



Çün ağlamaq cəhandə yəqin oldı qismətin. 

 

Neynim, bu Leylivəş məni Məcnun kimi genə 



Səhrayə saldı, əldən alub tabü taqətim. 

 

Qorxum budur zəmanədə Sən`an kimi, könül, 



Vəslin yetişməmiş, yetişə vəqti‐rehlətin. 

 

Bu Nadimə asandı dəxi ruzü şəb çəkir, 



Sənsiz həmişə dəhrdə əğyar töhmətin. 

 

* * * 



 

Könül nə vəqtə kimin nari‐pürşərar olsun, 

Yanub fəraq ilə xakistər aşikar olsun. 



 

64 


 

Nə vəqtədək nigaran gözlərüm rəhün gözlüb, 

Çəküb səbahə kimin, çeşmim intizar olsun. 

 

Nə qədri möhnətü dərdi‐fəraqə tab etsün, 



Zəmanə içrə əzilüb fəqirü xar olsun. 

 

Yetübdi axıra ömrüm, Xuda, şəmatətdən, 



Nə qədr aləmara xari‐ruzigar olsun. 

 

Sirişki‐didə dolub qan ilə, üzüm gülməz, 



Nə vəqtə kimi bu aşiq qəmündə zar olsun. 

 

Çətindür etmək əgər tərki‐aşiyan, Nadim, 



Həqiqi aşiq odur, axır ömri xar olsun. 

 

* * * 



  

Gülüm, əmr et, yüzündən ol qarə zülfün kənar olsun, 

Çəkilsün əbri‐zülmət, mah üzün bir aşikar olsun. 

 

Açub gülşən kimi sağü solunda laleyi‐əhmər, 



Çətindür laleyi‐gülşən sənüntək abidar olsun. 

 

Nihan eylüb o gülzarı, gülüm, incitmə bu yarı, 



Rəva görmə dili‐aşiq qəmindən tarümar olsun. 

 

Əgər fikrün sənün rəng eyləməkdür aşiqi‐zarə, 



Qürur olma bu surət daima səndə qərar olsun. 

 

Mürüvvət etgilən, incitmə, zalım, mürği‐bibalı, 



Məgər ki, rəsmdür hər nazənin bie`tibar olsun? 

 



 

65 


 

Xəyal etmə səni yaddan fəramuş eyləyüb Nadim, 

Çətindür mürği‐şeyda şaxi‐güldən bir kənar olsun! 

 

* * * 



 

Ənisim olmağa, ey mahparə, xoş gəldün, 

Qədəm qoyub sinəm üstə dübarə, xoş gəldün. 

 

Bu xəstə başımı, lütf eylə, al dizün üstə, 



Baxım doyunca ol çeşmi‐xumarə, xoş gəldün. 

 

Cəvanlığımda yerim, qorxuram, məzar olsun, 



Bu dərdə vəslin ola bəlkə çarə, xoş gəldün. 

 

Xəm etmisən qədimi o xəmidə qaşın ilə, 



Öləndə barı, məni al kənarə, xoş gəldün. 

 

Bu dərdi‐eşqimə var ləbləründə dərmanın, 



Qəra edüb günimi çeşmi‐qarə, xoş gəldün. 

 

Ölüm zəmanı yetib, gəl bu aşiqə ağla, 



Özün bu Nadimini qoy məzarə, xoş gəldün. 

 

                                       * * * 



 

Gül gərək öz bülbülün gülşəndə naşad etməsün, 

Əndəlibün könlüni zülm ilə bərbad etməsün. 

 

Zahida, etmə məzəmmət bülbüli‐biçarəni, 



Aşiq öz mə`şuqəsiyçün necə fəryad etməsün? 

 

Bir güli‐məhparənün eşqində fəryad eylərəm, 



Həq, görüm, ta həşr olunca heç onı şad etməsün. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə