Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə4/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   2   3   4   5   6   7   8   9   ...   144

 

14 


 

Qeyd  etdiyimiz  kimi,  müxtəlif  şeir  növlərində  əsərlər 

yaradan  Nadimin  yaradıcılığında  növhə  janrı  xüsusi  yer 

tutur. Bu səbəbdən də onu növhəxan‐şair kimi təqdim etmək 

daha məqsədəuyğundur.  

Klassik  növhə  ədəbiyyatında  növhə  şairləri  bir  qayda 

olaraq  əruzun  bir  neçə  bəhrindən  istifadə  edirdilər.  Lakin 

Nadim  bu  qaydanı  pozaraq  öz  növhə  və  sinəzənlərində 

demək olar ki, çox az işlənən bəhrlərdən də istifadə etmişdir 

ki, bu da onun güclü təbə malik olması, əruzu yaxşı bilməsi 

və yaradıclığının çoxşaxəli olması ilə əlaqədardır. 

 

* * * 



 

İnsanlar  ta  qədimdən  şadlıqlarını  ifadə  edən  nəğmələr, 

mahnılar yaratdıqları kimi, kədərlərini büruzə verən hüznlü 

şeirlər  də  yaratmalı  idilər.  Təbii  ki,  Yaxın  və  Orta  Şərqdə, 

eləcə  də  Azərbaycanda  yaranmış  olan  oxşamalar,  ağılar, 

daha  sonralar  məna  etibarilə  bunlara  yaxın,  lakin  məzmun, 

kompozisiya,  üslub  və  dil  cəhətdən  bir  qədər  fərqli  olan 

mərsiyələr,  növhə  və  sinəzənlər  də  məhz  bu  ehtiyacdan 

meydana gəlmişdir. 

Əvvəllər məşhur şəxsiyyətlərin, hökmdarların, eləcə də 

müxtəlif  elm  və  sənət  adamlarının  ölümü  münasibətilə 

yazılan  mərsiyələr  Kərbəla  faciəsindən  sonra  İranda  və 

Azərbaycanda daha önəmli və daha geniş vüsət tapdı. 

Xatəmül‐ənbiya  Həzrət  Mühəmməd  (s)  Allah‐təalanın 

ona nazil etdiyi müqəddəs qayənin – İslamın təbliği yolunda 

məşəqqətlərə  dözdü,  cəfalara  sinə  gərdi.  Peyğəmbərimizin 

sevimli  nəvəsi,  “həyat  əqidə  və  cihaddan  ibarətdir!”  – 

buyuran  Həzrət  Hüseyn  (ə)  isə  özünün,  əshabının,  Əhli‐

Beytinin  şəhadətiylə,  Əhli‐əyalının  əsarətiylə  İslamın 



 

15 


 

izzətini, imanın qüdrətini, haqqın batil üzərindəki qələbəsini 

bütün aləmə bildirdi, dinimizi ehya etdi, yaşatdı... 

 

Ey olan ismi‐şərifi ərşə zinət, ya Hüseyn, 



Şafiyi‐ruzi‐qiyamət, babi‐cənnət, ya Hüseyn. 

 

* * * 



 

Hicri tarixi ilə 61‐ci il məhərrəm ayının 10‐da Kərbəla 

çölündə qanlı bir faciə baş verdi. Tərəfdarları və Əhli‐Beyti 

(ailə  üzvləri)  ilə  birlikdə  Məhəmməd  (s)  Peyğəmbərin 

nəvəsi  Həzrət  İmam  Hüseyn  (ə)  çox  böyük  işgəncələrlə 

qətlə yetirildi. 

Həzrət  Hüseyn  (ə)  on  iki  imamın  üçüncüsüdür.  Atası 

Əli  ibn  Əbu  Talib  (ə),  anası  Məhəmməd  (s)  Peyğəmbərin 

qızı  Fatimədir  (ə).  Hicrətin  4‐cü  ilində  şəban  ayının  5‐də 

(02.01.626) 

Mədinədə 

dünyaya 

gəlmişdir. 

On  iki  İmamdan  ikincisi  İmam  Həsən  (ə)  atası  Həzrət 

Əlinin vəfatının ertəsi günü Kufə məscidinə gəlib minbərə 

çıxdı,  bir  xütbə  oxudu.  Xütbədən  sonra  Abdullah  ibn 

Abbas 

ayağa 

qalxıb: 

ʺEy 

insanlar, 

bu 

şəxs 

Peyğəmbərimizin  nəvəsidir,  sizdən  biyət  istəyir,  sözünüz 

nədir?ʺ  –  deyə  məsciddəkilərə  müraciətlə  dilləndi. 

Məsciddəkilər  bir  ağızdan:  ʺBiyət  etdik!ʺ  –  deyə 

səsləndilər. Bu hadisədən o qədər də çox keçməmiş 40 min 

adam Həzrət İmama (ə) biyət etdi. Lakin... 

Şam  valisi  Müaviyənin  əsas  rəqibi  İmam  Həsən  (ə) 

kufəlilərin  vəfasızlığı  üzündən  bəzi  şərtlərlə  Müaviyə  ilə 

sülh  bağlamağa  məcbur  oldu.  Bu  şərtlərdən  biri  Əhli‐

beytin vəziyyətinə dair idi. Digəri, Müaviyə ölərkən yerinə 

bir  kimsəni  təyin  etməməsi  idi.  Belə  ki,  İmamın  şərtinə 

görə,  müsəlmanlar  toplaşıb  özlərinə  başçı  seçməli  idilər. 


 

16 


 

Şərtlərdən  biri  də  bu  idi  ki,  minbərlərdə  Həzrət  Əli  (ə) 

haqqında  pis  bir  söz  söylənməyəcək,  ona  lənət 

oxunmayacaqdı.  Müaviyə  o  biri  şərtləri  qəbul  etdi,  təkcə 

Həzrət Əliyə lənət oxunmaması şərti ilə razılaşmadı, lakin 

Əhli‐beytin,  xüsusilə  İmam  Həsənin  iştirak  etdiyi 

məclislərdə lənət oxunmayacağını söylədi. Ancaq sonradan 

şərtlərin heç birinə riayət olunmadı. Müaviyənin təhriki ilə 

dəfələrlə  zəhər  içirilən  Həzrət  Həsən  (ə)  hicrətin  47‐ci 

ilində,  səfər  ayının  29‐da  (1.5.667)  43  yaşında  Mədinədə 

vəfat etdi. 

Müaviyə  hicrətin  60‐cı  ilində  rəcəb  ayının  15‐də 

(21.04.680) öldü. Müaviyənin oğlu Yəzid xəlifə təyin edildi 

və  xalqdan  biyət  aldı.  Lakin  Həzrət  Hüseyn  Yəzidə  biyət 

etmədi.  Bununla  əlaqədar,  Yəzidə  əmisi  oğlu  Vəlid  ibn 

Ütbəyə  məktub  göndərdi.  Məktubunda  mədinəlilərdən, 

xüsusilə  Əli  oğlu  Hüseyndən  biyət  almasını  tələb  edir  və 

yazırdı  ki,  əgər  biyət  etməzsə,  başını  kəsdirib  mənə  yolla. 

Vəlid  məktubu  alan kimi  Mərvan  ibn  Həkəmi  çağırtdırıb, 

onunla 

məsləhətləşdi. 

Mərvan 

Hüseynin 

biyət 

etməyəcəyini  söylədi  və  Həzrət  Hüseynin  öldürülməsini 

məsləhət  gördü.  Vəlid  gecə  ikən  bir  məclis  qurdurdu, 

Hüseyn üçün xəbər yollayıb, onu çağırtdırdı.  

Hüseyn  (ə)  bu  xəbəri  alan  kimi,  30  silahlı  adamla 

Vəlidin hüzuruna getdi. Adamlar bayırda hazır vəziyyətdə 

durdular,  Həzrət  Hüseyn  (ə)  içəri  daxil  oldu.  Mərvan  da 

məclisdə  idi.  Həzrət  Hüseyn  (ə)  bildirdi  ki,  Yəzid  kimi 

əqidəsi  və  məsləki  şübhəli  bir  adama  tabe  olmayacaq. 

Mərvanın  israrına  baxmayaraq,  Vəlid  söylədi  ki, 

Peyğəmbər  nəvəsinin  qanına  bais  ola  bilməyəcək.  Həzrət 

Hüseyn  (ə)  məclisdən  çıxdı.  Bu  hadisə  hicrətin  60‐cı  ilinə, 

rəcəb  ayının  27‐nə  (3.5.680)  təsadüf  edirdi.  Həzrət 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə