Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə8/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   4   5   6   7   8   9   10   11   ...   144

 

31 


 

Gülşən yüzün, ləbin, gözəlim, qürsi‐mahdür, 

Gül sinəsidi bülbüli‐zarın məgər belə? 

 

Səyyarələr, bu rəsmdi ki, seyr edər müdam, 



Məcruh edər xədəngi şikarın məgər belə? 

 

Bülbül hesab eyləmisən, xar hesab elə, 



Gül saxlayarmı sayədə xarın məgər belə? 

 

Şəhla gözün ki, əldən alubdur qərarımı, 



Səbrim kəsübdi çeşmi‐xumarın məgər belə? 

 

Pərvanə kimi şəm`üvə yandırma Nadimi, 



Hicrində yandı ömrü bəharım məgər belə? 

 

* * * 



 

Səbr elə bir, dur, təmaşa eyləyim rüxsarüvə,

 

Böylə ruygərdan olub, cananuvı xar eyləmə. 



 

Qoy əmim, sib ləbün bu dərdimün dərmanıdur, 

Firqətinlə aşiqi zülm ilə bimar eyləmə. 

 

Dur, həram etmə, əmandur, dərdimi izhar edim, 



Yarını gözdən salub, əğyarı, gəl, yar eyləmə. 

 

Qəlbimi məcruh edüb əbrulərün, insaf qıl, 



Həq rizası, aşiqi‐canana azar eyləmə. 

 

Bircə şəb çək Nadimi ağuşüvə bir can kimi, 



Əl gətür qəmxardən, ə`danı qəmxar eyləmə. 

                                                 

 Qəzəlin mətlə beyti yoxdur  




 

32 


 

* * * 


Bu şəb məhəbbət et mənə, mehman olum sənə, 

Ağuşə al gözün kimi, qoy, can olum sənə. 

 

Mə`yus qılma aşiqi, Allah rizasinə, 



Könlün bağında saxla ki, bağban olum sənə. 

 

Can, qadirəm verim sənə rahində, dilbərim, 



Qoy şövq ilə bu bəzmdə qurban olum sənə. 

 

Yer olmasa yanında əgər razıyam, gülüm, 



Qoy asitandə belə dərban olum sənə. 

 

Sən istirahət eylə fərağətlə, nazənin, 



Qoy pasiban mən dili‐viran olum sənə. 

 

Göz yaşı Nadimün sənün eşqündə qan olub, 



Rəhm etgilən bu Nadimə, qurban olum sənə. 

 

* * * 



 

Fələk salubdı məni möhnətü məlalə genə, 

 

Olubdı adətim, aləmdə ahü nalə genə. 



 

Günim qəra, gecələr adətim olub əfğan, 

Fəraq ilə məni, mahru salub xəyalə genə. 

 

Tükətdi ömrümi aləmdə firqəti‐dildar, 



Dönübdi sərv qədim tazədən hilalə genə. 

 

Yanubdı mülki‐könül nari‐firqəti‐yarə, 



Qalubdı gözlərim həsrət, o xəttü xalə genə. 


 

33 


 

Gözüm o gül yüzə bir yol nəzər salub, əmma 

Olubdur aşiqi‐sadiq o məhcəmalə genə. 

 

Gözün fədası olum, Nadim etmə aşiqüvi, 



Mürüvvət et, məni, canan, yetir vüsalə genə. 

 

* * * 



 

Qurban olum o qarə gözə, can fəda sənə, 

Səd afərin kəmaluva, yüz mərhəba sənə. 

 

Cananıma bu canımı mən eylərəm fəda, 



Sidq ilə aşiq olmuşam, ey aşina, sənə. 

 

Təqsim edəndə ruzi‐əzəl Xaliq aləmi, 



Bəxş eyləyübdi surətü hüsni, Xuda sənə. 

 

Qoy payüvi bu sinəmə, minnətdi canıma, 



Pabəstə olmuşam genə, ey məhliqa, sənə. 

 

Hüsnü cəmaldə, gözəlim, yox bərabərün, 



Həsrət çəkillə

 cümlə hamı əqrəba sənə. 



 

Mə`yus qılma Nadimi, Allah rizasinə, 

Müştaqdur könül quşı, çeşmi qəra, sənə. 

 

* * * 



 

İlahi, yetməz əlim tazədən vüsal əlinə, 

Nolu

∗∗

 əlim yetə bir də, o gülcəmal əlinə. 



                                                 

 Çəkirlər 



∗∗

 Nə olar 




 

34 


 

Görəndə gül yüzüvi başdan əqlimi aldı, 

Yüzünə zülfüni sərmiş, alubdı şal əlinə. 

 

Bu aşiqi, əcəb avareyi‐vətən eyləyüb, 



Məhaldür, düşə bir də o qarə xal əlinə. 

 

Günahdı qaşlaruvı Zülfiqarə bənzətmək, 



Alubdı qarə gözi tazə bir hilal əlinə. 

 

O şəhd ləbləri şirindi şəhdü şəkkərdən, 



Çox afərin ola, düşmüş belə cəmal, əlinə. 

 

İlahi, Nadiməm, hicri‐nigar ilə yandım, 



Şam eylə, barı, yetir yari‐xoşməqal əlinə. 

 

* * * 



 

Nə rəvadur düşə gül, gülşənara xar əlinə, 

Düşə ol ətrli gül, xari‐cəfakar əlinə. 

 

Ey fələk, mən kimi aləmdə güni qarə hanı? 



Düşmüşəm sehrsifət dilbəri‐xümmar əlinə. 

 

Məni hicran oduna yandurur aləmdə əbəs, 



Çünki vəslini verüb dəhrdə əğyar əlinə. 

 

Siyah əbrulərinün hər biri şəmşirə misal, 



Qorxuram axır ala canımı xunxar, əlinə. 

 

Məni aləmdə gözi yaşlı qoyub çərxi‐fələk, 



Verəcək qolları bağlı belə xunbar əlinə. 

 

 




 

35 


 

Nadimi‐xuncigərəm, axıri dövrani‐zəman, 

Qoymadı barı, əlim bir yetə dildar əlinə. 

 

* * * 



 

Gəlməz nigar, bu can yetə canan vüsalinə, 

Həsrət qalub könül, genə ol can vüsalinə. 

 

Ağlar gözüm həmişə, çəkər intizarını, 



Amadəyəm mən ol məhi‐xuban vüsalinə. 

 

Bülbülsifət bu xəstə könül eyləyər səda, 



Gülşəndə dəsti yetmədi reyhan vüsalinə. 

 

Güllər saraldı, yetdi xəzan, soldı gül, çəmən, 



Bülbül yetişmədi bu gülistan vüsalinə. 

 

Ömri qutardı, qaməti xəm oldı Nadimin, 



Səd heyf, dəsti yetmədi canan vüsalinə. 

 

* * * 



  

Olum fəda ləbüvə, ey nigari‐məhparə, 

Neçün bəs etməyürsən eşq dərdinə çarə? 

 

Fərağun eyləyüb aləmdə bəxti qarə məni, 



Kənaruva dolanım mən misali‐təyyarə. 

 

Nolar



 ki, lütf ilə biçarə qəlbi şad edəsən, 

Məni fəraqun edibdür cəhanda avarə. 

 

                                                 



 Nə olar 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə