Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə26/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   22   23   24   25   26   27   28   29   ...   144

 

122 


 

Kim su hazır eyləyüb, kimlər sənə biçdi kəfən, 

Kim verüb qüslün, hənutun kim edüb, şahi‐zəmən, 

Qürbət eldə canuvı bəzl eylədün Cananə sən, 

Tazədən dari‐Peyəmbər oldı viran, ya Riza. 

 

Kim, bəradər, qoydı gözyaşlı bacun Mə`suməni, 



Saldı bu səhralərə misli‐cünun Mə`suməni, 

Qərq edər qürbətdə axır əşki‐xun Mə`suməni, 

Öldürər axır məni bu dərdi‐hicran, ya Riza. 

 

Qəlbimə vırdı sitəmlə bu fələk möhnət daşın, 



Gözlərim cari edər rüxsarə qanlı göz yaşın, 

Çox çətindür mehriban bacı itirsün qardaşın, 

Ol ləbi‐xunbaruva Mə`sumə qurban, ya Riza. 

 

Şaki ollam cəddüvə mən zari zəvvar etməsən, 



Firqəti, Mövla, özün lütf ilə didar etməsən, 

Nadimi babi‐rəvaqında nəvakar etməsən, 

Ey qəribü bikəsi‐xaki‐Xorasan, ya Riza. 

 

                Ya Sahibi‐zəmanə (ə.f.) 

 

Heyrətdə qaldı aləm, ya Sahibi‐zəmanə, 



Artar mühən dəmadəm, ya Sahibi‐zəmanə. (ə.f.) 

 

Fəsli‐xəzan yetişdi, gül qaldı xar əlində, 



Səyyadi‐xunfikarun oldux şikar əlində, 

Biz bipənahə rəhm et, gəl, Zülfiqar əlində, 

Din əmri oldı bərhəm, ya Sahibi‐zəmanə. 

 

 



 


 

123 


 

Bir özgə aləm oldı, qəm yağdı qəmlər üstə, 

Axır çıxarla kəlbü xinzir minbər üstə, 

Çoxlar hücum edərlər dini‐Peyəmbər üstə, 

Əsrari‐Həqqə məhrəm, ya Sahibi‐zəmanə. 

 

Ömr eylərik nəzərdə asudə, misli‐məhbus, 



Əl vəsli‐yarə yetməz, olsun həzar əfsus, 

Biz bipənahə rəhm et, vəslündən etmə mə`yus, 

Eylər dad hamı aləm, ya Sahibi‐zəmanə. 

 

Zülmün ziyadə eylər əhli‐cəfa dəmadəm, 



Olmuş ziyadə möhnət, ağlarlar əhli‐aləm, 

Eylər bizə şəmatət ə`da hər il mühərrəm, 

Yet dadə bu mühərrəm, ya Sahibi‐zəmanə. 

 

Bir yanda əhli‐aləm dutmuş Hüseyn əzası, 



Yas üstə əhli‐kinə tökdi dübarə yası, 

İslamə hər gün artar ə`dalərün cəfası, 

Miri‐Səfavü Zəmzəm, ya Sahibi‐zəmanə. 

 

İslamın aldı ə`da əldən hər ixtiyarın, 



Nəmrudi‐sani oldı əhli bu ruzigarın, 

Bombardman eləllər Peyğəmbərin məzarın, 

Qan ağlarux dəmadəm, ya Sahibi‐zəmanə. 

 

İslamı etdi ə`da İslam dininə yağı, 



Düşmən əlində qaldı Peyğəmbərün rəvağı, 

Qarurə oldı axır İslamın ittifaqı, 

Həm Məkkeyi‐müəzzəm, ya Sahibi‐zəmanə. 

 

 




 

124 


 

Səndən əlavə yoxdur bir kəs hərayə gəlsün, 

Yasə batublar ümmət, bəzmi‐əzayə gəlsün, 

Zəhra əlində mə`cər, matəmsərayə gəlsün, 

Ümmət dutubla matəm, ya Sahibi‐zəmanə. 

 

Şad olmarux cəhanda, qərq olmuşux əzayə, 



Gəh ağlarux Hüseynə, Zəhrayə, Mürtəzayə, 

Axır bu nə sitəmdür eyləllə Müstəfayə, 

Əsbabı et fərahəm, ya Sahibi‐zəmanə. 

 

Nadim o gül cəmalun etsün ziyarət istər, 



Dari‐fənadə içsün cami‐şəhadət istər, 

Ruzi‐cəzadə səndən şiən şəfaət istər, 

Heyrətdə qaldı aləm, ya Sahibi‐zəmanə. 

  

              

                     Ya sahibi‐zəmanə (ə.f.) 

 

Babi‐nicatü rəhmət, ya Sahibi‐zəmanə, 



Xar oldı ali ümmət, ya Sahibi‐zəmanə. (ə.f.) 

 

Yox sadiqü sədaqət, əhli‐vəfa tapılmaz, 



Ə`da şəqidi yeksər, şərmü həya tapılmaz, 

İtmiş rəhi‐hidayət, bir rəhnüma tapılmaz, 

Ey rəhnümayi‐qüdrət, ya Sahibi‐zəmanə. 

 

Asari‐dini‐İslam dünyadə qalmayubdur, 



Bir qəmküsar yetüşsün imdadə, qalmayubdur, 

Yox səndən özgə yetsün fəryadə, qalmayubdur, 

Dutmuş cəhanı zülmət, ya Sahibi‐zəmanə. 

 

 



 


 

125 


 

Bənzər o ruzə ruzim Zəhra qapusı yandı, 

Səqt oldı nuri‐eyni, çün üstüxanı sındı, 

Getdi Fədək əlindən, qəlbi qəmə boyandı, 

Gözyaşlı etdi rehlət, ya Sahibi‐zəmanə. 

 

Ya kim, o gündi rə`si‐Heydər boyandı qanə, 



Dinün köki od aldı, şö`lə düşüb cəhanə, 

Nari‐cəfa o gündən qalmışdı yanə‐yanə, 

Əl`an edüb siraət, ya Sahibi‐zəmanə. 

 

Ol gündən əhli‐kinə kəsb etdilər cəfanı, 



Məsmum edüblə axır zəhr ilə Müctəbanı, 

Tabutinə ədulər tuş etdilər kəmanı, 

Oldı ziyadə möhnət, ya Sahibi‐zəmanə. 

 

İndi xəyalə bir də sal bivətən Hüseyni, 



Qandan xizab olunmuş gülpirəhən Hüseyni, 

Günlər önündə bisər gülgunkəfən Hüseyni, 

Bihəddidür müsibət, ya Sahibi‐zəmanə. 

 

Şimrün cəfası ilə öz qanına boyandı, 



Odlandı xeyməgahı nari‐cəfayə yandı, 

Xürdü kibar əyalı oldı əsir, talandı, 

Çox çəkdilər riyazət, ya Sahibi‐zəmanə. 

 

Oldı əsiri‐düşmən, yollandı Şamə dəstə, 



Qolda tənabi‐zillət, məcmui dəsti bəstə, 

Əfğan edərdi Zeynəb suz ilə dilşikəstə, 

Çox etdilər şəmatət, ya Sahibi‐zəmanə. 

 

 




 

126 


 

Nadim doyubdı canə cövri‐zəman əlindən, 

Səd ah, ah, İlahi, əhli‐cəhan əlindən, 

Asudə olmaram heç dərdi‐nihan əlindən, 

Qalmubdı darə taqət, ya Sahibi‐zəmanə. 

 

                      TÖVBƏNAMƏ 

 

Ey Xuda, məni əfv eylə özün Şahi‐Kərbəla macərasinə, 



Tirə bəxtimi et səfidru, əfv eylə Hüseynün əzasinə. 

 

Ömrüm təmam etdim, ey Xuda, heyf, həqqüvə arif olmadım, 



Yox ləyaqətim ərzi‐hal edəm, fani dəhrdə heç oyanmadım, 

Çatmadım itaət məqamına, babi‐rəhmətə arxalanmadım, 

Can verən zəman kim bu bikəsün rəhm edər, Xuda, ahü 

vasinə? 


 

Ömrümi cəhalətdə sərf edüb, tapmadım fəqət bir həqiqəti, 

Həmdü səna eylərəm, imdi tapmışam babi‐rəhməti, 

Feyzyab edüb ruhimi əcəb Şahi‐Kərbəlanun ziyarəti, 

Sən də, ey Xuda, əfv elə məni ol kəlami‐Həqq “Hələta”sinə. 

 

Xalidür əlim, əldə tuşə yox, dərgəhündə şərməndəyəm özüm, 



Asiyəm, Xuda, yox səadətim, ruzi‐həşrətək qarədür yüzüm, 

Ey Xuda, yetir sən icabətə xövfdən müdam ağlayur gözüm, 

Ey Xuda, məni əfv elə özün, ənbiyalərün xətmi “Yasin”ə. 

 

Mən səni qəsəm verrəm, ey Xuda, təşnələb Hüseynün 



dodağinə, 

Həncərün edə xəncərə sipər düşdi Şimr onun iştiyaqinə, 

Axır halinə düşmən ağladı, Əsğəri alan vəqt qucağinə, 

Ya Rəbb, əfv elə həqiri Sən, Şahi‐Yəsribün Kərbəlasinə. 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə