Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə62/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   58   59   60   61   62   63   64   65   ...   144

 

306 


 

   Xanım Zeynəb dilindən 

 

Ey bəradər, şəhri‐Bəthadən kənar etmə məni, 



Xanəmi viran edüb, aləmdə xar etmə məni. 

 

Göz yaşımla, qoy silim, bari, Peyəmbər qəbrini, 



Qoymaram olsun qübaraludə madər qəbrini, 

Zeynəbün şövt eyləyür, iylür

 Peyəmbər qəbrini, 



Salma Yəsribdən kənarə, biqərar etmə məni. 

 

Qorxuram yəğmayə getsün bu cəlalun, ya Hüseyn, 



Tuş ola qarətgərə malü mənalun, ya Hüseyn, 

Bu səfərdə qarəpuş olsun əyalun, ya Hüseyn, 

Möhnəti‐üzmayə, rəhm eylə, düçar etmə məni. 

 

Qorxuram düşsün cüzam Kərbübəla səhrasinə, 



Növcəvanlar qərq ola Minadə qan dəryasinə, 

Əhli‐Beytün baş açub batsun ölənlər yasinə, 

Çöllərə salma, Hüseyn, biqəmküsar etmə məni. 

 

Cəddimiz və`də verən əyyami‐Xatəmdür məgər? 



İzzətün itmamə yetdi, eyş bərhəmdür məgər? 

Hali et, qardaş, məni mahi‐mühərrəmdür məgər? 

Mülki‐dil odlandı, qəlbi tarümar etmə məni. 

 

Macərayi‐Kərbəladən sən özün agahsən, 



Çün İmami‐əsrsən, mülki‐Hicazun şahisən, 

Zeynəbün müşkil günündə bircə sən sirxahisən, 

Ağladub hicründə çeşmi‐əşkbar etmə məni. 

                                                 

 İyləyir 




 

307 


 

Olma azim Kufəyə, kufilərün yox bavəri, 

Qanə əlvan etdilər mehrab içində Heydəri, 

Öldürəllə həsrətü nakam Əliyyü Əkbəri, 

Salma ənduhü bəlayə, xarü zar etmə məni. 

 

Əhli‐Kufə, qorxuram, qət` etsün Əbbas əllərün, 



Qasimün nakam ölüb, doğransun Övnü Cə`fərün, 

Busəgahi‐Müstəfayə, Şimr qoysun xəncərün, 

Nə`şün üstə baş açub biixtiyar etmə məni. 

 

Olma razi xeyməgahim narə odlansun mənim, 



Qəlbi‐pursuzim şərari‐hicr ilə yansun mənim, 

Rum əsiritək qolum zəncirə bağlansun mənim, 

Seydvəş səyyadi‐xunxarə şikar etmə məni. 

 

Olma razi Nadimim töksün əzadə göz yaşun, 



Çox çətindür mehriban bacı itürsün qardaşun, 

Kufəvü Şamı gəzər tənsiz cidalərdə başun, 

Şam bazarində xari‐ruzigar etmə məni. 

 

Həzrət İmam Hüseyn (ə)‐la Həzrət Zeynəbün  



vidalaşması 

 

Çün Hüseyn etdi nəzər Zeynəbi‐nalan yüzinə, 



Gördi göz yaşı tökər çeşmi‐pərişan yüzinə. 

 

Dedi, gəl yanıma, ey qəmlərimün yarı, bacı, 



Et vida, sal yola bu bikəsü naçarı, bacı, 

Baxəbər eyləgilən itrətü ənsarı, bacı, 

İstərəm bir də baxam düxtəri‐nalan yüzinə. 

 



 

308 


 

Yetişüb axıra ömrüm, gedirəm, eylə həlal, 

Gəl, vida eylə doyunca bu qəribi yola sal, 

Vəqti‐hicran yetişübdür, budur axirkı vüsal, 

Get, gətür, bari, baxım Əsğəri‐ətşan yüzinə. 

 

Tökdi göz yaşın üzə, Zeynəbi‐məhzunü həzin, 



Gəldi göftarə o biçarə dedi, şivənişin, 

Bizi gözyaşlı qoyub getmə, əman, qardaş, Hüseyn, 

Qoyma həsrət gözini Şahi‐şəhidan yüzinə. 

 

Ey bacı, səbr elə, mən bivətəni etmə kəbab, 



Məndə Əbbas ölümi qoymayub heç zərrəcə tab, 

Söylə, ətrafimə cəm` olsun hamı Ali‐Türab, 

Hamı kamınca baxa natiqi‐Qur`an yüzinə. 

 

Başaçux qoymaram əsla bu güni qarələri, 



Çün sənə tapşururam bikəsü biçarələri, 

Çağır ol hifz elə hər yerdə bu məhparələri, 

Məni sədparə salandan sora meydan yüzinə. 

 

Ya Hüseyn, etdi fələk yaxşı güni qarə məni, 



Gözi yaşlı, başaçux, eylədi avarə məni, 

Çəkəcəklər bilürəm kin ilə bazarə məni, 

Nə rəvadur baxalar Zeynəbün üdvan, yüzinə. 

 

Bacı, səbr eyləgilən əmri‐qəzavü qədərə, 



Başımı zibh eləyüb vırsala

 gər nizələrə, 



Mən öləndən sora od vırsa ədu xeymələrə, 

Ali‐Heydər dağılan vəqtə biyaban yüzinə. 

                                                 

 Vursalar 




 

309 


 

Səni Nadim kimi kamımca əgər ağlamasam, 

Nə`şün üstündə yolub zülf, cigər dağlamasam, 

Əfv elə, qardaş, əgər gözlərüvi bağlamasam, 

Edərəm zülfimi satir Şəhi‐ətşan yüzinə. 

 

Cənab Zeynəb Həzrət Seyyidüş‐şühədanı (ə)  



dadə çağırır 

 

Düşmənlər aldı, qardaş, yet dadə, xeyməgahi, 



Səndən əlavə axır yox Zeynəbün pənahi. 

 

Verrəm qəsəm Xudayə, yet dadə, ölməyübsən, 



Ətfaluvı, Hüseyncan, sal yadə, ölməyübsən, 

Rəhm eylə bu qəribü naşadə, ölməyübsən, 

Düşmənlər aldı, qardaş, yet dadə, xeyməgahi. 

 

Qardaş, gözüm önündə, gəl, xeymələr talandı, 



Odlandı aşiyanəm, dudi gögə dayandı, 

Qur`ani‐natiq öldi, süknası narə yandı, 

Düşmənlər aldı, qardaş, yet dadə, xeyməgahi. 

  

Gərçi sənün əlündən düşmən cəlalun aldı, 



Düşmənlərün əlindən bikəs bacun soyuldı, 

Odlandı xeyməgahim, Bimar od içrə qaldı, 

Düşmənlər aldı, qardaş, yet dadə, xeyməgahi. 

  

Nazlı başun gəzər gər Şimrü Sinan əlində, 



Mən zarü dəstgirəm, bu kufəyan əlində, 

Qanə boyandı Əsğər tutizəban əlində, 

Düşmənlər aldı, qardaş, yet dadə, xeyməgahi. 

 

 




 

310 


 

Göz yaşımız dönübdür zülm ilə qanə sənsiz, 

Qolbağlı eylər ə`da, Şamə rəvanə sənsiz, 

Gahi vıralla qəmçi, gah taziyanə sənsiz, 

Düşmənlər aldı, qardaş, yet dadə, xeyməgahi. 

  

Başun cida başında, qardaş, səyahət eylər, 



Öz qaninə boyanmış, Qur`an tilavət eylər, 

Ali‐Əbayə düşmən tə`nü şəmatət eylər, 

Düşmənlər aldı, qardaş, yet dadə, xeyməgahi. 

  

Sənsiz, Hüseyn, bəradər, odlandı aşiyanım, 



Ahım çıxar səmayə, övc eyləyər fəğanım, 

Rəxtim talandı, gəlməz bir mə`cərə gümanım, 

Düşmənlər aldı, qardaş, yet dadə, xeyməgahi. 

  

Yaz Zeynəbün dilindən, gəl şurü şeynə, Nadim, 



Sal “va Hüseyn” sədasın ruyi‐zəminə, Nadim, 

Zeynəb deyərdi guya nə`şi‐Hüseynə, Nadim, 

Düşmənlər aldı, qardaş, yet dadə, xeyməgahi. 

 

  Qardaşım Əkbər hanı bəs? 

 

Baba, qurbanun olum, qardaşım Əkbər hanı bəs? 



Gözümi yolda qoyan şibhi‐Peyəmbər, hanı bəs? 

 

Axır imdi çağırırdı, baba, fəryadə səni, 



Bəs neçün gəlmədi, qoydı gözi yollardə məni? 

Könlüm istər ki, dübarə görüm ol gül bədəni, 

Mənim arami‐dilim, munisi‐xahər, hanı bəs? 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə