Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə36/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   32   33   34   35   36   37   38   39   ...   144

 

173 


 

Qalub gözi yaşlı nazlı Səkinə, 

Baba deyüb, ağlar şəhzadə düxtər. 

 

Söylər qəribü zarəm,  



Dərdü qəmə düçarəm, 

Şimrün cəfası ilə,  

Əsiri‐ruzigarəm. 

 

Ey şiələr, Kərbübəladə əl`an, 



Cari olub zəxmi‐Hüseyndən al qan, 

Göz yaşıdur zəxmi‐Hüseynə dərman, 

Tök əşki‐qəm hər qədr olsa müyəssər. 

 

Ağla qərib Hüseynə, 



Öldürdi əhli‐kinə, 

Su nuş edən zəmanda, 

Lə`n eylə qatilinə. 

 

Ey şiələr, bu gün Şahi‐şəhidan, 



Ləbtəşnə öz qanına oldı əlvan, 

Susuz verüb canın cananə qurban, 

Kəsdi susuz başın Şimri‐sitəmkər. 

 

Doğranan əzası, 



Xunbar olan libası, 

Ey kufəyan əlində, 

Qarət olan əsası. 

 

 



 


 

174 


 

Gəlin edək növhə bir namuradə, 

İmdad eylər bizə dari‐bəqadə, 

Kam almamış ətşan öldi dünyadə, 

Vay zibh olan ətşan, şahzadə Əkbər. 

 

Nakam ölən, ağam vay, 



Gülgunkəfən, ağam vay, 

Toy hicləsilə çeşmim, 

Həsrət qalan, ağam vay. 

 

Leyla edər əfğan ol növcəvanə, 



Gördi batubdı zülfi‐mişkini qanə, 

Dedi, nə etmiş idim mən kufəyanə, 

Qoydı bəni gözyaşlı bu ləşkər. 

 

Ey namurad oğul vay, 



Babi‐nicat, oğul vay, 

Dünyadə olmadım mən, 

Bir ləhzə şad, oğul vay. 

 

Düşdi xəyalə bir naşad əzası, 



Ətşan olub qurban növkədxudası, 

Qanə dönüb zülm ilə toy hənası, 

Qalub gözü yaşlu ərusi‐müztər. 

 

Söylər, cəvan əmoğlı, 



Hənası qan, əmoğlı, 

Toy rəxti qan ilə 

Əlvan olan əmoğlı. 

 



 

175 


 

Səriyyə əşk eylər rüxsarə cari, 

Öldi cəvan oğlı, soldı bəhari, 

Xuni‐əşk ilə pürrəng olmuş üzari, 

Məmzuc olub əşk ilə xuni‐əhmər. 

 

Vay, şahzadə Qasim, 



Övc eylər ərşə ahim, 

Ruzi‐cəzadə sənsən, 

Dadrəsim, pənahim. 

 

Tökər gözüm əşk ilən xun məmzuc, 



Düşdi xəyalimə Babül‐həvayic, 

Qaçub onın xövfindən əhli‐xaric, 

Düşmiş Fərat üstə qolsız o sərvər. 

 

Kani‐həya, Əbülfəzl, 



Müşkilgüşa, Əbülfəzl, 

Sahibsiz ələmüvə, 

Canım fəda, Əbülfəzl. 

 

Gəlün edək növhə bir şirxarə, 



Ləbi təşnəligdən olmuşdı parə, 

Dili olub ağzında parə‐parə, 

Qanə olub əlvan qundaği‐Əsğər. 

 

Ey şirxarə Əsğər, 



Ey növgüli‐Peyəmbər, 

Hülqün, əxa, nişanə, 

Eylübdi qövmi‐kafər. 

 

 



 


 

176 


 

Bisər düşən vəqtə şahi‐Mədinə, 

Yüz qarətə qoydı ləşkəri‐kinə, 

Zülfün yolub əfğan edər Səkinə, 

Yüz qoydı səhrayə Ali‐Peyğəmbər. 

 

Bisər qalan əyalı, 



Qarət olan mənalı, 

Ey Kərbəla çölində, 

Cismi düşən yaralı. 

 

Zeynəb görüb əhli‐kinün ədasın, 



Səslərdi gözyaşlı bikəs əxasın, 

Dedi, qardaş, qarət oldı əsasın, 

Nə çarə eyləsün sənsiz hərəmlər. 

 

Sərdarü padşahım, 



Sənsən ümidgahım, 

Səndən sora, Hüseyncan, 

Yoxdur dəxi pənahım. 

 

Ali‐Əli yeksər batublar yasə, 



Əziz balalarun düşdi hərasə, 

Əsir oldux, qardaş, qərq oldux yasə, 

Əsiri‐kin oldı övladi‐Heydər. 

 

Bax ahü vayə, qardaş, 



Biz binəvayə, qardaş, 

Oldux əsiri‐düşmən, 

Bir gəl hərayə, qardaş. 

 

 



 


 

177 


 

Od vırdı xeyməyə əhli‐şərarət, 

Oldı bu səhradə bərpa qiyamət, 

Nar içrə qaldı bimar bamöhnət, 

Ağla o əhvalə Nadimi‐nokər. 

 

Ver Nadimün cəzasun, 



Saxlar həmişə yasun, 

Sənsən həkimi‐haziq, 

Ver dərdimün dəvasun. 

 

Ruzi‐Aşuradı 

 

Kərbəladə başlanub tazə müsibət, şiələr, 



Ruzi‐Aşuradı, ya ruzi‐qiyamət, şiələr. 

 

Bir baxun, mahi‐mühərrəmdür, geyüb aləm qəra, 



Göz yaşın cari edər rüxsarinə şahü gəda, 

Əldə qarə, növhə eyləllər təmamən masiva, 

Aləmi məhzun edibdür bu əlamət, şiələr. 

 

Qarəyə batmış cəhan əhli edəllər şurişeyn, 



Növhəxan olmuş təmami‐masivavü məşriqeyn, 

Zibh olub Kərbübəladə zülm ilə bikəs Hüseyn, 

Din evin viran qoyub əhli‐şərarət, şiələr. 

 

Kərbəla səhrasinə etsən bəsirətlə nəzər, 



İnsü cin ağlar bu ayda Şahi‐dinə, şiələr, 

Qərq olmuş möhnətə ağlar mələklər sərbəsər, 

Kəsrəti‐qəmdən olubdur nalə adət, şiələr. 

 

 



 


 

178 


 

Gər cəsarətdür deyəm, Qur`anü minbər odlanub, 

Ol günə bənzər bu gün babi‐Peyəmbər odlanub, 

Yoxsa narə xeyməgahi‐Ali‐Heydər odlanub, 

Ali‐Tahanı soyub ceyşi‐şəqavət, şiələr. 

 

Ya o gündür ki, Hüseyn aldı səğir oğlun ələ, 



O müsibətdən düşübdür ərşə şurü vəlvələ, 

Qəhr ilə etdi nişan peykanə tifli Hərmələ, 

Yetdi ol hülqi‐şərifə çün cərahət, şiələr. 

 

Ya o gündür Əkbərə Leyla özi biçdi kəfən, 



Qarəpuş olsun gərək bu möhnətə əhli‐zəmən, 

Qanına əlvan olubdur növrəsi‐gülpirəhən, 

Bu necə insafdür, bu nə mə`rifət, şiələr. 

 

Qasimə Şahi‐Hicaz toy bəzmi abad eylədi, 



İstədi şad etsün, ədu yaxşı naşad eylədi, 

Kufəyan toy məclisin zülm ilə bərbad eylədi, 

Növərusi‐zarə zillət oldı qismət, şiələr. 

 

Getdi Əbbas su gətirsün ləbləri ətşanlara, 



Olmadı qismət su içmək sinəsi suzanlara, 

Çün nişanə oldı cismi navəkü peykanlara, 

Qaldı ləbtəşnə hamı ətfali‐itrət, şiələr. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə