Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə133/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   129   130   131   132   133   134   135   136   ...   144

 

669 


 

Əşk – göz yaşı 

Əşkbar – göz yaşı axıdan 

Əşqiya – canilər  

Əşrar – şər adamlar 

Ətfal – uşaqlar 

Ətəş – susuzluq 

Ətləs – atlaz parça 

Ətubi ileyh – tövbə edirəm 

Ətrfəşan – ətirsaçan  

Ətləsi‐əhmər – qırmızı atlas 

Ətşan – susuz 

Əya – ey! 

Əyərbənd – yəhər 

Əyyub  (ə)  –  Qurani‐Kərimdə  adı  çəkilən  və  İbrahim  (ə)  peyğəmbərin 

nəslindən  olan  peyğəmbər.  Klassik  ədəbiyyatda  adı  səbir,  iradə  və 

dözümlülük nümunəsi kimi çəkilir. 

Ə`van – köməkçilər, yardımçılar 

Ə`za – bədən üzvləri 

Əzaxanə – yas saxlamaq üçün yer 

Əzayi‐qəmfəza – qəm artıran matəm, yas 

Ə`zəm – çox böyük 

Əzm – məqsəd, məram 

 

 

Fatehi‐Xeybər – Xeybəri fəth edən. Həzrət Əliyə (ə) işarədir 



Fatimə (s.ə) – Peyğəmbərimizin (s) qızı Həzrət Fatimə (s.ə) Həzrət Əlinin 

(ə) xanımı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası 

Fatimeyi‐süğra  –  kiçik  Fatimə.  Xəstə  olduğuna  görə  Mədinədə  qalan  və 

Kərbəlayə getməyən İmam Hüseyn (ə)‐in qızı 

Faş – sirrin üstünü açma 

Fe`l – iş 

Fədək – Mədinə yaxınlığında xurma bağı. Peyğəmbərimiz tərəfindən qızı 

Həzrət Fatiməyə (s.ə) hədiyyə olaraq verilmiş bağ.  

Fəğan – nalə, fəryad 

Fələk – göy, asiman, kainat; tale, bəxt 

Fərahəm – toplu, yığcam 



 

670 


 

Fərağət – istirahət 

Fəraq – ayrılıq 

Fəramuş – unutma 

Fərar – qaçış 

Fərd – bur. Tək beyt 

Fərq – baş 

Fərş – döşənəcək 

Fəsahət – gözəl və aydın danışma qabiliyyəti 

Fəsli‐büka – ağlamaq zamanı 

Fəsih – gözəl və aydın danışan 

Fəzli‐Rəbi – Fəzl ibn Rəbi. Abbasilər sarayında vəzir olmuşdur 

Filfövr – cəld 

Fil‐həqiqət – həqiqətən, doğrudan 

Firaş – döşək, yataq 

Firəng – qədimdə müsəlmanların Avropaya verdikləri ümumi ad 

Firqə – dəstə, partiya 

Firqət – ayrılıq 

Firiştəliqa – mələk çöhrəli 

Fir`on – qədim Misir hökmdarlarının adı 

Fisq – əxlaqsızlıq, pozğunluq 

Fişar – sıxmaq, təzyiq etmək  

Fövt – əldən qaçırma 

Fulad – polad 

 

 

Gəbrü nəsara – atəşpərəst və xaçpərəstlər 



Gərdi‐əcəl – əcəl tozu 

Gərdişi‐çərxi‐fələk – zəmanənin gedişatı 

Gəhvarə – beşik 

Gilə – giley‐güzar 

Giran – ağır 

Giriftar – düçar olma 

Giriban – yaxa 

Giryan – ağlar 

Giysu – saç 

Göftar – danışıq 




 

671 


 

Guş – qulaq  

Guşeyi‐viranə – viranənin künci 

Gülab – gül suyu 

Güli‐növbər – təzə açılmış gül 

Gülpirəhən – bur. köynəyi qana bulaşmış 

Gülzar – güllük, çiçəklik 

Gülgunqəba – paltarı qızılgül rəngində olan 

Gülgunkəfən – kəfəni gül (qan) rəngində olan 

Gümrah – yolunu azmış  

Güruhi‐bihəya – həyasızlar dəstəsi 

Güruhi‐kinə – kin‐küdurət əhli 

Güzar – yolu düşmə 

 

 

Habil  –  ilk  insan  və  ilk  peyğəmbər  olan  Həzrət  Adəm  (ə)‐ın 



oğlanlarından biri.  

Hacər – İbrahim peyğəmbərin (ə) zövcəsi, İsmail (ə)‐ın anası 

Hail – maneə, əngəl 

Halə – bur. ətraf 

Haris – Müslim ibn Əqilin uşaqlarının qatili  

Haruni‐Rəşidi‐bihəya – Abbasi xəlifəsi Harun ər‐Rəşid nəzərdə tutulur 

Haşimi  –  Məhəmməd  Peyğəmbərin  (s)  qəbiləsindən,  onun  sülaləsindən 

olan 


Heydəri‐Kərrar  –  Həzrət  İmam  Əli  (ə)‐ın  ləqəblərindən  biridir.  Mənası, 

təkrar‐təkrar düşmənə hücum edən aslan deməkdir. 

Həbəş – Həbəşistan əhalisindən olan  

Həbib  ibn  Məzahir  –  Kərbəlada  şəhadətə  yetişən  Həbib  ibn  Məzahir 

Kufənin  Bəni  Əsəd  tayfasından  idi.  Məhəmməd  Peyğəmbərin  (s) 

əshablarından  olmuşdur.  Hər  üç  savaşda  –  Siffin,  Nəhrəvan  və  Cəməl 

savaşlarında Həzrət Əli (ə)‐ın tərəfində mübarizə aparmışdır.  

Həkimi‐haziq – mahir həkim 

Həqir – qədir‐qiyməti bilinməyən, aşağı 

Həqiranə – həqircəsinə 

Hələta  –  Qurani‐Kərimin  76‐cı  surəsi.  Digər  məşhur  adları  “İnsan”  və 

“Dəhr”dir. İmam Əli (ə) və Əhli‐Beyt (ə)‐ın şəninə nazil olmuşdur. 

Həmağuş – qucaqlaşmaq 



 

672 


 

Həmayil – boyunbağı, həmayil 

Həmdü səna – şükür etmə 

Həmə – hamı 

Həmra – qırmızı 

Həmrah, həmrəh – yol yoldaşı 

Həmta – bənzər, oxşar 

Həmzəban – həmfikir 

Həncər – boğaz 

Hənut – meyidi kəfənə tutarkən vurulan xüsusi balzam 

Hənuz – hələlik 

Həras – qorxu 

Hərasan – qorxa‐qorxa 

Hərəm – arvad‐uşaq 

Hərəmsəra – qadınlara məxsus olan yer 

Hərfi‐bica – boş söz 

Hərir – ipək parça 

Hərmələ  –    Hərmələ  ibn  Kahil.  İmam  Hüseyn  (ə)‐ın  kiçik  oğlu  Əli 

Əsğərin qatili 

Həsən – On iki İmamın ikincisi, Peyğəmbərimizin (s) nəvəsi, Həzrət Əli 

(ə) və Həzrət Fatimə (s.ə)‐ın oğlu, İmam Hüseyn (ə)‐ın qardaşı  

Həşr – qiyamət günü  

Hərzəvü hədyan – mənasız və boş danışma 

Həvva – Həzrət Adəm (ə)‐ın zövcəsi 

Həyati‐cavidan – əbədi həyat 

Həyyü  Qadir  –  həmişə  diri,  canlı  və  hər  şeyə  qadir  olan  qüdrət  sahibi 

Allah‐təala 

Həyyü  Qədim  –  həmişə  diri,  canlı  və  başlanğıcı  olmayan  qədimdən  var 

olan Allah‐təala 

Hətki‐hörmət – hötmətsizlik göstərmək 

Həzardəstan – bülbül 

Həzar – min 

Həzin(ə) – hüznlü, kədərli, qəmli 

Həzl – zarafatla söylənilən söz 

Hicab – pərdə, örtük; bur. utanmaq, xəcalət çəkmək 

Hiclə – yeni evlənənlər üçün bəzənmiş xüsusi otaq   

Hicr – ayrılıq 

Hicran – ayrılıq 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə