Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   71

 
51
Sulfat ionu səthi axar sulara təbii kükürdlü birləşmələrin 
– sulfidlərin (əsasən FeS
B
2
B
) çevrilməsi yolu ilə daxil olur. 
 
2FeS
B
2
B
+7O
B
2
B
+2H
B
2
B
SO
B
4
B
→2Fe
B
2
B
(SO
B
4
B
)+2H
B
2
B
SO
B

 
Sərbəst oksigen olan şəraitdə FeSO
B
4
B
 tez oksidləşir və həmçinin 
hidrolizə məruz qalır: 
4FeS
B
4
B
+2H
B
2
B
SO
B
4
B
+O
B
2
B
→2Fe
B
2
B
(SO
B
4
B
)
B
3
B
+2H
B
2
B

Fe
B
2
B
(SO
B
4
B
)
B
3
B
+6H
B
2
B
O→2Fe(OH)
B
3
B
+3H
B
2
B
SO
B

 
Səthi axar suların tərkibindəki anionlar keçid qrupu 
elementləri ilə kovalent əlaqələrə girərək çox halda suda həll 
olan komplekslər  əmələ  gətirirlər. Bu proseslər mikroele-
mentlərin miqrasiyası üçün xüsusi əhəmiyyət kəsb edir. 
Keçid qrupunun elementlərinin bir xassəsi müəyyən 
şəraitdə su məhlulunda kompleks birləşmələrin  əmələgəlmə-
sinə səbəb olur. Keçid elementi ilə kompleks radikal əmələgə-
tirən anion 
U
addenda
U
 adlanır. Bu mühitdə formalaşan metal – 
üzvi komplekslər isə 
U
helat
U
 adlanır. Helatlar suda yaxşı  həll 
olunduğu üçün metalların səthi və qrunt sularının miqrasiya-
sının  əsas mənbəyidir. Helatlar bitkilər tərəfindən yaxşı 
mənimsənildiyinə görə onlar metalların biosfer-hidrosfer 
sistemində miqrasiyasına şərait yaradır. 
Elementlərin miqrasiyasının xarici amillərindən  ən  əsası 
miqrasiya mühitinin kimyəvi  şəraitidir. Kimyəvi  şəraiti pH-a 
və oksidləşmə reduksiya potensialına (Eh) görə təyin edilir. Su 
məhlullarında mühitin reaksiyası (pH) adətən 3-9 arasında 
dəyişir. Çay sularında və atmosfer çöküntülərində pH-ın 
qiyməti adətən 7-yə yaxın olur (neytral mühit). 
Hipergenez zonasında su məhlulunda  əsaslar qrupunun 
elementləri üstünlük təşkil etdikdə mühitin reaksiyası  qələvi 
olur. Turş dərinlik süxurlarının, torf, üzvi turşular, xlorofilli və 
sulfatlı birləşmələrin iştirak etdiyi məhlulların mühiti turş olur 
(pH=3-5). Mühitin turşuluğu çox olanda metalların miqrasiyası 


 
52
sürətlənir. Məsələn, CO
P
+3
P
, Cr
P
+3
P
, Bi
P
+3
P
, Sn
P
+2
P
, Tn
P
+4
P
, Zr
P
+4
P
, Sb
P
+3
P
 və 
digər kationlar turş məhlullarda intensiv miqrasiya edirlər. 
Turş  və  zəif turş mühiti olan sular mikroelementlərin 
miqrasiyası üçün münbit mühit hesab edilir. Mühitin turşuluğu 
yüksək olan şəraitdə bir çox hallarda metal hidroksidləri 
çöküntü verir.  
Hipergenez zonasında su məhlullarında Zn
P
+2
P
, Pb
P
+2
P
, Ni
P
+2
P

Co
P
+2
P
, Mn
P
+2
P
, Ag
P
+
P
, Ca
P
+2
P
, V
P
+3
P
, La
P
+3 
P
və digər kationların 
miqdarının az olması  məhlulun reaksiyasının (pH) yüksək 
olduğu şəraitlərdə rast gəlinir. 
pH-ın qiymətinin 8-dən 6-ya qədər dəyişdiyi  şəraitdə üç 
valentli dəmir hidroksidinin həllolma qabiliyyəti dörd dəfə 
artır. Aluminium hidroksidinin ən çox mütəhərrikliyi pH<4.5 
və pH>9 şəraitində qeydə alınmışdır.  
Dəmir və aluminiumdan fərqli olaraq Si-un məhlulda həll 
olma qabiliyyəti yüksək qələvi mühitdə (pH=8-11) daha yüksək olur. 
Təbii mühit obyektlərində kimyəvi elementlərin xarak-
terik yer dəyişməsi həm də onların bioloji miqrasiyası ilə bağlı-
dır. Bioloji miqrasiyanın 3 mərhələsini fərqləndirirlər: 
1.  Dağ süxurlarının bakteriyaların təsiri  ilə parçalanaraq bir 
çox elementlərin həll olan birləşmələrinin əmələ gəlməsi 
və mühitdə yayılması; 
 
2.  Atmosfer havasından, təbii sulardan və torpaq 
məhlulundan (əsasən azot və fosfor) biogen elementlərin 
mühitə daxil olması və canlı orqanizmlərdə toplanması; 
 
3.  Canlı orqanizmlər məhv olduqdan sonra onların parçalan-
ması və tərkib hissələrinin minerallarşması; 
Miqrasiya prosesində fiziki-kimyəvi  şəraitin dəyişməsi 
təbii mühitdə kimyəvi elementlərin müxtəlif miqdarda toplan-
masına və yayılmasına səbəb olur. Fiziki-kimyəvi  şəraitin 
kəskin dəyişməsi kimyəvi elementlərin çökməsi ilə nəticələnir 
ki, bunu da 
U
geokimyəvi baryer
U
 adlandırırlar.  Ətraf mühitdə 


 
53
kimyəvi elementlərin miqrasiyasi zamanı 
U
adsorbsion baryer
U
 və 
U
oksidləşmə-bərpa baryeri
U
 xüsusi əhəmiyyət kəsb edir. 
U
Adsorbsion baryeri
U
 torpağın narın hissəciklərinin səthində 
udulmuş müsbət və mənfi yüklü ionların udulmasını təyin edir. 
Adsorbsiya baryerinin müəyyən edilməsi suların çirklənmə-
sinin aradan qaldırılması üçün xüsusi əhəmiyyət kəsb edir. 
U
Oksidləşmə-bərpa baryeri
U
 hipergenez zamanı  səthi axar 
sular ilə qrunt sularının  əlaqəsi olan yerlərdə, suların yarım 
çürümüş üzvi qalıqlarla təmasda olduğu zaman baş verir. 
Geokimyəvi baryerlərin mikroelementlərin yayılma xüsusiy-
yətlərinin öyrənilməsində  və texnoloji çirklənmiş  ərazilərin 
təmizlənməsində böyük əhəmiyyəti var. 
 
2.2. Təbii mühit obyektlərinin monitorinqinin üsul 
və normativləri 
 
Zaman və  məkan daxilində mütəmadi və uzunmüddətli 
müşahidələr sistemi ətraf mühitin monitorinqinin komponent-
ləridir. 
Təbii mühit monitorinqinin obyektləri atmosfer havası, 
təbii sular, torpaq, flora və faunadır. Bu obyektlərin tədqiqi 
üçün aşağıdakı üsullardan istifadə olunur: 
1.  Kimyəvi üsullar (kimyəvi analiz metodlarından istifadə 
olunur); 
2.  Bioloji üsullar (bioindikatorların köməkliyi ilə); 
3.  Distansion üsullar (məsafədən avia-kosmik müşahidələrin 
aparılması); 
Bu üsulların köməyi ilə əldə olunan nəticələr və aparılan 
müşahidələrin  əsasında proseslərin 
U
modelləşdirilməsi
U
 yerinə 
yetirilir. Modelləşdirmənin aparılması sistemli yanaşma tələb 
edir. Bu zaman öyrənilən  ərazinin quruluşu və landşaft xüsu-
siyyətləri mütləq nəzərə alınmalıdır. O cümlədən, aparılan 
meteoroloji və hidroloji müşahidələr vasitəsilə toplanmış 
faktiki material təbii mühitin real vəziyyəti haqqında tam fikir 
söyləməyə əsas verir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə