Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   71

 
5
7.1.1. Ümumdünya Səhiyyə Təşkilatı....................................195 
7.1.2. BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı...............195 
7.1.3. İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı........................196 
7.1.4. Regional təşkilatlar......................................................197 
7.1.5. Şimali Amerika............................................................198 
7.1.6. Qərbi Avropa...............................................................200 
7.2. Torpaq keyfiyyətinin normalaşdırılması.........................203 
7.2. 1. Torpaqda kimyəvi maddələrin normalaşdırılması. ....203 
7.2.2. Çirkab suların suvarmada istifadə edilməsinə 
tələblər....................................................................................206 
7.3. Keyfiyyətin idarəoluması və ekoloji idarəetmə..............209 
7.3.1. Keyfiyyətin idarəolunması...........................................217 
7.3.2. Analitik işlərin keyfiyyətinə nəzarət............................219 
7.3.3.  Ekoloji idarəetmə.......................................................222 
7.4. .Nümunələrin seçilməsi və işlənilməsi üsullarına ümumi 
tədbirlər..................................................................................225 
7.4.1.  Nümunə seçilməsi üsullarına tələblər.........................226 
7.4.2. Fiziki kimyəvi analiz aparmaqdan qabaq nümunələrin 
işlənilməsi..............................................................................229 
7.4.3. Cihazlar və avadanlıqlar..............................................231 
7.4.4. Lilli qalıqlar və çöküntülər..........................................233 
VIII FƏSİL. Torpağın keyfiyyətinə nəzarət üzrə benəlxalq  
standartların siyahısı .........................................................240 
Ədəbiyyat ...........................................................................254 
 
 
 
 
 
 


 
6
Ön söz 
 
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra 
ölkə  əhalisinin kənd təsərrüfatı  məhsulları ilə davamlı  və 
təhlükəsiz  təminatı dövlətimiz və xalqımız qarşısında duran 
prioritet bir məsələdir. 
Azərbaycanda həyata keçirilən aqrar islahatlar nəticəsin-
də respublikanın vahid torpaq fondunun (8.6 mln. ha) 2.1 mln. 
ha (24.4%) xüsusi mülkiyyətə, 2.7 mln. ha (31.4%) bələdiyyə 
mülkiyyətinə verilərək 3.8 mln. ha (44.2%) torpaq sahələri 
dövlət mülkiyyətində saxlanılmışdır. 
Dövlət statistikasına görə islahatlar başlanandan bu 
günədək ölkədə torpaq payı alan ailələrin sayı 877 min olmaqla 
(3 mln. 340 min nəfər) hər ailəyə düşən torpaq payının ölçüsü 
ayrı-ayrı rayonların torpaq fondunun həcmindən asılı olaraq 
1.5-2.5 ha arasında tərəddüd edir. Bu gün ölkəmizdə üstünlük 
təşkil edən təsərrüfat forması 
U
ailə fermer təsərrüfatlarıdır
U
  və 
hal-hazırda mövcud olan xırda və pərakəndə torpaq istifadəçili-
yi  şəraitində torpaqların münbitliyinin qorunması bizim ən 
böyük problemimizdir. 
U
Bu və digər səbəblərdən ölkədə kütləvi  şəkildə bütün 
regionlarda torpaqların münbitliyinin sürətlə azalması,  əkin 
qatının deqradasiyası,  şoranlaşma, eroziya və  nəhayət aran 
ərazilərdə geniş miqyaslı səhralaşma prosesləri güclənmişdir.

Dünyanın inkişaf etmiş ölkələrində 
U
torpaq münbitliyinə 
nəzarət strateji əhəmiyyət
U
  kəsb edən bir məsələdir. Bu 
ölkələrdə  də torpaq münbitliyinin idarəolunması ilə  məşğul 
olan qurumlar ölkə  ərazisində torpaqların keyfiyyətini 
nəzarətdə saxlamaq üçün mütəmadi olaraq vahid elmi-texniki 
siyasət həyata keçirirlər. 


 
7
 1990-cı idə Azərbaycanda “Azərkəndkimya birliyi”nin 
strukturu ləğv olunduqdan sonra onun bir çox funksiyaları 
müxtəlif icra orqanlarına ötürülmüşdür. Lakin əfsuslar olsun ki, 
həmin strukturlar arasında informasiya mübadiləsinin olma-
ması  və onların praktikada olan problemlərə vahid prizmadan 
yanaşmaması torpaqların münbitliyinin  idarə olunmasında, 
aqrokimyəvi xidmətdə  və yemlərin tərkibinin analizi işində 
xaotik vəziyyətin yaranmasına səbəb olmuşdur. Praktiki 
baxımdan böyük narahatçılıq doğuran məsələlərdən biri də 
ölkədə vaxtı ilə mövcud olan torpaq analizi laboratoriya 
şəbəkəsinin  ləğv olunmasıdır. 
 Ölkədə mövcud olan xırda və  pərakəndə torpaq istifa-
dəçiliyi  şəraitində aqrokimyəvi xidmətin olmaması elə bir 
vəziyyətə gətirib çıxarmışdır ki, ölkənin bütün region və rayon-
larında torpaqların münbitliyi sürətlə azalmağa başlamışdır. 
Gübrələrin kortəbii, heç bir elmi mülahizəyə söykənmədən 
tətbiq olunduğu sahələrdə isə torpaqların ekoloji durumu 
pisləşməkdə davam edir. Belə ki, torpağın tərkibində olan qida 
maddələrinin miqdarı müəyyən olunmadan aparılan gübrələmə 
işi torpaq sahələrində toksiki mühit yaradır. Bu halda torpaqda 
olan minlərlə mikroorqanizmlər məhv olmaqla yanaşı torpağın 
bioloji fəallığı azalır, biokimyəvi proseslərin intensivliyi aşağı 
düşür, nəticədə isə torpaq “cansızlaşır”. Qeyd olunan cəhəti 
əkin sahələrində  tətbiq olunan digər zəhərli maddələrə  də aid 
etmək olar.  
 1996-ci 
ildə AKTA-nın (indiki ADAU-nun) Elmi 
Şurasının qarşısında qaldırdığımız vəsatətə  əsasən “Torpaqşü-
naslıq və aqrokimya” ixtisası üzrə tədris planına “Torpaq key-
fiyyətinin monitorinqi və ekoloji nəzarət” fənni daxil edildi. 
Atılan bu addım ilk növbədə ölkəmizdə torpaqların çox gərgin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə