Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   71

 
8
ekoloji durumunu nəzərə alaraq bu sahə üzrə hazırlanan 
mütəxəssisilərin bilik dairəsini genişləndirməklə  gələcəkdə 
onların torpaq keyfiyyətinin monitorinqi prosesinə 
münasibətlərini ciddiləşdirmək məqsədi daşıyırdı. Ötən müddət 
ərzində  həmin fənnin tədrisi ilə  əlaqədar toplanmış  ən müasir 
informasiya materiallarının işlənilməsi başa çatdırılaraq bu 
dərslik tərtib olunmuşdur.  
 Bu 
fənnə dair müxtəlif yönümlü məsələlər  ətrafında 
məlumatlar olsa da təqdim olunan dərslik Azərbaycanda və 
MDB məkanında Beynəlxalq Standartlar səviyyəsində işlənmiş 
ilk tədris vəsaitidir.  
 
Dərslikdə  əsas təbiət obyektlərinin və o cümlədən 
torpağın ekoloji monitorinqinin nəzəri əsasları şərh olunmaqla 
yanaşı  ətraf mühitə  nəzarət üsullarının praktiki cəhətlərinə  də 
xüsusi diqqət göstərilmişdir. 
 Bu 
dərsliyin əsas məqsədi aşağıdakı məsələlərin həllinə 
yönəlmişdir: 
-  tələbələri və  təbiət elmləri ilə  məşğul olan 
mütəxəssisləri torpağın və  ətraf mühitn vəziyyətini 
nəzarətdə saxlamaq üçün labüd olan ən müasir üsullarla 
tanış edərək onların bilik dairəsini genişləndirmək;  
-  ətraf mühitdə baş verən dəyişikləri və onların dinami-
kasını  nəzarətdə saxlamaq və müstəqil tədqiqatları 
təşkil etmək və yerinə yetirmək üçün praktiki vərdiş və 
bacarıqlara malik olmağı təqdim etmək; 
Təqdim olunan dərslik tələbələrə  və  gənc mütəxəssis-
lərə aşağıda göstərilən istiqamətlərdə yardım edəcəkdir: 
-  təbii  şəraitdə  ətraf mühit obyektlərinin formalaşma və 
onların çirklənmə xüsusiyyətlərinə dair nəzəri biliklərin 
əldə olunması; 


 
9
-  torpağın, atmosferin və suyun çirklənməsinə və keyfiy-
yət səviyyəsinə  nəzarəti həyata keçirmək üçün analitik 
üsullarla işin yerinə yetirilməsi qaydalarına yiyələn-
mək; 
-  torpaqda çirkləndirici maddələrin toplanma dinamika-
sını  və  ətraf mühitdə ekoloji şəraitin  inkişaf xüsusiy-
yətlərini proqnozlaşdırmaq; 
Ümid edirik ki, təqdim olunan vəsait ali məktəblərdə  
“Torpaqşünaslıq və aqrokimya”, “Aqronomluq”, 
“Ekologiya”, “Ekologiya mühəndisliyi” və s. ixtisaslar üzrə 
təhsil alan tələbələrlə yanaşı  təbiət elmləri ilə  məşğul olan 
bütün mütəxəssislər üçün yararlı informasiya mənbəyi kimi 
fayda verəcəkdir.   
 
 
 
Amin Babayev 
kənd təsərrüfatı elməri  
doktoru, professor,  
Əməkdar müəllim
   
 
 
 
 
 
 
 


 
10
Giriş 
Sivilizasiyanın müasir mərhələsində bəşəriyyət qarşısında 
duran  ən qlobal problem təbiətdən və onun sərhədlərindən 
səmərəli istifadə olunmasıdır.  
«Əhali-iqtisadiyyat-təbiət» sisteminin günü-gündən 
genişləndiyi və bir-birinə daha da çulğalaşdığı bir dövrdə 
sənaye sahələrinin və avtonəqliyyatın sürətli inkişafı,  əhalinin 
sayının və urbanizasiyanın artımı, kənd təsərrüfatının intensiv 
kimyalaşdırılması kimi iri həcmli proseslər təbii resursların 
istismarına gətirib çıxarmış, nəticədə biki və heyvanat 
aləmində, yerin təbəqələrində, xüsusilə, torpaq, hava və su 
təbəqələrində arzuolunmaz dəyişikliklərə səbəb olmuşdur. 
İnsanın məqsədyönlü istehsalat və  təsərrüfat fəaliyyəti o 
səviyyəyə  gəlib çıxmışdır ki, təbiətin dinamik tarazlığı artıq 
pozulmaq üzrədir. Bu prosesin planetimizin hansı regionunda 
necə baş verib-verməsindən asılı olmayaraq onun nəticələri 
məhəlli deyil bəşəri əhəmiyyət kəsb edir və ümumiyyətlə bütün 
canlı aləmin mövcudluğu və  təkamülü üçün böyük qorxu 
yaradır.  
Məşhur ekoloq Y.K.Fyodorovun fikrincə yaranmaqda 
olan ekoloji böhran əsasən iki böyük səbəbə görə  bəşəriyyət 
üçün böyük qorxu törədə bilər: 
1) Planetimzdə enerji məsarifinin hədsiz artımı  nəticəsində 
yerin iqliminin və istilik balansının dəyişməsi. 
2)  İstehsalat prosesi nəticəsində  ətrafa səpələnən maddələrin 
təsiri ilə ətraf mühitin hədsiz dərəcədə çirklənməsi. 
70-ci illərin başlanğıcında BMT-nin ətraf mühitin qorun-
ması haqda olan proqramı (YNEP) təbiətin, o cümlədən, onun 
bütün ehtiyatlarının qorunması üçün beynəlxalq monitorinq 
şəbəkəsinin (nəzarət, proqnoz və operativ tədbir görülməsi) 
başlanğıcını qoydu. Bu proqramda o şərt  əsas kimi qəbul 
olundu ki, planetimizdə olan təbii ehtiyatlar heç də tükənməz 
deyildir və onlardan səmərəli istifadə olunması  və qorunması 


 
11
bütün bəşəriyyətin ümdə  vəzifəsi və borcudur (YNEP-in əsas 
məqsədi  ətraf mühitin qlobal monitorinq sistemini-QMS 
yaratmaqdan ibarətdir). O cümlədən bir çox digər beynəlxalq 
proqramlar (YUNESKO MAB-«İnsan və biosfera»; SKOPE-
alimlərin  ətraf mühitin qorunmasına dair beynəlxalq 
komitəsinin proqramı  və s.) ətraf mühitin qorunması üçün 
Qlobal Monitorinq sistemi (QMS) yaradılması üçün xüsusi 
əhəmiyyət kəsb edir. 
Biz  ətraf mühit dedikdə insanın yaşadığı  və istehsal 
fəaliyyəti göstərdiyi mühiti başa düşürük ki, bu da 2 yerə 
bölünür: 1) təbii ətraf mühit, 2) ictimai ətraf mühit. 
Təbii mühit- təbiət və onun tərkib hissələrindən, təbiət 
hadisələrindən və təbii proseslərdən ibarətdir. İnsanın istehsalat 
fəaliyyəti nəticəsində onun bir hissəsi təbii antropogen mühitə 
çevrilmişdir. Bu mühitin komponentləri də bu baxımdan  təbii 
 insan tərəfindən yaradılan olmaqla iki yerə bölünür. Təbii 
komponentlərə yerin mineral və energetik resursları, su, hava, 
torpaq, flora və fauna aiddir. 
İnsan tərəfindən yaradılan komponentlərə isə süni maddi 
kütlədən ibarət olan əşyaları (maşınlar, dəzgahlar, gübrələr, 
pestisidlər, neft məhsulları  və s.) aiddir. Təbii proseslər çox 
müxtəlif olmaqla bu proseslərə geoloji (vulkanizm, zəlzələlər, 
sürüşmələr və s.), atmosfer (şimşək, leysan, tufan, quraqlıq və 
s.),  hidrosfer  (sel, su basqınları, qrunt sularının səviyyəsinin 
qalxması  və s.), biosfer  (üzvi maddələrin  əmələ  gəlməsi və 
parçalanması, müxtəlif orqanizmlər arasındakı  əlaqələr) 
proseslərini göstərmək olar. 
İctimai  ətraf mühit - özünün tarixi inkişafında bərqərar 
olmuş ictimai-iqtisadi komponentlərin məcmusudur. Bu kom-
ponentlər insanın yaşayış tərzinə həm iqtisadi, həm də ictimai 
baxımdan olan təsir kimi təzahür edir. İnsanın və təbiətin qarşı-
lıqlı təsiri nəticəsində ətraf mühitdə həm müsbət, həm də mənfi 
xarakterli proseslər baş verir. Məsələn, ətraf mühitin bir kom-
ponenti olan torpaq insanın istehsalat fəaliyyəti nəticəsində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə