Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   71

 
12
böyük dəyişikliklərə məruz qalıb. Belə dəyişiklərin çoxu neqa-
tiv xarakterlidir və torpaqların deqradasiyasına səbəb olub. 
Deqradasiya (latınca deqradatio-azalma, geriyə getmək, 
pisləşmə, keyfiyyətin itməsi) dedikdə torpağın strukturunu 
pozan, mənfi xarakterli kimyəvi xassələri yaradan və  nəhayət 
onun münbitliyinin itməsinə  və keyfiyyətinin pisləşməsinə 
səbəb olan proses və təsirlərin nəticəsi başa düşülür. 
Hal- hazırda kənd təsərrüfatında istifadə olunan bütün 
torpaq sahələrinin həcmi yerin quru hissəsinin 10%-ni təşkil 
etməsinə baxmayaraq bu torpaqların 70%-nin keyfiyyəti 
pisləşmiş və meliorasiyaya ehtiyacı vardır.  
Azərbaycanın zəngin təbiəti və sərvətləri bu ölkənin eko-
loji tarazlığının çox qısa vaxt ərzində pozulmasının  əsas 
səbəblərindən biridir. Sovet hakimiyyəti illərində neft və qaz 
yataqlarının ölçüsüz-biçimsiz istismarı və onunla əlaqədar neft 
sənayesinin və  sənayenin digər sahələrinin inkişaf etdirilməsi 
bütövlükdə bütün respublikada və xüsusilə Bakı  şəhərində, o 
cümlədən, Abşeron yarımadasında  ətraf mühitin çox intensiv 
çirklənməsinə  səbəb olmuş,  əhalinin sağlamlığı üçün böyük 
təhlükə yaratmışdır. Təsadüfi deyildir ki, Bakının  əsas neft 
emalı zavodlarının yerləşdiyi Xətai rayonunda son illərdə mak-
simum yaş  həddi 57 yaş müəyyən olunub və bu rayon əhalisi 
arasında ağciyər xərçəngi, endokrin, allergiya, ürək-damar, 
onkoloji, irsi və digər xəstəliklər böyük surətlə yayılmaqdadır 
(III Beynəlxalq konqresin materialları, Bakı 1995). 
Sovet illərinin urbanizasiyası  və «sərfəli iqtisadiyyat» 
siyasəti Gəncəbasar regionundan da yan ötməmişdir. Bu 
regionda yerləşən Daşkəsən  ərazisində  dəmir, aliminium, 
kobalt, mərmər, barit yataqları Sovet illərində elə istismar edil-
mişdir ki, hal-hazırda bütün Daşkəsən ərazisi təbii qəbirstanlığı 
xatırladır. Daşkəsəndə istehsal olunan faydalı qazıntıların emalı 
ilə  əlaqədar Gəncədə böyük sənaye obyektləri istifadəyə 
verilmişdir. Gəncə aliminium zavodunda emal texnologiyasının 
primitiv sovet üslubunda təşkili uzun illər  ərzində bütün 


 
13
Gəncəbasarın nəinki havasını, suyunu, hətta torpaqlarını da 
hədsiz dərəcədə çirkləndirmişdir. Hal–hazırda həmin zavodun 
ətrafında böyük bir ərazidə toplaşmış zəhərli tullantılar bu gün 
və yaxın gələcəkdə bu regionun əhalisinin sağlamlığı üçün 
ciddi təhlükə yaradır. Nizami məqbərəsinin yaxınlığında 16 
mln. tondan çox boksit tullantıları toplanmışdır. Bunun 
nəticəsidir ki, əhali arasında qeyri-epidemik xəstəliklər sürətlə 
artmaqdadır.     
  Əgər bütün bu deyilənlərə  Gəncənin digər sənaye 
obyektlərinin də, xüsusilə  «Əlvan metallar zavodu»nun 
yaratdığı təhlükəni də əlavə etsək, belə bir qənaətə gəlmək olar 
ki, nə  Kəpəz və Murovun təmiz,saf dağ havası, nə  də Göy-
Gölün mirvari suları yaranmış  təhlükəni dəf etməkdə heç cür 
kömək edə bilməz.  
  Gəncəbasar  ərazisində yerləşən Goranboy rayonunda 
son 20-25 ilin « pambıq lixoradkası » torpaqların herbisid , 
pestisid gübrə qalıqları və digər zəhərlərlə çirklənməsinə səbəb 
olmuşdur.  
 Ümumiyyətlə, bu səbəbdən respublikanın pambıqçılıq 
rayonlarında hər hektar torpaq sahəsinə düşən zəhərli maddə-
lərin miqdarı 90-150 kq arasında dəyişir Halbuki, beynəlxalq 
normativlərlə 1 ha torpaq sahəsinə düşən zəhərli maddələrin 
miqdarı 3kq-dan artıq olarsa həmin torpaqdan istifadə etmək 
qadağan olunur.  
  Şəmkir rayonu ərazisində başlı-başına istismar olunan 
əhəng daşı yataqları, Tovuz ərazisindəki sement zavodu, 
Qazaxdakı bentonit karyerləri «müvəqqəti qazanc» mənbəyi 
olmaqla bütün Gəncəbasarın ekoloji durumuna neqativ təsir 
göstərən, ekoloji nəzarətdən uzaq olan qorxulu mənbələrdir. 
Respublikamız daxilində belə hallar bütün regionlarda 
mövcuddur. Ancaq ən dəhşətli hal torpaqlarımızın vəziyyəti ilə 
əlaqədardır.  Ərazinin 20%-i düşmən  əlində olan bir ölkədə 1 
mln 400 min hektara yaxın müxtəlif dərəcədə şoranlaşan, 300 
min hektardan çox müxtəlif səbəblərdən çirklənən torpaq 


 
14
sahələri var. Bütün torpaqlarımızın 60%-dən çoxu müxtəlif 
dərəcədə eroziyaya məruz qalıb.  
 Belə bir vəziyyətdə Azərbaycanda torpaq keyfiyyətinin 
monitorinq sisteminin yaradılması təxirəsalınmaz dövlət tədbiri 
olmalıdır. Respublikamızın bütün ali və orta ixtisas 
məktəblərində isə torpaq ekologiyasına dair elmi biliklərin 
tədrisi gələcək naminə bizim mənəvi borcumuzdur.  


 
15
I FƏSİL. TƏBİƏTDƏN İSTİFADƏNİN EKOLOJİ  
ƏSASLARI 
 
1.1. Antropogen təsir və ətraf mühitin çirklənməsi 
 
İnsan cəmiyyəti biosferə  təsir göstərən və  ətraf mühiti 
dəyişdirən güclü qüvvəyə çevrilmişdir.  İnsanın təsərrüfat 
fəaliyyəti nəticəsində biosferə birbaşa və ya dolayı yolla təsiri 
antropogen təsir adlanır (antropos – insan). Antropogen təsir 
gücünə görə yalnız geoloji proseslə, miqyasına görə isə bios-
ferdə baş verən maddələr və enerji dövranı ilə müqayisə edilə 
bilər. Cəmiyyətin yaşaması üçün ilkin bioloji məhsula və mine-
ral xammala olan tələbat antropogen təsirin mahiyyətini təşkil 
edir. Həmin tələbatı ödəyən yeganə  mənbə kimi biosfer çıxış 
edir. 
Təbii sərvətin mənimsənilməsi, emalı və istifadəsi zamanı 
yaranan tullantılarla  ətraf mühitin çirklənməsi biosferə 
antropogen təsirin ekoloji nəticələridir. Biosferin ilkin və təkrar 
tullantılarla çirklənməsi müşahidə olunur. 
İlkin tullantılar təbii sərvətin mənimsənilməsi nəticəsində 
istifadə tapmayan, təbii  əlaqələri pozulmuş biosfer məhsulla-
rının birbaşa qalıqlarından ibarətdir. Təbii sərvətin emalı, işlən-
məsi və istifadəsi nəticəsində yaranan tullantılar ikinci adlan-
dırılaraq, ətraf mühitin çirklənməsinə səbəb olur. İkinci tullan-
tılar sırasına həm də insan tərəfindən sintez edilmiş  və  təbii 
ekosistemlərə xas olmayan maddələr aiddir.  
Biosferin təkrar, yəni ikinci tullantılarla çirklənməsi daha 
ağır təzadlar yaradır.  
Çirklənmənin mahiyyəti ekosistemin tərkibinə ona xas 
olmayan maddə  əşyaların daxil edilməsidir. Alman filosofu 
Hegelin ifadəsinə görə: «Təbiətdə mövcud olan bütün cisimlər 
qüdrətli olub, insana müxtəlif  şəkildə müqavimət göstərir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə