Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   71

 
20
göstəricisinin dəyişməsidir. Qədim dövrlərdən  əhalinin təbii 
artımı 0,1% təşkil edirdisə, bu göstərici XX əsrin ikinci 
yarısında artıq 2%-ə çatmışdır.  
Eramızın başlanğıcında Yer kürəsində əhalinin sayı 0,25 
mlrd. nəfər olub XVIII əsrin sonu - XIX əsrin əvvəllərində 1,0 
mlrd. təşkil etmişdir. XIX əsrdə əhalinin sayı 1,0 mlrd-dan 1,65 
mlrd. nəfərə çataraq bu göstərici XX əsrin sonunda 6 mlrd 
nəfər təşkil etmişdir. Beləliklə, eramızın əvvəlindən XVIII əsrə 
kimi  əhalinin sayı 4 dəfə, XX əsrin  əvvəlində 6 dəfə  və XX 
əsrin sonunda 24 dəfə artmışdır. Əhalinin intensiv artımı  XX 
əsrdə müşahidə olunur. Belə ki, əgər eramızın  əvəlindən XX  
əsrin əvvəlinə kimi olan dövrdə Yer kürəsində əhalinin sayı 6 
dəfə artmışdısa da, təkcə XX əsrdə artım 4 dəfə təşkil etmişdir. 
Mütləq artım XX əsrə  qədər 1,40 mlrd. nəfər, XX əsrdə isə 
4,35 mlrd. nəfər təşkil edir.  
 XXI əsrin sonunda dünya əhalisinin sayının 12-13 mlrd. 
təşkil edəcəyi proqnozlaşdırılır.  
Sənayenin inkişafı ilə bağlı iri şəhərlər yaranmağa 
başladı. Həmin şəhərlərin əhalisi kənd yerində yaşayan əhalinin 
(kəndlilərin) hesabına formalaşırdı.  Şəhərlər inkişaf etdikcə 
kənd  əhalisinin  şəhərə axını (urbanizasiyası) güjlənirdi. 
Nəticədə  şəhər və  kənd  əhalisinin sayında qeyri-bərabərlik 
yaranmışdır və bu gün əhalinin yarıdan çoxu şəhərlərdə 
məskunlaşmışdır. Bəzi inkişaf etmiş ölkələrdə bu göstərici 
75%-ə çatır.  
Ətraf mühitin çirklənməsində və biosferin deqradasiyaya 
uğramasında iri şəhərlər  əsas yer tutur. Bununla bərabər, iri 
şəhərlərin özünəməxsus ekoloji problemləri də mövcuddur. 
Ətraf mühiti çirkləndirən  əsas mənbələr – sənaye, energetika 
və nəqliyyat vasitələri şəhərlərdə cəmləşmişdir. Bunlar şəhərin 
sosial-iqtisadi problemlərinin həllinə xidmət etməklə  bərabər 
onun ekoloji durumunun gərginləşməsinə səbəb olurlar. Digər 
problem şəhərin həyat fəaliyyəti təchizatı və onun nəticələri ilə 


 
21
bağlıdır. Şəhər əhalisinin ərzaq, su və s. ilə təchizatı problemi 
ilə yanaşı, məişət tullantıları da əsl ekoloji bəlaya çevrilmişdir.  
İnkişaf etmiş ölkələrdə  əhalisinin sayı 1 mln. nəfər olan 
şəhərin suya, ərzağa və yanacağa olan sutkalıq tələbatı yüksək 
olsa da, bunların müqabilində yaranan tullantıların miqdarı 
düşünməyə daha çox vadar edir (cədvəl 1).  
 
Əhalisi 1 mln. nəfər olan şəhərin sərvətə tələbatı və yaranan 
tullantılar, ton/sutka (O.S.Şorinaya görə 2000) 
   Cədvəl 1 
Sərvət Tullantılar 
Adı Miqdarı Miqdarı Adı 
Su 625000 
500000 
Çirkab su    
Ərzaq 2000 
2000 
Bərk tullantılar   
Yanacaq: 
Kömür  
Neft 
Təbii qaz 
Avtomobil 
yanacağı  
 
4000 
2800 
2700 
100 
 
150 
150 
150 
1000 
450
 
Havanı çirkləndirən 
tullantılar:  
Bərk hissəciklər  
Kükürd dioksidi   
Azot oksidi   
Karbohidrogenlər   
Karbon oksidi    
 
Əhalisi 1 mln. nəfər olan şəhər sutka ərzində 500 min ton 
çirkab su, 2 min ton bərk tullantı  və 1,9 min ton müxtəlif 
aqreqat halında və kimyəvi tərkibdə atmosferi çirkləndirən 
maddə yaradır.  
Ətraf mühitin məişət tullantıları ilə çirklənməsi cəmiyyəti 
narahat edən ekoloji problemlərdən biridir.  
Biosferi çirkləndirən mənbələr müxtəlif olduğu kimi 
(sənaye, energetika, nəqliyyat, məişət tullantıları, kənd 
təsərrüfatı  və s.) çirkləndiricilərin də  tərkibi olduqca rənga-
rəngdir (minlərlə kimyəvi birləşmələr, ağır metallar, elektro-
maqnit və radioaktiv şüalanma, bərk tullantılar və s.). 
 


 
22
Bu müxtəliflik nəzər alınaraq, çirklənmənin təsnifatı 
tərtib olunmuşdur. Həmin təsnifat çirkləndirici mənbəyə, 
çirklənmənin miqyası  və obyektinə  və çirkləndiricinin növü 
əsasında qurulmuşdur.  
Mənşəyinə görə çirklənmə bölünür: 
•  təbii – təbiətdə müşahidə olunan hadisə  və proseslərin 
nəticəsində yaranır (vulkan püskürməsi, sel hadisələri, 
meteoritlərin atmosferin Yerə yaxın təbəqələrinə daxil 
olması, meşə yanğınları və s.); 
 
•  antropogen – insanın fəaliyyəti ilə bağlı bütün 
çirklənmələr. 
Çirklənmə obyektinə görə:    
•  suyun; 
•  atmosferin; 
•  torpağın; 
•  təbii landşaftın çirklənməsi. 
Əhatə etdiyi əraziyə - miqyasına görə:  
•  lokal – kiçik əraziləri  əhatə etməklə, məhdud, yerli 
xarakter daşıyır; 
 
•  regional – ölkə daxilində  ərazinin hər hansı hissəsini 
əhatə edir; 
 
•  transsərhəd – bir neçə ölkənin  ərazisinə aid edilir (Kür 
çayının, Xəzər dənizinin və s. çirklənməsi); 
 
•  qlobal – ölkələr çərçivəsindən kənara çıxaraq bütün sivil-
izasiya üçün təhlükə yaradır (Dünya okeanının çirklən-
məsi, ozon təbəqəsinin deqradasiyaya uğraması və s.).  
 
 


 
23
Çirklənmə yaranma mənbəyinə  və növünə görə fiziki, 
kimyəvi, bioloji və biotik olub təsnifatı daha çox elmi-praktiki 
əhəmiyyət kəsb edir.  
Fiziki çirklənmə mühitin istilik-energetik, elektromaqnit, 
dalğa, radioaktiv şüalanma və s. parametrlərinin normadan 
kənara çıxmasında müşahidə olunur: 
•  istilik (termal) çirklənmə – metallurgiya sənayesində, 
istilik elektrik stansiyalarında və s. qızdırılmış hava 
kütləsinin atmosferə buraxılması  və isti suyun 
hidrosferə axıdılması zamanı müşahidə olunur; 
 
•  səs-küyün artması – şəhərlər üçün səciyyəvi olub, 
texniki qurğular, nəqliyyat, sənaye, təyyarə limanı və s. 
yaranmasına səbəb olur;  
 
•  elektromaqnit şüalanma (EMŞ) – mühitin təbii elektro-
maqnit xassələrinin dəyişdirilməsi nəticəsində baş verir, 
əsas mənbə kimi müxtəlif teleradio qurğularının 
yaratdığı elektromaqnit şüaları  çıxış edir. Ən təhlükəli 
çox yüksək tezlikli (ÇYT) şüalanma hesab olunur. 
Azərbaycanda EMŞ-nin səviyyəsinin yüksəldilməsində 
Qəbələ radiolokasiya stansiyası (RLS) əsas mənbə kimi çıxış 
edir. Keçmiş SSRİ Müdafiə Nazirliyinin hərbi obyekti kimi 
ötən  əsrin 70-ci illərində tikilmiş  Qəbələ RLS uzaqdan 
müəyyən edən stansiyalara aiddir. Bu tipli stansiyalar sırasında 
ən güclüsü olub, fəzada şüa gücü 600 Kvt təşkil edir. Stansiya 
yüksək tezlikli impulslu generasiya rejimində  işləyir. Qəbələ 
RLS-nin çox yüksək tezlikli şüalanması öz təsir xarakterinə 
görə keçici radiasiya şüalanmalarına yaxınlaşır.  
 
•  Radioaktiv çirklənmə - mühitdə radioaktiv şüalanmanın 
miqdarının təbii fonu keçməsi nəticəsində yaranır. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə