Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   71

 
24
Öz təsirinə görə EMŞ-də olduğu kimi, ionlaşdırıcı olub, 
hüceyrə  səviyyəsində baş verir. Hüceyrə maddələrini 
ionlaşdıraraq onda patoloji dəyişikliklər yaranmasına səbəb 
olur. Nəticədə hüceyrənin energetik və irsi mexanizmi pozulur, 
immun mexanizmi zəifləyir.  
Radioaktiv və elektromaqnit şüalanmaları  ən təhlükəli 
çirklənmə növləri olub, insanla bərabər bütün canlı aləmə 
(biosenoza) güclü təsir göstərir.  
Kimyəvi çirklənmə  ətraf mühitə ona yad olan və ya 
qatılığı  təbii fondan çox olan maddə  və birləşmələrin 
gətirilməsi ilə mühitin kimyəvi xassələrinin dəyişdirilməsi 
nəticəsində baş verir. «İstənilməyən yerdə, istənilməyən zaman 
və istənilməyən miqdarda» aşkar olunan bütün kimyəvi maddə 
və birləşmələr çirkləndirici adlandırılır. Kimyəvi çirklənmənin 
əsas mənbələri sənaye, energetika, nəqliyyat vasitələri və kənd 
təsərrüfatı istehsalı olub, çirkləndiricilərin tərkibi çox geniş 
diapazona malikdir: 
• karbon birləşmələri (C
B
x
B
O
B
y
B
); 
• kükürd birləşmələri (S
B
x
B
O
B
y
B
); 
• azot birləşmələri (N
B
x
B
O
B
y
B
); 
• karbohidrogen məhsulları;  
• ftorlu birləşmələr; 
• ağır metallar; 
• pestisidlər; 
• üzvi metal birləşmələri; 
• mərgümüş birləşmələr; 
• yuyucu maddələr
• plastik kütlə; 
• aerozollar; 


 
25
• sintez olunmuş üzvi maddələr; 
• radioaktiv elementlər (bəzi mənbələrdə fiziki çirklən-
məyə aid edirik) və s. 
Kimyəvi çirkləndiricilər  sırasında çox təhlükəli və ya 
toksikliyi yüksək olan maddə və birləşmələr vardır ki, onların 
da mühitdə  iştirakı yolverilməzdir (civə, mərgümüş birləş-
mələri, radioaktiv elementlər və s.). 
Çox təhlükəli kimyəvi maddələr sırasına süni yolla sintez 
olunmuş dioksidinlər qrupu da daxildir. Dioksidinlər mutagen, 
kanserogen və embriotoksikoloji təsirə malik olub, bioakku-
mulyasiya (bioloji toplanma) xassəlidir.  İnsan orqanizminin 
inkişafında səbəb olduqları anormallıq irsən keçə bilir. 
Biosferin çirklənməsində  kənd təsərrüfatının intensivləş-
dirilməsi (sənayeləşdirilməsi) sayəsində kimyanın – gübrə  və 
pestisidlərin tətbiqi xüsusi yer tutur. Miqyasına və törətdikləri 
təzadlara görə sənayedən sonra ikinci yerdə durur.  
 
1.2.Təbii ehtiyatlardan səmərəli istifadənin ekoloji 
əsasları  
 
Qlobal ekosistem olan biosferdə baş verən, dönməz 
dəyişikliklər ekoloji inqilabla nəticələnərək təbiət-cəmiyyət 
münasibətlərinin yeni inkişaf mərhələsinə – idarə olunan 
təkamül nəticəsinə keçidlə  nəticələnmişdir. Yeni mərhələdə 
təbiət-cəmiyyət münasibətlərinin konsepsiyası qlobal ekologiya 
adlanaraq, biosferin strukturu və funksiyalarından bəhs edən 
təlimdir. Qlobal ekologiya konsepsiyasının  əsasını  təbiət-
cəmiyyət münasibətlərinin ekolojiləşdirilməsi təşkil edir.  
Təbiət-cəmiyyət münasibətlərinin ekolojiləşdirilməsinin 
başlıca məqsədi: 
•  təbii sərvətlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi; 


 
26
•  təbii mühit amillərinin keyfiyyət parametrlərinin və 
ekosistemin dayanaqlığının saxlanılmasının mütləq təmin 
olunmasıdır.  
Təbiət-cəmiyyət münasibətlərinin ekolojiləşdirilməsi bir 
sıra texnoloji və idarəçilik tədbirləri kompleksini əhatə edir ki
onların da mahiyyəti təbii sərvətdan istifadənin prinsiplərində, 
vəzifələrində  və  təbii sərvətdən istifadəyə qoyulan məhdudiy-
yətlərdə öz əksini tapmışdır (şəkil 1).  


27 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1. Təbiət-cəmiyyət münasibətlərinin ekolojiləşdirilməsinin mahiyyəti 
Qlobal ekologiya  
Təniət-cəmiyyət münasibətlərinin
ekolojiləşdirilməsi  
Əsaslanır  
Təbii 
sərvətlərdən 
səmərəli 
istifadə 
Biosferin 
sabitliyinə və 
ekosistemləri

dayanıqlığın
a
Prinsi
pl
ər
ə 
V
əzif
əl
ər
ə 
Qada
ğalara
Ek
ol
oj

pl
anl


rm
ay

Ekoloji qanunverijilikdə nəzərdə                
tutulmayan təsərrüfat sahəsi  
Ekosistemlərin daxili qanunauyğun-
luqlarına əks çıxan fəaliyyət növləri   
Ətraf mühitə təsirin yol verilən həddi  
keçməsi 
Ətraf mühitə təsiri nəzərə almaq 
Təsiri minimumlaşdırmaq 
Tullantıları zərərləşdirmək 
Əvəzləşdirmə  
İcazəli istifadə 
Ödənişli istifadə  
Xidmət edir 


28 
 
U
Təbii sərvətlərdən istifadənin başlıca prinsipləri (latınca 
prinsipum - başlanğıc, əsası): 
•  ekoloji ziyanın aradan qaldırılması prinsipi - təbii sərvət-
lərdən istifadə zamanı ekoloji ziyanını aradan qaldırıl-
ması  və ya onun minimum həddə çatdırılması üçün 
əvvəlcədən nəzərdə tutulmuş  tədbirlərin həyata keçiril-
məsi; 
 
•  əvəzləşdirmə prinsipi - təbii sərvətlərdən istifadə 
sferasında  ətraf mühitə daha çox ziyan vuraraq təbii 
sərvətləri tükəndirən fəaliyyət sahəsi, həyata keçirilməsi 
baha başa gəlsə də, daha az ekoloji xələl gətirən istifadə 
sahəsi ilə əvəzləşdirilməlidir; 
 
•  bioloji müxtəlifliyin saxlanılması prinsipi - hər hansı bir 
təsərrüfat fəaliyyəti tarixən yaranmış bioloji müxtəlifliyi 
dəyişdirməlidir; 
 
•  təbii sərvətlərin keyfiyyəti, saxlanılması prinsipi - təbii 
sərvətlərin keyfiyyəti insanın sağlamlığı  və  ətraf mühit 
üçün təhlükə törətməyən səviyyədə qalmasının təmin 
olunması; 
 
•  icazəli istifadə prinsipi - təbii sərvətlərdən istifadə ilə 
bağlı olub ətraf mühitə  təsir göstərən bütün fəaliyyət 
növlərinin yalnız təyin olunmuş qaydada verilən xüsusi 
icəzə əsasında həyata keçirilməsi; 
 
•  ödənişli istifadə prinsipi - istifadə etdiyi sərvətə və ətraf 
mühitə göstərdiyi təsirə görə, hər bir istifadəçi pul 
ödəməlidir; 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə