Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   71

 
33
Davamlı inkişaf konsepsiyası üç şərti əsas götürür:  
•  Yer kürəsində zaman baxımından təbii ehtiyatların 
əhalinin sayı nəzərə alınmaqla sabit saxlanılmasını; 
 
•  bərpa olunmayan, tükənən təbii sərvətlərin yeniləri ilə 
əvəz olunması yollarının tapılmasını; 
 
•  cəmiyyətin uzunmüddətli öhdəliyi qlobal ekosistem olan 
Yer kürəsində həyatın davam etdirilməsini iqtisadi səmə-
rəli və ekoloji düşünülmüş üsullarla idarə olunmasını. 
Davamlı inkişaf konsepsiyasının  əsas ideyası biosferdə 
mühitin tənzimləyicisi olan ekoloji inkişafı, biosferdə sabitliyin 
pozulmasına başlıca səbəb olan iqtisadi inkişafı  və  təbiət-
cəmiyyət münasibətlərinin səviyyəsini təyin edən sosial inki-
şafı əlaqələndirərək onların dinamik vəhdətinin yaradılmasıdır 
(şəkil 2). 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2. Davamlı inkişaf konsepsiyasının məkan-struktur 
modeli 
                                                                
Davamlı inkişaf 
konsepsiyası
Ekoloji  
inkişaf 
             
İqtisadi 
inkişaf 
 
Sosial inkişaf  


 
34
Birinin digərindən asılı olması və ya birinin digərinə təsir 
göstərməsi nəzərə alınmaqla bu üç müxtəlif inkişaf proseslə-
rinin vəhdətdə baxılması  cəmiyyətin sağlam mühitdə davamlı 
inkişafına zəmin yarada bilər. 
Azərbaycan ərazisinin (8641.7 əkin ha) 49.3%-i (4.2 mln. 
ha) kənd təsərrüfatı torpaqlarının payına düşür. Sovet dövründə 
Azərbaycanda hər adam başına düşən kənd təsərrüfatına yararlı 
torpaq sahəsinin həcminə görə (0.7 ha) 15 müttəfiq respubli-
kanın arasında 14-cü yeri tuturdu. Bu gün erməni işğalı altında 
olan  ərazimizi də  nəzərə alsaq vəziyyətin daha da acınacaqlı 
olduğu hamıya məlumdur.  
 
1.4. Azərbaycan torpaqlarının ekoloji problemləri 
 
Uzun illər ölkədə aqrar sənaye komleksinin ekstensiv 
inkşafı,  əkinçilik mədəniyyətinin aşağı  səviyyədə olması  və il 
ərzində bir neçə öhdəlikləri özünə yük edən dövlət planları 
torpaqlarımızda şoranlaşma, eroziya, kimyəvi çirklənmə, əkin-
altı qatın kipləşməsi kimi mənfi proseslərin təsiri altında böyük 
ərazilərdə torpaq deqradasiyasına (torpağın bioloji və iqtisadi 
məhsuldarlığının itməsi) səbəb olmuşdur. 
Eroziya proseslərinin  əsas səbəbləri yamaclarda maili 
ərazilərdə eroziya təhlükəsini və torpaq-relyef xüsusiyyətlərini 
nəzərə almadan torpaq istifadəçiliyinin düzgün təşkil edilmə-
məsi ilə, yay otlaqlarında və  kənd  ətrafı otlaq sahələrdə isə 
mal-qaranın nizamsız otarılması ilə  əlaqədardır. Dağlıq və 
dağətəyi rayonlarında tətbiq olunan aqrotexniki qaydalar aran 
zonası üçün nəzərdə tutulan qaydalardan heç cür fərqlənmirdi. 
Eyni zamanda dağ yamaclarında meşələrin sistemsiz qırılması 
və  ərazidə  nəzərdə tutulan meşə-meliorativ tədbirlərin həyata 
keçirilməməsi vəziyyəti daha da gərginləşdirmişdi. Dövlət 
Statistika Komitəsinin 1980-ci ildən etibarən bu günə  qədər 
təqdim olunan illik hesabatları bunu təsdiq edir. 


 
35
Azərbaycanda torpaqların  şorlaşması prosesi kənd təsər-
rüfatına böyük ziyan vuran ən təhlükəli prosesdir. Hal-hazırda 
kənd təsərrüfatına yararlı torpaq sahələrinin 1.62 mln. ha-ı şor-
laşmaya məruz qalmışdır və bunun da 627 min ha suvarılan 
ərazilərin payına düşür. Torpağın  şorlaşması suvarmanın düz-
gün normallaşdırılmaması, sistemsiz təşkili,  ərazidə torpaq-
meliorativ xüsusiyyətləri nəzərə alınmadan su hövzələrinin və 
su anbarlarının inşası  nəticəsində qrunt sularının səviyyəsinin 
qalxması səbəbindən baş verir. Digər tərəfdən suvarma kanal-
larında və kollektor-drenaj sistemlərində olan nasazlıqlar 
şorlaşmanın  əsas səbəblərindən sayıla bilər. Son 30-40 il 
Azərbaycanda suvarma şəbəkəsində mövcud olan bərbad və-
ziyyət, o cümlədən bərpa işlərinin aparılmaması və bu sahədə 
hökm sürən nəzarətsizlik torpaqlarımızın təkrar  şorlaşmasına 
səbəb olmaqla yanaşı ölkədə  ərzaq təhlükəsizliyi proqramının 
yerinə yetirilməsinə böyük mane yaradaraq iqtisadiyyatımıza 
milyon manatlarla ziyan vurmuşdur. Əgər belə bir faktı nəzərə 
alsaq ki, 1 ha şorlaşmış torpaq sahəsini özünün əvvəlki münbit 
vəziyyətinə qaytarmaq üçün 1 milyon dollar vəsait tələb 
olunur, onda  ölkəmizdə  şoran torpaqların meliorasiyası üçün 
milyard manatlarla vəsaitin tələb olunduğunu görərik. 
Buna baxmayaraq bu gün də  vəziyyət gərgin olmaqla 
davam edir. Ölkədə mövcud olan təsərrüfatlararası və təsərrü-
fatlardaxili kanalların yalnız 4.1%-i örtüklənmişdir, yəni 
mövcud kanalların 95%-dən çoxu səth örtüyü olmadığından bu 
kanallarda hər il 2.5-3.5 mlrd. m
P

P
su itkisi baş verir. Əgər bu 
itkini 50% azaltmaq olarsa bu da suvarılan sahələrin həcmini 
150-200 min ha artırmağa yetərli olan bir faktdır. 
Uzun illər ölkəmizin təsərrüfatlarında (keçmiş kolxoz və 
sovxozlarda) kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə  və 
xəstəliklərinə qarşı mübarizə üçün milyon tonlarla kimyəvi 
preparatlardan və gübrələrdən (pestisidlər və herbisidlər və s.) 
istifadə olunmuşdur. 


 
36
Bu illərdə  həmin məqsədlə  tətbiq olunan kimyəvi 
maddələrin miqdarı  tələb olunan normadan 10-15 dəfə, bəzən 
isə daha çox olmuşdur. Bu səbəbdən ölkə ərazisinin 13-15%-i 
bu maddələrlə çirkləndirilmişdir. Hələ indi də respublikanın 
pambıqçılıq və üzümçülük rayonlarında 1 ha torpaq sahəsində 
mövcud olan qalıq toksiki maddələrin miqdarı 30-180 kg 
arasında dəyişməklə beynəlxalq normativlərlə icazə verilən 
həddən 50-60 dəfə yüksəkdir. 
Son 30-40 il ərzində dağ-mədən işlərinin tullantıları, neft 
məhsulları tikinti-inşaat tullantıları vasitəsilə ölkədə 30 min ha-
dan çox torpaq sahəsi çirklənmişdir. Bu torpaqların inventari-
zasiyası 1986-cı ildə çox səthi aparılmasına baxmayaraq nə 
Ekologiya və  Təbii Sərvətlər Nazirliyi, nə  də Respublika 
Nazirlər Kabineti tərəfindən hələ  də ölkədə müxtəlif səbəb-
lərdən çirklənmiş torpaqların dəqiq inventarizasiyası və onların 
rekultivasiyası istiqamətində aparılan işlər ləng gedir. 
Azərbaycan üçün xarakterik olan və çox qorxulu proses-
lərdən biri də səhralaşma prosesidir. Bu gün bu proses Azər-
baycanda çox intensiv və özünə  məxsus xüsusiyyətlərlə baş 
verir. Bunun əsas səbəblərindən birisi ölkə  ərazisinin 60%-ə 
qədərini arid iqlim şəraitinə  mənsub olmasıdır.  Ərazimizin 
40%-də quraqlıq  əmsalı  səhralarla analoji xarakter daşıyır. 
Quraqlığın il boyu üstünlük təşkil etməsi əhalimizin təxminən 
4.5 mln. nəfəri yaşayan arid zonada torpaqların deqradasi-
yasına və nəhayət səhralaşmaya səbəb olur.  
 Arid 
ərazinin yüksək dağ silsilələri ilə  sərhədlənməsi 
yarımsəhra, quraqlıq-çöl və kserofit-kol formalarının yaran-
masına şərait yaradır. Digər tərəfdən insanın intensiv təsərrüfat 
fəaliyyəti, landşafta düşən “yükün ağırlığı” arid və semiarid 
zonalarda təbii komplekslərinin təbii strukturunun pozulmasına 
səbəb olaraq antropogen landşaftın formalaşmasını sürətləndir-
mişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə