Microsoft Word Kitabca Son doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55179
1   2   3   4   5   6   7   8

 

Azərbaycan Respublikasının Təhsil Problemləri 

İnstitutunda  təhsilin  konseptual  problemləri 

şöbəsinin  müdiri  işləyən  prof.  Ə.  Ağayevin 

pedaqoji, elmi və ədəbi yaradıcılıq fəaliyyətinin 

bəhrələri  öz  zənginliyi  və  gərəkliliyi  ilə  milli  – 

mədəni sərvət kimi dəyərləndirilir. 

Ə.Ağayev  son  47  il  ərzində  Azərbaycanda 

təhsilin  inkişafı  üçün  ən  səmərəli  fəaliyyət 

göstərən  yaradıcı  şəxslərdən  biridir.  O,  təhsil 

islahatı  və  təhsil  haqqında  Qanunu  hazırlayan 

işçi qrupun üzvü olmuşdur.  

Həmkarları  haqlı  olaraq  yazırlar  ki,  Ə. 

Ağayevi digərlərindən fərqləndirən cəhət onun 

geniş  erudisiyaya,  natiqlik  məharətinə,  fikri 

yazılı və şifahi sərrast ifadə edə bilmək qabiliy‐

yətinə  malik  olmasıdır.  O,  elmi  –  pedaqoji, 

ədəbi – bədii, publisistik – jurnalistik istiqamətli 

zəngin  irsə  malik  olmasıdır.  Əsərləri  ingilis, 

rus, ukrayn, belarus, başqırd dillərində, Türkiyə 

türkcəsində  müxtəlif  ölkələrin  nəşr  orqanların‐

da  çap  olunmuşdur. 40‐dan  artıq  monoqrafiya, 

kitab, kitabça, proqram və tədris vəsaitinin 600‐

dən  artıq  qəzet  –  jurnal  məqaləsinin,  onlarla 

seir  və  hekayənin,  100‐dən  artıq  mahnı  mətni‐

nin  müəllifidir.  Bədii  filmlərə  elmi  məsləhətçi 

olmuş,  qırx  ilə  yaxındır  ki,  Azərbaycan  Dövlət 

Televiziyasında  biri  –  birindən  maraqlı  veriliş‐

lərin müəllifi və aparıcısıdır. 

 

10 

Ə. Ağayev Azərbaycanda məktəb və peda‐

qoji  fikir  tarixi,  təlim  və  tərbiyə  nəzəriyyəsi, 

xüsusilə əxlaqi – mənəvi tərbiyə məsələləri üzrə 

sanballı  tədqiqat  əsərləri  ilə  pedaqogika  elmini 

zənginləşdirmişdir. Akademik Hüseyn Əhmədov 

və Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının 

həqiqi üzvi Fərrux Rüstəmov qeyd edirlər ki, Ə. 

Ağayevin  tədqiqatlarının  elmi  nəticələrindən 

fəlsəfə,  hüquq,  pedaqogika,  tarix  və  ədəbiyyat‐

şünaslıq  üzrə  tədqiqatçılar,  proqram  və  dərslik 

tərtibçiləri istifadə etmişlər. 

Ə.  Ağayev  təlim  prosesinin  təkmilləşdiril‐

məsi,  təhsilin  məzmununun  yeniləşdirilməsi, 

təlim  metod  və  texnologiyalarından  istifadə 

edilməsi  kimi  müasir  əhəmiyyətli  problemlərlə 

əlaqədar çıxışlar edir, təhsilin hüquqi bazasının, 

islahat  proqramına  aid  sənədlərin  hazırlanma‐

sında fəallıq göstərir. 

Ə. Ağayev ilk dəfə olaraq 19‐cu əsrin sonu, 

20‐ci  əsrin  əvvəllərində  Azərbaycan  pedaqoji 

fikrinin  başlıca  problemini  və  cərəyanlarını 

müəyyənləşdirib, təhlilini vermişdir. 

O,  eyni  zamanda  “Məktəblilərdə  vətəndaş‐

lıq borcunun tərbiyə edilməsi” (1975), “Vətəndaş 

olmağa borclusan” (1979), “Həyatın astanasında” 

(1983)  kitablarında  və  silsilə  məqalələrində  şa‐

girdlərin  vətəndaşlıq  tərbiyəsi  işinin  metodika‐

sını  işləmiş,  tərbiyənin  bir  sıra  yeni  prinsiplə‐



 

11 

rini  (xüsusilə,  sahiblik  prinsipini)  müəyyənləş‐

dirmişdir. 

O, digər tədqiqatçılardan fərqli olaraq təkcə 

şəxsiyyətlər  üzrə  deyil,  pedaqoji  fikrin  prob‐

lemlər  üzrə  öyrənilməsi  ideyasını  irəli  sürmüş, 

70‐ci  illərdən  başlayaraq  şəxsiyyət  probleminin 

tədqiqinə  nail  olmuşdur.  “Azərbaycan  maarif‐

pərvərləri şəxsiyyət və onun formalaşması haq‐

qında”  (1974),  “Azərbaycan  maarifpərvərləri 

şəxsiyyət  haqqında”  (1978)  kitabları  və  silsilə 

məqalələri  nəhayət  “Azərbaycan  ictimai  –  pe‐

daqoji  fikrində  şəxsiyyətin  formalaşması  prob‐

lemi”  mövzusunda  doktorluq  dissertasiyası  ilə 

tamamlamışdır.  O,  bu  əsərdə  milli  təlim‐tərbi‐

yənin  elmi‐pedaqoji  əsaslarını  müəyyənləşdir‐

mişdir. Bu dissertasiyaya və çoxsaylı əsərlərinə, 

yetişdirdiyi  elmi  kadrlara,  səmərəli  pedaqoji 

fəaliyyətinə  və  tədris  –  metodik  vəsaitlərinə 

görə  ölkə  prezidentinin  sərəncamı  ilə  fərdi 

təqaüdə layiq görülmüşdür. 

Xalqımızın  ümumi  tarixinin  tərkib  hissəsi 

olan  məktəb  tarixinin  tədqiqi  sahəsində  də  Ə. 

Ağayev elmi səy və fədakarlıq göstərmişdir. O, 

“150  yaşlı  Şuşa  məktəbi”  (1982),  “Ötən  əsrdə 

doğulmuşlardan biri” (1993) kitablarında, “Bakı 

qəza məktəbi” (1983), “Salyan normal məktəbi” 

(1968),  “Amanatlar  məktəbi”  (1989)  məqalələ‐

rində Azərbaycanda çarizmin təhsil siyasətin iç 

 

12 

üzünü  açmaqla,  tədris  işlərinin  elmi  mənzərə‐

sini şərh etmişdir. 

Ə. Ağayevin elmi xidmətlərindən biri Azər‐

baycan  pedaqoji  fikrinin  inkişaf  tarixinin  siste‐

mini  müəyyənləşdirməsi  və  bu  əsasda  iri 

həcmli “Antologiya pedaqoqiçeskoy mısli Azer‐

baydjana”  (“Azərbaycan  pedaqoji  fikri  antolo‐

giyası”)  fundamental  kitabının  həmkarları  ilə 

birlikdə  Moskvada  (1989)  elmi  nəşrinə  nail  ol‐

masıdır. 

Ə.  Ağayev  pedaqogikanın  nəzəri  –  meto‐

doloji  məsələlərinin  də  tədqiqi  ilə  məşğul  ol‐

muş, xüsusilə, pedaqogikanın anlayış və termi‐

nologiya  sisteminin,  təlim  –  tərbiyə  metodları‐

nın  təkmilləşdirilməsi  ilə  bağlı  orjinal  fikirlər 

söyləmiş, “Pedaqogika terminlərini dəqiqləşdir‐

mək  vacibdir”  (1980),  “Tərbiyənin  metodları” 



(1980), “Tərbiyənin prinsipləri və onların təlim‐

tərbiyə  prosesində  reallaşdırılması”  (1980), 

“Müasir dərs necə olmalıdır” (1988) və bu kimi 

yüksək elmi‐nəzəri əhəmiyyət daşıyan məqalə‐

lər yazmışdır. 

Ə. Ağayev tədqiqat nəticələrindən ali peda‐

qoji  məktəblər  üçün  digər  üç  həmkarı  ilə  yaz‐

dığı  “Pedaqogika”  kitabında  istifadə  etmiş,  be‐

ləliklə, milli pedaqoji fikri əks etdirən ilk orjinal 

dərs  vəsaiti  meydana  çıxmışdır.  Onun  prof.  A. 

Həsənovla birgə hazırladığı “Pedaqogika” (2007) 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə