9
Azərbaycan Respublikasının Təhsil Problemləri
İnstitutunda təhsilin konseptual problemləri
şöbəsinin müdiri işləyən prof. Ə. Ağayevin
pedaqoji, elmi və ədəbi yaradıcılıq fəaliyyətinin
bəhrələri öz zənginliyi və gərəkliliyi ilə milli –
mədəni sərvət kimi dəyərləndirilir.
Ə.Ağayev son 47 il ərzində Azərbaycanda
təhsilin inkişafı üçün ən səmərəli fəaliyyət
göstərən yaradıcı şəxslərdən biridir. O, təhsil
islahatı və təhsil haqqında Qanunu hazırlayan
işçi qrupun üzvü olmuşdur.
Həmkarları haqlı olaraq yazırlar ki, Ə.
Ağayevi digərlərindən fərqləndirən cəhət onun
geniş erudisiyaya, natiqlik məharətinə, fikri
yazılı və şifahi sərrast ifadə edə bilmək qabiliy‐
yətinə malik olmasıdır. O, elmi – pedaqoji,
ədəbi – bədii, publisistik – jurnalistik istiqamətli
zəngin irsə malik olmasıdır. Əsərləri ingilis,
rus, ukrayn, belarus, başqırd dillərində, Türkiyə
türkcəsində müxtəlif ölkələrin nəşr orqanların‐
da çap olunmuşdur. 40‐dan artıq monoqrafiya,
kitab, kitabça, proqram və tədris vəsaitinin 600‐
dən artıq qəzet – jurnal məqaləsinin, onlarla
seir və hekayənin, 100‐dən artıq mahnı mətni‐
nin müəllifidir. Bədii filmlərə elmi məsləhətçi
olmuş, qırx ilə yaxındır ki, Azərbaycan Dövlət
Televiziyasında biri – birindən maraqlı veriliş‐
lərin müəllifi və aparıcısıdır.
10
Ə. Ağayev Azərbaycanda məktəb və peda‐
qoji fikir tarixi, təlim və tərbiyə nəzəriyyəsi,
xüsusilə əxlaqi – mənəvi tərbiyə məsələləri üzrə
sanballı tədqiqat əsərləri ilə pedaqogika elmini
zənginləşdirmişdir. Akademik Hüseyn Əhmədov
və Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının
həqiqi üzvi Fərrux Rüstəmov qeyd edirlər ki, Ə.
Ağayevin tədqiqatlarının elmi nəticələrindən
fəlsəfə, hüquq, pedaqogika, tarix və ədəbiyyat‐
şünaslıq üzrə tədqiqatçılar, proqram və dərslik
tərtibçiləri istifadə etmişlər.
Ə. Ağayev təlim prosesinin təkmilləşdiril‐
məsi, təhsilin məzmununun yeniləşdirilməsi,
təlim metod və texnologiyalarından istifadə
edilməsi kimi müasir əhəmiyyətli problemlərlə
əlaqədar çıxışlar edir, təhsilin hüquqi bazasının,
islahat proqramına aid sənədlərin hazırlanma‐
sında fəallıq göstərir.
Ə. Ağayev ilk dəfə olaraq 19‐cu əsrin sonu,
20‐ci əsrin əvvəllərində Azərbaycan pedaqoji
fikrinin başlıca problemini və cərəyanlarını
müəyyənləşdirib, təhlilini vermişdir.
O, eyni zamanda “Məktəblilərdə vətəndaş‐
lıq borcunun tərbiyə edilməsi” (1975), “Vətəndaş
olmağa borclusan” (1979), “Həyatın astanasında”
(1983) kitablarında və silsilə məqalələrində şa‐
girdlərin vətəndaşlıq tərbiyəsi işinin metodika‐
sını işləmiş, tərbiyənin bir sıra yeni prinsiplə‐
11
rini (xüsusilə, sahiblik prinsipini) müəyyənləş‐
dirmişdir.
O, digər tədqiqatçılardan fərqli olaraq təkcə
şəxsiyyətlər üzrə deyil, pedaqoji fikrin prob‐
lemlər üzrə öyrənilməsi ideyasını irəli sürmüş,
70‐ci illərdən başlayaraq şəxsiyyət probleminin
tədqiqinə nail olmuşdur. “Azərbaycan maarif‐
pərvərləri şəxsiyyət və onun formalaşması haq‐
qında” (1974), “Azərbaycan maarifpərvərləri
şəxsiyyət haqqında” (1978) kitabları və silsilə
məqalələri nəhayət “Azərbaycan ictimai – pe‐
daqoji fikrində şəxsiyyətin formalaşması prob‐
lemi” mövzusunda doktorluq dissertasiyası ilə
tamamlamışdır. O, bu əsərdə milli təlim‐tərbi‐
yənin elmi‐pedaqoji əsaslarını müəyyənləşdir‐
mişdir. Bu dissertasiyaya və çoxsaylı əsərlərinə,
yetişdirdiyi elmi kadrlara, səmərəli pedaqoji
fəaliyyətinə və tədris – metodik vəsaitlərinə
görə ölkə prezidentinin sərəncamı ilə fərdi
təqaüdə layiq görülmüşdür.
Xalqımızın ümumi tarixinin tərkib hissəsi
olan məktəb tarixinin tədqiqi sahəsində də Ə.
Ağayev elmi səy və fədakarlıq göstərmişdir. O,
“150 yaşlı Şuşa məktəbi” (1982), “Ötən əsrdə
doğulmuşlardan biri” (1993) kitablarında, “Bakı
qəza məktəbi” (1983), “Salyan normal məktəbi”
(1968), “Amanatlar məktəbi” (1989) məqalələ‐
rində Azərbaycanda çarizmin təhsil siyasətin iç
12
üzünü açmaqla, tədris işlərinin elmi mənzərə‐
sini şərh etmişdir.
Ə. Ağayevin elmi xidmətlərindən biri Azər‐
baycan pedaqoji fikrinin inkişaf tarixinin siste‐
mini müəyyənləşdirməsi və bu əsasda iri
həcmli “Antologiya pedaqoqiçeskoy mısli Azer‐
baydjana” (“Azərbaycan pedaqoji fikri antolo‐
giyası”) fundamental kitabının həmkarları ilə
birlikdə Moskvada (1989) elmi nəşrinə nail ol‐
masıdır.
Ə. Ağayev pedaqogikanın nəzəri – meto‐
doloji məsələlərinin də tədqiqi ilə məşğul ol‐
muş, xüsusilə, pedaqogikanın anlayış və termi‐
nologiya sisteminin, təlim – tərbiyə metodları‐
nın təkmilləşdirilməsi ilə bağlı orjinal fikirlər
söyləmiş, “Pedaqogika terminlərini dəqiqləşdir‐
mək vacibdir” (1980), “Tərbiyənin metodları”
(1980), “Tərbiyənin prinsipləri və onların təlim‐
tərbiyə prosesində reallaşdırılması” (1980),
“Müasir dərs necə olmalıdır” (1988) və bu kimi
yüksək elmi‐nəzəri əhəmiyyət daşıyan məqalə‐
lər yazmışdır.
Ə. Ağayev tədqiqat nəticələrindən ali peda‐
qoji məktəblər üçün digər üç həmkarı ilə yaz‐
dığı “Pedaqogika” kitabında istifadə etmiş, be‐
ləliklə, milli pedaqoji fikri əks etdirən ilk orjinal
dərs vəsaiti meydana çıxmışdır. Onun prof. A.
Həsənovla birgə hazırladığı “Pedaqogika” (2007)