Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə14/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   10   11   12   13   14   15   16   17   ...   61

 
35
9.  Управление    библиотечным    делом:  Метод. pазработка  для  
студентов 4-го курса.- СПб, 1995.- 16 с. 
10. Управление  библиотечными технологиями.- Так же.- С. 305-324. 
11.  Фенелонов,  Е.А.  Централизованные  библиотечные    системы:  
проблемы эффективности [Текст]:  метод. материалы/ Е.А.Фенелонов; 
под ред.  Ю.А.Гриханова;  РГБ.- М.,  2001.- 120 с.  
12.  Фрумин,  И.М.  Библиотечное    дело:  орг.  и  управление  [Текст]: 
учебник/ И.М.Фрумин.- М.:  Книга, 1980.- 272 с.  
13. Что такое  библиотечный  коллектив?// Библиотечный коллектив: 
формирование    и  управление:[Текст]  Учеб.  пособие.-  СПб., 1996.- С. 3-
15.- В соавт. с Н.И.Мошкиной. 
 
                                           
ХАЛИЛ ИСМАИЛОВ 
 
СОВРЕМЕННЫЕ ПРОБЛЕМЫ  В ПРАВЛЕНИИ ЦБС 
РЕЗЮМЕ 
 
В  статье  говорится  о  Централизованных  Библиотечных  Системах 
(ЦБС), которые  играют важную роль в усовершенствовании  правления, 
библиотечного    дело.  Освещаются    современные  проблемы  и 
существующие  недостатки в  правлении  ЦБС и  показываются  пути их 
решения.  
 
KHALIL İSMAİLOV  
 
THE PRESENT  PROBLEMS  IN  MANAGEMENT OF CLS 
SUMMARY 
 
In article  deals  with  Centralized  Library Systems which  plays important 
role  in management of library  work. Is lightens the  present   problems  and  
existence  insufficiencies in management  of CLS and is  shows  the ways  of  
solution of  them.    
 
 


 
36
Professor X.İSMAYILOV 
                                                                                                   P.KAZIMİ 
 
KİTABXANA İŞİNİN DEMOKRATİKLİYİ HAQQINDA 
 
Məlumat istehlakçısının potensial sorğusunu düzgün müəyyənləşdirərək onu 
tam ödəyə bilmək texnologiyası özü bir incəsənətdir. Bu sənət böyük tarixi 
təkamül yolu keçmiş və tarixin müxtəlif dövrlərində bəşəri funksiyalarla yanaşı 
lokal preoritetlərə  də malik olmuşdur. Bütün hallarda kitabxana 
mədəniyyətinin bəşəri xüsusiyyətləri həmişə üstünlük təşkil etmiş, kitabxanalar 
ayıran deyil, birləşdirən olmuşdur. Müasir dövrdə çox az müzakirə olunan 
kitabxanaların demokratikliyi probleminə diqqət çəkmək fikrindəyik. 
Kitabxana fondlarının repertuarı, fondun komplektləşdirilməsi, məlumat 
xidmətinin təşkili və kitabxana siyasətinin həyata keçirilməsi prosesində 
demokratikliyin gözlənilməsi müasir mədəni cəmiyyətin vacib tələblərindəndir. 
Qlobal iqtisadi inkişaf və beynəlxalq ictimai inteqrasiya şəraitində bünün 
əhəmiyyəti ildən ilə artmaqdadır. 
İslam dininin hakim olduğu böyük coğrafi  əraziyə daxil olan Azərbaycanın 
kitab, kitabxana mədəniyyəti prof. A.A.Xələfovun tədqiqatlarında geniş  təhlil 
olunur. Məhz bu tədqiqatlardan çıxış edərək kitabxana fəaliyyətinin 
demokratik ənənələrini tarixi faktlarla ifadə etməyə  çalışacağıq. 
XV  əsrdə  mərkəzi dini hakimiyyət tərəfindən dərisi soyularaq edam 
edilməsinə hökm verilmiş görkəmli şair Nəsimi Azərbaycan ərazisində sərbəst 
fəaliyyətdə idi və yalnız  Ərəbistanda hökm icra olundu, hətta hökmün 
icrasından sonra belə Azərbaycan kitabxanalarından Nəsiminin və ya hər hansı 
hürufi  şairlərinin (Bu dövrdə xeyli hürufi şair Azərbaycanda yaşayır və 
fəaliyyət Göstərirdi) kitablarının yığılması, yandırılması  və ya qadağan 
olunmuş kitabların siyahısı haqqında heç bir məlumat verilmir. 
Avropa ölkələrindən fərqli olaraq islam şərqində kitab məhsuluna dini 
müəssisələr tam nəzarət edə bilmirdi. Xüsusilə moğol dövründən başlayaraq 
kitab məhsulunun istehsalında və kitabxana işinin çoxcəhətliliyində bir 
liberallaşma baş verir. XIII əsrdən etibarən  kitabxana fondlarının repertuarı 
zənginləşir, elmin bütün sahələrini  əhatə edən kitabxana fondlarında qadağan 
edilmiş elm sahəsi və ya mövzular olmamışdı. 
Görkəmli alim prof. A.A.Xələfovun  kitabxana tarixi problemləri ilə əlaqədar 
apardığı çoxillik tədqiqatları nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan 
kitabxanalarında son min ildə dil, din və digər xüsusiyyətlərə görə 
məhdudiyyətlər mövcud olmamışdır. Azərbaycanda yüksək oxucu qrupları 
Azərbaycan,  Ərəb və fars dilli ədəbiyyatdan böyük bir tarixi dövrdə istifadə 
etmiş,XIX  əsrin II yarısından başlayaraq bu dillərə rus dili də  əlavə 


 
37
olunmuşdur. Hal-hazırda yüksək oxucu qrupu Azərbaycan, rus və ingilis dilli 
ədəbiyyatdan geniş istifadə etməkdədir. 
Azərbaycanın  şimal hissəsinin XIX əsrin  əvvəllərində Rusiya imperiyası 
tərəfindən işğalı Azərbaycanın ictimai həyatının bir çox sahələri kimi 
kitabxana mədəniyyətinə  də öz təsirini göstərdi. Zəngin  əlyazma kitabları 
müsadirə olunaraq mərkəzi  şəhərlərə aparılır, yeni  çap kitablarına güclü 
senzura nəzarəti qoyulurdu. Bütün bunlara baxmayaraq əlyazma kitabı 
ənənələri XIX əsrin sonlarına qədər qorunub saxlanıldı və bu proses hər hansı 
senzuradan kənarda baş verir, kitabxana fəaliyyəti dövlət nəzarəti və 
idarəetməsindən kənarda qala bilirdi. 
Yalnız  Sovet hakimiyyəti illərində Azərbaycanda kitab məhsulu və 
kitabxana xidməti dövlət nəzarətinə tam keçirildi və ideoloji işin tərkib 
hissəsinə çevrildi. 
Azərbaycanın ilk elmi kitabxanası sayılan və Nəsirəddin Tusi tərəfindən təsis 
olunmuş (1259) Marağa Rəsədxanasının kitabxanasında toplanmış ədəbiyyatın 
repertuarı  və Çin, Hindistan,Mavərənnəhrdən dəvət olunmuş mütəxəssislərin 
müxtəlifliyi göstərir ki, elmi kitabların böyük bir mərkəzinin yaradılması, elmi 
axtarışlar üçün bir ideya ətrafında toplanan mütəxəssislərin qarşısına xüsusi 
şərtlər, məhdudiyyətlər qoyulmamış  və Azərbaycan bu «komplekslərdən» 
kənarda olmuşdur. Bu fikri dərinləşdirmək üçün bir tarixi faktı da diqqətə cəlb 
edək. 1510-cu ildə  Şah  İsmayıl Xətainin fərmanı ilə ilk dəfə dövlət 
kitabxanasına rəhbər təyin edilir və bu ənənə halını alır, geniş  məzmunlu 
fərmanın təhlili bir daha sübut edir ki, hətta feodal dövlət quruluşu şəraitində 
hökmdarlar kitabxana rəhbərliyi qarşısında qadağanedici, məhdudlaşdrıcı heç 
bir xüsusi şərtlər qoymurdu. 
Azərbaycan kitabxanaları tarixində ümümi istifadə üçün bağlı kitabxana 
fondlarına malik kitabxanaların olması haqqında mənbələrdə heç bir məlumat 
mövcud deyil. Ələmut qalasında Həsən Səbbahun davamçılarıtərəfindən XIII 
əsrin I yarısında  Vatikan kitabxanasını xatırladan bir kitabxana yaradılmış və 
onun zəngin kitab fondunun, təriqət tərəfdarları  tərəfindən  islam dünyasının 
mərkəzlərindən, müxtəlif ucqarlardan kitab məhsullarını  Ələmuta toplayaraq 
orada böyük bir kitab fondu formalaşdırmışlar. Lakin 1257-ci ildə Hülakü xan 
Əlamut qalasını  işğal etmiş  və  ənənəvi tarix kitablarında bərbər, dağıdıcı  və 
işğalçı kimi təqdim olunan Moğol xanı  təriqətçiləri dağıtmış, kitabxananı 
Nəsirədin Tusiyə  həvalə etmişdir ki, bu da Marağa rəsədxanasının elmi 
kitabaxanasının  əsasını  təşkil etdi. Əlavə edək ki, bu rəsədxana və onun 
nəzdindəki kitabxana gələcəkdə Uluqbəyin rəsədxana və kitabxanasının əsasını 
təşkil edir. 
XIII əsrdən başlayaraq mənbələrin bizə verdiyi zəngin materiallar əsas verir 
ki, Azərbaycan kitabxanalarında dini tolerantlıq probleminin artıq həll 
olduğunu iddia edək. Orta əsr kitabxanalarının fondlarında  Əhdi-ətiq,  Əhdi- 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə