Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə2/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   2   3   4   5   6   7   8   9   ...   61

 
5
S.P.İSMAYILOVA 
Müstəqillik illərində  folklorşünaslıq 
biblioqrafik  mənbələrdə.......................132 
 
KİTABŞÜNASLIQ 
Ş.TAHİRQIZI 
Monoqrafiyalar elmi ədəbiyyatın növü 
kimi.......................................................141 
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 
N.İ.İSMAYILOV 
M.HACIYEVA 
Milli kitabxana: Beynəlxalq əməkdaşlığın 
yeni mərhələsində.................................154 
 


 
6
RƏSMİ SƏNƏDLƏR 
 
 
“AZƏRBAYCAN KİTABXANALARININ FƏALİYYƏTİNİN 
YAXŞILAŞDIRILMASI HAQQINDA” 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 
 
Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. Xalqımızın 
yaratdığı qiymətli tarixi-mədəni,  ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb 
saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə 
çatdırılmasında və 
cəmiyyətimizin intellektual-mənəvi potensialının 
artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır. 
Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə 
seçilmiş  və  zəngin kitabxanaları ilə tanınmışdır. Azərbaycanın müxtəlif 
kitabxanalarında saxlanılan və xalqımızın  ədəbi-estetik, elmi-mədəni fikir 
dünyasını  əks etdirən çox sayda əlyazma XIX əsrin  əvvəllərindən regionda 
cərəyan edən hadisələr nəticəsində ölkə xaricinə aparılmış və bu gün də dünya 
kitabxanalarında Şərq fondlarının əsasını təşkil edərək mühafizə olunur. 
XIX  əsrdə Azərbaycanda maarifçilik hərəkatının güclənməsi, neft 
sənayesinin görünməmiş yüksəlişi və ictimai-siyasi həyatda baş verən 
dəyişikliklər ölkəmizin elm-mədəniyyət mərkəzi kimi tanınan  şəhərlərindəki 
kitabxanalar  şəbəkəsinin yaradılması  və genişləndirilməsinə  gətirib 
çıxarmışdır. XX əsrdə milli kitabxana mədəniyyəti tarixinin yaddaqalan 
hadisələri baş vermiş  və respublikanın  ən böyük kitab xəzinələri yaradılmış, 
bütün bölgələri  əhatə edən geniş kitabxanalar şəbəkəsi qurulmuş  və 
mərkəzləşdirilmiş, kitabxanaların maddi-texniki bazası möhkəmləndirilmiş  və 
Kitab palatası  təşkil edilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsi nəticəsində erməni silahlı  dəstələri işğala məruz qoyduqları 
ərazilərimizdə vandalizm aktı törətmiş, illərlə fondlarında 4 milyondan artıq 
kitabın mühafizə olunduğu 1000-ə yaxın kitabxananı  və kitabxana filiallarını 
birləşdirən mərkəzləşdirilmiş kitabxana sistemlərini bütünlüklə dağıtmışlar. 
Bu gün geniş kitabxana-informasiya şəbəkəsinə malik Azərbaycanda 12 
mindən çox müxtəlif tipli kitabxana mövcuddur. 1996-cı ildə Azərbaycan 
hökuməti "Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu 
yaxşılaşdırmaq tədbirləri haqqında" qərar qəbul etmişdir. 1999-cu ildə 
"Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə 
minmişdir. 
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası 
ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar və 
"2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı  nəzərdə 
tutulan  əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr 


 
7
tarixli sərəncamlarına  əsasən, son üç il ərzində ümumi sayı doqquz milyona 
yaxın ədəbiyyat nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdir.Yeni 
nəşrlər kitabxana fondlarını  və onlardan istifadə imkanlarını xeyli 
genişləndirməklə yanaşı, həmin kitabların yerləşdirilməsi baxımından 
çətinliklər yaratmışdır. Müasir Azərbaycan cəmiyyətinin informasiya 
təminatının həyata keçirilməsində ölkə kitabxanalarının tutduğu mühüm yer 
mədəniyyətin bu sahəsində informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq, 
müasir texnologiyaların tətbiqini zəruri edir. Kitabxanaların fəaliyyətinin 
yaxşılaşdırılmasının ölkəmizin ictimai-mənəvi həyatının daha da canlanmasına 
təsiri baxımından böyük əhəmiyyətini və Azərbaycanın informasiya 
cəmiyyətinə doğru  əhatəli inkişaf perspektivlərini nəzərə alaraq, elmi-mədəni 
sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi və eləcə  də 
Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olmasının 
təmin edilməsi məqsədi ilə qərara alıram: 
 
       1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 
Azərbaycan Respublikasının Rabitə  və  İnformasiya Texnologiyaları Nazirliyi 
ilə birlikdə:  
      1.1. Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir 
informasiya texnologiyaları ilə  təmin edilməsi və maddi-texniki bazasının 
möhkəmləndirilməsi ilə bağlı  tədbirlər planı hazırlayıb iki ay müddətində 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
       1.2. Yerli icra hakimiyyəti orqanlarının təkliflərini nəzərə alaraq, 
Azərbaycanın regionlarında fəaliyyət göstərən kitabxanaların təmirinə, maddi-
texniki bazasının möhkəmləndirilməsinə  və müasir informasiya daşıyıcılarına 
ehtiyacının ödənilməsinə dair xüsusi tədbirlər planını hazırlayıb iki ay 
müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;  
       1.3. Ölkənin iri kitabxanalarının elektron kataloqu və elektron 
kitabxanasının müasir standartlar səviyyəsinə qaldırılması  və onun bazasında 
"Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın oxucuların tam istifadəsinə 
verilməsini təmin etsin. 
       2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müvafiq 
qurumlarla birlikdə "Azərbaycan Respublikasında kitabxana-informasiya 
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nı hazırlayıb üç 
ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim   etsin.  
 
       
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi məktəb 
kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsinə  və müasir 
informasiya texnologiyaları ilə  təchizatına dair tədbirlər planını hazırlayıb iki 
ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə