Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə3/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   2   3   4   5   6   7   8   9   ...   61

 
8
      4. Azərbaycan Milli Elmlər Akademiyası "Akademiya şəhərciyi"nin 
ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanası 
üçün yeni binanın tikilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan 
Respublikasının Prezidentinə təqdim etsin.  
     5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli 
gələn məsələləri həll etsin. 
 
     6.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.   
 
İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 20 aprel 2007-ci il 


 
9
“AZƏRBAYCAN RESPUBLİKASINDA 2009-2015-Cİ İLLƏRDƏ 
ELMİN İNKİŞAFI ÜZRƏ MİLLİ STRATEGİYA”NIN VƏ 
“AZƏRBAYCAN RESPUBLİKASINDA 2009-2015-Cİ İLLƏRDƏ 
ELMİN İNKİŞAFI ÜZRƏ MİLLİ STRATEGİYANIN HƏYATA 
KEÇİRİLMƏSİ İLƏ BAĞLI DÖVLƏT PROQRAMI”NIN TƏSDİQ 
EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI 
PREZİDENTİNİN SƏRƏNCAMI 
 
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan elmində islahatların 
aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında ” 2008-ci il 
10 aprel tarixli 2756 nömrəli Sərəncamının 2-ci bəndinin icrasını təmin etmək 
məqsədi ilə qərara alıram: 
1.
 
“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin 
inkişafı üzrə Milli Strategiya” təsdiq edilsin. 
2.
 
“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin 
inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət 
Proqramı” təsdiq edilsin. 
3.
 
Bu Sərəncamın 1-ci və 2-ci bəndlərində qeyd edilən Milli 
Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi üzrə 
əlaqələndirici orqan Azərbaycan Milli Elmlər Akademiyası müəyyən 
edilsin. 
4.
 
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan 
irəli gələn məsələləri həll etsin.  
5.
 
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.  
 
 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 4 may 2009-cu il. 
 
 
 
 


 
10
KİTABXANAŞÜNASLIQ 
 
 
Abuzər XƏLƏFOV 
Əməkdar elm xadimi, BMT 
yanında Beynəlxalq  İnformasi-
yalaşdırma Akademiyasının 
akademiki, tarix elmləri dokto-
ru, professor.  
 
  
MÜSTƏQİLLİK İLLƏRİNDƏ ALİ KİTABXANAÇILIQ  
TƏHSİLİNİN İNKİŞAFI 
 
Müstəqilliyin ilk illərində ölkənin iqtisadi, siyasi, mədəni və  mənəvi 
həyatında baş verən və getdikcə  dərinləşən böhran və ziddiyyətlər təhsil 
sistemini böyük çətinliklər qarşısında qoymuşdu. Müsavat və Xalq Cəbhəsi 
cütlüyünün uğursuz siyasəti nəticəsində yaranmış iqtisadi çətinliklər, xaos, hərc 
- mərclik, hökumətin həyata keçirdiyi düşünülməmiş tədbirlər ali məktəblərin, 
o cümlədən Bakı Dövlət Universitetinin həyatında da güclü tənəzzülə  səbəb 
olmuşdu. 
Maddi vəziyyət ağır olduğundan onlarla ali məktəb müəllimləri təhsil 
sistemini tərk etmişdi. Yalnız 1993-cü ilin yayında Heydər  Əliyevin xalqın 
təkidi ilə ölkə rəhbərliyinə gəlməsi Azərbaycan təhsilini böhrandan xilas etdi. 
Ulu öndər təhsil sisteminə müstəqil Azərbaycan quruculuğunun ayrılmaz tərkib 
hissəsi kimi baxırdı. Məhz buna görədir ki, dövlətin təhsil sahəsində  həyata 
keçirdiyi tədbirlər, təhsil sistemində yeni islahatların aparılması, dünyanın 
qabaqcıl ölkələrinin təhsil sahəsindəki təcrübələrindən istifadə edilməsi ali 
məktəblərin maddi - texniki bazasının möhkəmləndirilməsi, professor-müəllim 
heyətinin və  tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması, ali məktəblərdə 
demokratiyanın gücləndirilməsi, yeni azərbaycançılıq ideyalarına, yeni dünya 
baxışına, təfəkkür tərzinə söykənən dərsliklərin və dərs vəsaitlərinin yazılması 
və s. tədbirlər müstəqil Azərbaycan təhsil sisteminin yaradılması  və daha da 
inkişafı üçün əlverişli şərait yaratdı. 
Heydər  Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 illik fəaliyyəti dövründə 
“xalqın milli sərvəti” hesab etdiyi Bakı Dövlət Universitetinə böyük diqqət və 
qayğı göstərmişdi. Müstəqilliyin ilk illərində Heydər  Əliyev universitetin 
inkişafını  təmin etmək, yeni şəraitdə  fəaliyyətini canlandırmaq, tədris və 
təhsilin keyfiyyətini yüksəltmək, maddi-texniki bazasını möhkəmləndirmək, 
təhsil islahatının həyata keçirilməsi işini sürətləndirmək,  əməkdaşların sosial 


 
11
problemlərini yaxşılaşdırmaq, universitet təhsilinin nüfuzunu artırmaq məqsədi 
ilə ciddi tədbirlər həyata keçirməyə başladı.  
Heydər  Əliyevin sərəncamları ilə universitetin 75, 80 illik yubileyləri 
keçirildi. 
Heydər  Əliyevin sərəncamları  və tövsiyələri  əsasında BDU-nun rəhbərliyi 
yeni  şəraitə uyğun olaraq təhsilin və  tədrisin keyfiyyətini yüksəltmək 
məqsədilə konsepsiya işləyib hazırladı. Keçən illər boyu bu konsepsiyanın 
yerinə yetirilməsi uğurla davam etdirilmişdir. İndi böyük iftixar hissi ilə demək 
olar ki, Bakı Dövlət Universiteti müstəqillik illərində böyük inkişaf yolu 
keçmiş, dünyanın qabaqcıl universitetlərindən biri kimi şöhrət qazanmışdır. 
Müstəqilliyin ilk illərində Bakı Dövlət Universitetinin Kitabxanaçılıq 
fakültəsi də böyük çətinliklərlə üzləşdi. Fakültənin qəbul planı yarıbayarı 
azaldı. Tələbələrin yeni dərsliklər, dərs vəsaitləri, proqramlarla təmin edilməsi 
işi olduqca çətinləşmişdi. Məlum olduğu kimi, SSRİ dövründə fakültə  tədris 
planlarını, kitabxanaşünaslıq və biblioqrafiyaya dair bütün fənn proqramlarını 
Moskvadan alırdı. Moskva ilə  əlaqə  kəsildikdən sonra onları  əldə etmək 
olduqca çətinləşdi. Yaxın müddətdə hazırlanması böyük vaxt və  səriştə  tələb 
edən belə  vəsaitləri çap etmək və  tələbələrin istifadəsinə vermək mümkün 
deyildi. Bu da özlüyündə  tədris prosesinin təşkilinə  və onun keyfiyyətinin 
yüksəlməsinə mənfi təsir göstərməyə bilməzdi. 
Universitetdə aparılan yenidənqurma işləri və islahatlar, əldə edilən uğurlar 
fakültənin işinə  də müsbət təsir göstərməyə, qəbul planı ilbəil artırılmağa 
başlandı. Kafedraların kadr potensialı möhkəmləndi. Yüksək ixtisaslı müəllim 
kadrları hazırlamaq üçün şərait yarandı. 
Müstəqillik illərində fakültənin işinin yenidən qurulmasında, fakültə 
kollektivinin universitetdə aparılan təhsil islahatlarına cəlb edilməsində fakültə 
dekanlığının və ixtisas kafedralarının işi təqdirəlayiq olmuşdur. Müstəqilliyin 
ilk illərində fakültə dekanı vəzifəsində Kitabxanaşünaslıq kafedrasının müdiri 
prof. A.Xələfov işləmiş, 1993-1994-cü tədris ilindən isə bu vəzifəni fakültənin 
yetişdirməsi prof. X.İsmayılov tutmuşdur. O, indiyə  qədər bu vəzifədə 
müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir. 
Müstəqilliyin ilk illərində fakültədə 4 kafedra-   Kitabxanaşünaslıq, 
Biblioqrafiyaşünaslıq, Kitabxana fondu və kataloqların təşkili və Kitabşünaslıq 
kafedraları, 3 tədris laboratoriyası - Kitabxana işinin təşkili və idarə olunması, 
Kitabxana fondu və kataloqların təşkili və Biblioqrafik axtarış sistemlərinin 
təşkili laboratoriyaları  fəaliyyət göstərirdi. Fakültədə 40 nəfərə yaxın 
professor-müəllim və köməkçi texniki heyət çalışırdı. 
 Müstəqilliyin ilk illərində keçid dövrünün çətinlikləri ilə əlaqədar fakültəyə 
tələbə  qəbulu azalmağa başladı. 1995-ci ildə universitetin axşam  şöbəsində 
tələbə hazırlığından imtina etməsi ilə  əlaqədar fakültənin axşam  şöbəsi və 
qiyabi rus bölməsi bağlandı. Bütün bunlar tələbə qəbuluna mənfi təsir göstərdi. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə