Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə5/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   2   3   4   5   6   7   8   9   ...   61

 
14
göstərirdi. Xalq təsərrüfatının ayrı-ayrı sahələri üçün kadr hazırlayan ali 
məktəblər institut adlanırdı) beşillik  təhsil sistemi tətbiq edilirdi. 
Azərbaycan Respublikasının Təhsil Qanununa görə bütün universitetlərdə 
çoxpilləli təhsil sistemi tətbiq edildi. İlk dəfə olaraq respublikamızda Avropa 
təhsil sisteminə keçildi. Yeni təhsil sistemi üç pillədən ibarət idi: bakalavr, 
magistr, doktor. 
İkipilləli ali təhsil müəssisələrinin birinci pilləsini bitirənlər mövcud dövlət 
standartlarına müvafiq olaraq ümumi ali təhsili başa vurur, öyrəndiyi ixtisasın 
ümumi məsələlərinə yiyələnir. Fakültə elmi şuralarının qərarı ilə “Bakalavr” 
ixtisas və elmi dərəcəsi alan tələbələrin ali məktəblərdə və elmi müəssisələrdə 
işləmək hüququ yoxdur.  
 “Bakalavr”  təhsil pilləsi buraxılış  işi yazıb dövlət imtahan komissiyası 
qarşısında müdafiə etmək və istiqamət üzrə yekun dövlət imtahanı verməklə 
başa çatır. “Bakalavr” dərəcəsi almış mütəxəssislər qəbul imtahanı verib 
magistraturaya qəbul olurlar. Magistratura əsasən dərin ixtisaslaşmalar 
aparılmaqla fərqlənir. Bu və ya digər elmin ayrı-ayrı sahələri araşdırmalar, 
tədqiqatlar vasitəsilə öyrədilir. Belə araşdırmalarda magistrlərin bilavasitə 
iştirak etməsi, buraxılış dissertasiya işi yazması onların elmi işçi kimi 
formalaşmasına imkan yaradır. Magistraturada həmçinin gələcək 
mütəxəssislərin yüksək dərəcəli elmi işçi, müəllim, aparıcı alim olacağını 
nəzərə alaraq, dünya elmi və  mədəni sərvətlərinə yiyələnə bilmək bacarığı 
aşılamaq üçün xarici dillərdən heç olmasa birini mükəmməl bilməsi tələb 
olunur. Magistraturanı başa vuranlar müdafiə etdikləri elmi işə görə 
ixtisaslaşdırılmış elmi şuranın qərarı ilə “Magistr” ixtisası və elmi dərəcəsi alır. 
Bu dərəcə ona seçdiyi ixtisas üzrə  ən yüksək pillələrdə, ali məktəblərin 
“Bakalavr” pilləsində, elmi tədqiqat müəssisələrində, birpilləli institutlarda, 
kolleclərdə  işləmək hüququ verir. “Magistr” ixtisas və elmi dərəcəsi almış 
şəxslər istehsalatda da yüksək vəzifələrdə işləmək hüququna malikdirlər.  
Kadr potensialı və maddi-texniki bazası imkan verən, müxtəlif ixtisaslar üzrə 
böyük laboratoriyalara, elmi-təcrübi bazalara malik olan bəzi universitetlər və 
akademiyalar üçpilləli təhsil sisteminə keçə bilərlər. Magistr hazırlığına icazə 
verən ali məktəblərə magistraturaya test vasitəsilə  qəbul imtahanları verən 
şəxslər qəbul edilirlər. Magistraturanı qurtaran şəxslər doktoranturaya qəbul 
edilə bilirlər. Üç il müddətində doktoranturada tədqiqatlarını davam etdirən, öz 
elmi işlərinin nəticələrini doktorluq dissertasiyası kimi ixtisaslaşdırılmış elmi 
şuralarda müdafiə edən  şəxslər doktoranturanı bitirmiş hesab edilirlər. 
Doktorlar universitetlərdə, institutlarda, elmi tədqiqat müəssisələrində, təcrübə 
bazalarında və s. işləyə bilərlər. 
Azərbaycan Respublikası Təhsil Qanununun əsas müddəalarını tətbiq etmək 
üçün kitabxanaçılıq fakültəsinin kollektivi mühüm tədbirlər həyata keçirməyə 
başladı. İlk əvvəl qanunu öyrənmək məqsədilə ixtisas kafedralarında və fakültə 


 
15
elmi  şurasında qanunun müzakirəsi keçirildi, tədbirlər planı  tərtib edildi. 
Qərara alındı ki, yeni qanuna müvafiq “Bakalavr” hazırlamaq üçün tədris planı 
hazırlansın.  Əlbəttə, bu iş o qədər də asan deyildi. Çünki 1993-cü ilə  qədər 
fakültə 5 illik tədris planı əsasında işləmişdi. Yeni plan isə 4 illik olmalı idi. 
4 illik tədris planı hazırlamaq üçün o qədər də zəruri olmayan bir sıra fənlər 
çıxarılmalı, bir sıra fənlərin, o cümlədən ixtisaslaşma fənlərinin saatları isə 
azaldılmalı idi. Bu planda istehsalat təcrübələrinin də saatları xeyli azalmışdı. 
Ciddi müzakirələrdən sonra “Bakalavr” ali baza tədris planı  tərtib etmək 
mümkün oldu. Tədris planı fakültə elmi şurasında, universitet elmi şurasında, 
sonra Təhsil Nazirliyində təsdiq edildi. Yeni 4 illik “Bakalavr” ali baza tədris 
planı  təsdiq edilənə  qədər fakültə 1989-cu ildə Moskvada kitabxanaşünaslıq 
təhsili üzrə ümumittifaq elmi metodik şurası  tərəfindən təsdiq edilmiş 5 illik 
tədris planı ilə  işləyirdi. Tədris planı  tərtib etmək sahəsində kitabxanaçılıq 
fakültəsinin böyük təcrübəsi var idi. 1989-cu ildə SSRİ dövründə tərtib edilmiş 
beşillik tədris planı fakültənin dekanı prof. Abuzər Xələfov tərəfindən tərtib 
edilmiş və Moskva şəhərində kitabxanaşünaslıq təhsili üzrə ümumittifaq elmi-
metodik şurasında müzakirə və təsdiq edilmişdi. Şura bu tədris planının yüksək 
elmi və  tədris keyfiyyətlərini, dünya standartlarına cavab verdiyini nəzərə 
alaraq onun SSRİ-nin bütün universitetlərində  tətbiqini tövsiyə etmişdi. Bu 
plan məzmunu etibarılə kitabxanaçı kadrların hazırlanması sahəsində dünya 
standartlarına cavab verən, ən mükəmməl və gələcək perspektivləri nəzərə alan 
bir tədris planı idi. Avropa ölkələrində kitabxanaçı kadrlar hazırlayan tədris 
planlarına uyğun gələn bu planda riyazi və texniki elmlərin tədrisinə geniş yer 
verilmiş, kompüter texnikasının öyrənilməsinə xeyli vaxt ayrılmışdı. Bu da 
fakültəyə imkan verirdi ki, respublikanın şəraitinə və tələbatına uyğun kadrlar 
hazırlasın. 
1993-cü ildə Azərbaycan Respublikasının Təhsil Qanununa müvafiq 
çoxpilləli təhsil prosesinə keçərkən kitabxanaçılıq fakültəsində yeni tədris planı 
hazırlandı. Bu planın  əsasında 1989-cu ildə Moskvada təsdiq edilmiş  tədris 
planı dururdu. Planda müasir şəraitdə Azərbaycanın müstəqilliyi ilə  əlaqədar 
bir sıra ciddi dəyişikliklər edildi. Hər  şeydən  əvvəl Azərbaycan tarixi, 
Azərbaycan dili və  ədəbiyyatı, xarici dil fənlərinin tədrisinə xüsusi diqqət 
yetirildi. Tədris planında olduqca geniş yer tutmuş ictimai fənlərin saatları 
azaldıldı və bir sıra fənlər çıxarıldı. Bundan başqa, ixtisas fənlərinin tədrisində 
də bir sıra yeniliklər baş verdi. 4 illik təhsil müddətinə keçilməsinə baxmayaraq 
ixtisas fənlərinin saatları  nəinki azaldılmadı,  əksinə, yeri gəldikcə 
kitabxanaşünaslıq, biblioqrafiya və kitab tarixi fənləri üzrə artırıldı. Belə ki, 
respublikamızın milli xüsusiyyətləri nəzərə alınaraq “SSRİ-də  və xarici 
ölkələrdə kitabxana işinin tarixi” fənninin tərkib hissəsi kimi tədris edilən 
“Azərbaycanda kitabxana işinin tarixi”, həmçinin “Azərbaycanda kitab tarixi” 
və “Azərbaycan biblioqrafiyasının tarixi” fənlərinin müstəqil fənn kimi tədris 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə