Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə7/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   2   3   4   5   6   7   8   9   10   ...   61

 
18
asan iş deyildi. Bu işin yerinə yetirilməsində bütün kollektivin səyi tələb 
olunurdu. 
Kollektiv 90-cı illərin əvvəllərindən başlayaraq ilk növbədə fakültədə tədris 
edilən bütün dərs proqramlarını yenidən işləməyə başladı. Proqramların 
yenidən işlənməsi, bəzi proqramların isə yenidən tərtib edilməsi olduqca 
məsuliyyətli idi. Bütün proqramlar suverenliyimizin qarşıya qoyduğu tələblərə 
cavab verməli, milli ideologiyamıza uyğun yenidən işlənməli, bəşəri sərvətlərlə 
zənginləşməli idi. Proqramların məzmunundan kommunist ideologiyasının 
çıxarılması, yeni demokratik əsasda işlənilməsi tələb edilirdi. Məlumdur ki, 
kommunist rejimi zamanı SSRİ-də kitabxanaşünaslıq səhv olaraq iki yerə 
ayrılmışdır: sovet kitabxanaşünaslığı  və burjua kitabxanaşünaslığı. Sovet 
kitabxanaşünaslığı dünya kitabxanaşünaslığının  əsas müddəalarını burjua 
ideologiyası adlandıraraq ondan imtina edirdi. Bu da sovet kitabxanaşünaslığı 
deyilən kitabxanaşünaslığın dünya kitabxanaşünaslığından təcrid olunmasına, 
ümumbəşəri sərvətlərdən məhrum edilməsinə gətirib çıxarmışdı. 
Məhz buna görədir ki, yeni cəmiyyət quruculuğu bazar iqtisadiyyatı 
şəraitində kitabxana işinin, kitabxanaşünaslıq elminin demokratik, elmi-nəzəri 
və metodoloji əsaslarının yenidən işlənməsi və kitabxanaşünaslığın gələcəyinin 
müəyyənləşdirilməsi zərurəti meydana çıxırdı. 
Yeni iqtisadi və siyasi sistemin təşəkkül tapdığı bir zamanda başlıca söhbət 
kitabxana işi sahəsində mövcud prinsiplərin yeniləşdirilməsindən və qismən 
dəyişdirilməsindən deyil, onların köklü surətdə təzədən formalaşdırılmasından 
gedirdi. Bu da hər  şeydən  əvvəl keçmiş totalitar rejimdən, sosializm 
quruculuğu illərindən miras qalmış kitabxanaların ideologiyalaşdırılması, 
sinfilik, partiyalılıq kimi anti-elmi və qeyri-humanist prinsiplərin rədd 
edilməsini, onun dünyəvi, humanist prinsiplərlə əvəzlənməsini tələb edirdi. 
Bütün bu nəzəri müddəalar kitabxanaşünaslığa dair tərtib edilmiş yeni 
proqramlarda öz əksini tapdı. Kitabxanaşünaslıq, Kitabxana fondu və 
kataloqların təşkili, Biblioqrafiyaşünaslıq və Kitabşünaslıq kafedraları da yeni 
cəmiyyət quruculuğu və bazar iqtisadiyyatına keçid şəraiti ilə  əlaqədar öz 
proqramlarını yenidən, müstəqilliyimizlə  əlaqədar nəzəri cəhətdən 
təkmilləşdirmişlər. Kitabxanaşünaslıq fənləri üzrə 30-dan artıq proqram, 
Biblioqrafiyaşünaslıq fənləri üzrə 27 proqram, Nəşriyyat işi və redaktəetmə 
ixtisası üzrə 20-dən artıq proqram yenidən işlənib nəşr edilmişdir. Demək olar 
ki, fakültədə tədris edilən bütün fənlər proqramlarla təmin edilmişdir.  
Fakültə kollektivinin 90-cı illər fəaliyyətində  tərtib edilmiş yeni fənn 
proqramlarına uyğun dərsliklərin, dərs vəsaitlərinin, metodik vəsaitlərin yazılıb 
nəşr edilməsi də mühüm yer tutur. Keçid dövrünün hər cür çətinliyinə 
baxmayaraq fakültə alimlərinin ciddi səyi nəticəsində Azərbaycanın tarixində 
ilk dəfə olaraq orijinal dərsliklər və dərs vəsaitlərinin yazılıb çap etdirilməsinə 
nail olunmuşdur. 


 
19
Kitabxanaşünaslıq kafedrası üzrə: 
Dərsliklər:  
1.Abuzər Xələfov. Kitabxanaşünaslığa giriş: Dərslik. I hissə.-B., 2001.-400 s. 
2.Abuzər Xələfov. Kitabxanaşünaslığa giriş: Dərslik. II hissə.-B., 2003.-314 
s. 
3.Abuzər Xələfov. Azərbaycanda kitabxana işinin tarixi: Dərslik. I hissə (ən 
qədim dövrlərdən XX əsrə qədər).-B., 2004.- 328 s. 
4.Abuzər Xələfov. Azərbaycanda kitabxana işinin tarixi: Dərslik. II hissə 
(XX əsrin birinci yarısında Azərbaycanda kitabxana işi).-B., 2007.- 552 s. 
5.Abuzər Xələfov. Kitabxanaların kompüterləşməsinin  əsasları: Dərslik.-B., 
2006.-106 s. 
6.Əli Rüstəmov. Kitabxana informatikası.-B., 2002.- 551 s. 
 
Dərs vəsaitləri: 
1.Abuzər Xələfov. Kitabxanaşünaslığa giriş.-B., 1996.- 58 s. 
2.Abuzər Xələfov. Kitabxana işinin tarixi kursuna giriş.-B., 1996.-38 s. 
3.Xəlil İsmayılov. Kitabxana işinin idarə edilməsinin metodikası və təşkilati 
məsələləri.-B., 1995.- 96 s. 
4.Xəlil İsmayılov. Kitabxana menecmentinin əsasları.-B., 2005.-200 s. 
5.Rasim Kazımov. Bazar iqtisadiyyatı və kitabxanalar.- B., 1996, 3 s. 
6.Rasim Kazımov. Kitabxana işinin iqtisadiyyatı: Dərs vəsaiti.-B., 2004.- 88 
s.  
7.Rzayev Sahib. Oxuculara xidmət (Kitabxana xidməti): Dərs vəsaiti.-B.: 
BUN, 2002.-64 s. 
8.Əli Rüstəmov. Respublika soraq-informasiya fondlarının 
avtomatlaşdırılması.-B., 1990.-203 s. 
9.Əli Rüstəmov. İnformatika: Dərs vəsaiti.-B., 2001.-190 s.  
10.
 
 Zğhrab Baxşəliyev. Kitabxanaşünaslığa giriş.-B., 1998.-92 s. 
11.
 
 Murtuz  Zəngibasarlı  və b. Azərbaycan Respublikası Elmi Pedaqoji 
kitabxanası.-B., 1997.-98 s. 
12.
 
 Elçin  Əhmədov. Dünya milli kitabxanaları: Dərs vəsaiti.-B., 2007.- 
140 s. 
13.
 
 Knyaz Aslan. Azərbaycanda təhsil sisteminə kitabxana xidməti: Dərs 
vəsaiti.-B.:BUN, 2005.-300 s. 
14.
 
 Knyaz Aslan. Qədim və orta əsrlər dünya kitabxanaları: Dərs 
vəsaiti.-B.:BUN, 2008.-288 s. 
15.
 
 Knyaz Aslan. Dünya kitabxanalarının tarixi: Dərs vəsaiti.-B.:BUN, 
2008.-296 s. 
16.
 
 Mehmanəli Məmmədov. Oxucu sorğularının ödənilməsində 
kitabxanalararası abonementin rolu. M.F.Axundov adına Azərbaycan Dövlət 
kitabxanası.-B., 1993.-34 s. 


 
20
17.
 
 Mehmanəli Məmmədov. Kitab çeşidi işinin nəzəriyyəsi və 
metodikası: Dərs vəsaiti.-B.:Mütərcim, 2005.- 112 s. 
18.
 
 Məmmədov Mehmanəli. Respublika Elmi-Texniki Kitabxanasında 
KAA-nın təşkili.-Bakı Dövlət Universiteti.-B., 1994.- 42 s. 
Müstəqillik illərində fakültənin kollektivi dərslik və dərs vəsaitləri ilə yanaşı 
olaraq kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslığın aktual 
problemlərinə dair ciddi elmi-tədqiqatlar aparmış  və öz tədqiqatlarının 
nəticələrini monoqrafiya kimi nəşr etdirmişlər. Uzun müddətli elmi-
tədqiqatların elmi nəticəsi olan milli kitabxanaşünaslıq elmini yeni elmi-nəzəri 
və metodoloji müddəalarla zənginləşdirən bu qiymətli elmi-tədqiqat  əsərləri 
milli kitabxanaşünaslığımıza dəyərli töhfələrdir.  
Monoqrafiyalar: 
1.Abuzər Xələfov. Heydər  Əliyev və Azərbaycanda kitabxana işi.-
B.:Azərnəşr, 2006.-312 s. 
2.Abuzər Xələfov XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas 
inkişaf istiqamətləri (mülahizələr, təkliflər, proqramlar).-B., 2006.- 106 s. 
3.Abuzər Xələfov. Azərbaycanda ali kitabxanaçılıq təhsili. B.,1998.- 130 s. 
4.Xəlil  İsmayılov. Azərbaycan Respublikasında kitabxana işinin metodik 
təminat sisteminin inkişaf tarixi.-B., 200.- 416 s. 
5.Knyaz Aslan. Şəxsiyyətin formalaşmasında bədii  ədəbiyyatın rolu 
(Azərbaycan kitabxanalarının materialları əsasında).-B., 2005.- 300 s. 
6.Knyaz Aslan. Elm və  təhsil fədaisi. (Prof. A.Xələfovun 75 illiyinə  həsr 
olunur).-B., 2006.- 240 s. 
7.Əli Rüstəmov. Rayon (bölgə) mərkəzləşdirilmiş kitabxana sistemlərində 
informasiya texnologiyaları: planlaşdırılması  və  tətbiq mexanizmi: 
Monoqrafiya.-B., 1993.- 152 s. 
8.Ə. Rüstəmov. Avtomatlaşdırılmış kitabxana informasiya sistemləri 
(layihələşdirilməsi, işlənməsi və tətbiqi). Monoqrafiya.-B, 2007.- 362 s. 
 
Biblioqrafiyaşünaslıq kafedrası üzrə: 
Dərslik: 
1.Zöhrab Əliyev. Azərbaycan biblioqrafiyasının tarixi.-B., 2007.-186 s. 
Dərs vəsaitləri: 
1. Hacıyeva Q. Xarici biblioqrafiya.-B., 2008.- 140 s. 
2. Raifə  Vəzirova, Nadir İsmayılov Biblioqrafik tərtibatın metodikası.-B., 
2004.- 60 s. 
3. Nadir İsmayılov, Qəmzə Hacıyeva. Kitabxanada ölkəşünaslıq 
(diyarşünaslıq) üzrə biblioqrafik fəaliyyət.- B., 2004.- 120 s. 
Monoqrafiyalar: 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə