Microsoft Word kitabxanaciliq-biblioqrafiya 2010 No



Yüklə 248,09 Kb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü248,09 Kb.
#56938


Qəmzə HACIYEVA 

Biblioqrafiyaşünaslıq  kafedrasının baş müəllimi 

 

TÜRKİYƏDƏ MİLLİ BİBLİOQRAFİYA 

 

Türkiyədə milli biblioqrafiya XX əsrin  əvvəllərinə kimi çox zəif 

inkişaf etmişdir. Ölkədə ilk mətbəə yalnız XVIII əsrin  əvvəllərində 

1729-ci ildə İbrahim Mütəffərikə tərəfindən yaradılmış və kitab çapına 

başlanılmışdır. 1732-ci ildə türk dilində Katib Çələbinin (1609-1656) 

«Cihan nüma» adlı ilk xəritəli coğrafiya kitabı çap olmuşdur. Türkiyədə 

ilk qəzetlər fransız dilində yaranmış, 1831-ci ildə isə türk dilində 

«Takvım-i Vekai» adlı ilk qəzet, 1863-cü ildə isə Mecmua-i Fünün» adlı 

jurnal dərc edilmişdir. 

Yeni türk əlifbasının qəbul edildiyi 1928-ci ilə kimi , yəni ölkədə 

ilk kitab nəşrindən sonrakı iki yüz illik bir dövrdə 30.000-ə yaxın kitab 

çap olunmuşdur ki, bu da nəşriyyatçılıq işinin nə  qədər zəif inkişaf 

etdiyini açıb göstərir.  Belə vəziyyət biblioqrafiyanın da zəif inkişafına 

səbəb olmuşdur. 

Bununla belə, Türkiyədə ilk biblioqrafik əsərin yaranması  hələ 

XVII  əsrə  təsadüf edir. Böyük Türk tarixçisi, coğrafiyaşünas, maliyyə 

və dənizçilik kimi bir-birinə yad olan elmləri dərindən bilən Katib Çə-

ləbi 30-a qədər əsərin müəllifidir. Bu gün də öz əhəmiyyətini qoruyub 

saxlayan bu əsərlər biblioqrafik cəhətdən də diqqəti cəlb edir. Onun ən 

mühüm  əsərlərindən olan «Kəşfüz-Zünun»da 9512 müəllif, tərcüməçi 

və  şərhçinin tərcümeyi-halı ilə yanaşı, onların fars, ərəb və türk dil-

lərində yazılmış 14.051 adda əsərləri haqqında da məlumatı əks etdirir. 

Əsərdə materialların düzülüşü xüsusi maraq doğurur. İlk dəfə ola-

raq bütün əsərlər sərlövhələri əlifba üzrə düzülmüşdür (Şərqdə bu meto-

du ilk dəfə olaraq Katib Çələbi tətbiq etmişdir). Sərlövhədən sonra 

əsərin aid olduğu elm sahəsi göstərilmiş, daha sonra isə müəllif haqqın-

da bioqrafik məlumat verilmişdir. Yəni onun anadan olduğu və vəfat et-

diyi tarix, fəaliyyəti haqqında qısa arayış göstərilmişdir. Bundan sonra 

əsas mətndən qısa parçalar verilir. Birinci səhifənin başlanğıcı. Böl-

mələr və fəsillər sadalanır. Onların qısa məzmunu açılır, əlavələr, tərcü-

mələr və şərhlər, onların müəllifləri haqqında məlumatlar əks olunur. 

Katib Çələbinin bu əsəri 1858-ci ildə  İstanbulda və Misirdə eyni 

vaxtda mətbəə üsulu ilə nəşr edilmişdir.  İkinci dəfə o iki cilddə 1941-

1943-cü illərdə çapdan çıxmış və bu nəşrə İsmayıl paşa iki cildlik əlavə 




tərtib etmişdir. Həmin  əlavə 1945-1947-ci illərdə doktor Şerefeddin 

Yaltkaya və Rifat Belgenin redaktorluğu ilə çap olunmuşdur. 

Katib Çələbinin başqa  əsərləri ilə yanaşı, bu əsəri də Avropa 

dillərinə tərcümə edilmişdir.  Ərəb dilində olan əsər XIX əsrdə  məşhur 

şərqşünas Flüqel tərəfindən latın dilinə  tərcümə edilərək 1835-1858-ci 

illərdə ilk iki cildi Leypsiqdə, digər beş cildi isə Londonda çapdan 

çıxmışdır. Flüqel əsərdə  əvvəlcə  ərəb dilində vermiş, daha sonra isə 

latın dilində tərcüməsini göstərmişdir. Müxtəlif nəşrləri olan bu mühüm 

əsər axırıncı dəfə Türkiyə Maarif Nazirliyi tərəfindən iki cilddə əvvəlki 

nəşrlərdən fərqli olaraq səhvlər düzəldilərək çap olunmuşdur. 

Türkiyədə kitabxana-biblioqrafiya işi ötən  əsrin 20-ci illərindən, 

yəni Türkiyə Cümhuriyyəti yarandıqdan sonra inkişaf etməyə başlamış-

dır. Demək olar ki, K.Çələbinin əsəri 1934-cü ilə kimi yazılmış yeganə 

biblioqrafik mənbə hesab olunur. 

1934-cü ildə Türkiyənin Böyük millət Məclisi məcburi nüsxə haq-

qında qanun qəbul edir. Həmin qanuna əsasən ölkənin bütün nəşriyyat-

ları Maarif Nazirliyinin məcburi nüsxə idarəsinə pulsuz beş nüsxə təq-

dim etməli idilər. Bu nüsxələr ölkədə olan böyük kitabxanalara paylan-

malı və bunun əsasında «Türkiyə biblioqrafiyası» adlı cari Milli biblioq-

rafiya orqanı çap olunmağa başlayır. Burada Türkiyədə latın əlifbasının 

qəbul edildiyi vaxtdan, yəni 1928-ci ildən başlayaraq nəşr edilmiş bütün 

ədəbiyyatın qeydi aparılırdı. Onun 1939-cu ildə çap olunmuş ilk bu-

raxılışı on illik bir dövrü 1928-1938-ci illərin nəşrlərini əhatə etmişdir. 

1954-cü ilə kimi bu nəşr Türkiyə Maarif Nazirliyi tərəfindən çap 

olunmuş, həmin ildən isə Milli Kitabxana tərəfindən hazırlanmağa baş-

lamışdır. 1955-ci ildən Milli Kitabxana nəzdində «Biblioqrafiya» insti-

tutunun təşkili «Türkiyə biblioqrafiyası»nın daha da təkmilləşdiril-

məsinə, onun Beynəlxalq Standartlara uyğun tərtib olunmasına səbəb 

olmuşdur. Biblioqrafik göstəriciyə edilən bəzi dəyişikliklər nəticəsində 

o, başqa ölkələrdə yayımlananlara bənzər duruma gətirilmişdir. 

1955-ci ildən «Türkiyə biblioqrafiyası» Milli Kitabxana tərəfindən 

hazırlanmış təlimat əsasında tərtib edilir. Bunun nəticəsində onun key-

fiyyəti yaxşılaşmış  və ardıcıl çap olunmağa başlamışdır. Burada mate-

rialın sistemləşdirilməsində  bəzi  əlavələr edilməklə beynəlxalq onluq 

təsnifat sistemindən istifadə edilir. Bölmələr daxilində ədəbiyyat müəl-

liflərin və müəllifsiz əsərlərin sərlövhələrinin əlifbası üzrə düzülür. Hər 

bölmənin sonunda müvafiq bilik sahəsinə dair çap olunan qəzet və 

jurnallar ayrıca başlıq altında verilir. Türkiyədə Avropa dillərində nəşr 




olunmuş,  ədəbiyyat, xarici müəlliflərin türk dilinə  tərcümə edilmiş 

əsərləri. Həmçinin Türkiyənin azlıq təşkil edən millətlərinin dillərində 

çıxmış əsərlər vəsaitin uyğyn şöbələrində əks olunur. Ayrıca «Musiqi» 

bölməsində notlar, coğrafiya bölməsində isə  xəritə  və atlaslar təsvir 

olunur. «Türkiyə biblioqrafiyası» müasir Türkiyənin bütün çap məhsulu 

haqqında cari biblioqrafik məlumatı əks etdirir. 

«Türkiyə biblioqrafiyası»nda biblioqrafik təsvir 1985-ci ildən 

ingilis-amerikan kataloqlaşdırma qaydalarına uyğunlaşdırılmış və bura-

xılışlar aylıq olaraq yayımlanır. 

Göstəricinin sonunda mətbəə  və  nəşriyyatların  əlifba üzrə adları 

verilir və hər birininin qarşısında ünvanları göstərilir. 

Ölkənin cari Milli biblioqrafiya orqanı olan bu nəşr 1989-cu ildən 

avtomatlaşdırılmış qaydada kompüterdə hazırlanır. 2003-cü ildən isə 

CD-ROM formasında aylıq olaraq yayımlanır. Türkiyədə çapdan çıxan 

bütün nəşrlər haqqında burada biblioqrafik məlumat əks olunduğu üçün 

«Türkiyə biblioqrafiyası»nı ölkənin mətbu həyatının güzgüsü hesab et-

mək olar. Ayrıca «Türkiyə biblioqrafiyası»nın sonundakı statistik məlu-

matlar hansı mövzuda nə qədər əsərin çap olunduğunu müəyyənləşdir-

məyə imkan verir. Bu nəşr bir çox kütləvi, məktəb və uşaq kitabxanaları 

tərəfindən kataloqlaşdırma və təsnifləşdirmə işlərində rəhbər olaraq isti-

fadə edilir. 

1952-ci ildən Turkiyədə ikinci cari Milli biblioqrafiya orqanı olan 

«Türkiyə  məqalələr biblioqrafiyası» çap olunmağa başlayır. Bu Milli 

Kitabxanaya daxil olan elmə və mədəniyyətə dair dövri nəşrlərin anali-

tik olaraq məzmununu açan beynəlxalq səviyyəli biblioqrafik nəşrdir. 

1950-ci ildə YUNESKO tərəfindən Parisdə keçirilmiş beynəlxalq kon-

fransın tövsiyələrinə uyğun olaraq çap edilən bu nəşr rüblük nəşr  olu-

nurdu. Həmin konfransın qərarına müvafiq olaraq «Türkiyə  məqalələr 

biblioqrafiyası»nda məqalələrin sərlövhələri fransızca tərcümələri ilə 

birlikdə verilirdi. Belə ki, məqalələr təsvir olunarkən aşağıdakı  məlu-

matlar verilirdi: sıra nömrəsi (hər ilin dörd buraxılışında nömrələmə 

ardıcıldır), müəllifin soyadı, elmi dərəcəsi və ya hərbi rütbəsi, adı, mə-

qalənin sərlövhəsi (əgər məqalə türk dilində çap olunmayıbsa, mötə-

rizədə onun türkcə adı verilir), məqalənin fransız dilində  sərlövhəsi, 

dövri mətbuatın ixtisar olunmuş adı, nömrəsi, buraxılış tarixi. 

1964-cü ildən məqalələrin fransızca adları verilmir. «Türkiyə mə-

qalələr biblioqrafiyası»nda da materiallar «Türkiyə biblioqrafiyası»nda 

tətbiq olunan təsnifat əsasında qruplaşğdırılır. 




1952-1985-ci illər arasında üç aydan bir, yəni rüblük çap olunan 

«Türkiyə məqalələr biblioqrafiyası» 1986-cı ildən etibarən aylıq buraxı-

lır Göstərici üçün materimallar seçilərkən əsasən elmi və mədəni dəyəri 

olan məqalələrə üstünlük verilir. 

2003-cü ildən etibarən «Türkiyə  məqalələr biblioqrafiyası» CD 

formasında aylıq olaraq yayımlanmağa başlamışdır. Onlardan istifadəni 

asanlaşdırmaq, yəni çap formasında olan tərtibatı qoruyub saxlamaq 

məqsədilə göstəriciyə aid RDF fayllarına da yer ayrılır. CD-də verilmiş 

məqalələrin sərlövhəsi Türk və İngilis dillərində olan axtarış proqramla-

rı ilə  təmin olunmuşdur ki, bu da müvafiq biblioqrafik axtarışın səmərə-

liliyini təmin etmişdir. 

Milli kitabxananın çap etdirdiyi «Türkiyə məqalələr biblioqrafiya-

sı»nda əks olunan məqalələr haqqındakı biblioqrafik məlumatlar 1995-

ci ildən etibarən İnternetdə də verilir. 

Bütün bünlar Türkiyə cumhuriyyətində çap məhsulu haqqında 

müntəzəm, ardıcıl, hərtərəfli axtarış aparmağa imkan verir. 

Türkiyədə müəyyən dövrlərdə digər cari Milli biblioqrafiya 

orqanları da çap olunmuşdur. Bunlardan «Seçilmiş qəzet məqalələri bib-

lioqrafiyası», «Yeni kitablar» və digər nəşrləri göstərmək olar. 

«Türkiyə Milli kitabxanası türk kitablarının biblioqrafik  reper-

tuarının yaradılması sahəsində də əsaslı işlər aparır. Hələ 1956-1957-ci 

illərdə kitabxana öz fondunda olan Türkiyədə ərəb əlifbası ilə çap olun-

muş kitabların kataloqunu çap etdirmişdir. 1928-1929-cu illəri  əhatə 

edən bu iki cildlik kataloqda 30 minə yaxın ədəbiyyat haqqında məlu-

mat verilmişdir. Həmin kataloq ölkənin bütün iri kitabxanalarına 

göndərilmişdir. Bunda məqsəd Milli kitabxananın fondunda olmayan 

digər nəşrləri də aşkar etmək idi. 

Milli kitabxana bir çox şəxslərdən daxil olan hədiyyəllər və satın 

alma yolu ilə öz fondunu ərəb hərfli çap kitabları ilə daha da zənginləş-

dirmiş  və 1964-1968-ci illər arasında kataloqun ikinci nəşrini çap et-

dirmişdir. 1971-ci ildə isə buna əlavələr buraxılmışdır. 

1990-cı ildən mədəniyyət və Turizm Nazirliyi Milli kitabxana ilə 

birlikdə Türkiyə çap kitablarının toplu kataloqunun (TUVATOK) nəşri-

nə başlamışdır.  Ərəb hərfi türkcə kitabları  əhatə edən bu kataloqun 

hazırlanmasında Milli kitabxana ilə yanaşı ölkənin digər 157 kitabxana-

sı da yaxından iştirak edir. 1729-1728-ci illəri əhatə edən bu göstəricidə 

biblioqrafik təsvirlərin düzülüşündə əlifba Prinsipi əsas götürülmüşdür. 

2004-cü ilə kimi bu göstəricinin cəmi 6 cildi çap olunmuşdur ki, bunlar 




da A-J hərflərini əhatə edir. Göstəricinin tərtibində dr.Müjgan Cunbur, 

Dursun Kaya, Niyazi Ünver və başaqları yaxından işitirak edirlər. 

Bu layihə çərçivəsində ölkədə başqa dillərdə çap olunmuş kitabla-

rın göstəricisi də hazırlanıb nəşr edilmişdir. Belə ki, 2002-ci ildə Milli 

kitabxana Başkandlığı  tərəfindən 1584-1986-cı illərdə  ərəb, erməni və 

yunan dillərində çapdan çıxmış və Türkiyə kitabxanalarında saxlanılan 

əsərlərin biblioqrafik göstəricisi tərtib olunaraq buraxılmışdır. Burada 

50760 əsər haqqında biblioqrafik məlumat verilir. Bu vəsaitin tərtibi iki 

mərhələdə həyata keçirilmişdir. İlk növbədə Türkiyə Milli kitabxanası-

nın fondu əsas götürülmüş, daha sonra isə geniş diapazonda müxtəlif 

biblioqrafik mənbələrdə, arxivlərdə axtarış aparılmışdır. 

Türkiyədə qeyri-latın  şriftilə başaq dillərdə  çıxmış  əsərləri  əhatə 

edən bu göstərici kompakt diskdə də buraxılmışdır. Bunu Milli kitabxa-

nanın sifarişi ilə Yayıncılıq LTD Nuvis Besari Araşdırmalar ve-si. Sti. 

hazırlamışdır. 

Türkiyə Əlyazmalar Toplu kataloqunun (TUYATOK) Mədəniyyət 

nazirliyi nəzdindəki kitabxana və muzeylərdə, rəsmi qrumlarda, şəxsi 

kitabxanalarda olan əlyazma  əsərləri haqqında biblioqrafik məlumat 

verir. 1978-ci ildən həyata keçirilən bu layihə çərçivəsində 2000-ci ilə 

kimi 424  2 cild çap olunmuşdur. Bunlarda da 3316 adda əlyazma əsəri 

bütünlükdə 6231 kitab əhatə edilmişdir. 

2004-cü ildə Dursun Kaya, Niyazi Ünver, Selma Kutlu və 

HasanSoyak tərəfindən Türkiyə  Əlyazmalar Toplu kataloqunun CD 

variantları hazırlanır  İki CD-dən (CD-I-II) ibarət olan bu kataloqda 

86.063 əsər / risalə haqqında məlumat verilir. Bundan başqa. Digər CD-

lərin hazırlanması sahəsində də əsaslı iş aparılır. 

2005-ci ildə «Türkiyə  Əlyazmalar Toplu kataloqu»ilə  əlaqədar 

CD-III hazırlanır. Kataloqun elektron variantı olan bu hissə ölkədə  və 

xaricdəki bəzi kitabxanalarda olan türkcə  əlyazmalar haqqında 

biblioqrafik məlumatı  əks etdirir. Burada Türkiyənin bir sıra 

kitabxanaları ilə yanaşı, ABŞ,  İtaliya, rusiya, İngiltərə, Misir, Fransa, 

Almaniya, Avstriya, Gürcüstan, İran, Vatikan, İrak, tatarıstan, 

Qazaxıstan və digər ölkələrin iri kitabxanalarında saxlanılan 40.250 

əlyazma əsəri haqqında istifadəçilərə məlumat verilir. 

TUYATOK CD-3 vasitəsilə müxtəlif elm sahələrinə dair əlyazma 

kitabları haqqında məlumatları ilə tanış ola bilmək mümkünlüyü də 

təmin edilmişdir. 



TUBATOK və TUYATOK-un çap olunması  əlyazma və  ərəb 

hərfli türkcə olan kitabları, hər cür əlyazma sənədləri, türk, şərq və qərb 

inkunabulları, ikinci bir nüsxəsi qalmayan nadir əsərləri, hər hansı bir 

sənət və ya xatirə dəyəri olan kitabları, əsərlərini tamamlaya bilməmiş, 

yazarların qaralama halında olan kitab və  məktublarını bir araya 

gətirmək, bunların çap kataloqlarını-əlyazma və  ərəb hərfli çap 

əsərlərinin toplu kataloqunu hazırlamaq və istifadəçilərin xidmətinə 

təqdim etmək baxımından xüsusi əhəmiyyət kəsb edir. 

2002-ci ildə Milli kitabxana tərəfindən dövri mətbuata həsr edilmiş 

«Cumhuriyyət dövrü məqalələr biblioqrafiyası» adlı vəsait həm ənənəvi, 

həm də CD formasında hazırlanaraq istifadəçilərin xidmətinə  təqdim 

edilmişdir. Burada «Türkiyə məqalələr biblioqrafiyası»nın nəşr olunma-

ğa başlaıdğı 1952-ci ildən əvvəl (1923-cü ildən başlayaraq) dərc edilmiş 

məqalələr haqqında biblioqrafik məlumat verilir. Başqa sözlə «Cumhu-

riyyət dövrü məqalələr biblioqrafiyası» 1923-1999-cü illərdə  mədəni 

vəelmi  əhəmiyyəti olan dövri nəşrlərdə  dərc olunmuş  məqalələr 

haqqında biblioqrafik məlumatı əks etdirir. 

1973-cü ildə Türkiyə Cumhuriyyətinin 50-ci ildönümü münasibə-

tilə «Cümhuriyyət dövründə biblioqrafiyanın biblioqrafiyası» adlı ikinci 

dərəcəli biblioqrafik vəsait də hazırlanıb çap edilmişdir. 

Yuxarıda qeyd etdiyimiz kimi Türkiyədə çap olunan ümumi xarak-

terli göstəricilərdə materialın sistemləşdirilməsində onluq təsnifat siste-

mindən istifadə olunur. 1954-cü ildə bu təsnifat sistemi Milli kitabxana 

tərəfindən türk dilinə  tərcümə edilmiş  və ölkə daxilində yayılmışdır. 

Bununla da ölkədə biblioqrafik nəşrlərdə  və kitabxanalarda tətbiq 

olunan təsnifat sisteminin standartlaşdırılması həyata keçirilmişdir. 

Daha sonra onluq təsnifat sisteminin 18-ci nəşrinin türkəcəyə tər-

cüməsi və tətbiqi sahəsində müəyyən işlər aparılsa da bu iş tamamlan-

madığından  heç bir nəticə verməmişdir. Lakin  1991-ci ildə 20-ci nəşri 

yayımlanmış olan onluq təsnifat sisteminin yeni nəşrinin türk dilinə tər-

cüməsi üçün yenidən fəaliyyətə başlanılır. Milli kitabxananın əməkdaş-

ları olan Könül Böyüklimanlı və Tülin Egenin rəhbərliyi ilə onluq təs-

nifat sisteminin 20-ci nəşrinin tərcüməsi 1993-cü ildə başa çatır, və 4 

cilddə nəşr edilir. Həmin vaxtdan ölkədə bu nəşr tətbiq olunur. 

Türkiyədə  tətbiq olunan onluq təsnifat sisteminin 15-ci və 20-ci 

nəşrlərində 297. İslam dini və İslam elmləri» təsnifat cədvəli yarımçıq 

qalmışdır. Fayriye (Mercanlıgil) Gündoğdunun doktorluq dissertasiyası 

bilavasitə bu mövzuya həsr olunmuş və onun hazırladığı əsər 1997-ci il-




də Milli kitabxana tərəfindən nəşr edilərək yayımlanmışdır. Həmin əsər 

Türk kitabxanaşünaslığında islam elmləri ilə əlaqədar əsərlərin təsnifləş-

dirilməsində mövcud olan böyük bir böşluğu tamamlamaq üçün əsas he-

sab edilir. Eyni zamanda bu təsnifat Türkiyə Milli biblioqrafiya nəşrlə-

rində də müvafiq ədəbiyyatın təsnifləşdirilməsində geniş tətbiq olunur. 

 

ƏDƏBIYYAT 



 

Azərbaycan dilində 

1.

 

Xələfov A.A., Mehdiyeva N.D. XX əsrdə Türkiyədə kitabxana işi 

(Qısa tarixi icmal) // Bakı Universitetinin Xəbərləri:Humanitar elmlər 

seriyası.-2008-№3.-S.231-241. 

2.

 

100 böyük türk.-B.,1991    

 

Rus dilində 

1.

 

Рафиков  А.Х.  Библиографические  указатели  и  печатных 

карточки Турции // Сов. библиография.-1961.-№1.-С.106-119. 

 

      

Г.С.ГАДЖИЕВА 

НАЦИОНАЛЬНАЯ БИБЛИОГРАФИЯ ТУРЦИИ 

 

РЕЗЮМЕ 

 

Первые библиографические источники  появились еще в ХVII 

веке.  Первая  книга  на  Турецком  языке  была  издано 1729 году. 

Несмотря  на  это,  текущая  национальная  библиография  возникла 

1934 году, а ретроспективная только во второй половине ХХ века. В 

статье  особое  внимание  удалено  возникновению  и  развитию 

национальной  библиографии  в  стране  ,а  так  же,  проанализировано 

современное  состояние  текущей  национальной  библиографии  и 

изучены  сводные  каталоги  турецких  рукописей  (ТУЯТОК)и 

печатных книг (ТУБАТОК). 

           

 

 



 


Q.S.HADJİEVA 

NATİONAL BİBLİOGRAPHY OF TURKEY  

 

SUMMARY 

 

         The first bibliographic  sources are appeared in Turkey as early as 



the seventeenth century. The first book in Turkish, was published in 

1729. Despite this, the current national bibliography has arisen only in 

1934 and retrospective bibliography in the second half of the twentieth 

century. In the article also paid special attention to the emergence and 

development of national bibliography in the country, as well as, revie-

wing the present state of the current national bibliographies and union 

catalogs Also were studied Turkish manuscripts catalogue (TUYATOK) 

and printed books catalogue (TUBATOK). 



 

Yüklə 248,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə