Microsoft Word Kitabxanashunasliq biblioqrafiya 2009 2



Yüklə 166,4 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix22.05.2018
ölçüsü166,4 Kb.
#45427
1   2   3   4   5   6   7   8

müəllim heyətinin səyi nəticəsində 1922-ci ildə kitabxananın fondunda 14434 

kitab toplanmışdı. 1930-cu ildə isə kitabxanada artıq 109309 kitab toplanmışdı. 

Böyük çətinliklə olsa da 1926-cı ildən başlayaraq kitabxana beynəlxalq 

əlaqələr yaratmağa, 700-dən artıq xarici jurnal almağa müvəffəq olmuşdu. 

Kitabxanada universitetin tələbə və professor-müəllim heyətinə xidmət olduqca 

səmərəli təşkil edildiyindən demək olar ki, tələbə və professor-müəllim heyəti-

nin əksəriyyəti kitabxananın oxucuları idi. Kitabxana son on ildə 20 minə qədər 

oxucuya xidmət etmişdi. Kitabxana Zaqafqaziya universitetləri icərisində  ən 

zəngin və ən nadir kitab fonduna malik ilk elmi ali məktəb kitabxanası idi.  

Beləliklə, 20-ci illərin axırında Bakı Dövlət Universiteti böyük elmi po-

tensiala malik yüksək ixtisaslı kadr hazırlayan təhsil və elm məbədgahına cev-

rilmiş, Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin inkişafında həlledici rol 

oynamağa başlamışdı. Məhz buna görədir ki, universitetin fəaliyyətinə böyük 

qiymət verən Azərbaycan hökuməti Bakı Dövlət Universitetinin 10 illik yubile-

yinin qeyd olunması haqqında qərar qəbul etdi. Təntənəli yubiley 1930-cu il 

yanvarın 12-də Bakı Opera və Balet Teatrında keçirildi. Yubiley iclasında Bakı 

Dövlət Universitetinin on il müddətində respublikanın təhsil, elm və  mədəni 

həyatında böyük xidmətləri, xüsusilə yüksək ixtisaslı mütəxəssis kadrların 

hazırlanmasında  əldə etdiyi nailiyyətləri qeyd edildi. Universitetin bir çox 

əməkdaşları yüksək dövlət mükafatlarına layiq görüldülər. 

Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, Avropa və Asiyanın qovuşu-

ğunda məşəl kimi parlayan bu elm və təhsil məbədgahı öz inkişafının çiçəklən-

diyi dövrdə - 1930-cu ilin iyunun 19-da Moskvanın göstərişi və Azərbaycan 

Xalq Komissarlar Sovetinin qərarı ilə fəaliyyətini dayandırdı, fakültələri ayrı-

ayrı institutlara çevrildi. Onun əmlakı və 100 min nüsxədən artıq kitab fondu 

olan kitabxanası da yeni yaradılan institutlar arasında bölüşdürüldü. 

Beləliklə, inzibati-amirlik sisteminin formalaşdığı bir zamanda Moskva 

hər vasitə ilə milli respublikalarda milli mədəniyyətin və  ədəbiyyatın, milli 

şüurun inkişafına mane olur, müxtəlif vasitələrlə və məkrli üsullarla milli oya-

nışın və milli özünüdərkin inkişafının qarşısını almağa çalışırdı. Bakı Dövlət 

Universiteti də belə məkrli siyasətin qurbanı oldu.  

Respublikamızda universitetin ləğv edilməsinin səhv siyasət olması tez-

liklə ölkənin elm, təhsil və mədəni həyatında özünü göstərməyə başladı. Məhz 

buna görə Azərbaycan SSR Xalq Komissarlar Soveti 1934-cü ilin mayında 

Bakı Dövlət Universitetinin yenidən təşkili haqqında qərar qəbul etdi. 1934-cü 

ilin sentyabrından universitetin fəaliyyəti bərpa edildi. Keçmiş “Kommunist”, 

indiki “İstiqlal” küçəsində 6 saylı binanın yarısı universitetə verildi. Artıq 

1935-ci ildə universitetdə 4 fakültə, 13 kafedra fəaliyyət göstərirdi. 

Bakı Dövlət Universitetinin bərpa edilməsi elm, təhsil və mədəniyyət ta-

rixində mühüm hadisə oldu. 1930-cu ildə buraxılmış  səhvin düzəldilməsini 

Azərbaycan xalqı, bütün ziyalılar ordusu böyük rəğbətlə qarşıladılar. Əvvəllər 



BDU-da işləmiş görkəmli alimlər, təcrübəli mütəxəssislər və məzunlar univer-

sitetə  dəvət edildilər. Görkəmli ziyalılar universitetdə  işləməyə üstünlük ver-

diklərindən, qısa zamanda çox yüksək elmi potensiala malik kadr korpusu for-

malaşdı. 1939-cu ildə professor-müəllim heyətinin sayı 226 nəfərə çatmışdı. 

Bunlardan 17 nəfəri elmlər doktoru, 54 nəfəri elmlər namizədi, dosent idi. 

Universitet son beş ildə 500-ə yaxın yüksək ixtisaslı kadr hazırlamışdı.  

Bakı Dövlət Universitetinin tarixini ardıcıl olaraq izləyərkən 1920-1944-

cü illərdə universitetə başçılıq etmiş V.İ.Razumovskinin (1919-1920), S.V.Da-

videnkonun (1920-1923), A.D.Quliyevin (1923-1926), T.A.Şahbazinin (1926-

1929), V.S.Yelipotevsikinin (1929), M.Q.Məmmədovun (1929-1930), 

K.M.Ələkbərlinin (1934-1935), Ə.Ə.Əliyevin (1935-1937), C.A.Ələsgərovun 

(1937-1941),  Ş.R.Əliyevin (1941-1944) böyük xidmətləri göz önünə  gəlir. 

Onlar öz dövrlərinin həm görkəmli elm və təhsil xadimləri, həm də vətənpərvər 

ziyalılar olmuşlar. Məhz buna görədir ki, xalqımız, universitetin professor-

müəllim heyəti, tələbələri və məzunları onların əziz xatirəsini həmişə uca tutur.  

1941-1945 Böyük Vətən müharibəsi illərində ölkədə yaranmış çox çətin 

şəraitdə Bakı Dövlət Universitetinin kollektivi öz fəaliyyətini davam etdirirdi. 

Bütün fəaliyyəti “Hər şey müharibə üçün, hər şey cəbhə üçün” istiqamətinə yö-

nəlmiş universitetdə 1941-ci il iyunun 22-də izdihamlı mitinq keçirildi. Mitinq-

də çıxış edən professor-müəllimlər və tələbələrin nümayəndələri ölkənin müda-

fiəsinə qalxmağı, bütün qüvvələrini faşistlər üzərində qələbəyə sərf edəcəkləri-

ni söylədilər. Müharibənin ilk günlərindən universitetin rektoru S.A.Ələsgərov 

başda olmaqla bir çox müəllim və  tələbələr cəbhəyə getdilər. Təkcə 1941-ci 

ildə universitetdən 1285 nəfər cəbhəyə yollanmışdı. 1941-ci ilin sentyabrında 

universitetin rektoru vəzifəsinə Ş.R.Əliyev təyin edildi. O, 1945-ci ilin aprelinə 

qədər bu vəzifəni şərəflə yerinə yetirdi. 

Müharibə illərində mövcud şəraitlə əlaqədar ali məktəblərin strukturunda 

böyük dəyişiklik oldu. 1941-1942-ci illərdə Pedaqoji İnstitut, Qiyabi Pedaqoji 

İnstitut, Dövlət Bədən Tərbiyəsi İnstitutu və Xarici dillər fakültəsi BDU-ya bir-

ləşdirildi. Beləliklə, 1943-1944-cü tədris ilində universitetdə 10 fakültə: fizika-

riyaziyyat, kimya, biologiya, tarix, filologiya, hüquq, iqtisadiyyat, xarici dillər, 

bədən tərbiyəsi, geoloji-coğrafiya fakültələri və 49 kafedra fəaliyyət göstərirdi.  

Müharibə illərində Azərbaycan ali məktəb sistemi hərbi  şəraitə uyğun 

olaraq yenidən quruldu. Ali məktəblərin tələbə və müəllimlərinin orduya səfər-

bər edilməsi ilə əlaqədar olaraq təhsil müddəti qısaldıldı. Yeni keçici xarakter 

daşıyan tədris planları və ixtisar edilmiş proqram üzrə kadr hazırlığına başlan-

dı. 1941-1942-ci tədris ilində üç illik tədris planına keçildi. Qış  tətilləri ləğv 

edildi, daha intensiv tədris prosesi tətbiq edilməyə başlandı. 

1944-1945-ci illərdə universitetin hospitala çevrilmiş binasının özünə 

qaytarılması onun işində yeni quruculuq mərhələsinin başlanmasını təmin etdi.  




Yüklə 166,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə