Microsoft Word Kitabxanashunasliq biblioqrafiya 2009 2



Yüklə 277,86 Kb.
Pdf görüntüsü
tarix15.11.2018
ölçüsü277,86 Kb.
#79773


 Sənubər MUSTAFAYEVA          

Kitabxana resursları və informasya axtarış 

                                                               sistemləri kafedrasının baş 

müəllimi 

 

 



KİTABXANA - BİBLİOQRAFİYA TƏSNİFATI:  

YENİLİKLƏR VƏ DƏYİŞİKLİKLƏR 

 

Qədim zamanlardan indiyə kimi kitabxanaların əsas funksiyaları insanla-

ra informasiya vermək, cəmiyyət üzvlərinin informasiyadan istifadə etməsini 

təmin etməkdir. “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanu-

nunda deyilir: “Kitabxana fəaliyyəti – oxucuların sərbəst surətdə informasiya 

almaq huququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə  və kitabxana 

fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə  həyata 

keçirilən fəaliyyət”dir (4). 

Kitabxanalar qədər sənədlərin ictimai istifadəsini təşkil edən başqa bir 

elmi-məlumat idarələri yoxdur. “Kitabxanalar həmişə sosial tələbatı ödəmək 

üçün yaranmış və onun inkişafı fikir tarixi ilə sıx əlaqədə olmuşdur. Kitabxana-

lar fəaliyyət göstərdiyi imkan daxilndə sosial vasitə kimi həmişə sosial mühit-

dən asılı olaraq formalaşmışdır” (3, s.6). Kitabxanalarda informasiya xidməti-

nin düzgün təşkilinin spesifik xüsusiyyətləri vardır. Ən mühüm problem kitab-

xana fondlarını müxtəlif oxucu qruplarının tələbatına uyğun təşkil etməkdən, 

onların istifadəsini operativ təmin etməkdən ibarətdir. Kitabxanalara sənəd axı-

nı nə qədər çoxalırsa, onların axtarılması da çox vaxt tələb edərək mürəkkəblə-

şir. Bu çətinliklərin aradan qaldırılması məqsədilə müxtəlif dövrlərdə müxtəlif 

təsnifat sistemləri yaranmışdır. Təsnifat sistemləri əsasında kitabxana fondları 

təşkil edilir, oxucuların tematik sorğuları ödənilir, sənədlər məzmununa görə 

təsnifləşdirilir, həm də onların  əsasında kataloqlar yaradılır. Müasir dövrdə 

kitabxanalarda  ən geniş  tətbiq edilən Universal Onluq Təsnifat (UOT) və 

Kitabxana Biblioqrafiya Təsnifatı (KBT) cədvəlləridir.     

Məlumdur ki, XX əsrin əvvəllərindən başlayaraq Rusiya kitabxanaların-

da Universal Onluq Təsnifat tətbiq edilirdi. Lakin Rusiyada UOT cədvəllərinin 

nəşrinin ləngiməsi və digər səbəblər yeni təsnifat sisteminin yaradılması prob-

lemini irəli sürmüşdür. Rusiya kitabxanaşünasları XX əsrin 50-ci illərindən 

başlayaraq yeni kitabxana-biblioqrafiya təsnifatı yaratmaqla məşğul olmuş  və 

60-cı illərin sonunda bu işi başa çatdırmışlar. 

Təsnifatın yaradıcıları Rusiya Dövlət Kitabxanası, M.Y.Saltıkov-Şedrin 

adına Sankt-Peterburq Dövlət Kitabxanası, Rusiya Elmlər Akademiyası  və 

Rusiya Dövlət Kitab Palatasının kollektivləri olmuşdur. 




Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) universal, xüsusi və elmi kitab-

xanalarda sənədlərin təsnifləşdirilməsi, sistemli kataloqun yaradılması, bir sıra 

soraq-məlumat və biblioqrafik işlərin görülməsi üçün tərtib olunan təsnifatdır.  

Təsnifatda bütün bilik sahələri obyektiv aləmin tərkib hissələrinə uyğun 

olaraq üç  qrupa bölünmüşdür. 

1. Cansız təbiət haqqında elmlər – dəqiq elmlər  

2. Canlı orqanizmlər  haqqında elmlər –biologiya elmləri 

3. Cəmiyyət haqqında elmlər – ictimai elmlər  

Hazırda KBT-nin fəlsəfi-metodoloji  əsasını obyektivlik və inkişaf pers-

pektivləri əsasında elmlərin təsnifləşdirilməsi təşkil edir. Burada elmlər materi-

yanın hərəkət formasına əsasən sadədən mürəkkəbə doğru prinsipi əsasında dü-

zülmüşdür. KBT-də təkcə elmlər sistemi deyil, elmlər vasitəsilə öyrənilən ob-

yektlər sistemi də nümayiş etdirilmişdir. Burada fənlərin, problemlərin anlayış-

ları ilə bərabər, ictimai həyatın, praktiki fəaliyyət sahələrinin, incəsənətin müx-

təlif növlərinin  əks etdirilməsinə də yer verilmişdir. Cədvəllərdə çap əsərləri-

nin oxusu istiqamətinin, nəşr növünün və formasının müəyyənləşdirilməsinə də 

diqqət yetirilmişdir. 

Cədvəllərin bölgülərinin bölmələrə  və  şöbələrə bölünməsinin  əsasını 

müxtəlif kateqoriyalar təşkil edir: öyrənmə obyekti, tədqiqat obyekti, obyektin 

quruluşu, xüsusiyyətləri, proseslər, əlaqələr, ərazi, tarixi dövr və s.   

1960-cı illərdən etibarən Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) nəşr 

edilməyə başlamış və onun müxtəlif variantları çap edilmişdir. KBT-nin əsasən 

5 variantı hazırlanmışdır (5, s.112). 

1. KBT. Tam variant (iri elmi kitabxanalar üçün – 25 buraxılış 30 

kitabdan ibarət 1961-1968-ci illərdə çap edilmişdir); 

2. KBT. Elmi kitabxanalar üçün qısaldılmış  cədvəllər (5 buraxılış, 6 

kitabdan ibarət  1969-1972- ci illərdə çap edilmişdir); 

3. KBT. Vilayət kitabxanaları üçün ( 4 kitabdan ibarət, 1980-1983-cü 

illərdə çap edilmişdir); 

4. KBT. Kütləvi kitabxanalar üçün 1 cilddən ibarət (ilk nəşri 1977-ci ildə 

çap edilmişdir); 

5. KBT. Uşaq və  məktəb kitabxanaları üçün 1 cilddən ibarət ( ilk nəşri 

1986-cı ildə çap edilmişdir).  

KBT-nin elmi kitabxanalar variantının əsas cədvəlləri 21 şöbədən ibarət-

dir. Elmlər təsnifatına uygun olaraq bu şöbələr aşağıdakı kimi yerləşdirilmişdir: 

A -  Ümumelmi və fənlərarası biliklər (əvvəllər bu şöbə marksizm-leni-

nizm adlandırılmışdır)  

Б -  Təbiətşünaslıq elmləri 

B -  Fizika-riyaziyyat elmləri  

Г -  Kimya elmlər 

Д -  Yer haqqında elmlər 



E -  Biologiya elmləri və s. 

Təsnifatda böyük rus hərfləri ilə işarə edilmiş bütün şöbələr obyektiv alə-

min tarixi inkişafı baxımından, yəni təbiət-cəmiyyət-təfəkkür silsiləsinə əsasən 

qurulmuşdur. KBT-nin tam nəşrinin  əlifba-predmet göstəricisi də verilmişdir. 

Bu göstəricidə 20 minə yaxın rubrika vardır. 

1972-ci ildə KBT-nin elmi kitabxanalar üçün xüsusi variantı hazırlanmış-

dır. Bu variant bir sıra cəhətlərinə görə əsas variantdan fərqlənir. 

1. Təsnifatın tam nəşrində olan əsas və köməkçi cədvəllər həm miqdarına, 

həm də detallaşdırma həddinə görə xeyli qısaldılmışdır; 

2. Təsnifatın müəyyən bölgü həddlərində  təsnifləşdirmək üçün metodik 

göstərişlər verilmişdir; 

3. Təsnifatın tam cədvəllərinə nisbətən elmi kitabxanalar üçün işlənmiş 

qısaldılmış variantında rubrikaların miqdarı beş dəfə azalmışdır; 

4. Elmi kitabxanalar üçün hazırlanmış variantda “KBT-də  dəyişiklik və 

əlavələr” nəzərə alınmışdır. Dəyişiklik və əlavələrdə bəzi rubrikalar təkmilləş-

dirilmiş, burada elmdə  və ictimai həyatda yaranan yeniliklər öz əksini 

tapmışdır.  

Sonralar KBT-nin nəşrləri bir qədər inkişaf etdirilərək kütləvi kitabxana-

lar, uşaq və  məktəb kitabxanaları üçün variantları yaranır. KBT-nin kütləvi 

kitabxanalar üçün ilk variantı 1977-ci ildə, ikinci variantı isə 1986-ci ildə çap 

olunmuşdur. Sonrakı illərdə də təkmilləşdirilmiş variantları çap edilmişdir.  

Təsnifatda iki və  hətta üç elmin qarşılıqlı  əlaqəsi nəticəsində (məsələn, 

kibernetika, bionika, psixologiya) bir sıra elmlər yaranmışdır. KBT-nin kütləvi 

kitabxanalar variantında tətbiqi elmlər, texnika, kənd təsərrüfatı, tibb elmləri də 

ayrı-ayrı qrup halında verilmişdir.  

Kütləvi kitabxanalar üçün nəzərdə tutulmuş KBT cədvəlləri 3 hissədən 

ibarətdir: əsas cədvəllər, nümunəvi bölgülər, əlifba-predmet göstəricisi.  

Qeyd etmək lazımdır ki, KBT cədvəllərinin hazırda təkmilləşdirilmiş va-

riantları hazırlanmışdır. Təkmilləşdirilmiş varianta görə KBT-nin əsas cərgəsi-

ni “Ümumelmi  və fənlərarası biliklər şöbəsi” idarə edir. Bu bölmədə ümumnə-

zəri elmi biliklərin müasir elmi biliklərlə, yəni təbiətşünaslıq, texnika, sosial, 

humanitar biliklərin inteqrasiyası nəticəsində yaranmış (informatika, kiberneti-

ka, insanşünaslıq və s.) əks etdirilməsi nəzərdə tutulmuşdur.   

Sonrakı bölmələr elmi biliklərin 3 əsas sahəsini əhatə edir: təbiətşünaslıq 

elmləri, tətbiqi elmlər (texnika, kənd təsərrüfatı, tibb), ictimai və humanitar 

elmlər. KBT-nin əsas cərgəsinin sonuncu bölməsini “Universal məzmunlu 

ədəbiyyat” təşkil edir.  

Cədvəlin 2-ci, 3-cü və s. bölgüləri  əsas cədvəlin birinci şöbəsinin xırda-

lanması nəticəində əmələ gəlir. 



 KBT-nin  kütləvi kitabxanalar, uşaq və  məktəb kitabxanaları üçün 

nəzərdə tutulmuş  variantlarında ixtisarlar aparılaraq bütün elm sahələri 9 şöbə 

daxilində qruplaşdırılmışdır. Şöbələr ərəb rəqəmləri ilə işarə edilmişdir: 

1. Ümumelmi və fənlərarası biliklər. 

2. Təbiətşünaslıq elmləri 

3. Texnika. Texniki elmlər 

4. Kənd və meşə təsərrüfatı. Kənd təsərrüfatı və meşə təsərrüfatı elmləri 

5. Səhiyyə. Tibb elmləri 

6/8. İctimai və humanitar elmlər 

9. Universal məzmunlu ədəbiyyat (2) 

KBT-nin kütləvi kitabxanalar üçün işlənmiş variantının mühüm hissəsini 

köməkçi cədvəllər təşkil edir. Təsnifatın bu variantında aşağıdakı nümunəvi 

bölgülərdən istifadə olunur: ümumi nümunəvi bölgülər, ərazi nümunəvi bölgü-

ləri, xüsusi nümunəvi bölgülər. Ümumi və ərazi nümunəvi bölgülər (təyinedici-

lər) bütün əsas cədvəllərdə  tətbiq edilir, xüsusi nümunəvi bölgülər isə ayrı-ayrı 

elm sahələrinin tərkibində tətbiq edilir. 

  Hazırda 1993-1995-ci illərdə ideoloji və siyasi aləmdə baş verən sosial 

dəyişiklikləri özündə əks etdirən KBT-nin yeni nəşrləri hazırlanır.  

1998-ci ilin oktyabrında KBT-nin nəşrinin 30 illiyinə həsr edilmiş Bey-

nəlxalq konfransda dünya standartlarına cavab verə bilən KBT-nin nəşrlərinin 

yeni variantlarının hazırlanması məsələsi irəli sürülmüşdür. Əvvəlcə KBT-nin 

tam nəşrinin hazırlanması fikri əsas götürülmüşdür. Bu  variant məlum olduğu 

kimi 1960-1968-ci illərdə 30 kitabdan ibarət çap edilmişdir. Belə bir həcmdə 

olan nəşrin çapı baha başa gəldiyindən qərara alınmışdır ki, elmi kitabxanalar 

üçün olan qısaldılmış variantın (1970-1972-ci illər, 6 kitabdan ibarət) təkrar 

çapı hazırlansın və burada tibb və  kənd təsərrüfatı  şöbələrinin detallaşmasına 

xüsusi diqqət yetirilsin.  

Bunun nəticəsi olaraq Rusiyada elmi-tədqiqat mərkəzi KBT cədvəllərinin 

yeniləşməsinə ictimai elmlər şöbəsindən  başlamışdır. 2000-ci ildən başlayaraq 

müəlliflər kollektivi arasında iş birliyi yaradılmışdır.  

Elmi kitabxanalar üçun ixtisar edilmiş variantın nəşrinin 8 ciddən ibarət 

çap edilməsi qərara alınmışdır. Ayrı-ayrı buraxılışlar üçün materialların aşağı-

dakı qayda üzrə yerləşdirilməsi nəzərdə tutulmuşdur. 

A, Я 1,9 Ümumelmi və fənlərarası biliklər. Universal məzmunlu ədəbiy-

yat. 

 Bu buraxılışda həmçinin giriş, tipik bölgülər cədvəlinin verilməsi  nəzər-



də tutulmuşdur. 

Б/E  2  Təbiət elmləri. 

Ж/O   3  Texnika. Texniki elmlər. 

П/Р 4/5  Kənd və meşə  təsərrüfatı. Kənd və meşə  təsərrüfatı elmləri.  

Səhiyyə. Tibb elmləri.                  



C/T 60/63 İctimai elmlər ümumilikdə. Sosial fəlsəfə. Sosiologiya. Statis-

tika.  Demoqrafiya. Tarix. Tarix elmləri 

У/Ц 60/68 İqtisadiyyat.  İqtisadi elmlər. Siyasət. Siyasi elm. Hüquq. 

Hüquq elmləri. Hərbi iş. Hərbi elm.        

Ч/Ю 70/88 Mədəniyyət, elm, maarif. Filologiya elmləri. Bədii ədəbiyyat. 

İncəsənət. İncəsənətşünaslıq. Din. Mistika. Azad düşüncə. Fəlsəfə. Rsixologiya 

(1, s.5). 

8-сi cilddə bütün cildlərə aid toplu əlifba-predmet göstəricisi veriləcəkdir. 

Digər cildlərin hər birində  də  əlifba-predmet göstəricisinin verilməsi nəzərdə 

tutulmuşdur. 

Buraxılışlar hazırlandıqca çap edilir. Hər bir buraxılış çap edilib  istifadə-

yə verildikcə ona dair əlavə və dəyişikliklər də çap ediləcəkdir. 

Təsnifat cədvəlinin bu variantı bütün kitabxanalar üçün (universal, elmi, 

milli, kütləvi və s.) nəzərdə tutulmuşdur. 2001-ci ildən başlayaraq KBT-nin 

buraxılışlarla nəşrləri çap edilir. 

Kitabxana-Biblioqrafiya Təsnifatında 2-ci şöbə təbiətşünaslıq elmləri şö-

bəsi adlanır. Təbiətşünaslıq - təbiət haqqında elmlər sisteminin sahələrindən bi-

ridir. Təbiətşünaslığın predmeti olan təbiət insan fəaliyyəti ilə qırılmaz vəhdət-

də araşdırılır. Təbiətşünaslığın vəzifəsi hərəkətdə olan materiyanın müxtəlif 

növlərini dərk etmək, təbiət qüvvələrindən insanın mənafeyi naminə  istifadə 

etmək məqsədilə maddi aləmin qarşılıqlı  əlaqədə olan qanunauyğunluqlarını 

öyrənməkdir. Təbiətşünaslıq təbiət hadisələrinin mahiyyətini, qanunlarını  təd-

qiq edir və bu zəmində yeni hadisələri irəlicədən görür, yaradır, həmçinin dərk 

olunan qanunlardan praktik istifadə imkanlarını  açıb göstərir. 

Əgər XX əsrin ortalarına qədər təbiətşünaslığın mərkəzində fizika durur-

dusa, hazırda bununla yanaşı təbiət elmləri qrupunda – biologiya, kimya aparıcı 

rol oynayır. Astronomiyada baş verən inqilab kosmosun tədqiqinə imkan ver-

mişdir. Atom enerjisinin praktiki tətbiqi təbiətşünaslığın böyük nailiyyətidir. 

Ekologiya, ətraf mühiti mühafizə problemləri böyük  əhəmiyyət kəsb edir.  

Təsnifat cədvəlində  təbiətşünaslıq elmləri 4 bölgü üzrə qruplaşdırılmış-

dır: 22 fizika-riyaziyyat elmləri, 24 kimya elmləri, 26 yer haqqında elmlər, 28 

biologiya elmləri.  Şöbədə ayrı-ayrı elmlər qrupunun düzülüşü materiyanın 

hərəkət formalarına uyğun olaraq cansız təbiətdən canlı  təbiətə, sadədən mü-

rəkkəbə doğru istiqamətində düzülmüşdür.  

20 “Təbiətşünaslıq elmlər bütünlükdə” bölməsində  təbiətşünaslığın bir 

neçə sahəsi əhatə edilmişdir. Bu bölmədə təbiətşünaslığın fəlsəfi məsələlərinə 

dair, təbiətşünaslığın tarixinə dair nəşrlər əks etdirilir.  

20.1 bölməsi “İnsan və onu əhatə edən aləm. İnsanın ekologiyası. Ekolo-

giya ümumilikdə” adlanıar. 

XX əsrin 70-ci illərindən etibarən “insanın ekologiyası” elmi geniş məna 

daşıyır. Ekologiya mövzusu o qədər geniş yayılmışdır ki, artıq ümumiyyətlə 



elmi biliklərin və təbiətşünaslığın ekologiyasından danışmaq olar. Alimlər eko-

logiyanı  fənnlərarası biliklərə aid edirlər. Hazırda KBT-nin 1-ci bölməsi üzə-

rində dəyişikliklər aparılır. Ona görə də bu bölməyə hansı elmlərin aid edilməsi 

hələ dəqiq məlum deyil. Ola bilsin ki, ekologiyaya aid ədəbiyyatın bir qismi 1-

ci şöbədə, yəni fənlərarası biliklər sistemində verilsin.  

22-ci bölmə “Fizika-riyaziyyat elmləri” adlanır. Son dövrdə bu şöbədə 

aparılan dəyişikliklər cüzidir. “22.1 Riyaziyyat”bölməsində dəyişikliklər aparı-

laraq bu bölmədən “22.10 Elementar riyaziyyat” və “22 Ali riyaziyyat” bölmə-

ləri çıxarılmışdır. Bu bölmələr altında dərslik xarakterli ədəbiyyat toplandığına 

görə həmin ədəbiyyatları 22.1 bölməsi altında qruplaşdırmaq və  Я7  Ümumi 

Nümunəvi  Bölgülər (ÜNB) ilə indeksləşdirmək tövsiyə olunur. Belə bir dəyi-

şikliyin ”22.1  Riyaziyyat”  bölməsi üçün xüsusi əhəmiyyəti vardır ki, həmin 

şöbəyə gələcəkdə yeni bölmələrin əlavə edilməsi üçün şərait yaranmışdır.  

26-cı  şöbədə yer haqqında bütün elmlər kompleks şəklində  əhatə olun-

muşdur. UOT-da bu elmlər 2 müstəqil şöbədə yerləşdirilmişdir ( məsələn, 55 

coğrafiya və 91 coğrafiya, ölkəşünaslıq). Bu şöbəyə “26.0 Bütünlükdə yer” adlı 

yeni bölmə daxil edilmişdir ki, burada yer nəzəriyyəsi haqqında bütün ədəbiy-

yatlar öz əksini tapır. Kartoqrafiya üçün  “26.17 Kartoqrafiya” adlı yeni bölmə 

yaradılmışdır.  

“26.2 Coğrafiya elmləri” bölməsinə 1980-ci illərdən sonra yeni anlayışlar 

daxil edilmişdir. Elmlərin strukturunun dəyişməsi ilə  əlaqədar olaraq 26.221 

Okeanşünaslıq, 26.23 Meteriologiya indekslərinə yanaşma dəyişilmişdir. 

Burada xüsusi bölmə “26.233 Atmosferin fizikası” bölməsi yaradılmışdır. 

“26.234.6 Hava proqnozu” bölməsində  dəyişiklik edilmiş  və yeni bölmə  

“26.236 Sinoptik meteriologiyası” bölməsi yaradılmışdır.  

“26.221 Okeanşünaslıq” bölməsi “26.233 Atmosferin fizikası” indeksi 

altında yerləşdirilmişdir. 

“26.3 Geologiya elmləri” bölməsində  də  bəzi dəyişikliklər edilmişdir. 

Burada indekslər qrupunun bir neçəsi çıxarılmış, dinamik geologiya, tektonika, 

dəniz geologiyası və s. elmlər üçün xüsusi bölmələr yaradılmışdır. 

Coğrafiya elmləri bölməsində coğrafiyaya dair ümumi xarakterli ədəbiy-

yatlar yerləşdirilir. Ölkəşünaslıq, fiziki coğrafiya (iqtisadi, tibbi coğrafiya və s.) 

və digər elmlər öyrənmə obyektinə yaxınlaşdırılmışdır. Məsələn, iqtisadi coğ-

rafiya - iqtisadiyyata, tibbi coğrafiya - botanikaya və s.  aid edilir.  

“26.8г Coğrafiyanın və coğrafi kəşflərin tarixi” bölməsində ümumi xa-

rakterli məsələlərə dair ədəbiyyatlar toplanmışdır. 28.0 “Ümumi biologiya” 

bölməsində ümumi xarakterli ədəbiyatlar, ümumi genetika, ümumi morfolo-

giya, ümumi biofizika və s. dair ədəbiyyat yerləşdirilir. 

1988-ci ildən “Biologiya elmləri” bölməsində ciddi dəyişiklər aparıl-

mışdır. Cədvələ son dövrün tədqiqatlarının aktual istiqamətləri daxil edilmişdir. 




Bunların arasında immunologiya, inkişafin biologiyası, fiziki-kimyəvi, mole-

kulyar, kvant biologiyasının adını qeyd etmək olar. 

“28 Ümumi biologiya” şöbəsinə də yeni bölmələr daxil edilmişdir. Bun-

lar “28.01 Həyat və onun yaranması”, “28.074 İmmunologiya”, “Biocoğrafi-

ya”, “Tətbiqi biologiya” yarım bölmələrindən ibarətdir.  

“Biologiya elməri” bölməsində son dövrlərdə aparılan dəyişikliklərdən 

biri də 28.8, 28.9 bölmələrinə aiddir. Belə ki, “28.8 Embriologiya, anatomiya 

və insanın histologiyası” (orqanizmin toxumalarının mikroskopik quruluşundan 

bəhs edən elm) və “28.9 İnsanların və heyvanların fiziologiyası, biofizika və 

biokimyası” bölmələri  şöbədən çıxarılmışdır. Bu elmlər daha aşağı pillələrdə 

özünə yer tapmışdır. “28.7 Antropologiya” bölməsi “28.7 İnsanın biologiyası” 

bölməsilə əvəz edilmişdir.  

Biologiya  şöbəsində  dəyişikliklərin aparılması orqanizm haqqında 

elmlərin daha dəqiq qruplaşdırılmasına gətirib çixarır. Burada elmlər sadədən 

mürəkkəbə doğru istiqamətində qruplaşdırılmışdır: viruslar, mikroorqanizmlər 

– bitkilər, heyvanlar, insan. 

Kitabxana-biblioqrafiya təsnifatının 6/8-ci şöbəsini ictimai və humanitar 

elmlər qrupu təşkil edir. Birinci hissədə ictimai elmlərin ümumi bölgüsü veril-

mişdir. Buraya ictimai elmlər, sosiologiya, statistika, tarix və digər elmlər 

daxildir. İkinci hissədə isə humanitar elmlər verilmişdir. Buraya elm, mədəniy-

yət maarif, din, incəsənət və digər elmlər daxildir. 

Son dövrlərdə ölkədə gedən ictimai-siyasi proseslərin gedişi ilə əlaqədar 

olaraq tarix bölməsində mühüm dəyişikliklər aparılmışdır. Bu dəyişikliklər 

əsasən yeni və  ən yeni tarixin müasir dövrləşməsi ilə, SSRİ-nin dağılması və 

bir sıra Avropa ölkələrinin dağılması ilə (Yuqoslaviya, Çexoslovakiya) bağlı 

olmuşdur. Təsnifat cədvəlində tarixi proseslərin inkişafı    ilə  əlaqədar olaraq 

cəmiyyətin bu proseslərə münasibəti (xüsusilə XX əsr) nəzərə alınmışdır.  

Cədvəlin hazırlanmasında nümunəvi bölgülər nəzərdən keçirilmiş və yeni 

detallaşmalar aparılmışdır. Məsələn: “28-sosial quruluş” bölməsi və onun ya-

rımbölmələri müxtəlif ictimai, içtimai-siyasi hərəkatlar, əhalinin ayrı-ayrı təbə-

qələri və qrupları üçün yeni indekslərin yaradılmasının əsasını təşkil edir. Ayrı-

ayrı müharibələr haqqında nəşr edilən  ədəbiyyatı daha dəqiq detallaşdırmaq 

məqsədilə bölmələr yaradılmışdır. 

“63.3    Tarix bölməsinin ” əsas yarımbölmələri. 

63.3(0)  Ümumdünya tarixi 

63.3(2)     Rusiyanın tarixi 

63.3(4/8)  Qitələrin, ayrı-ayrı ölkə və regionların tarixi 

Ümumdünya tarixi 63.3 (0)  bölməsi altında  bir neçə ölkələrin və yaxud 

bütün ölkələrin tarixini əks etdirən nəşrlər toplanır. Bu bölmə  aşağıdakı 

yarımbölmələrə ayrılmışdır.(1,s.120) 

63.3(0)2   İbtidai icma cəmiyyəti                                            



63.3(0)3   Qədim dünya                                                           

63.3(0)4   Orta əsrlər (V-XV əsr)                                            

63.3(0)5   Yeni dövr (XVI əsr – 1918-ci il)                                   

 63.3(0)    Ən yeni tarix  (1918 - )                                           

İbtidai icma cəmiyyəti indeksi altında ibtidai cəmiyyətin tarixindən bəhs 

edən, arxeoloji, etnoqrafik və yazılı  mənbələrə  əsasən tərtib edilən ictimai 

xarakterli nəşrlər yerləşdirilir.  

“63.3(0)3 Qədim dünya” indeksi altında qədim  Şərq ölkələrinin 

tarixindən (Hindistan, Çin, Koreya), qədim Misirin tarixindən, Assuriya, Kiçik 

Asiya, Zaqafqaziya, Suriya, Fələstin, İran, Qədim  Roma, İtaliya və digər  ölkə-

lərin tarixindən bəhs edən nəşrlər əks etdirilir. 

Qafqaz ölkələri Gürcüstan, Qafqaz Albaniyası kimi verilmişdir ki, Azər-

baycan bunun tərkibinə daxil edilərək 63.3 (5 Aze) indeksi ilə işarələnmişdir.  

63.3(0)4 indeksi altında orta əsrlərdə (V-XV) nəşr edilmiş  ədəbiyyatlar 

yerləşdirilir. Burada IV əsrdən XV əsrə  qədər Bizans imperiyası dövründən 

bəhs edən nəşrlərə yer ayrılmışdır. 

 63.3(0)5  indeksi  altında yeni dövrə aid edilən nəşrlər yerləşdirilir. 

Burada XVI əsrdən  1918-ci ilə qədərki dövr nəzərdə tutulur. Bu indeks altında 

xüsusi əhəmiyyətə malik olan coğrafi kəşflərdən, birinci dünya müharibəsindən 

bəhs edən nəşrlərin, müharibədə itki və dağıntılardan bəhs edən nəşrlərin 

yerləşdirilməsinə diqqət yetirilmişdir.                                  

63.3(0)6 indeksi altında  ən yeni tarixlə bağlı olan nəşrlər  əks etdirilir. 

Burada 1918-ci ildən başlayaraq XX əsrin axırına qədərki dövrü əhatə edən 

nəşrlər toplanır. Bu bölmə altında sosial-iqtisadi münasibətlərə dair, beynəlxalq 

münasibətlərə dair, II Dünya müharibəsinin  başlanması  və  bu müharibənin  

xarakterinə dair nəşrlər əks etdirilir.  

Təsnifat cədvəlində siyasi proseslərin gedişinə müvafiq olaraq 63.3(0)64 

bölməsi yaradılmışdır ki, onun da yarımbölməsi 63.3(0)64.8 indeksini almışdır. 

Bu bölmə altında dünyada sosializm sisteminin dağılmasından bəhs edən 

nəşrlərin əks etdirilməsi nəzərdə tutulmuşdur.  

63.3(2) bölməsi altında Rusiyanın tarixinə dair nəşrlər yerləşdirilir. 

Rusiyanın tarixi dövrlər üzrə  təsnifat cədvəlində özünə yer tapa  bilmlşdir. 

(1,s.135) 

63.3(2)2    Rusiyanın ərazisində  b.e.əv. I əsrdən yeni eranın   

                  IX əsrinə qədər qədim dövlətlər və icmalar                           

63.3(2)4    Rusiya  IX – XVII  əsrlərdə                                                    

63.3(2)5    Rusiya XVIII - əsrdən – 1917-ci ilə qədər                               

63.3(2)6    Rusiya   (oktyabr 1917 -  ). SSRİ –nin tarixi                                  

                 (1922-1991)                                                                            

Bu bölmələr altında  Şərqi Avropa və Sibir xalqlarından,  Şərqi slavyan 

xalqlarından, qədim Rus dövlətinin yaranmasından, xristianlığın qəbul edilmə-



sinin tarixi və mədəni əhəmiyyətindən, Rusiyanın xarici siyasətindən, mühari-

bələrdən, din və dövlətlərdən, Rusiyanın mədəniyyətindən, I Pyotrun islahatla-

rından, sosial iqtisadi münasibətlərdən bəhs edən nəşrlər yerləşdirilir. 

Təsnifat cədvəlində 63.3(4)  indeksi altında Avropa ölkələrinin tarixinə 

dair nəşrlər əks etdirilir. Burada orta əsrlərdən başlayaraq (V- XV əsr) 1918-ci 

ilə  qədər Avropa ölkələrinin inkişafı  məsələrindən bəhs edən nəşrlər üçün 

müxtəlif bölmələr ayrılmışdır. 63.3(4)61 indeksi altında isə 1918-ci ildən 1939-

cu ilə kimi Avropa ölkələrinin (Almaniya, Böyük Britaniya, Belçika, Fransa)  

inkişafından bəhs edən nəşrlərə yer verilmişdir. Bölmələr aşağıdakı ardıcıllıqla  

qruplaşdırılmışdır: 

63.3(4)4       Avropa orta əsrlərdə (V-XV əsrlər)   

63.3(4 )5      Avropa XVI əsrdən – 1918-ci ilə kimi 

63.3(4)6       Avropa 1918-ci ildən sonra 

63.3(40/47) Avropanın qeyri administrativ əraziləri (Skandinav ölkələri,   

Baltikyanı ölkələr, Balkan ölkələri) 

Təsnifat cədvəlində 63.3(5) indeksi altında Asiya ölkələrinin tarixinə yer 

verilmişdir. Bu bölmə altında həmçinin ümumilikdə    Şərqin tarixinə dair 

nəşrlər də əks etdirilir. Bölmənin daxilində qruplaşma bu şəkildə verilmişdir. 

63.3(5)4   V-XVII əsrlərdə Asiya ölkələri 

63.3(5)5    XVIII əsrdən – 1918-ci ilə qədər  Asiya ölkələri 

63.3(5)6     1918-ci ildən sonra Asiya ölkələri 

63.3(5)64    XX əsrin 80-ci illərindən sonra Asiya ölkələri 

Təsnifat cədvəlində    Azərbaycan  dövləti üçün 63.3(5Aze) rubrikası 

ayrılmışdır. Bölmələrin ardıcıllığı isə  bu qayda üzrə verilmişdir. (1,s.145) 

63.3(5Aze)3      Qədim dünyada Azərbaycan ərazisi 

63.3(5Aze)4      Azərbaycan XV-XVIII əsrlərdə 

63.3(5Aze)5      Azərbaycan XIX əsrdən -1917-ci ilə kimi 

63.3(5Aze)6      Azərbaycan 1917-ci ildən sonra 

63.3(5Aze)64    Azərbaycan 1992-ci ildən sonra 

63.3 (5Aze)3 bölməsi altında qədim Azərbaycan dövlətlərindən Manna, 

Atropatena, Qafqaz Albaniyası və s. bəhs edən nəşrlərin əks etdirilməsi nəzər-

də tutulmuşdur. 

63.3(5Aze)4 bölməsi altında VII əsrdən IX əsrin I yarısına qədər (Xəlifə-

nin hakimiyyəti dövründə), XIII-XIV əsrlərdə (monqolların hakimiyyəti döv-

ründə) Azərbaycan tarixini əks etdirən nəşrlər yerləşdirilir. Bu bölmə altında 

həmçinin Azərbaycanda İran və Türkiyə hakimiyyəti dövrünü əks etdirən nəşr-

lər də toplanır. Bölmədə ayrı-ayrı Azərbaycan xanlıqlarını əks etdirən: Qarabağ 

(1742-1822), Quba (XVIII əsrin II yarısından- 1806-cı ilə qədər), Şəki (XVIII 

əsrin ortalarından 1805-ci ilə  qədər),  Şirvan (1748-ci ildən 1805-ci ilə  qədər) 

nəşrlərə yer verilmişdir.  




63.3(5Aze)5 bölməsi altında  Şimali Azərbaycanın Rusiyaya birləşməsi 

məsələrindən  (1813-1828)  bəhs edən nəşrlər əks etdirilir. 

63.3(5Aze)6 bölməsi altında müstəqil Azərbaycan Respublikası dövrün-

dən (1918-1920), Azərbaycanda vətəndaş müharibəsindən, Azərbaycan Res-

publikasının SSRİ dövründəki fəaliyyətindən (1922-1991) bəhs edən nəşrlərə 

yer verilmişdir. 

63.3(5Aze)64 indeksi altında 1992-ci ildən sonra Azərbaycan Respubli-

kasının inkişafından bəhs edən nəşrlər  əks etdirilir. Bu bölmədə Dağlıq 

Qarabağ ətrafında  gedən münaqişələrdən bəhs edən nəşrlərə də yer verilir. 

Təsnifat cədvəlində 63.3(5) bölməsi Asiya ölkələrinin tarixi üçün nəzərdə 

tutulmuşdur. Asiya ölkələri bölməsi altında Gürcüstan, Əfqanıstan, Hindistan, 

İndoneziya, İordaniya, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Səu-

diyyə Ərəbistanı, Suriya, Tacikistan, Tayland, Özbəkistan, Yaponiya, Türkiyə 

və digər ölkələrin tarixini əks etdirmək üçün indekslər müəyyənləşdirilmişdir.  

Cədvəldə  Türkiyənin tarixi  aşağıdakı ardıcıllıqla verilmişdir. 

63.3(5 Tуц)  Türkiyə  XIII əsrin sonundan - XVIII əsrə  qədər. Burada 

Osmanlı  İmperiyasının  yaranması  və digər məsələlərdən bəhs edən nəşrlərin 

əks etdirilməsi nəzərdə tutulmuşdur. 

63.3(5Туц)  Türkiyə XIX əsrdən 1918-ci ilə qədər. Burada XIX əsrin 20-

30-cu illərində  Türkiyədə aparılan  islahatlardan, türk xalqının milli  azadlıq 

hərəkatından, 1908-ci ildə Türkiyə inqilabından, Türkiyənin milli məsələlərin-

dən (erməni-türk münaqişələri) bəhs edən nəşrlərin  əks etdirilməsi nəzərdə 

tutulmuşdur. 

63.3(5 Туц)6  bölməsi altında Türkiyənin 1918-ci ildən sonrakı dövrləri 

əks etdirilir.  

  Təsnifat cədvəlində  63.3(6) bölməsi Afrikanın tarixi, 63.3(7) bölməsi 

Amerikanın tarixi, 63.3(8) bölməsi isə Avstraliya və Okeaniyanın tarixini əks 

etdirən nəşrlər üçün nəzərdə tutulmuşdur. 

63.3(6) bölməsi və onun yarımbölmələri altında Afrikanın,  Əlcəzairin, 

Anqolanın, Misir, Mərakeş, Mozambik, Efiopiya və digər ölkələrin tarixinə 

dair nəşrlər əks etdirilir. 

Təsnifat cədvəlində 63.3(T5) bölməsi “Etnologiya (etnoqrafiya, xalqşü-

naslıq)” adlanır. 

63.500 yarımbölməsi altında etnologiyanın nəzəriyyəsindən bəhs edən 

nəşrlərə yer verilir. Burada etnologiyanın  predmeti və məqsədindən, etnologi-

yanın metodologiyasından, etnologiyanın  əsas anlayış  və kateqoriyalarından  

(qəbilə, etnos, millət və s.), etnik ərazilərin və  etnik  sərhədlərin problemindən, 

millətlərarası münasibətlərdən bəhs edən nəşrlər əks etdirilir. Bu bölmə altında 

həmçinin etnik problemlərin proqnozlaşdırılması, etnik tədqiqatların  metod və 

texnikasından, etnik xəritəşünaslığın metodikasından və digər məsələlərdən 

bəhs edən nəşrlərə yer verilir.  



“63.501 Etnologiyanın tarixi” bölməsi altında retrospektiv xarakterli 

nəşrlər  əks etdirilir. Burada həmçinin müxtəlif istiqamətlərin və  məktəblərin 

tarixini xarakterizə edən  ədəbiyyat yerləşdirilir. Məsələn, Amerika məktəbi, 

Britaniya sosial antropologiyası, sovet etnoqrafik məktəbi və s. 

“63.51 Tarixi etnologiya” bölməsi altında müxtəlif qəbilələr, bütün xalq-

lar və yaxud dünyanın bir neçə xalqları haqqında  ədəbiyyat  əks etdirilir. Bu 

bölmənin müxtəlif yarımbölmələri altında qədim dünyanın tarixi arxeologiyası, 

qədim Şərqin qəbilə və xalqları haqqında (Qədim Hindistan, Çin, Cənub-Şərqi 

Asiya və s.), Antik dünya xalqlarının etnologiyası haqqında, orta əsrlər dövrü-

nün  tarixi etnologiyası haqqında, Rusiyanın tarixi etnologiyası haqqında nəşr-

lər yerləşdirilir.  

63.51 (4/8) bölməsi altında ayrı-ayrı xarici ölkələrin etnologiyası 

haqqında ədəbiyyat əks etdirilir.  

63.52 bölməsi və onun yarımbölmələri altında müasir xalqların etnologi-

yasından bəhs edən nəşrlər əks etdirilir. Burada ayrı-ayrı xalqların etnologiya-

sının müəyyən edilməsi üçün tipik etnik bölgülər cədvəli müəyyənləşdirilmiş-

dir. Məsələn, 63.521 (=41) Slavyan xalqları, 63.521 (=43) alman xalqı, 63.521 

(=521) İran xalqları (farslar, taciklər, kürdlər, əfqanlar, osetinlər və s.), 63.521 

(=63) türk xalqları, 63.521 (=49) albanlar, 63.521 (=60) Qafqaz xalqları. 

Çox təəssüflə qeyd etmək lazımdır ki, təsnifat cədvəlində Azərbaycan 

xalqı üçün ayrıca indeks müəyyənləşdirilməmişdir. Ona görə  də Azərbaycan 

xalqına məxsus olan ədəbiyyatı 63.521 (=60) Qafqaz xalqları indeksi altında 

təsnifləşdirmək lazım gələcək.  

Etnologiya bölməsinin “Müqayisəli etnologiya” (63.57) yarımbölməsi 

altında müxtəlif xalqların maddi mədəniyyəti, sosial quruluşu, mənəvi 

mədəniyyəti haqqında müqayisəli planda yazılmış ədəbiyyat yerləşdirilir.  

“63.58 Qarışıq ekoloji fənlər” bölməsi altında isə etnodemoqrafiya 

(60.75), etnopsixologiya (88.58), etnoekologiya və s. qarşılıqlı  əlaqəsi olan 

fənlər yerləşdirilir. 

Beləliklə, ölkənin ictimai-siyasi proseslərindəki dəyişiklik nəzərə alına-

raq Kitabxana Biblioqrafiya təsnifatı cədvəlində də mühüm dəyişikliklər aparıl-

mış  və aparılmaqdadır. XXI əsrdə yaşadığımızı  nəzərə alaraq modernləşmə 

prosesini dayandırmaq olmaz. Biz həmişə yeni problemlərlə üzləşirik, ona görə 

də bütün bu problemlər təsnifat cədvəlində öz əksini tapmalıdır. 

                              

ƏDƏBİYYAT 

 

1.  Библиотечно-библиографическая  классификация  (Текст):Средние 



таблицы: Практическое пособие / Рос.Гос.б-ка, Б-ка Рос.акад.наук.- М.: 

Изд-во  Либерея, 2001.- Вып.1.С/Т-  Социальные  науки  в  целом. 

(Обществознание). История и исторические науки.- 320 с. 


2.  Библиотечно-библиографическая  классификация  (Текст):Рабочие 

таблицы для массовых библиотек.-М.: Либерея, 1997.-687с. 

3. Xələfov A.A. İnformasiya cəmiyyətinin formalaşmasında kitabxanaların 

vəzifələri (Mətn): /A.Xələfov // Kitabxanaşünaslıq və biblioqrafiya.-2005.-2.-

S.5-17. 

4. Kitabxana işi haqında Azərbaycan Respublikasının qanunu (Mətn) // 

Azərbaycan.-1999.-14 mart. 

5. Kitabxanaşünaslıq (Mətn): (Kitabxana kataloqları): Dərs vəsaiti / 

A.Xələfovun red. ilə.- B.: BDU nəşr-tı,  1996.-210 s. 

   


С.МУСТАФАЕВА 

 

БИБЛИОТЕЧНО-БИБЛИОГРАФИЧЕСКАЯ КЛАССИФИКАЦИЯ:  



НОВШЕСТВА И ИЗМЕНЕНИЯ 

 

РЕЗЮМЕ 

 

В  данной  статье  рассказывается  о  новых  изданиях  библиотечно-



библиографической  классификации  и  о  внесенных  изменениях  в  эти 

издания  в  связи  с  общественно-политическими  процессами.  В  статье 

также  освещены  вопросы  усовершенствования  разделов  клас-

сификационной таблицы и создания новых разделов.  

 

S.MUSTAFAYEVA 

 

CLASSİFİCATİON OF THE LİBRARY BİBLİOGRAPHY: 

İNNOVATİONS AND CHANGES 

 

SUMMARY 

 

An article deals with new publications of the classification of the library 



bibliography and changes related with the social-political processes in these 

publications. An article deals also with the improvement of the section of the 

classification schedule and creation new sections. 

 

Yüklə 277,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə