Microsoft Word kiv haqqinda qanun doc



Yüklə 397,61 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix26.08.2018
ölçüsü397,61 Kb.
#64611
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   12


Kütləvi informasiya vasitələri haqqında  

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

Bu  Qanun  Azərbaycan  Respublikasında  kütləvi  informasiyanın  axtarılması,  əldə  edilməsi, 



hazırlanması,  ötürülməsi,  istehsalı  və  yayımının  ümumi  qaydalarını,  habelə  mətbuatın, 

informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının vətəndaşların tam, doğru‐dürüst 

və  operativ  informasiya  almaq  hüququnun  həyata  keçirilməsinə  yönəldilmiş  fəaliyyətinin 

təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir. 

I   f ə s i l  

ÜMUMİ MÜDDƏALAR 

M a d d ə   1 .  Kütləvi informasiya azadlığı

 

Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. 

Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, 

hazırlamaq,  ötürmək,  istehsal  etmək  və  yaymaq  hüququna  dövlət  tərəfindən  təminat 

verilməsinə əsaslanır. 

Kütləvi  informasiya  vasitələrinin  təsis  olunması,  onlara  sahiblik,  onlardan  istifadə,  onların 

idarə  olunması,  kütləvi  informasiyanın  axtarılması,  əldə  edilməsi,  hazırlanması,  ötürülməsi, 

istehsalı  və  yayımı  Azərbaycan  Respublikasının  kütləvi  informasiya  vasitələri  haqqında 

qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz. 

M a d d ə   2 .  Bu Qanunun tətbiq sahəsi 

Bu Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş bütün kütləvi informasiya 

vasitələrinə  həmçinin  onun  hüdudlarından  kənarda  yaradılan  kütləvi  informasiya  vasitələri 

məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə şamil edilir. 

M a d d ə   3 .  Əsas anlayışlar 

Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 

kütləvi  informasiya  ‐  axtarılması,  əldə  olunması,  hazırlanması,  ötürülməsi,  istehsalı  və 

yayımı  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  məhdudlaşdırılmayan,  ümumi  istifadə 

üçün nəzərdə tutulmuş mətbu, audio, audiovizual xəbər və digər məlumatlar; 

kütləvi  informasiya  vasitələri  ‐  dövri  mətbu  nəşrlər,  teleradio  proqramları,  informasiya 

agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları; 

i[1]

 

teleradio  və  kinoxronika  proqramları  ‐  daimi  adı,  nömrəsi  olan  və  ildə  azı  bir  dəfə  efirə 



buraxılan audio, audiovizual xəbər və materialların (verilişlərin) məcmusu;

 

ii[2]



 

dövri  mətbu  nəşrlər  ‐  çap  prosesinin  və  ya  hər  hansı  surətçıxaran  texnikanın  vasitəsilə 

hazırlanmış,  birdəfəlik  tirajı  100  nüsxədən  çox,  daimi  adı  və  cari  nömrəsi  olan,  ildə  azı  on  iki 

dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər;

 

iii[3]



 

kütləvi informasiya vasitəsinin məhsulu ‐ mətbu nəşrin bir nömrəsinin tirajı, yaxud onun 

bir  hissəsi,  teleradio,  kinoxronika  proqramlarının  ayrıca  buraxılışı,  proqramın  audio  və  ya 

vidioyazısının tirajı, yaxud tirajının bir hissəsi; 

kütləvi  informasiya  vasitəsi  məhsulunun  yayılması  ‐  dövri  mətbu  nəşrlərin,  teleradio 

proqramların, audio və ya videoyazılarının satılması və ya paylanması, teleradio proqramların 

yayımı, kinoxronika proqramlarının nümayişi; 



ixtisaslaşmış  kütləvi  informasiya  vasitələri  ‐  istehsalı  (yayımı)  üçün  bu  Qanunla  xüsusi 

qaydalar müəyyən edilmiş kütləvi informasiya vasitələri; 

(Çıxarılıb)

iv[4]


 

məsul redaktor ‐ mətbu nəşrə rəhbərlik edən baş redaktor (redaktor), yaxud onu əvəz edən 

şəxs; teleradio təşkilatında verilişlərin (proqramların) yayımına icazə verən şəxs; 



naşir ‐ mətbu nəşrin məhsulunun istehsalını maddi‐texniki cəhətdən təmin edən nəşriyyat, 

digər  müəssisə  (sahibkar),  naşirə  bərabər  tutulan  və  əsas  gəlir  mənbəyi  bu  fəaliyyət  növü 

olmayan fiziki və ya hüquqi şəxs; 

yayıcı ‐ redaksiya və ya naşirlə müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla kütləvi 

informasiya vasitəsi məhsullarının yayılmasını həyata keçirən fiziki və ya hüquqi şəxs; 



pornoqrafik  materiallar  ‐  əsas  məzmunu  seksual  münasibətlərin  anatomik  və  fizioloji 

cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, informasiyalar və digər 

materiallar. 

M a d d ə   4 .  (Çıxarılıb ) 

v[5]

 

M a d d ə   5 .  Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının 



qanunvericiliyin 

vi[6]

 

Kütləvi  informasiya  vasitələri  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi 

Azərbaycan  Respublikasının  Konstitusiyasından,  bu  Qanundan,  “Televiziya  və  radio  yayımı 

haqqında”,  ʺMəlumat  azadlığı  haqqındaʺ,  ʺVətəndaşların  müraciətlərinə  baxılma  qaydası 

haqqındaʺ, ʺRabitə haqqındaʺ, ʺDövlət sirri haqqındaʺ, ʺMüəlliflik hüququ və əlaqəli hüquqlar 

haqqındaʺ  Azərbaycan  Respublikası  qanunlarından,  habelə  digər  müvafiq  qanunvericilik 

aktlarından ibarətdir. 

vii[7]


 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələrlə  bu  Qanun 

arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. 

M a d d ə   6 .  Kütləvi informasiya vasitələrinin dili 

Azərbaycan  Respublikasının  ərazisində  kütləvi  informasiya  vasitələri  dövlət  dilindən 

istifadə edirlər. 

viii[8]

 

Azərbaycan  Respublikası  vətəndaşlarının  kütləvi  informasiyanın  istehsalı  və  yayımında 



Azərbaycan  Respublikası  əhalisinin  danışdığı  başqa  dillərdən,  habelə  dünyada  geniş  yayılmış 

digər dillərdən istifadə etmək hüququ vardır. 

ix[9]

 

M a d d ə   6 ‐ 1 .



 

Kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsi

 

x[10]



 

Kütləvi informasiya vasitələri qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən 

vəsaitlər hesabına maliyyələşdirilə bilər. 

I I   f ə s i l  

KÜTLƏVİ İNFORMASİYA AZADLIĞININ ƏSASLARI 

M a d d ə   7 .  Senzuranın yolverilməzliyi



 

Kütləvi  informasiya  vasitələri  üzərində  dövlət  senzurasına,  habelə  bu  məqsədlə  xüsusi 

dövlət  orqanlarının  və  ya  vəzifələrin  yaradılmasına  və  maliyyələşdirilməsinə  yol  verilmir. 

Məlumatın  və  ya  müsahibənin  müəllifi  olduqları  hallardan  başqa,  dövlət  orqanlarının, 

bələdiyyələrin,  idarə,  müəssisə  və  təşkilatların,  ictimai  birliklərin,  vəzifəli  şəxslərin,  habelə 

siyasi  partiyaların  kütləvi  informasiya  vasitələrində  yayılan  məlumat  və  materialların 




Yüklə 397,61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə