Microsoft Word Kompensasiya qaydalari 07. 09. 2010. doc



Yüklə 78,46 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü78,46 Kb.
#27839


 

“Dövlət qeydiyyatına alınmışdır” 

Azərbaycan Respublikasının 

Ədliyyə Nazirliyi 

Qeydiyyat №_____ 

“___”___________2010-cu il 

 

Nazir müavini 



 

__________Toğrul Musayev 

 “Təsdiq edilmişdir” 

Azərbaycan Respublikası 

Mərkəzi Bankının İdarə Heyəti 

Protokol № _____ 

“___”___________2010-cu il 

 

Mərkəzi Bankın sədri 



 

___________ Elman Rüstəmov 

 

 

 



Banklarda kompensasiya siyasətinin əsas prinsipləri haqqında 

Qaydalar 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı-2010 


 

2

1.



 

Ümumi müddəalar 

1.1.


 

Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” 

və “Banklar haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan 

Respublikasının digər normativ hüquqi aktlarına, habelə Beynəlxalq 

Hesablaşmalar Bankının Bank Nəzarəti üzrə Bazel Komitəsinin “Kompensasiya 

prinsiplərinin və standardlarının qiymətləndirilməsi metodologiyası” adlı 

tövsiyələrinə uyğun olaraq hazırlanmış  və banklarda kompensasiya siyasətinin 

həyata keçirilməsi qaydalarını müəyyən edir. 

1.2.

 

Bu Qaydaların  əsas məqsədi banklarda kompensasiya siyasətinin 



formalaşdırılması və tənzimlənməsidir. 

1.3.


 

Bu Qaydalar bankın təşkilati strukturunun bütün səviyyələrində onun 

risk profilinə  əhəmiyyətli təsir göstərə bilən bütün səlahiyyətli  şəxslərə (məs., 

bankın rəhbərliyi, bankı risklərlə üzləşdirə biləcək  əməkdaşlar, daxili audit 

bölməsinin əməkdaşları və s.) şamil edilir.  

1.4.


 

Bu Qaydaların tələbləri kənar tərəflərə (məsləhətçilər, vasitəçilər və 

s.) ödəmələrə aid edilmir.  

1.5.


 

Hər bir bank fəaliyyətinin xüsusiyyətlərinə, həcminə və digər amillərə 

müvafiq olaraq kompensasiya siyasətini tətbiq edəcəyi  əməkdaşların 

kateqoriyalarını müəyyən etməlidir. Belə kateqoriyalara ən azı aşağıdakı vəzifələr 

daxil edilməlidir: 

-

 



bankın yüksək idarəetmə orqanlarının üzvləri;  

-

 



peşəkar fəaliyyəti zamanı bankın risk profilinə  əhəmiyyətli təsir göstərə 

biləcək əməkdaşlar;  

-

 

qrup  şəklində  fəaliyyətləri bankı  əhəmiyyətli risklərlə üzləşdirə biləcək 



əməkdaşlar (Məs, kredit mütəxəssisləri tərəfindən verilən kreditlər bankın 

kredit riskinin mühüm hissəsini təşkil edir); 

-

 

risklərin idarə edilməsi və daxili nəzarət, daxili audit, statistika funksiyasını 



həyata keçirən bölmənin əməkdaşları. 

 



 

3

  



2.

 

Ümumi anlayışlar 

 

Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 



2.1.

 

Kompensasiya- göstərdikləri xidmət müqabilində bank tərəfindən 



əməkdaşlarına ödənilən sabit kompensasiya və  dəyişkən kompensasiyadan 

ibarətdir.  

2.2.

 

Sabit kompensasiya - əməkdaşa ödənilən aylıq əmək haqqıdır. 



2.3.

 

Dəyişkən kompensasiya- kompensasiyanın  əməkdaşın fəaliyyətinin 



nəticəsinə  əsaslanan komponentidir. Bu komponentə nağd ödənişlər (məs, 

mükafat) və qeyri-nağd ödənişlər (məs. bankın səhmlərinin və qiymətli 

kağızlarının əldə edilməsi, səhm opsionları və s.) daxildir. 

2.4.


 

Kompensasiya sistemi - kompensasiya siyasətinin 

müəyyənləşdirilməsi, nəzarəti, habelə  fəaliyyətin qiymətləndirilməsi və 

kompensasiya strukturunu əhatə edən prosesdir.  

 

 

3.



 

Banklarda kompensasiya sistemi 

3.1.


 

Hər bir bank öz strateji hədəflərinə, fəaliyyətinin xüsusiyyətlərinə və 

mürəkkəbliyinə, bankın həcminə, habelə risk profilinə uyğun olaraq kompensasiya 

sisteminə malik olmalıdır. 

3.2.

 

Kompensasiya sistemi bankın uzunmüddətli və davamlı inkişafının 



təmin edilməsinə yönəldilməlidir. 

3.3.


 

Kompensasiya sistemi bankın korporativ idarəetmə mexanizminin 

əsas komponentlərindən biri olmalı və aşağıdakı prinsipləri əhatə etməlidir: 

-

 



kompensasiya sisteminin yaratdığı stimul bankın rəqabət 

qabiliyyətliliyini artırılmasını təmin etməlidir; 

-

 

kompensasiya sistemi bankın riskyönümlü biznes fəaliyyətinə 



uyğunlaşdırılmalıdır; 


 

4

-



 

kompensasiya sistemi risklərin idarə edilməsi sistemi və insan 

resurslarının təkmilləşdirilməsini təmin etməlidir. 

3.4.


 

 Kompensasiya sistemi dörd əsas elementdən ibarətdir: 

-

 

kompensasiya sisteminin təşkilati strukturu



-

 

kompensasiya siyasəti; 



-

 

fəaliyyətin qiymətləndirilməsi və kompensasiyanın strukturu; 



-

 

bankın kompensasiya siyasətinə dair məlumatların açıqlanması . 



3.5.

 

Kompensasiya sisteminin təcrübədə  həyata keçirilməsinin mütəmadi 



monitorinqi üçün müvafiq mexanizm yaradılmalıdır. 

3.6.


 

Kompensasiya sistemi kompensasiyanın dəyişkən komponentinin 

həcmini bütövlükdə bankın fəaliyyətinin nəticələrinə uyğunlaşdırmalıdır. Zəif 

maliyyə nəticələri və ya bankın zərərlə işləməsi halı baş verdikdə kompensasiyanın 

dəyişkən komponenti əhəmiyyətli dərəcədə azaldılmalıdır (struktur bölməsi və ya 

bütövlükdə bank səviyyəsində).  

 

4.

 

Kompensasiya sisteminin təşkilati strukturu 

4.1.


 

Kompensasiya siyasətinin formalaşdırılması  və icrası Müşahidə 

Şurası, İdarə Heyəti və Mükafatlandırma komitəsi tərəfindən həyata keçirilir. 

 

4.2.



 

Müşahidə  Şurası. Bankın kompensasiya siyasətinin formalaşmasına 

və icrasına nəzarət edən Müşahidə Şurasının müvafiq üzvü risklərin idarə edilməsi 

və kompensasiya sahəsində  təcrübəyə malik olmalıdır. Müşahidə  Şurasının 

kompensasiya siyasətinin həyata keçirilməsi prosesində  səlahiyyətləri 

aşağıdakılardır: 

-

 



kompensasiya sisteminin formalaşdırılması 

və onun daimi 

monitorinqinin təmin edilməsi; 

-

 



kompensasiya siyasətinin təsdiq edilməsi; 

-

 



kompensasiya siyasətinin icrasına nəzarətin həyata keçirilməsi


 

5

-



 

ildə bir dəfədən az olmayaraq kompensasiya siyasətinə yenidən 

baxılması; 

-

 



İdarə Heyəti üzvlərinin kompensasiyasının müəyyən edilməsi; 

-

 



kompensasiya fəaliyyətinin təsdiq olunmuş siyasətə uyğunluğunun auditi 

üzrə prosedurların müəyyənləşdirilməsi;  

-

 

kompensasiya fəaliyyətinin risklərin idarə edilməsi siyasətinə 



uyğunluğuna nəzarətin həyata keçirilməsi;  

-

 



Mükafatlandırma komitəsinin üzvlərinin təyin edilməsi və komitənin 

fəaliyyətinə nəzarətin həyata keçirilməsi; 

-

 

Mükafatlandırma komitəsinin risklərin idarə edilməsi, maliyyə, daxili 



audit və insan resursları sahəsindəki məlumatlara maneəsiz çıxışlarının təmin 

edilməsi. 

4.3.

 

Mükafatlandırma komitəsi.  Hər bir bankda Müşahidə  Şurasının 



tabeliyində olan və  İdarə Heyətindən asılı olmayan müstəqil Mükafatlandırma 

komitəsi yaradılmalıdır. Mükafatlandırma komitəsinin sədri Müşahidə  Şurası 

üzvlərindən seçilməlidir. Mükafatlandırma komitəsinin üzvlərinin ən azı üçdə biri 

maliyyə sahəsində mütəxəssis olmalı, habelə risklərin idarə edilməsi və insan 

resursları sahəsində biliklərə malik olmalıdır. Mükafatlandırma komitəsi elə təşkil 

olunmalıdır ki, o, kompensasiya siyasətinin formalaşdırılması  və  kompensasiya 

fəaliyyətin həyata keçirilməsi üzərində  səriştəli  və müstəqil qiymətləndirməni 

həyata keçirə bilsin. Mükafatlandırma komitəsi, xüsusilə, gələcəkdə daxil olması 

gözlənilən, lakin müddəti və reallaşması qeyri-müəyyən olan gəlirlə  əlaqədar 

ödənilən kompensasiya üçün tətbiq edilən yanaşmanı diqqətlə qiymətləndirməlidir. 

Belə qiymətləndirmə  nəticəsində  qəbul edilən qərar bankın hazırki və  gələcək 

maliyyə  vəziyyəti ilə bağlı  tədqiqatlara uyğun olmalıdır. Mükafatlandırma 

komitəsi bankın risklərin idarəedilməsi komitəsi ilə  əməkdaşlılq rejimində 

fəaliyyət göstərməklə kompensasiya sistemi tərəfindən yaradılan 

stimullaşdırmaları qiymətləndirməlidir. Mükafatlandırma komitəsinin risklərin 

idarə edilməsi və  nəzarət funksiyasını  həyata keçirən bölmələrin məlumat 

bazalarına və  təhlil sənədlərinə maneəsiz çıxışı olmalıdır. Mükafatlandırma 



 

6

Komitəsi kompensasiya sisteminin gələcəkdə daxili və xarici proseslərə necə 



reaksiya verəcəyini müəyyənləşdirmək üçün mümkün ssenarilərin simulyasiyasını 

həyata keçirməlidir.  

Mükafatlandırma komitəsinin vəzifələri Müşahidə  Şurası  tərəfindən təsdiq 

edilmiş müvafiq əsasnamə ilə müəyyən edilməli və  ən azı  aşağıdakılardan ibarət 

olmalıdır: 

-

 



kompensasiya siyasətinin hazırlanması  və  təsdiq üçün Müşahidə 

Şurasına təqdim edilməsi;  

-

 

kompensasiya siyasətinin icrası ilə bağlı daxili prosedurların 



hazırlanması  və bu prosedurların risk menecement qaydalarına uyğunluğunun 

təmin edilməsi; 

-

 

kompensasiyanın səviyyəsi barədə Müşahidə  Şurasına təkliflərin 



verilməsi; 

-

 



kompensasiya proqramlarının bankın fəaliyyət istiqamətlərinə, 

məqsədlərinə və risk profilinə uyğunlaşdırması; 

-

 

kompensasiya siyasətinin icrası ilə bağlı Müşahidə  Şurasının 



göstərişlərinin yerinə yetirilməsi. 

4.4.


 

İdarə Heyəti.  İdarə Heyəti Müşahidə  Şurasının təsdiq etdiyi 

kompensasiya siyasətinə müvafiq olaraq digər  əməkdaşlara münasibətdə bu 

siyasətinin həyata keçirilməsini təmin etməlidir.  

İdarə Heyəti bankın risk profilinə əhəmiyyətli təsir edə biləcək əməkdaşların 

fəaliyyətinin qiymətləndirilməsində istifadə olunan göstərici və metodlar, habelə 

kompensasiyasının dəyişkən komponenti barədə onların məlumatlandırılmasını 

təmin etməlidir.  

4.5.


 

 Daxili audit və  nəzarət bölmələri,habelə insan resursları bölməsi və 

xarici ekspertlər kompensasiya siyasətinin hazırlanmasına cəlb edilə bilər.  

4.6.


 

 

Daxili audit və  nəzarət bölmələri kompensasiya fəaliyyətinin  



Müşahidə Şurası tərəfindən təsdiq edilmiş siyasət və prosedurlara uyğunuluğunun 

yoxlanılmasını  təmin etməli və müvafiq hesabat Müşahidə  Şurasına təqdim 




 

7

etməlidir. Müvafiq yoxlamalar zaman əsas diqqət həddindən artıq risk 



götürülməsinə stimulun yaradılmamasına yönəldilməlidir. Nəzarət prosesinə  cəlb 

edilmiş  əməkdaşların bankın biznes bölmələrindən asılılığı olmamalı, habelə 

adekvat səviyyədə səlahiyyətlərə malik olmalıdırlar. Belə əməkaşların əmək haqqı 

isə onların qarşısından qoyulan vəzifələrinə yetirilməsi səviyyəsinə müvafiq 

olmalıdır.  

 

5.



 

Banklarda kompensasiya siyasəti 

5.1.


 

Bank özünün risk profilinə  təsir edən bütün vəzifələr üçün 

kompensasiya siyasətininin hazırlanmasını, icrasını və dövrü olaraq yenilənməsini 

təmin etməlidir. Kompensasiya siyasəti risklərin idarə edilməsi strategiyasında əks 

olunmuş risk səviyyəsindən artıq risk götürülməsinin qarşısının alınmasına 

yönəlməlidir.  Kompensasiya siyasətinin  əsas məqsədi işçi heyəti və bankın 

uzunmüddətli dövrdə  məqsədlərinin uzlaşdırılmasıdır. Kompensasiya siyasəti elə 

formalaşdırılmalıdır ki, o, bankın kapital mövqeyinin gücləndirilməsini 

məhdudlaşdırmasın.   

5.2.


 

Kompensasiya siyasətində ən azı aşağıdakılar öz əksini tapmalıdır: 

-

 

kompensasiya siyasətinin məqsədi



-

 

kompensasiyanın elementləri, o cümlədən  əmək haqqı, mükafat, səhm 



opsionları və s.; 

-

 



fəaliyyətin qiymətləndirilməsində  və kompensasiyanın dəyişkən 

komponentinin müəyyən olunmasında istifadə edilən metodlar və göstəricilər 

(maliyyə və qeyri-maliyyə xarakterli);  

-

 



maraqlar münaqişəsinin qarşısının alınması prinsipləri.  

5.3.


 

İdarə Heyəti onun üzvləri üçün kompensasiyanın məbləğinin 

müəyyənləşdirilməsində  iştirak etməməli və bununla bağlı prinsiplər 

kompensasiya siyasətində göstərilməlidir. 

5.4.

 

Bank kompensasiya siyasətini hazırlayarkən aşağıdakıları  nəzərə 



almalıdır:  


 

8

-



 

kompensasiya siyasətinin yol verdiyi risk götürmə  çərçivəsinin bankın 

risklərin idarə edilməsi strategiyasına uyğunluğu; 

-

 



kompensasiya siyasətinin bankın kapital adekvatlığına təsiri; 

-

 



kompensasiya siyasətinin bankın məqsəd və  dəyərlərinə, strateji 

hədəflərinə, o cümlədən uzunmüddətli hədəflərinə  və risklərin idarə edilməsi 

sisteminə uyğunluğu və maraqlar münaqişəsinin yaranmasına təsiri; 

-

 



kompensasiya fəaliyyətinin bankın müştərilərinin və  səhmdarlarının 

maraqlarına xələl gətirməməsi. 

5.5.

 

Kompensasiya siyasəti bacarıqlı  və  təcrübəli  əməkdaşların cəlb 



edilməsi üçün adekvat olmalı və maraqlar münaqişəsi yaratmamalıdır.  

5.6.


 

Kompensasiya siyasəti bütün növ risklərə (o cümlədən, öçülməsi çətin 

olan risklərə, məs, likvidlik riski, reputasiya riski, kapital xərci riski və s.) 

uyğunlaşdırılmalıdır. Banka eyni həcmdə fayda gətirən, lakin fərqli risk götürən 

əməkdaşlar fərqli qiymətləndirilməlidir.  

5.7.


 

Dəyişkən kompensasiya elə müəyyənləşdirilməlidir ki, əməkdaşın 

fəaliyyətinin riskə həssaslığı müəyyən edilmiş səviyyədən artıq olduqda bonusların 

azaldılması mümkün olsun.  

5.8.

 

Dəyişkən kompensasiyanın ödəniş formaları (nağd pul, səhm 



opsionları, qiymətli kağızlar və s.) bankın risklərin idarə edilməsi siyasətinə uyğun 

olmalıdır.  

5.9.

 

Ayrı-ayrı  fəaliyyət növlərindən  əldə olunan mənfəət və  zərərin 



müxtəlif dövrlərdə formalaşması  dəyişkən kompensasiya üzrə ödənişlərin 

qrafikində  nəzərə alınmalı  və  dəyişikən kompensasiyanın qısamüddətli dövrdə 

ödənilməsinə yol verilməməlidir. Kompensasiya siyasətinin risklərə qarşı 

həssaslığını artırmaq üçün müxtəlif metodlardan istifadə oluna bilər. Yüksək 

idarəetmə orqanlarının üzvləri, habelə peşəkar fəaliyyəti bankı  əhəmiyyətli 

risklərlə üzləşdirə biləcək  əməkdaşlara ayrılan dəyişkən kompensasiyanın 

əhəmiyyətli hissəsi (40-60% çərçivəsində) fəaliyyətin yekun nəticəsi məlum olana 

qədər gecikdirilə bilər.  Tövsiyə olunan nisbət vəzifə ierarxiyası  və  məsuliyyət 




 

9

dərəcəsinin artmasına müvafiq artırılmalı və bir çox hallarda 60%-dən yuxarı ola 



bilər. Qeyd edilən gecikdirilmə müddət  əməliyyatın xarakterinə  və risklilik 

dərəcəsinə uyğunlaşdırılmalıdır.  

5.10.

 

Kompensasiya siyasətində  əməkdaşın peşəkar fəaliyyətində yol 



verdiyi səhvlər nəticəsində əmələ gələn itkilərlə bağlı əməkdaşın əmək haqqından 

tutulmaların və ya təqdim edilmiş yalnış  məlumatlar müqabilində ödənilən 

dəyişkən kompensasiyanın geri qaytarılması prosedurları əks olunmalıdır.  

 

6.



 

Fəaliyyətin qiymətləndirilməsi və kompensasiyanın strukturu 

6.1.


 

Fəaliyyətin qiymətləndirilməsi.  Fəaliyyətin qiymətləndirilməsi 

kompensasiya sisteminin əsas tərkib hissələrindən biridir. Qiymətləndirmə 

uzunmüddətli dövrü əhatə etməlidir. Qiymətləndirmə zamanı maliyyə (mənfəət, 

zərər və s.) və qeyri-maliyyə indikatorlarından (məs., fərdi bacarıqların inkişaf 

etdirilməsi, daxili prosedurlara və digər standartlara əməl olunma və komandanın 

işinə töhvə verilməsi və s.) istifadə olunmalıdır.  

6.2.

 

Bank hər bir struktur bölməsi üzrə kompensasiyanın dəyişkən 



hissəsinin hesblanması üçün müvafiq metodlar hazırlamalıdır. Belə metodlar 

hazırlanarkən aşağıdakı maliyyə və qeyri-maliyyə amilləri nəzərə alınmalıdır: 

-

 

əməkdaşın fəaliyyəti ilə bağlı cari və gözlənilən risklərin 



qiymətləndirilməsi; 

-

 



əlavə kapitala olan tələbatla, habelə likvidliyin təmin olunması ilə bağlı 

xərclər; 

-

 

fəaliyyətin qiymətləndirilməsi zamanı  hər bir əməkdaşla yanaşı 



bölmənin və bütövlükdə bankın nailiyyətləri; 

-

 



fəaliyyətin qiymətləndirilməsi zamanı yalnız cari ilin deyil, bir neçə il 

(iqtisadi tsikl) üçün müəyyən edilən məqsədlər. 

6.3.

 

Fəaliyyət qiymətləndirilərilməsi zamanı hazırki və  gələcəkdə yarana 



biləıcək risklər nəzərə alınmalıdır.  


 

10

6.4.



 

Bankın əməkdaşları fəaliyyətin qiymətləndirilməsində istifadə olunan 

göstəricilər və metodlar barədə məlumatlandırılmadırlar. 

6.5.


 

Kompensasiyanın strukturu. Hər bir bankda kompensasiya iki 

komponentdən ibarət olmalıdır: sabit kompensasiya və  dəyişkən kompensasiya. 

İllik kompensasiya müəyyənləşdirilərkən bankın maliyyə  vəziyyəti, cari ildəki 

mənfəət və risk faktorları, bankın xərcləri və digər amillər nəzərə alınmalıdır.  

6.5.1.


 

Sabit kompensasiya  əməkdaşın işə verdiyi töhvəyə, işin məsuliyyət 

dərəcəsinə  və  əməkdaşnın yarada biləcəyi riskə  əsasən müəyyənləşdirilməlidir. 

Sabit kompensasiya və  dəyişikən kompensasiya arasında nisbət elə 

formalaşdırılmalıdır ki, kompensasiya siyasətinin çevikliyi təmin edilsin. Belə 

nisbət bankın fəaliyyət göstərdiyi bazar şərtlərinə uyğun hər bir əməkdaş üçün 

fərqli müəyyən edilə bilər. 

Əməkdaşın kompensasiyanın dəyişkən 

komponentindən yüksək dərəcədə asılılığına yol verməmək üçün, 

kompensasiyanın sabit komponenti kompensasiyanın  əhəmiyyətli hissəsini təşkil 

etməlidir.  

6.5.2.

 

Dəyişkən kompensasiya əməkdaşa onun fəaliyyəti nəticəsində yaranan 



əlavə  dəyərə  və  xərcləri azaltdığına görə ödənilməlidir.  Dəyişkən kompensasiya 

bankın kapital mövqeyinə  zərər gətirməməlidir. Dəyişkən kompensasiyanın bir 

hissəsi biznes fəaliyyətinin dövrü qiymətləndirilməsindən, digər  əhəmiyyətli 

hissəsi isə belə kompensasiyanın müəyyən edildiyi əməliyyatın nəticələri tam 

məlum olduqdan və yekun qiymətləndirilmədən sonra ödənilməlidir. Fəaliyyətə 

görə mükafat bütün növ risklərə adekvat olmalı  və bankın davamlı inkişafına 

xidmət edəcək stimul yaratmalıdır. Dəyişkən kompensasiyanın mümkün 

maksimum səviyyəsi müəyyən edilməlidir.  

6.5.3.

 

Bankın maliyyə  vəziyyətinin pisləşməsi zamanı, həmçinin, müəyyən 



edilmiş fəaliyyət kriteriyalarına nail olunmadıqda, bank dəyişkən kompensasiyanın 

ödənilməsini qismən və tamamilə dayandıra bilər (fərdi  əməkdaş, qrup və 

bütövlükdə bank səviyyəsində).  

6.5.4.


 

İşdən azad edilərkən və ya idarəetmədə  dəyişikliklər baş verdikdə 

işçiyə (xüsusən rəhbər vəzifəli  şəxslərə)  əlavə ödənişlərin və ya təxirə salınmış 



 

11

kompensasiyanın ödənilməsi yalnız mümkün risklərin hərtərəfli təhlilindən sonra 



həyata keçirilə bilər.  

6.5.5.


 

Risklərin idarə edilməsi, daxili audit, daxili nəzarət və statistika 

bölmələrinin əməkdaşlarının kompensasiyasının müəyyən edilməsi bankın biznes 

blokunun fəaliyyətinin nəticəsindən asılı olmayaraq həmin bölmələr üçün 

müəyyən edilmiş məqsədlər çərçivəsində həyata keçirilməlidir. 

6.5.6.


 

Kompensasiyanın strukturu bazar şərtlərinin və bankın maliyyə 

vəziyyətinin dəyişməsinə müvafiq olaraq mütəmadi olaraq yenilənməlidir.  

6.5.7.


 

Bankın yüksək idarəetmə orqanlarının üzvləri, habelə bankı 

əhəmiyyətli risklərlə üzləşdirə biləcək  əməkdaşlara münasibətdə  tətbiq olunan 

kompensasiya siyasəti aşağıdakıları nəzərə almalıdır: 

-

 

 kompensasiyanın  əhəmiyyətli hissəsi kompensasiyanın dəyişkən 



kompenentindən ibarət olmalı; 

-

 



vəzifə iyerarxiyası  və  məsuliyyət artdıqca kompensasiyanın dəyişkən 

komponentinin xüsusi çəkisi artırılmalıdır.  

6.5.8.

 

Kompensasiyanın dəyişkən kompenentinin hər hansı elementinin 



işçiyə ödənişinin  şərtsiz olması yolverilməzdir və risklərin idarə edilməsinin 

qabaqcıl prinsiplərinə uyğun deyil.  

 

7.

 

Məlumatların açıqlanması 

7.1.


 

Bank kompensasiya siyasəti ilə bağlı məlumatları ən azı ildə bir dəfə 

ictimaiyyətə açıqlamalıdır.  

7.2.


 

Aşağıdakı məlumatların açıqlanması tələb olunur:  

-

 

Mükafatlandırma komitəsinin tərkibi və səlahiyyətləri; 



-

 

kompensasiya siyasətinin 



əsas xüsusiyyətləri və 

fəaliyyətin 

qiymətləndirilməsi zamanı istifadə olunan metodlar; 

-

 



kompensasiyanın dəyişkən komponentinin müəyyən edilməsi üçün 

istifadə edilən əsas amillər; 




 

12

-



 

cəmi kompensasiyanın vəzifə qrupları üzrə bölgüsü (məs., rəhbərlik, 

əməkdaşlar və s.); 

-

 



hesabat dövrü ərzində bank üzrə kompensasiyanın sabit və  dəyişkən 

komponentlərinin məbləği; 

-

 

kompensasiyanın dəyişkən komponentinin tərkibi ( məs., nağd vəsait, 



səhmlər, opsionlar və digər elementlər); 

-

 



rəhbərliyə, o cümlədən  İdarə Heyəti üzvlərinə, bölmə  rəhbərlərinə  və 

banka əhəmiyyətli risk yarada biləcək digər əməkdaşlara ödənən kompensasiyanın 



məbləği ilə bağlı məlumat. 

 

Yüklə 78,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə